№77770/17 RAMİL NƏSİBOV VƏ BAŞQA 3 ƏRİZƏÇİ AZƏRBAYCANA QARŞI – 14 fevral 2022-ci il

 

14 fevral 2022-ci il tarixdə bilgi dərc edilib

 

BEŞİNCİ BÖLMƏ

Ərizənin nömrəsi 77770/17

Ramil Bəşir oğlu NƏSİBOV və 3 başqa ərizəçi Azərbaycana qarşı

(detallı məlumat üçün əlavə edilmiş siyahıya baxın)

 

27 yanvar 2022-ci il tarixdə hökumətlə kommunikasiyaya başlanılıb

MƏHKƏMƏ İŞİNİN MÖVZUSU

Dörd ərizə məhkəmə qərarlarının icra edilməməsinə görə ərizəçilərə İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə əsasən (Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) müxtəlif müddətlərə inzibati həbs cəzası verilməsini nəzərdə tutan daxili məhkəmələrin qərarları ilə bağlıdır.

TƏRƏFLƏRƏ SUALLAR

1. Ərizəçilər Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq, onlara qarşı irəli sürülən ittihamlarla bağlı dinləmələr zamanı ədalətli mühakimə haqqına sahib idilərmi? Xüsusilə, daxili məhkəmələr ərizəçilərin mühakimə olunduğu əməllərin bütün elementlərinin mövcudluğunu müəyyən ediblərmi və öz qərarlarının əsaslarını təqdim ediblərmi (bax: Kərimov və başqaları Azərbaycana qarşı, № 24219/16 və başqa 2 iş, 22 iyul 2021-ci il)?

2. Ərizəçilər, 4 saylı Protokolun 1-ci maddəsinə zidd olaraq, sadəcə olaraq, müqavilələrdən doğan öhdəliklərini yerinə yetirə bilməmələri səbəbindənmi azadlıqdan məhrum ediliblər?

 

ƏLAVƏ

Ərizəçilərin siyahısı

No. Ərizə no. İşin adı Daxil olub Ərizəçi
Doğum ili
İqamət yeri
Təmsilçi
1. 77770/17 Nəsibov Azərbaycana qarşı 27/10/2017 Ramil Bəşir oglu NƏSIBOV
1976
Sumqayıt
Nurlana ƏLİYEVA
2. 79191/17 Əmirov Azərbaycana qarşı 07/11/2017 Ruslan Təhməz oğlu ƏMIROV
1982
Masalli
Cavad CAVADOV
3. 81103/17 Mahmudov Azərbaycana qarşı 17/11/2017 Qadir Mahmud oglu MAHMUDOV
1957
Bakı
Əkrəm HƏSƏNOV
4. 6655/19 Ağayev Azərbaycana qarşı 28/01/2019 Sakin Əbdülhüseyn oglu AĞAYEV
1963
Bakı
Muxtar MUSTAFAYEV