Press-reliz:
Bu gün, fevralın 7-də Avropa İnsan Haqları Məhkəməsi Azərbaycandan göndərilən 11 şikayət üzrə yekun qərarlarını açıqlayıb. Şikayətlərin hamısı AİHM-in baxacağı işlərin siyahısından çıxarılıb.
Elderxanovlar, Qasım Quliyev, Roman Məmmədov, Səttar Manafov, Alik Rzayev Azərbaycana qarşı şikayətləri üzrə vəkil Avropa Məhkəməsinə bildirib ki, ərizəçilər şikayətlərinin araşdırlmasını davam etdirmək istəmir. Ərizəçilərdən Sabir Xəlilinin vəkili ərizəçinin ödüyünü, varislərinin isə işi davam etdirmək istəmədiyini AİHM-ə bildirib. Qeyd edilən şikayətlər buna görə, baxılacaq işlərin siyahısından çıxarılıb.
Etibar Hüseynov Azərbaycana qarşı işdə tərəflər dostca razılığa gəliblər. Tahir Kazımov işində də eyni əsasla şikayət siyahıdan çıxarılıb. “Xəyal KFT” Azərbaycana qarşı işində ərizəçi şikayətin göndərilməsi üçün tələb olunan 6 aylıq müddət tələbinə əməl etmədiyinə görə, şikayəti siyahıdan çıxarılıb.
Ərizəçi Şahin Ağammədovun şikayəti qəbuledilməz sayılıb. Cəfərov Azərbaycana qarşı işi üzrə şikayət də AİHM-in siyahısından çıxarılıb.