AİHM əsgər ölümünə görə, Azərbaycanı cərimələyib

Press-reliz:

Bu gün, fevralın 14-də Avropa İnsan Haqları Məhkəməsi Əli Məmmədov Azərbaycana qarşı işi üzrə qərarını elan edib.

Ərizəçi Ə. Məmmədov orduda vəfat etmiş əsgərin valideynidir. O, oğlunun ölümünün milli instansiyalarda araşdırlmasından narazı olduğu üçün AİHM-ə şikayət etmişdi.

İşin faktlarına görə, 1989-cu ildə doğulan Məmmədov 2010-cu ilin iyulun 7-də hərbi xidmətə aparılıb. Bir neçə gün sonra – iyulun 14-də atasına onun vəfat etdiyini xəbər veriblər.

Ölüm olayı ilə bağlı cinayət işi açılıb. İşin materiallarına görə, onun üzərində xəsarət izləri olub. Cinayət işi materiallarına daxil edilmiş fotodan da görünüb ki, onun qulaq nahiyəsi ətrafında xəsarət əlamətləri var. Ancaq ekspert rəyinə görə, ölüm olayı tənəffüsdəki problemlərdən baş verib, xəsarətlərlə əlaqəli olmayıb. Ərizəçi milli instansiyalardakı araşdırmaları obyektiv hesab etmirdi. AİHM-ə şikayətində oğluna münasibətdə yaşamaq hüququnun pozuntusuna yol verildiyini iddia edirdi.

AİHM öz qərarında Konvensiyanın 2-ci maddəsinin pozuntusunu tanıyıb.

Qərara əsasən, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 15 min euro təzminat ödəməlidir.

Qərarın ingiliscə mətni
Qərarın Azərbaycan dilində mətni (tezliklə əlçatan olacaq)