ŞƏRH: HACIBƏYLİ və ƏLİYEV AZƏRBAYCANA QARŞI – 19 aprel 2019

Hacıbəyli və Əliyev Azərbaycana qarşı;

Ərizə №.6477/08 10414/08; 19/04/2018

Bu qərar ərizəçilərin 2005-2006-cı illərdə vəkillik sahəsindəki durumla bağlı verdikləri tənqidi məzmunlu yayılmış açıqlamalarına, dərc edilmiş məqalələrinə görə, Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən Kollegiyaya qəbul edilmələrindən imtina olunması ilə ifadə azadlığı hüququnun pozuntusu ilə bağlıdır.

Bu iş həmçinin, ərizəçilərin Avropa Məhkəməsinin icraatda olan ərizələri ilə bağlı bütün iş materiallarının ərizəçilərdən cənab Əliyevin ofisindən götürülmüş olması səbəbindən, dövlətin Konvensiyanın 34-cü maddəsi üzrə öz öhdəliklərinə əməl etməməsini də müəyyən edir.

AİHM bu işdə 16500 avro ədalətli əvəz müəyyən etmişdi.