© tərcümə – aihmaz.org
BİRİNCİ BÖLMƏ
Füzuli HÜSEYNOV və başqa 5 ərizəçi Azərbaycana qarşı
(əlavə edilmiş cədvələ bax)
Ərizə no. 37472/18
QƏRARDAD
2 fevral 2023
Avropa İnsan Haqları Məhkəməsinin (Birinci Bölmə) Palatası 2 fevral 2023-cü il tarixdə aşağıdakı heyətdən ibarət tərkibdə toplaşaraq:
Alena Poláčková, Sədr,
Gilberto Felici,
Raffaele Sabato, hakimlər,
və Viktoriya Maradudina, İclas Katibi,
Ərizəçilərin əlavə edilmiş cədvəldə ifadə edilmiş tarixlərdə daxil olmuş ərizələri,
İşlərin dostcasına anlaşma yolu ilə həll edilməsinin qəbul edildiyi rəsmi bəyannamələri,
nəzərə alaraq,
Aşağıdakı qərarı qəbul edir:
FAKTLAR VƏ PROSEDUR
Əlavə edilmiş cədvəldə ərizəçilər ilə bağlı detallı məlumat verilib.
Ərizəçinin Konvensiyanın 6, 14 və 18-ci maddələrinə əsaslanan şikayətləri haqda Azərbaycan Hökumətinə (Hökumət) məlumat verilib.
Ərizəçilərin Konvensiyanın 11-ci maddəsinə əsaslanan ictimai toplantıların təşkilatçılarına və iştirakçılarına qarşı qeyri-qanuni və ya qeyri-proporsional tədbirlərin tətbiq edilməsi ilə bağlı şikayətləri haqda Azərbaycan Hökuməti (“Hökumət”) bilgiləndirilib. Ərizəçilərin eyni faktlara söykənən digər şikayətləri də Məhkəmənin Konvensiyanın 6-cı maddəsi ilə bağlı müvafiq oturuşmuş presedent hüququ nəzərə alınmaqla, Hökumətə çatdırılıb.
Məhkəməyə tərəflərin imzaladığı və ərizəçilərin Hökumətin ona əlavə edilmiş cədvəldə göstərilmiş məbləğləri ödəməsinə qarşılıq olaraq ərizələrə əsas verən faktlarla bağlı Azərbaycan əleyhinə hər hansı əlavə iddialarından imtina etdiyinin ifadə olunduğu dostcasına anlaşma haqqında bəyannamələr təqdim edilib. Qeyd edilən məbləğlər ödəniş tarixində tətbiq olunan məzənnə ilə cavabdeh dövlətin valyutasına çevriləcək və Məhkəmənin qərarının elan edildiyi tarixdən üç ay ərzində ərizəçilərə ödəniləcək. Bu məbləğlərin göstərilən üç ay müddətində ödənilməməsi durumunda Hökumət, bu müddətin bitməsi tarixindən hesablanmaqla, Avropa Mərkəzi Bankının kredit faizi ilə hesablanmış faiz və onun üzərinə daha üç faiz ödəməlidir.
Qeyd edilən ödəmələr işlərin tam həll olunmasını təşkil edəcək.
HÜQUQ
Ərizələrin oxşar predmetini nəzərə alaraq, Məhkəmə onlara vahid qərarda birgə baxılmasını məqsədəuyğun hesab edir.
Məhkəmə tərəflər arasında əldə olunmuş dostca həll anlaşmasını nəzərə alır. Qərara gəlir ki, anlaşma Konvensiya və onun Protokollarında müəyyən edilmiş hüquqlara uyğundur, Ərizənin araşdırılmasını davam etdirmək üçün əsasların olmaması qənaətindədir.
Yuxarıda göstərilənləri nəzərə alaraq, hesab edir ki, ərizəni siyahıdan çıxarmaq məqsədəuyğundur.
Bu səbəblərə görə, Məhkəmə yekdilliklə,
Qərar verdi ki, ərizələrdə birlikdə baxılsın.
Qərar verdi ki, ərizə Konvensiyanın 39-cu maddəsinə uyğun olaraq, baxılacaq işlərin siyahısından çıxarılsın.
Qərar ingilis dilində hazırlanıb və 2 mart 2023-cü il tarixdə yazılı şəkildə elan edildi.
Viktoriya Maradudina Alena Poláčková
İclas katibi Sədr
CƏDVƏL
Konvensiyanın 11 və 6-cı maddələrinə əsasən verilmiş ərizələrin siyahısı
(ictimai toplantıların təşkilatçılarına və iştirakçılarına qarşı qeyri-qanuni və ya qeyri-mütənasib sanksiyaların tətbiqi və inzibati xətalar haqqında işlərdə ədalətsiz məhkəmə araşdırması)
No. | Ərizə no. Daxil olma tarixi |
Ərizəçinin adı
Doğum tarixi |
Təmsilçinin adı və iqamət yeri | Hökumətin bəyannaməsinin tarixi | Ərizəçinin bəyannaməsinin tarixi | Maddi və mənəvi zərər əvəzi müəyyən edilmiş təzminatın məbləği
(avro ilə) |
Xərc və məsrəflər üçün müəyyən edilmiş məbləğ
(avro ilə) |
1. | 37472/18
23/07/2018 |
Füzuli
Ələsgər oglu HÜSEYNOV 1964 |
Cavad CAVADOV
Baki
|
21/11/2022 | 09/11/2022 | 2,250 | 600
(birbaşa olaraq, ərizəçinin hüquqi təmsilçisi cənab Cavad Cavadovun bank hesabına ödənilir)
|
2. | 7547/19
07/01/2019 |
Agababa Daşdəmir oglu CƏFƏROV
1959 |
Cavad CAVADOV
Baki
|
21/11/2022 | 09/11/2022 | 2,300 | 550
(birbaşa olaraq, ərizəçinin hüquqi təmsilçisi cənab Cavad Cavadovun bank hesabına ödənilir)
|
3. | 8883/19
01/02/2019 |
Saxavət
Ətraf oğlu NƏSIBOV 1983 |
Cavad CAVADOV
Baki
|
21/11/2022 | 09/11/2022 | 2,300 | 550
(birbaşa olaraq, ərizəçinin hüquqi təmsilçisi cənab Cavad Cavadovun bank hesabına ödənilir)
|
4. | 12617/19
25/02/2019 |
Ruslan
Təhməz oglu ƏMİROV 1982 |
Cavad CAVADOV
Baki
|
21/11/2022 | 09/11/2022 | 2,300 | 550
(birbaşa olaraq, ərizəçinin hüquqi təmsilçisi cənab Cavad Cavadovun bank hesabına ödənilir)
|
5. | 13204/19
22/02/2019 |
Rafael
Füzuli oglu HÜSEYNZADƏ 1998 |
Cavad CAVADOV
Baki
|
21/11/2022 | 09/11/2022 | 2,300 | 550
(birbaşa olaraq, ərizəçinin hüquqi təmsilçisi cənab Cavad Cavadovun bank hesabına ödənilir)
|
6. | 33184/19
08/06/2019 |
Şahin Gülməmməd oglu MƏHƏRRƏMLİ
1981 |
Cavad CAVADOV
Baki
|
21/11/2022 | 09/11/2022 | 2,150 | 700
(birbaşa olaraq, ərizəçinin hüquqi təmsilçisi cənab Cavad Cavadovun bank hesabına ödənilir) |