ŞƏRH: ZEYNALOV AZƏRBAYCANA QARŞI – 22 aprel 2021

Əvəz Zeynalov Azərbaycana qarşı;

Ərizə №.37816/12 25260/14; 22/04/2021

Bu iş qəzet baş redaktoru olan ərizəçi Əvəz Zeynallının parlament üzvündən rüşvət tələb etməsi ittihamı əsasında saxlanılması və məhkum olunması ilə bağlıydı. İttahamları rədd edən jurnalist şikayətində iddia edirdi ki, onunla bağlı mühakimə zamanı azadlıq və toxunulmazlıq (Maddə 5), ədalətli məhkəmə araşdırması (Maddə 6), şəxsi həyata hörmət (Maddə 8 ) və ifadə azadlığı hüququna (Maddə 10) müdaxilə edilib.

AİHM ərizəçinin evində, ofisində və maşınında axtarış aparılmasına, bəzi əşyaların götürlüməsinə münasibətdə bu işdə 10-cu maddənin pozuntusunu tapdı. Məhkəmə hesab etdi ki, axtarış və götürmə qanuni məqsədə mütənasib olmayıb. Bu işdə həmçinin, şəxsi həyata hörmət (axtarış və götürmənin qanunsuzluğu), azadlıq və toxunulmazlıq (məhkəməyə qədər həbsin uyğunsuzluğu, rəsmilərin həbs üçün uyğun və yetərli əsaslar göstərə bilməməsi), ədalətli məhkəmə araşdırması (təqsirlsizlik prezumpsiyası – məhkəmə qərarı olmadan rəsmiləri ərizəçini cinayətkar kimi qələmə verməsi; habelə, ərizəçiyə şahidləri sorğulama imkanının verilməməsi) hüququnun pozulduğuna qərar verildi.

AİHM 13000 avro ədaləli əvəz müəyyən etdi.