№81101/17 CƏLAL QULIYEV və 4 BAŞQA ƏRİZƏÇİ AZƏRBACYANA QARŞI – 6 APREL 2023-CÜ İL

© tərcümə – aihmaz.org

 

BİRİNCİ BÖLMƏ

 

Cəlal QULIYEV və başqa 4 ərizəçi Azərbaycana qarşı

(əlavədəki cədvələ baxın)   Ərizə no. 81101/17

 

QƏRARDAD

6 aprel 2023

 

Avropa İnsan Haqları Məhkəməsinin (Birinci Bölmə) Palatası 6 aprel 2023-cü il tarixdə aşağıdakı heyətdən ibarət tərkibdə toplaşaraq:

Alena Poláčková, Sədr,
Gilberto Felici,
Raffaele Sabato, hakimlər,
və Viktoriya Maradudina, İclas Katibi,

Əlavə edilmiş cədvəldə göstərilmiş müxtəlif tarixlərdə göndərilən yuxarıdakı ərizələri,

İşlərin dostcasına anlaşma yolu ilə həll edilməsini qəbul edən bəyannamələri,

nəzərə alaraq,

Müzakirələrdən sonra aşağıdakı qərardadı qəbul edir:

 

FAKTLAR VƏ PROSEDUR

Ərizəçilər və onların hüquqi təmsilçiləri ilə bağlı detallı məlumatlar əlavə edilmiş cədvəldə göstərilib.

Ərizəçinin Konvensiyanın 5.3-cü maddəsinə əsaslanaraq, həbs edilmələrinin əsassız olmasından verdikləri şikayətləri haqda Azərbaycan Hökumətinə (Hökumət) məlumat verilib.

Məhkəmə, mübahisə tərəflərinin imzaladığı və Hökumətin əlavə edilmiş cədvəldə göstərilmiş məbləğləri ödəməsinə qarşılıq olaraq ərizəçilərin bu şikayət ərizələrinə əsas verən faktlarla bağlı Azərbaycana qarşı hər hansı əlavə iddialarından imtina etməyi qəbul etdikləri ifadə olunan dostcasına anlaşma haqqında bəyannamələri alıb. Cədvəldə qeyd edilən məbləğlər ödəniş tarixində tətbiq olunan məzənnə ilə cavabdeh dövlətin valyutasına çevriləcək və Məhkəmənin qərarının elan edildiyi tarixdən üç ay ərzində ərizəçilərə ödəniləcək. Bu məbləğlərin göstərilən üç ay müddətində ödənilməməsi durumunda Hökumət, bu müddətin bitməsi tarixindən hesablanmaqla, Avropa Mərkəzi Bankının kredit faizi ilə hesablanmış faiz və onun üzərinə daha üç faiz ödəməlidir.

Qeyd edilən ödəmələr işlərin tam həll olunmasını təşkil edəcək.

HÜQUQ

Ərizələrin oxşar predmetini nəzərə alaraq, Məhkəmə onlara vahid qərarda birgə baxılmasını məqsədəuyğun hesab edir.

Məhkəmə tərəflər arasında əldə olunmuş dostca həll haqqında anlaşmanı nəzərə alır. Anlaşmanın Konvensiya və onun Protokollarında müəyyən edilmiş hüquqlara uyğun olması, Ərizənin araşdırılmasını davam etdirmək üçün əsasların olmaması qənaətindədir.

Yuxarıda göstərilənləri nəzərə alaraq, hesab edir ki, ərizəni siyahıdan çıxarmaq məqsədəuyğundur.

 

Bu səbəblərə görə, Məhkəmə yekdilliklə,

Qərar verdi ki, ərizələrə birlikdə baxılsın.

Qərar verdi ki, ərizə Konvensiyanın 39-cu maddəsinə uyğun olaraq, baxılacaq işlərin siyahısından çıxarılsın.

Qərar ingilis dilində hazırlanıb və 11 may 2023-cü il tarixdə yazılı şəkildə elan edildi.

Viktoriya Maradudina                   Alena Poláčková
İclas katibi                                           Sədr

 

CƏDVƏL
Konvensiyanın 5§3-cü maddəsinə əsasən şikayətlərin verildiyi ərizələrin siyahısı
(məhkəməyə qədər həbs qərarlarının əsassızlığı ilə bağlı)

No. Ərizə no.
Daxil olma tarixi

Ərizəçinin adı

Doğum tarixi

Təmsilçinin adı və iqamət yeri Hökumətin bəyannaməsinin tarixi Ərizəçinin bəyannaməsinin tarixi Maddi və mənəvi zərər əvəzi müəyyən edilmiş təzminatın məbləği

(avro ilə)

Xərc və məsrəflər üçün müəyyən edilmiş məbləğ

(avro ilə)

1.      81101/17

17/11/2017

Cəlal

Adil oglu QULIYEV

1983

Elçin

SADIGOV

Bakı

15/02/2023 27/12/2022 1,750

1,750

(birbaşa nümayəndə cənab Elçin Sadıqovun bank hesabına ödənilməlidir)

2.      83468/17

02/12/2017

Elçin

Səməd oglu ISMAYILLI

1978

Elçin

SADIGOV

Bakı

15/02/2023 27/12/2022 1,750

1,750

(birbaşa nümayəndə cənab Elçin Sadıqovun bank hesabına ödənilməlidir)

3.      27980/18

04/06/2018

Ruzi

Xaliq oglu ISMAYILOV

1983

Şəhla HÜMBƏTOVA

Bakı

15/02/2023 17/02/2023 4,000

2,800

(birbaşa nümayəndə xanım Şəhla Hümbətovanın bank hesabına ödənilməlidir)

4.      27321/19

08/05/2019

Ikram

Rafiq oglu RƏHIMOV

1978

Elçin

SADIGOV

Bakı

15/02/2023 13/11/2022 1,750

1,750

(birbaşa nümayəndə cənab Elçin Sadıqovun bank hesabına ödənilməlidir)

 

5.      49443/20

02/11/2020

Polad

Israyıl oglu ASLANOV

1989

Elçin

SADIGOV

Bakı

15/02/2023 27/12/2022 1,800

1,700

(birbaşa nümayəndə cənab Elçin Sadıqovun bank hesabına ödənilməlidir)