AİHM 4 şikayəti siyahıdan çıxardı

Press-reliz:

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, fevralın 6-da Azərbaycandan göndərilmiş 4 şikayətin baxılacaq işlər sırasından çıxarılmasına qərar verib. Həmin qərarlara görə, hökumət ərizəçilərə 8600 avro təzminat ödəyəcək.

Rəşad Ramazanovun işi

Avropa İnsan Haqları Məhkəməsi bu işin siyahıdan çıxarılmasına qərar verib. R.Ramazanov narkotik ittihamı ilə həbs edilmiş, ardınca 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. AİHM-ə şikayətində ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunun tanınması, bunun kompensasiya edilməsi istənilirdi. Kommunikasiya mərhələsində hökumət pozuntularaı tanıdığını ifadə edib, ərizəçiyə 3000 avro təzminat təklif edib.

Ərizəçi hökumətin təklif etdiyi bəyannaməni rədd etsə də AİHM işin siyahıdan çıxarılmasına qərar verib. Hökumət R.Ramazanova 3000 avro ödəyəcək.

Ələkbər İsmayılovun şikayəti

Bu işdə Ərizəçi həbsdə olmuş, həbsdə onun məktublarına, kitablarına əl qoyulmuşdu. Ərizəçi iddia edirdi ki, bu epizodlar üzrə onun şikayətlərinə baxan ölkədaxili məhkəmələr onun ədalətli məhkəmə araşdırması və şəxsi həyatın toxunulmazlığı hüququna müdaxilə ediblər. Məhkəməmə bu işin də siyahıdan çıxarılmasına qərar verib. Ərizəçi tərəf kommunikasiyaya cavab vermədiyindən belə qərar çıxarılıb.

Orxan Əliyev Azərbaycana qarşı

Bu iş ərizəçi barədə cinayət araşdırmasının qanunsuzluğu ilə bağlı idi. Ərizəçi ədalətli məhkəmə araşdırması, işgəncəyə məruz qalmamaq hüququnun pozuntusunu mübahisələndirmişdi. Kommunikasiya mərhələsində hökumət pozutuları tanımağı, yenidən araşdırmanı üzərinə götürüb, 5600 avro təzminat təklif edib.

Ərizəçi kommunikasiyaya cavab vermədiyindən AİHM işin siyahıdan çxıarılmasına qərar verib. Bu iş üzrə ərizəçiyə 5600 avro təzminat ödəməlidir.

Elman Dəmirov Azərbaycana qarşı

Bu şikayət mülkiyyət hüququ ilə əlaqəli idi. Ərizəçi sənədli – sübutlu qarajının qanunsuz söküldüyünü iddia edib, mülkiyyət və ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunun tanınmasını, ədalətli əvəz tələb edirdi. Ərizəçi vəfat edib, məhkəməyə onun varislərinin olmadığı bildirildiyi üçün AİHM ərizənin siyahıdan çıxarılmasına qərar verib.