9 oktyabr 2023-cü il tarixində dərc edilmişdir
BEŞİNCİ BÖLMƏ
Ərizənin nömrəsi: 33412/21
Ermənistan Azərbaycana qarşı
12 aprel 2022-ci il tarixdə təqdim edilib
20 sentyabr 2023-cü il tarixdə hökumətlə kommunikasiya edilməyə başlanılıb
TƏRƏFLƏRƏ SUALLAR
1. Bu məhkəmə işi Azərbaycanın rəsmi qurumlarının erməni kökənli əsirləri sərbəst buraxıb geriyə göndərməməsi səsbəbindən, onların qanunsuz saxlanılmaları, mühakimə və məhkum edilmələri 6-cı maddə, effektiv müdafiə vasitələrinə malik olmamaları (13-cü maddə) iddiaları ilə bağlıdır. Konvensiyanın 1-ci maddəsinin məqsədləri baxımından şikayət olunan məsələlər Azərbaycanın “yurisdiksiyasına” aiddirmi?
2. Digər məsələlərlə yanaşı təsirlənən şəxslər adından şikayət edilməsi faktının işığında, Ərizəçi Hökumət Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndinin tələb etdiyi kimi müvafiq şikayətlərin məqsədləri baxımından bütün daxili hüquqi müdafiə vasitələrini tükəndiribmi?
3. Cavabdeh Hökumətdən bu ərizədə adı çəkilən 61 şəxsə aid bütün müvafiq sənədləri və məlumatları, o cümlədən həbs qətimkan tədbirlərinin seçilməsi haqqında qərarları, ibtidai istintaq sənədlərini, ittiham aktlarını, hüquqi yardım göstərilməsi haqqında qərarları, məhkəmə prosesinin protokollarını və hökmləri, habelə, verildiyi hallarda apellyasiya şikayətlərinin surətlərini, apellyasiya icraatına aid digər sənədləri, həmçinin, 61 nəfərin hazırkı durumu barədə məlumatları təqdim etmələri xahiş olunur. Bundan əlavə, cavabdeh Hökumətdən 10 noyabr 2020-ci il tarixində hərbi əməliyyatlar dayandırıldıqdan sonra Azərbaycan tərəfindən əsir götürülən digər etnik ermənilərə qarşı həyata keçirilən digər təqiblər və çıxarılmış hökmlər barədə Məhkəməyə məlumat verməsi və yuxarıda qeyd olunan müvafiq sənədləri təqdim etməsi xahiş olunur. Hər bir sənədin ingilis və ya fransız dilinə tərcümə ilə müşayiət olunması xahiş olunur.