AİHM 3 qərar elan edəcək

Press-reliz:

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) gələn həftə, iyunun 27-də Azərbaycandan göndərilmiş 3 şikayət üzrə qərarlarını elan edəcək.

Elnur Əliverdiyev Azərbaycana qarşı işində Avropa Konvensiyasının 8-ci maddəsinin (Şəxsi və ailə həyatına hörmət hüququ) və 1 nömrəli protokolun 2-ci maddəsinin (təhsil hüququ) pozuntusuna yol verildiyi iddia edilir. Şikayət ərizəçinin özəl universitetdə 4 il təhsil alması, ancaq diploma ala bilməməsi ilə bağlıdır.

Qərarı açıqlanacaq digər işdə şikayətçi Maştağadakı psixatrik xəstəxanaya yerləşdirilmiş vətəndaşdır. O, ailə qurub, bundan sonra əri onu xəstəxanaya yerləşdirib, evinə sahiblənib. Daha sonra ev satılıb. Bu işdə şəxsi və ailə həyatına hörmət hüququnun, mülkiyyət hüququnun, səmərəli hüquq müdafiə vasitələrinə malik olmaq hüququnun pozulduğu iddia olunur.

3-cü işdə şikayətçi Lidiya Pavlovna Gabel-dir. Əslən alman olan şikayətçi etnik kökü ilə bağlı (sənədlərdə rus olması qeyd edilir) məlumatların dəyişdirilməsini tələb etdiyi, ancaq Azərbaycanın rəsmi qurumlarının bunu etmədiyi iddia olunur.

Hər 3 şikayətin AİHM-ə göndərilməsindən 10 ilə yaxın vaxt keçib.