© tərcümə – aihmaz.org
BEŞİNCİ BÖLMƏ
XATİRƏ QULİYEVA AZƏRBAYCANA QARŞI
(Ərizə no. 72608/13)
QƏRAR
STRASBURQ
1 Sentyabr 2022
Bu qərar qətidir, ona redaktə xarakterli düzəlişlər edilə bilər
Quliyev Azərbayvcana qarşı işində,
Avropa İnsan Hüquqları Məhkəməsinin (Beşinci Bölmə) Palatası aşağıdakılardan ibarət tərkibdə toplaşaraq,
Stéphanie Mourou-Vikström, Sədr,
Ivana Jelić,
Mattias Guyomar, hakimlər,
və Martina Keller, İclas Katibi,
İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə əsasən, 1962-ci ildə anadan olmuş, Bakı şəhərində yaşayan Azərbaycan vətəndaşı, Azərbaycanda iqamət edən hüquqşunas cənab X.Bağırov tərəfindən təmsil olunan məhkəmə qarşında təmsil olunan Xatirə Nəcəf qızı Quliyevanın Azərbaycan Respublikasına qarşı Məhkəməyə təqdim etdiyi Ərizəni (№72608/13);
Azərbaycan Hökümətinin (Hökümət) səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərovun ərizəçinin Konvensiyanın 6-cı və 10-cu maddələri ilə əsaslandırılmış şikayətləri barədə məlumatlandırılması və şikayətlərin qalan hissəsinin qəbuledilməz elan edilməsi ilə bağlı qərarı;
Bölmə Sədrinin cənab K.Bağırova Məhkəmə qarşısındakı icraatlarda ərizəçini təmsil etmək üçün icazə verilməsi haqqında qərarını (Məhkəmə Reqlamentinin 36-cı Qaydasının 4(a) bəndi);
tərəflərin təqdimatlarını;
nəzərə alaraq,
işi 7 iyul 2022-ci ildə qapalı iclasda araşdırıb,
həmin tarixdə qəbul edilən qərarını elan edir:
İŞİN HALLARI
1. Hazırkı məhkəmə işi kiçik xuliqanlıq və polis məmurunun qanuni əmrini yerinə yetirməmək ittihamı ilə bağlı yerli məhkəmələrin inzibati qaytdada xəbərdarlıq etdiyi ərizəçinin saxlanılması və həbsi ilə bağlıdır. Ərizəçi, onun Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi və 6-cı maddəsi ilə qorunan hüquqlarının yerli hakimiyyət orqanları tərəfindən pozulduğunu iddia edir.
2. Ərizəçi iddia edir ki, 5 fevral 2013-cü il tarixdə şikayət vermək üçün Sabunçu Rayon Prokurorluğuna gedib, lakin prokuror onu şəxsən qəbul etməkdən imtina edib və o, şikayətini poçt qutusuna atmağa dəvət olunub. Prokurorun qəbuluna düşmək üçün israr etməsindən sonra onun Sabunçu Rayon Prokurorluğunun binasından çıxarılmasının təmin olunması üçün polisə müraciət edilib. Polis əməkdaşları gəldikdən sonra ərizəçi polis maşınına minib, Sabunçu Rayon Polis İdarəsinə getmək əmrindən imtina edib.
3. Elə həmin gün ərizəçi polis əməkdaşları tərəfindən tutularaq Sabunçu Rayon Polis İdarəsinə aparılıb. Polis saat 13 radələrində onun barəsində inzibati xəta haqqında protokol tərtib edib, həmin protokola görə, ərizəçi Sabunçu Rayon Prokurorluğunun binasına daxil olaraq səs-küy salib, əməkdaşların iş mühitini pozub, onların ünvanına söyüşlər söyüb, hadisə yerinə gələn polis əməkdaşlarının qanuni əmrinə tabe olmayıb, bununla da İnzibati Xətalar Məcəlləsinin (İXM) 296 (xırda xuliqanlıq) və 310.1 (polis əməkdaşının qanuni əmrinə tabe olmama) maddələrinin pozuntusuna yol verib. Lakin inzibati həbs haqqında hər hansı protokol tərtib edilməyib.
4. Eyni gündə ərizəçi Sabunçu Rayon Məhkəməsinə aparılıb. Məhkəmə iclasının stenoqramına əsasən, o, saat 17.30-da hakim qarşısına çıxarılıb. Hakim ərizəçini İXM-nin 296 və 310.1-ci maddələri ilə təqsirli bilib və ona “xəbərdarlıq” (xəbərdarlıq) inzibati tənbeh verib. Ərizəçi məhkəmə zalından sərbəst buraxılıb.
5. Ərizəçi heç bir inzibati xəta törətmədiyini əsas gətirərək onun inzibati qaydada cəzalandırlmasını nəzərdə tutan qərardan apellyasiya şikayəti verib.
6. Bakı Apellyasiya Məhkəməsi 11 mart 2013-cü il tarixli yekun qərarı ilə ərizəçinin apellyasiya şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin qərarını əsaslı hesab edərək qüvvədə saxlayıb.
MƏHKƏMƏNİN QİYMƏTLƏNDİRMƏSİ
I. KONVENSİYANIN 5.1-Cİ MADDƏSİNİN POZUNTUSU İDDİASI
7. Ərizəçi Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə əsaslanaraq saxlanılmasının və altı saata yaxın polisdə saxlanmasının qanunsuz və əsassız olmasından, azadlıq və toxunulmazlıq hüququnu pozmasından şikayət edib.
8. Məhkəmə qeyd edir ki bu şikayətlər açıq-aşkar əsassız və Konvensiyanın 35-ci maddəsində sadalanan hər hansı digər əsaslara görə qəbuledilməz deyil. Buna görə də onlar qəbuledilən elan olunmalıdır.
9. Konvensiyanın 5-ci maddəsi çərçivəsində tətbiq olunan ümumi prinsiplər Nəsirov və başqaları Azərbaycana qarşı işində ifadə edilib (№ 58717/10, §§ 46 47, 20 fevral 2020-ci il).
10. Məhkəmə qeyd edir ki, ərizəçinin hazırkı işdə Konvensiyanın 5-ci maddəsinə əsasən qaldırdığı hüquqi məsələlər Nəsirov və başqalarının işində (yeni orda, §§ 28-31) araşdırılanlarla bənzərdir və eyni yanaşma ərizəçinin işinə də şamil edilir.
11. Xüsusilə, yuxarıda haqqında danışılan işdə olduğu kimi, bu işdə də ərizəçi inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün polis bölməsinə aparılıb. Ancaq inzibati pozuntunun aşkar edildiyi yerdəcə protokolun tərtib edilməsinə hər hansı əngəlin mövcud olmasından söhbət belə getməyib. Bənzər şəkildə, ərizəçi polis bölməsinə aparıldıqdan sonra da onun inzibati qaydada saxlanılması haqqında hər hansı protokol tərtib edilməyib (yuxarıda 3-cü bəndə bax). Nəhayət, nə yerli hakimiyyət orqanları, nə də Hökumət, Məhkəməyə ərizəçinin inzibati qaydada saxlanılmasına haqq qazandıran hər hansı konkret – məsələn, onun işinin məqsədəuyğun və düzgün araşdırılması kimi səbəb təqdim etməyib və belə bir tədbir görülməyəcəyi təqdirdə, müvafiq qanunvericilikdə müəyyən edilmiş məqsədlərə nail olmağın “mümkünsüz” olacağını obyektiv şəkildə göstərə bilməyiblər (yeni orada, §§ 48-50).
12. Məhkəmə Nəsirov və Başqalarının işində (yeni yerdə, §§ 51-52) qmüddətindən asılı olmayaraq, ərizəçinin azadlığından məhrum edilməsinin əsassız, özbaşına və lazımsız olması qənaətinə gəlib və Məhkəmə, bu işdə həmin nəticədən kənara çıxmağa heç bir əsas görmür.
13. Burdan Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin pozulduğu nəticəsi çıxır.
II. KONVENSİYANIN 6-CI MADDƏSİNİN POZUNTUSU İDDİASI
14. Ərizəçi həmçinin Konvensiyanın 6-cı maddəsinə əsaslanaraq, daxili məhkəmələrin qərarlarının adekvat əsaslandırılmamasından və ona müdafiəsini hazırlamaq üçün lazımi vaxt və imkanlarin verilməməsindən şikayət edib.
15. Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi ilə bağlı yuxarıda gəldiyi nəticələri, habelə tərəflərin arqumentlərini və hazırkı işin konkret hallarını nəzərə alan Məhkəmə hesab edir ki, ərizəçinin Konvensiyanın 6-cı maddəsinə əsaslanan şikayətlərinin qəbuledilənliyi və ya mahiyyəti ilə bağlı ayrıca qərar verməyə ehtiyac yoxdur (bax, bir çox digərləri ilə yanaşı Valentin Câmpeanu Rumıniyaya qarşı [GC] adından Hüquq Resursları Mərkəzi, № 47848/08, § 156, AİHM 2014; Azər Əhmədov Azərbaycana qarşı, № 3409/10, §§ 77-79, 22 iyul 2021-ci il və Mehman Əliyev və başqaları Azərbaycana qarşı [Komitə], № 46930/10 və başqa 11 ərizəçi, §§ 52-54, 20 may 2021-ci il).
KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
16. Ərizəçi mənəvi ziyana görə 1.000.000 avro (EUR) və daxili məhkəmələr və Məhkəmə qarşısında çəkdiyi xərc və məsrəflərə görə isə 2.221 avro ədalətli əvəz tələb edib. Ərizəçi iddiasını dəstəkləmək üçün nümayəndəsi cənab K.Bağırovla bağladığı müqaviləni təqdim edib və bununla bağlı kompensasiyanın birbaşa nümayəndəsinin bank hesabına ödənilməsini xahiş edib.
17. Hökumət göstərilən məbləğlərin əsassız və həddindən artıq olduğunu bildirib.
18. Məhkəmə, tutula biləcək hər hansı vergi məbləği də üzərinə gəlməklə ərizəçiyə mənəvi ziyana görə 3.000 avro ödənilməsini təyin edir.
19. Məhkəmə, əlində olan sənədləri nəzərə alaraq, ərizəçinin nümayəndəsinin bank hesabına ödənilməsi üçün xərc və məsrəflərə görə 500 Avro təyin edilməsini məqsədəuyğun sayır.
BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ, YEKDİLLİKLƏ,
1. Bəyan edir ki, Konvemnsiyanın 5 § 1 -ci maddəsinə əsaslanan şikayətlər qəbulediləndir;
2. Qərar verir ki, Konvemsiyanın 5 § 1 -ci maddəsi pozulub;
3. Qərar verir ki, Konvemsiyanın 6-cı maddəsinə əsaslanan şikayətlərin qəbuledilənliyini və mahiyyətini incələməyə ehtiyac yoxdur;
4. Qərar verir:
(a) cavabdeh Dövlət qərarın qüvvəyə mindiyi tarixdən üç ay müddətində aşağıdakı məbləğdə təzminatı ödəmə tarixində keçərli olan məzənnəyə uyğun olaraq, cavabdeh dövlətin valyutasına mübadilə edirək ərizəçiyə ödəməlidir:
(i) tutula biləcək hər hansı vergi məbləği də üstünə gəlməklə, mənəvi ziyana görə 3,000 avro (üç min avro);
(ii) tutula biləcək hər hansı vergi məbləği də üstünə gəlməklə hüquqi xərc və məsrəflərə görə birbaşa ərizəçilərin hüquqi nümayəndəsinin bank hesabına ödənilməsi üçün 500 (beş yüz) avro;
(b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğə görə, Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;
5. Ərizəçinin ədalətli əvəz tələbinin qalan hissəsini rədd edir.
Qərar Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2 və 3-cü bəndlərinə uyğun olaraq, ingilis dilində tərtib olunub və 1 sentyabr 2022-ci il tarixdə yazılı olaraq açıqlanıb.
Martina Keller Stéphanie Mourou-Vikström
İclas Katibi Sədr