№47145/14 Məmmədli Qrupu Azərbaycana qarşı – 8-10 iyun 2022

 

Avropa Şurası Nazirlər Komitəsi

1436-cı toplantı, 8-10 iyun 2022 (DH)

H46-2 Məmmədli Qrupu Azərbaycana qarşı (Ərizə No. 47145/14)

Avropa Məhkəməsinin qəralarının icrasına nəzarət

Qətnamə

TƏMSİLÇİLƏR,

1. Avropa Məhkəməsinin bu məhkəmə işi qrupuna daxil olan hər bir ərizəçi ilə bağlı hökumətin öz tənqidçilərini, vətəndaş cəmiyyəti fəallarını, insan haqları müdafiəçilərini təqib etməsi üçün hüququn üstünlüyü prinbsipinə zidd olaraq cinayət qanunvericiliyindən sui-istifadə etməklə əsassız və özbaşına həbs və məhkum etmənin narahatlıq doğuran modelini tətbiq etməsini ortaya çıxarmaqla, Konvensiyanın 5-ci maddəsi ilə bərabər götürülməklə, 18-ci maddəsinin pozuntusunu tanıdığını xatırlatdılar;

Fərdi tədbirlərlə bağlı

2. Bütün ərizəçilərə ədalətli əvəzin tam ödənildiyini və bu qrupa daxil olan işlərdəki doqquz ərizəçidən yeddisinin məhkumluğunun götürüldüyünü, ancaq Komitənin son incələməsindən sonra həyata keçirilmiş fərdi tədbirlərlə bağlı səlahiyyətli orqanlar tərəfindən hər hansı bilginin təqdim edilmədiyini böyük narahatlıqla qeyd edir;

3. Ərizəçilərin hamısının məhkumluqları ləğv edilənə qədər, insan hüquqları ilə bağlı bütün toplantılarda bu qrup işinin incələnməsini nəzərdə tutan 2020-ci ilin dekabrında qəbul edilmiş qərarlarını xatırladır;

4. Təəssüf hissi ilə qeyd etdi ki, Komitənin dəfələrlə təkrarlanan çağırışlarına rəğmən, qalan ərizəçilərin təqsirli olduğunu ifadə edən hökmlərin hələ də qüvvədə olduğunu, Ali Məhkəmədə artıq baxılmış olan əvvəlki mühüm presedent işləri ilə oxşar problemləri qaldırması faktını nəzərə alaraq, bu işlərə baxılmasında baş verən ciddi ləngimələrə heç bir əsasın olmadığını təəssüflə qeyd edir;

5. Bu qrup işində qalan ərizəçilərin məhkumluqlarının gecikmədən ləğv edilməsini təmin etmək üçün hakimiyyət orqanlarına yönəlik əvvəlki təcili çağırışlarını bir daha təkrarlayır;

6. Bundan başqa, səlahiyyətliləri müzakirə mövzusu olan cinayət prosesinin yerdə qalan qalan hər hansı digər mənfi nəticələrinin aradan qaldırılması üçün tələb olunan digər fərdi tədbirlər haqqında məlumat verməyə çağırır;

Ümumi tədbirlərlə bağlı

7. 6. Strasburqda Katibliklə Azərbaycan qurumları arasında ikitərəfli məsləhətləşmələrin aparıldığını, ayrıca, ümumi tədbirlərlə bağlı səlahiyyətli orqanlar tərəfindən məlumatın təqdim edildiyini, ancaq gec təqdim olunmasının bu iclasda onun araşdırılmasına imkan vermədiyini qeyd edir, Komitənin növbəti müzakirəsinə qədər təqdim olunmuş məlumatların tam analizini hazırlamağı Katibliyə tapşırır;

8. Bu qrupdakı digər ərizəçilərin məhkumluqlarının Ali Məhkəmə tərəfindən ləğv edilməsinin, qisasçı və sui-istifadə xarakterli həbslərə və təqiblərə qarşı möhkəm milli məhkəmə təcrübəsini formalaşdıracaq kilid ümumi tədbir olaraq qaldığını bir daha vurğulayır;

9. Xüsusilə, Məhkəmə-Hüquq Şurasının tərkibi və məhkəmələrin müstəqilliyinin qorunması və möhkəmləndirilməsindəki rolu ilə bağlı GRECO-nun uyğun tövsiyələrinin həyata keçirilməsinin zəruriliyini bir daha vurğulayır;

10. Katibliyə, bu işlərlə bağlı tələb olunan fərdi tədbirlərin həyata keçirilməsində 1 avqust 2022-ci il tarixədək nəzərəçarpacaq irəliləyiş əldə olunmazsa, 1443-cü iclasda (sentyabr 2022) (DH) qəbul edilməsi üçün aralıq qətnamə layihəsinin hazırlanmasını tapşırır.