Press-reliz:
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) oktyabrın 3-də Azərbaycandan göndərilən 4 şikayət üzrə qərarlarını açıqlayacaq. Həmin şikayətlər ölkədən çıxışa “stop” qoyulması, işdən çıxarılma və mülkiyyət hüquqlarının pozulması iddiaları ilə bağlıdır.
İşin birində Ərizəçi keçmiş baş prokuror İxtiyar Şirindir. Ona 2000-ci illərdə cinayət işi açılmış, bununla əlaqədar olaraq hərəkət etmək azadlığı məhdudlaşdırılmışdı. 2012-ci ildə AİHM-ə şikayət göndərən keçmiş baş prokuror iddia edir ki, onun ədalətli məhkəmə araşdırması, hərəkət azadlığı və səmərəli hüquq müdafiə vasitələrinə malik olmaq hüquqları pozulub.
Digər işdə Ərizəçi Prezident yanında Xüsusi Tibbi Xidmətə bağlı müəssisənin həkimi Naida İsmayılzadədir. O, həkimlər üçün attestasiya imtahanından keçə bilmədiyi üçün işdən çıxarılıbmış. Yerli məhkəmələr onun iddialarını rədd edib. Ərizəçi iddia edir ki, dövlət onun ədalətli məhkəmə araşdırması, şəxsi və ailə həyatına hörmət, səmərəli hüquq müdafiə vasitələrinə malik olmaq hüquqlarını pozub.
Digər iki işdə mülkiyyət hüququna müdaxilə mübahisələndirilir. Quba Konserv Zavodu MMC müəssisənin ərazisinin alınmasını mübahisələndirib. Mehralı Məmmədov isə Tbilisi prospektindəki kafe və torpaq sahəsinin 20 min manata dövlət tərəfindən ondan alınmasından AİHM-ə şikayət edib.
Qərarın ingiliscə mətni
Qərarın Azərbaycan dilində mətni (tezliklə əlçatan olacaq)