ŞƏRH: İSMAYILOVA AZƏRBAYCANA QARŞI – 10 yanvar 2020

Xədicə İsmayılova Azərbaycana qarşı;

Ərizə №.65286/13 57270/14; 10/01/2019

Bu iş 2012-2014-cü illər aralığında baş vermis olaylarda tanınmış araşdırmaçı journalist olan ərizəçinin şəxsi həyata və reputasiyaya hörmət və ifadə azadlığı hüquqlarına (Konvensiyanın 8-ci və 10-cu maddələrinin pozuntusu).

Bu işin hallarına görə, ölkə prezidentinin qızlarının müxtəlif kommersiya fəaliyyətlərində iştirakını tənqid edən məqalələri hazırlayıb dərc etdikdən sonra ərizəçiyə, araşdırma məqalələrinin dərcini dayandırmayacağı təqdirdə onu ictimaiyyətin gözündə alçaldacaqları ilə təhdid edən məktub göndərilib. İmtina etməsindən sonra ərizəçinin və onun o vaxtkı sevgilisinin yataq otağında gizli quraşdırlmış kamera ilə çəkilmiş seksual məzmunlu səhnələri əks etdirən video görüntülər internetdə yerləşdirilib. Təxminən elə həmin vaxtlarda yerli qəzetlər, ərizəçini hökumət əleyhinə qərəzli mövqedə dayanmaqda və əxlaqsızlıqda ittiham edən xəbərlər, məqalələr dərc edib, yayıblar.

Bu işdə Məhkəmə müəyyən etdi ki, hakimiyyət orqanları, təhdid məktubu kontekstində ərizəçiyə qarşı törədilmiş hərəkətləri, naməlum şəxslər tərəfindən intim videoların gizli çəkilişini və yayılmasını, habelə, rəsmi qurumların cinayət işi üzrə açıqlamalarında şəxsi məlumatların ictimaiyyətə açıqlanması xüsusatı ilə bağlı gərəkli təsrili araşdırma aparmayıblar.

Məhkəmə həmçinin, qeyd etdi ki, ərizəçinin jurnalist fəaliyyəti ilə əlaqəli olan ictimaiyyət qarşısında aşağılanması təhlükəsi və onun şəxsi həyatına açıq-aşkar və əsassız müdaxilə ilə nəticələnən hərəkətlərin qarşısını almaq gərəkli olsa da, hökumət bu qorumanı təmin etməyib.

Ərizəçiyə münasibətdə şəxsi həyata hörmət və ifadə azadlığı hüququnun pozulmasına qərar verən Məhkəmə, 16750 avro ədalətli əvəz müəyyən etdi.