Avropa İnsan Haqları Məhkəməsi (AİHM) iyul ayının 13-də Azərbaycanla bağlı 1 qərar elan edəcək.
Emin Hüseynov Azərbaycana qarşı (№ 2) (№ 1/16)
Ərizəçi Emin Rafik oğlu Hüseynov 1979-cu ildə anadan olub və Cenevrədə (İsveçrə) yaşayır.
Məhkəmə işi ərizəçinin 2015-ci ilin iyununda Azərbaycan vətəndaşlığından məhrum edilməsi və vətəndaşlıqsız duruma düşməsi ilə bağlıdır. İşin hallarına görə, həmin vaxt ərizəçi, müstəqil jurnalist və jurnalistlərin hüquqlarının müdafiəsi üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatının sədri olub.
Ərizəçi, maddi vaxtda yaşadığı İsveçrəyə həmin ölkənin xarici işlər naziri ilə yola düşməzdən əvvəl rəhbəri olduğu QHT-yə maliyyə qanunsuzluqları əsası ilə cinayət işi açılmış, barəsində axtarış elan edildiyindən İsveçrənin Bakıdakı səfirliyinə sığınıb orda 10 yaşamışdı.
Konvensiyanın 8-ci (şəxsi həyata hörmət hüququ), 10-cu (ifadə azadlığı), 13-cü (effektiv hüquqi müdafiə vasitəsi hüququ) və 18-ci (hüquqların məhdudlaşdırılmasından istifadənin məhdudlaşdırılması) maddələrinə əsaslanan ərizəçi iddia edir ki, yerli hakimiyyət orqanlarının məcburi yolla vətəndaşlıqdan imtinaya zorlaması onun Konvensiya ilə qorunan hüquqlarını pozub.
Ərizəçi, həmçinin 34-cü (fərdi şikayət hüququ) və 38-ci (işin araşdırılması üçün lazımi şərait yaratmaq öhdəliyi) maddələrə əsasən iddia edir ki, qardaşı hazırkı ərizəyə görə, dövlət orqanları tərəfindən dəfələrlə təzyiqlərə məruz qalıb və saxlanılıb, hökumət işin araşdırılması üçün bütün müvafiq sənədlərin surətlərini təqdim etməyib.