Press-reliz:
İlkin Rüstəmzadənin şikayəti
Avropa İnsan Haqları Məhkəməsinin araşdırmağa başladığı 7 şikayətdən biri hazırda həbsdə tutulan NİDA-çı “siyasi məhbus” İlkin Rüstəmzadənin işi ilə bağlıdır. Vəkilləri AİHM qarşısında İ.Rüstəmzadənin ədalətli məhkəmə araşdırması və ifadə azadlığı hüququnun pozulduğunu iddia ediblər. Məhkəmə NİDA-çının şikayətdəki iddiların məzmunu ilə bağlı hökumətə suallar göndərib.
İ.Rüstəmzadə 2013-cü il martın 10-da Bakının mərkəzində əsgər ölümünə etiraz aksiyasından sonra həbs edilib. Kütləvi iğtişaşların təşkili və başqa oxşar ittihamlarla üzləşən gənc fəal 8 il həbs cəzası alıb. «Amnesty International» hüquq-müdafiə təşkilatı NİDA Vətəndaş Hərəkatının üzvü olan bu gənci «vicdan məhbusu» adlandırıb.
“Yahova Şahidləri” dini icmasının işi
Araşdırlan digər iş – Imanzadə Məmmədovanın şikayəti “Yahova Şahidləri” dini icması ilə bağlıdır. Ərizəçi Soçidə yaşayan Rusiya vətəndaşıdır, o, 2008-ci ildə “Yahova Şahidləri” dini icmasının Zaqataladakı dini tədbirində tutulub, saatlarla qanunsuz saxlanılıb, cərimə edilib. Daha sonra DİN-in köçkün məntəqəsinə aparılıb və ölkədən çıxarılıb.
Məmmədova AİHM qarşısında iddia edir ki, Azərbaycan hökuməti onun fikir və din azadlığı, azadlıq və toxunulmazlıq hüquqlarını pozub.
“Feto”-çu kimi Azərbaycanda həbs edilib, Türkiyəyə aparılanların şikayəti
Araşdırılan digər şikayətləri Türkiyə Cumhuriyyətinin vətəndaşları Isa ÖZDEMİR, Mehmet CHELIK, AYHAN SEFEROĞLU, Faik Semih BASHOGHLU, Erdoğan TAYLAN-ın vəkilləri göndəriblər. Bu işin detalları haqda bilgi verilmir.
Ərizəçilər Türkiyə hüquq-mühafizə qurumlarının həyata keçirdikləri “Feto” əməliyyatı çərçivəsində saxlanılanlardır. Onlar 2018-ci ildə Azərbaycanda saxlanılıblar, sonra zorla Türkiyəyə aparılıblar. Onlar Azərbaycan hökumətinin onların işgəncəyə məruz qalmamaq, azadlıq və toxunulmazlıq, səmərəli hüquq müdafiə vasitələri hüquqlarını pozduğunu iddia edilər.