29 noyabr 2021-ci il tarixdə bilgi dərc edilib
BEŞİNCİ BÖLMƏ
Ərizə no:17979/20 və 41490/20
Hümeyir Hüseyn oğlu ƏHMƏDOV Azərbaycana qarşı
və Natiq İsgəndər oğlu İSBATOV Azərbaycana qarşı
Ərizələr müvafiq olaraq 13 aprel 2020 və 12 avqust 2020-ci il tarixlərində daxil olub
9 noyabr 2021-ci il tarixdə kommunikasiya başlayıb
Məhkəmə işinin mövzusu
Hər iki ərizə rəsmi qurumlar tərəfindən Azərbaycandan xaricə səfər etmələri əngəllənən ərizəçilərə tətbiq edilən səyahət yasağı ilə bağlıdır.
Tərəflərə suallar
Konvensiyanın 4 Saylı Protokolunun 2-ci maddəsinin 2-ci bəndi ilə təminat verildiyi kimi, ərizəçilərin cavabdeh dövlətin ərazisini tərk etmək azadlığına hər hansı məhdudiyyət tətbiq edilibmi?
Tətbiq edilibsə, bu məhdudiyyət qanuna uyğun idimi və 4 Saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndi baxımından zəruri idimi (bax: Mürsəliyev və başqaları Azərbaycana qarşı, № 66650/13 və başqa 10 ərizəçi, §§ 29-36, 13 dekabr 2018-ci il)?
Ərizəçilər, Konvensiyanın 13-cü maddəsində nəzərdə tutulduğu şəkildə, 4 Saylı Protokolun 2-ci maddəsi çərçivəsindəki şikayətlərini qaldırmaları üçün təsirli daxili müdafiə vasitəsinə malik idilərmi?
ƏLAVƏ
No. | Ərizə no. | İşin adı | Ərizəçi Doğum tarixi İqamət yeri |
Təmsil edən |
1. | 17979/20 | Əhmədov Azərbaycana qarşı | Hümeyir Hüseyn oğlu ƏHMƏDOV 1958 Bakı |
Ağaveyis ŞAHVERDI |
2. | 41490/20 | İsbatov Azərbaycana qarşı | Natiq İsgəndər oğlu İsbatov
1986 Bakı |
Zibeydə SADIQOVA |