AİHM 10 ərizəçinin məhkəməyə qədər həbsdə qanunsuz saxlanıldığı qərarına gəldi

© aihmaz.org

Avrpopa Insan Haqları Məhkəməsi (AİHM) bu gün, iyunun 4-də Azərbaycandan göndərilmiş 10 şikayət üzrə yekun qərarlarını elan edib. Bütün şikayətlər azadlıq və toxunulmazlıq hüququnun pozuntusu iddiası (məhkəməyə qədər həbsin qanunsuzluğu) ilə bağlı idi.

Səmənd Məmmədov və digərləri Azərbaycana qarşı qərarı 7 şikayət üzrə elan edilib. Bu işdə ərizəçilər S.Məmmədov, Taleh Bağırov, Ismayıl Məmmədov, Eldəniz Hacıyev, Əflan Səmədov, Rəşad Ibrahimov və Elxan İsgəndərov olub.

Bu şikayətlər Hökumətlə 2018-ci ildə kommunikasiya edilib. Hökumət ərizəçilərə qarşı məhkəməyə qədər həbs müddətinin uzun olmasını qəbul edib. Ərizəçilərə dəymiş ziyanı kompensasiya etməyə razı olan hökumət, təktərəfli bəyannamə təqdim edərək ərizələrin baxılacaq işlər siyahısından çıxarılmasını xahiş edib. Ərizəçilər bununla razılaşmasalar da AİHM bu ərizələr üzrə araşdırmanı davam etdirməyə lüzum olmadığı, şikayətlərin siyahıdan çıxarılmasının doğru olması qərarına gəlib. Qərara əsasən, hökumət ərizəçilərin hər birinə 3 000 avro ödəyəcək.

Qərarın ingiliscə mətni
Qərarın Azərbaycan dilində mətni

AİHM-in digər qərarı Qurban Məmmədov, Vaqif Musayev və Zakir Mustafayevin şikayətləri üzrədir. Onlar da məhkəməyə qədər həbsin qanunsuzluğundan şikayət ediblər.

AİHM bu işdə iddia olunan pozuntuları – Konvensiyanın 5.3 və 5.4-cü maddələrinin pozuntusunu tanıyıb. Qərara əsasən, hökumət Qurban Məmmədova 3 min, Vaqif Musayev və Zakir Mustafayevin hər birinə isə 3500 avro təzminat ödəyəcək.

Qərarın ingiliscə mətni
Qərarın Azərbaycan dilində mətni