ŞƏRH: HACI və BAŞQALARI AZƏRBAYCANA QARŞI – 1 OKTYABR 2020

Hacı və başqaları Azərbaycana qarşı;

Ərizə №.3503/10; 01/10/2020

Bu işdə 8 ərizəçi müxtəlif medialarda və ya müstəqil çalışan jurnalistlər idi. Ərizəçilər peşə fəaliyyətləri kontekstində polislər və mülki şəxslər tərəfindən fiziki zorakılığa məruz qalıblar. Ərizəçilərin şikayətləri onlara qarşı törədilmiş cinayətlərin effektiv araşdırılmaması ilə bağlıdır.

Ərizəçilərin işləri üzrə daxili orqanlar araşdırma aparmış, bəzi hallarda cinayət işi də açılmışdı. Ancaq heç bir halda ərizəçilərəq arşı zorakılıq edənlər mühakimə olunmamışdı. Ərizəşilər həmçinin, işgəncəyə məruz qalmamaq, ifadə azadlığı hüquqlarının pozuntusunu da mübahisələndirmişdi.

AİHM bu işdə peşə fəaliyyətini yerinə yetirərkən jurnalistin fiziki zorakılığa məruz qalmasını ifadə azadlığı hüququnun pozuntusu kimi tanıdı. Həmçinin, digər ərizəçilərə münasibətdə Konvensiyanın 3-cü maddəsinin, jurnalistlırə qarşı zorakılıqların araşdırlmamasından verilmiş şikyayətlər üzrə yerli məhkəmə qərarlarında isə 6-cı maddənin pozuntusunu tapdı.

AİHM 8 ərizəçiyə münasibətdə 80250 avro ədalətli əvəz müəyyən etdi.