№24127/17 MƏMMƏD İBRAHİM AZƏRBAYCANA QARŞI – 24 APREL 2023-CÜ İL

24 aprel 2023-cü il tarixdə dərc edilib

 

BİRİNCİ BÖLMƏ

Ərizənin nömrəsi: 24127/17

Məmməd Əziz oğlu İBRAHİM Azərbaycana qarşı

13 mart 2017-ci il tarixdə daxil olub

3 aprel 2023-cü il tarixdə hökumətlə kommunikasiya edilməyə başlanılıb

MƏHKƏMƏ İŞİNİN MÖVZUSU

Ərizə müxalifət partiyasının təmsilçisi olan ərizəçiyə qarşı cinayət işinin açılması ilə əlaqədardır. Ərizəçi Ali Məhkəmənin 28 sentyabr 2016-cı il tarixli qanuni qüvvəyə minmiş hökmü ilə Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsi ilə təqsirli bilinib və üç il müddətinə azadlıqdan məhrum edilib.

Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsaslanan ərizəçi şikayət edir ki, onun əsaslandırılmış qərar əldə etmək hüququ, tərəflərin bərabərliyi və çəkişmə prinsipləri pozulub. Xüsusilə, o, iddia edir ki, müdafiə tərəfinin bütün etirazları və prosessual vəsatətləri rədd edilib və müdafiə tərəfinə öz arqumentlərini təqdim etməsi üçün ittiham tərəfi ilə bərabər şəraitdə ağlabatan imkan verilməyib.

TƏRƏFLƏRƏ SUALLAR

Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq ona qarşı cinayət ittihamının müəyyən edilməsi zamanı ədalətli dinləmələr imkanına malik olubmu? Xüsusilə:

(a) ərizəçinin əsaslandırılmış hökm əldə etmək hüququna və tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə hörmət edilibmi?

(b) ərizəçiyə ona qarşı olan sübutları mübahisələndirmək və müdafiə xəttini dəstəkləyən dəlilləri təqdim etmək və bu cür dəlillərin məhkəmələr tərəfindən qiymətləndirilməsi üçün adekvat imkan yaradılıbmı (bax: Hüseyn və başqaları Azərbaycana qarşı, № 35485/ 05 və 3 digərləri, §§ 198-203, 26 iyul 2011-ci il və İlqar Məmmədov Azərbaycana qarşı (№ 2), № 919/15, §§ 205-10, 16 noyabr 2017-ci il)?