Avropa İnsan Haqları Məhkəməsi (AİHM) dekabr ayının 14-də Azərbaycanla bağlı bir qərar elan edəcək.
Akif MURADVERDİYEV Azərbaycana qarşı
Bu məhkəmə işi sabiq dövlət məmuru olan ərizəçinin qızıl sikkə qaçaqmalçılığına görə cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlıdır. Ərizəçi iddia edir ki, o, “uydrma” sübutlar əsasında məhkum edilib.
Ərizəçi AİHM qarşısında iddia edib ki, ona qarşı irəli sürülən cinayət ittihamının incələnməsi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq ədalətli həyata keçirilməyib, bərabərlik prinsipinə əməl edilməyib. Belə ki, məhkum edilməsi qanunsuz əldə edilmiş sübutlara əsaslanıb, həbs edildiyi andan hüquqi yardımla təmin edilməyib, üzərində və çantasında aparılan axtarış zamanı vəkilinin iştirakına imkan verilməyib.
Ərizə AİHM-ə 2015-ci ildə təqdim edilib.