№25643/16 AZƏRBAYCAN HÜQUQŞUNASLAR Assosiasiyası və Ənnağı HACIBƏYLİ Azərbaycana qarşı – 19 FEVRAL 2024-CÜ İL

 

19 fevral 2024-cü il tarixdə dərc edilib

 

BİRİNCİ BÖLMƏ

 

Ərizənin nömrəsi: 25643/16

AZƏRBAYCAN HÜQUQŞUNASLAR Assosiasiyası və Ənnağı HACIBƏYLİ Azərbaycana qarşı

 

27 aprel 2016-cı il tarixdə təqdim edilib
1 fevral 2024-cü ildə kommunikasiya edilməyə başlanılıb

MƏHKƏMƏ İŞİNİN MÖVZUSU

İş ərizəçinin təsisçisi və sədri olduğu hüquqi maarifləndirmə və insan hüquqlarının təşviqi sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatı olan ərizəçi birliyə, səyyar vergi yoxlamasından sonra vergi sanksiyasının tətbiq edilməsi ilə bağlıdır. Ərizəçi assosiasiya Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən şikayət edib ki, milli icraat ədalətsiz olub, daxili məhkəmələr onun təqdim etdiyi müvafiq sübutları araşdırmayıb və öz qərarlarını əsaslandıra bilməyiblər. Ərizəçilər həmçinin, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsaslanaraq, 4.597.28 Azərbaycan manatı (həmin vaxt təxminən 4.500 avro) məbləğində vergi sanksiyasının tətbiqinin onların mülkiyyət hüquqlarına qeyri-mütənasib müdaxilə olmasından şikayət ediblər.

TƏRƏFLƏRƏ SUALLAR

1. Hazırkı işdə Konvensiyanın 6-cı maddəsi cinayət tərkibi olması baxımından vergi icraatına tətbiq edilə bilərdimi?

2. Əgər belədirsə, ərizəçi assosiasiya Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq ədalətli məhkəmə dinləmələri imkanına malik olubmu? Xüsusilə, ərizəçi birliyin əsaslandırılmış məhkəmə qərarı almaq hüququna hörmət edilibmi?

3. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına uyğun olaraq, ərizəçilərin mülkiyyətindən sərbəst şəkildə istifadə etməsinə müdaxilə baş veribmi? Əgər belədirsə, bu müdaxilə vergilərin və ya cərimələrin ödənilməsini təmin etmək üçün lazım idimi? Xüsusilə, ərizəçilər belə müdaxilə səbəbindən sözügedən qərar nəticəsində “fərdi və həddindən artıq yük”ə qatlanmaq zorunda qalıblarmı (bax: Lekić Sloveniyaya qarşı [GC], № 36480/07, § 110, 11 dekabr 2018-ci il )?