© tərcümə – aihmaz.org
BİRİNCİ BÖLMƏ
Ilqar Muxtar oğlu RZAYEV Azərbaycana qarşı
(əlavə edilmiş cədvələ bax)
Ərizə no. 42781/13
QƏRARDAD
19 yanvar 2023
Avropa İnsan Haqları Məhkəməsinin (Birinci Bölmə) Palatası 19 yanvar 2023-cü il tarixdə aşağıdakı heyətdən ibarət tərkibdə toplaşaraq:
Alena Poláčková, Sədr,
Gilberto Felici,
Raffaele Sabato, hakimlər,
və Viktoriya Maradudina, İclas Katibi,
10 iyun 2013-cü ildə daxil olmuş ərizəni,
Hökumətin təqdim etdiyi dostca anlaşma ilə bağlı bəyannaməni və ərizəçinin həmin bəyannaməyə cavabını
nəzərə alaraq,
Aşağıdakı qərarı qəbul edir:
FAKTLAR VƏ PROSEDUR
Əlavə edilmiş cədvəldə ərizəçi ilə bağlı detallı məlumat verilib.
Ərizəçi Məhkəmə qarşısında Azərbaycanda fəaliyyət göstərən vəkillər cənab Ə.Mustafayev və cənab R.Mustafazadə tərəfindən təmsil olunub.
Ərizəçinin Konvensiyanın 6, 14 və 18-ci maddələrinə əsaslanan şikayətləri haqda Azərbaycan Hökumətinə (Hökumət) məlumat verilib.
Məhkəmə, Hökumətdən ərizəçi ilə dostcasına anlaşmaq məqsədi daşıyan bəyannamə alıb. Hökumət həmin bəyannamədə əlavə edilmiş cədvəldə göstərilən məbləğləri ərizəçiyə qarşılıqsız ödəməyi təklif edib. Qeyd edilən məbləğlər ödəniş tarixində tətbiq olunan məzənnə ilə cavabdeh dövlətin valyutasına çevriləcək və Məhkəmənin qərarının elan edildiyi tarixdən üç ay ərzində ərizəçiyə ödəniləcək. Bu məbləğlərin göstərilən üç ay müddətində ödənilməməsi durumunda Hökumət, bu müddətin bitməsi tarixindən hesablanmaqla, Avropa Mərkəzi Bankının kredit faizi ilə hesablanmış faiz və onun üzərinə daha üç faiz ödəməlidir.
Qeyd edilən ödəmələr işin tam həll olunmasını təşkil edəcək.
Ərizəçi Məhkəməyə təqdimatında bəyannamənin şərtləri ilə razılaşdığını bildirib.
HÜQUQ
Məhkəmə tərəflər arasında əldə olunmuş dostca həll anlaşmasını nəzərə alır. Qərara gəlir ki, anlaşma Konvensiya və onun Protokollarında müəyyən edilmiş hüquqlara uyğundur, Ərizənin araşdırılmasını davam etdirmək üçün əsasların olmaması qənaətindədir.
Yuxarıda göstərilənləri nəzərə alaraq, Ərizəni siyahıdan çıxarmaq məqsədəuyğundur.
Bu səbəblərə görə, Məhkəmə yekdilliklə,
Qərar verdi ki, ərizə Konvensiyanın 39-cu maddəsinə uyğun olaraq, baxılacaq işlərin siyahısından çıxarılsın.
Qərar ingilis dilində hazırlandı və 9 fevral 2023-cü il tarixdə yazılı şəkildə elan edildi.
Viktoriya Maradudina Alena Poláčková
İclas katibi Sədr
CƏDVƏL
Konvemsiyanın 6, 14 və 18-ci maddələrinə əsasın verilmiş ərizə
(cinayət prosesinin ədalətsizliyi)
Ərizə no. Daxil olma tarixi |
Ərizəçinin adı
Doğum tarixi |
Təmsilçinin adı və iqamət yeri | Hökumətin bəyannaməsinin tarixi | Ərizəçinin bəyannaməsinin tarixi | Maddi və mənəvi zərər əvəzi müəyyən edilmiş təzminatın məbləği
(avro ilə) |
Xərc və məsrəflər üçün müəyyən edilmiş məbləğ
(avro ilə) |
42781/13
10/06/2013 |
Ilqar RZAYEV
1979 |
Ruslan MUSTAFAZADƏ Əsabəli
MUSTAFAYEV Sumqayıt |
26/10/2022 | 18/11/2022 | 5,000 | 1,500
(birbaşa hüquqi təmsilçi cənab Ruslan Mustafazadənin bank hesabına ödənilir) |