№41494/20 XƏDİCƏ İSMAYILOVA AZƏRBAYCANA QARŞI – 2 MAY 2023-CÜ İL

2 may 2023-cü il tarixdə dərc edilib

 

BİRİNCİ BÖLMƏ

Ərizənin nömrəsi: 41494/20
Xədicə Rövşən qızı İSMAYILOVA Azərbaycana qarşı

3 avqust 2020-ci il tarixdə daxil olub

11 aprel 2023-cü il tarixdə hökumətlə kommunikasiya edilməyə başlanılıb

MƏHKƏMƏ İŞİNİN MÖVZUSU

Məhkəmə işi jurnalist olan ərizəçinin məhkum olunması və şərti cəza almasından sonra Azərbaycanı tərk etməsinə səyahət qadağasının tətbiq edilməsi ilə bağlıdır. Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinə və Konvensiyanın 18-ci maddəsinə əsaslanan Ərizəçi daxili məhkəmələrin ona tətbiq edilən səyahət qadağasını ləğv etməkdən imtina etməsindən şikayət edir.

TƏRƏFLƏRƏ SUALLAR

1. Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulduğu kimi, ərizəçinin cavabdeh dövlətin ərazisini tərk etməsi azadlığına hər hansı məhdudiyyət tətbiq edilibmi? Əgər belədirsə, bu məhdudiyyət qanuna uyğun idimi və Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinin 3-cü bəndi baxımından zəruri idimi?

2. Hazırkı işdə Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinə uyğun olaraq, dövlət tərəfindən qoyulmuş məhdudiyyətlər Konvensiyanın 18-ci maddəsinə zidd olaraq, həmin maddədə nəzərdə tutulmuş məqsədlərdən fərqli məqsədlər üçün tətbiq edilibmi?