Avropa Şurası Nazirlər Komitəsi
1411-ci toplantı, 14-16 sentyabr 2021 (DH)
H46-3 Məmmədli Qrupu Azərbaycana qarşı (Ərizə No. 47145/14)
Avropa Məhkəməsinin qəralarının icrasına nəzarət
Qətnamə
TƏMSİLÇİLƏR,
1. Avropa Məhkəməsinin bu məhkəmə işi qrupuna daxil olan hər bir ərizəçi ilə bağlı hökumətin öz tənqidçilərini, vətəndaş cəmiyyəti fəallarını, insan haqları müdafiəçilərini təqib etməsi üçün hüququn üstünlüyü prinbsipinə zidd olaraq cinayət qanunvericiliyindən sui-istifadə etməklə əsassız və özbaşına həbs və məhkum etmənin narahatlıq doğuran modelini tətbiq etməsini ortaya çıxarmaqla, Konvensiyanın 5-ci maddəsi ilə bərabər götürülməklə, 18-ci maddəsinin pozuntusunu tanıdığını xatırlatdılar;
2. Daha sonra Konvensiyanın 46-cı maddəsinin 4-cü bəndinə əsasən, məhkəmə qərarına uyğun olaraq, bu işlərdə Azərbaycanın AİHM tərəfindən sui-istifadə kimi qiymətləndirilmiş cinayət ittihamlarının mənfi nəticələrini ortadan qaldırmalı olduğunu yada saldılar;
Fərdi tədbirlərlə bağlı
3. Nazirlər Komitəsinin əvvəlki qərarlarını, o cümlədən Komitənin 1369-cu iclasında (mart 2020-ci il) qəbul edilmiş keçici qətnaməni xatırlatdı, hakimiyyət orqanlarını gecikmə olmadan hər bir ərizəçi ilə bağlı bütün zəruri fərdi tədbirlərin görülməsini təmin etməyə çağırdı;
4. Həmçinin, qrupa daxil olan ilk üç qərarın (Məmmədli, Rəşad Həsənov və başqaları və Əliyev) 2019-cu ilin sentyabr ayından Azərbaycan Respublikası Ali Məhkəməsində baxılmaqda olduğunu və daxili qanunvericilikdə həmin işlərə yenidən baxılması üçün nəzərdə tutulmuş müddətin 2019-cu ilin dekabrında başa çatdığını xatırlatdı və hökumət orqanlarını bir daha Ali Məhkəmənin Plenumunda keçirilməli olan dinləmələrin təyin olunmuş tarixləri və nəticələri barədə məlumat verməyə çağırdı;
5. bu kontekstdə İlqar Məmmədov işində hüquq pozuntuları ilə bağlı Məhkəmənin çıxardığı birmənalı nəticələr fonunda, bu qrupa daxil olan digər qərarlar üzrə tələb olunan fərdi tədbirlərin davam etdirilməməsindən ciddi ciddi narahatlığını ifadə etdi və hökumət orqanlarını qalan bütün ərizəçilərə qarşı özbaşına tətbiq edilmiş cinayət ittihamlarının mənfi nəticələrinin aradan qaldırılması üçün zəruri olan konkret addımları müəyyən etmək və təxirə salmadan həyata keçirmək məqsədilə, o cümlədən, bu işlərin Ali Məhkəmə tərəfindən operativ şəkildə araşdırılmasını təmin etməklə Katibliklə sıx və təcili əməkdaşlığa dəvət etdi;
6. ərizəçi Natiq Cəfərov barəsində cinayət işinə xitam verilməsi, ona qarşı tətbiq edilmiş özbaşına cinayət ittihamları ilə bağlı hər hansı neqativ nəticənin davam etdmədiyini nəzərə alaraq, CM/ResDH(2021)204 saylı Yekun Qərarın qəbul edildiyini, onunla bağlı əlavə fərdi tədbirin görülməsinin tələb olunmadığını qeyd etdi;
Ümumi tədbirlərlə bağlı
7. Məhkəmə tərəfindən bu qrupa daxil olunan işlərdə aşkar edilmiş pozuntuları, özəlliklə də 18-ci maddənin pozuntularını nəzərə alaraq, Ali Məhkəmənin İlqar Məmmədov və Rəsul Cəfərov işlərində müəyyən edilmiş presedentləri təcili araşdıraraq və bundan sonra cinayət ədliyyəsi sistemində oxşar sui-istifadə hallarının baş verməməsini təmin edə biləcək Ali Məhkəmənin presedent hüququnun möhkəm oturuşması prosesinin bir hissəsi kimi, qalan ərizəçilərin də məhkumluqlarının və məhkumluğun hər hansı mənfi nəticələrinin ləğv edilməsinin təcili bir zərurət olduğunu bir daha vurğuladılar;
8. Hazırkı məhkəmə işlərində Avropa Məhkəməsi tərəfindən ifadə edilmiş bütün narahatlıqları aradan qaldırmaq üçün hökumət orqanlarına Korrupsiyaya Qarşı Dövlətlər Qrupunun (GRECO) tövsiyələrinə və Avropa Şurası orqanlarının digər müvafiq tövsiyələrinə əməl edilməsi çağırışlarını, xüsusilə də Məhkəmə-Hüquq Şurasının tərkibi və onun məhkəmələrin müstəqilliyinin qorunması və gücləndirilməsindəki rolu ilə bağlı, hakimlərin və prokurorların müstəqilliyinin və qərəzsizliyinin təminatlarının gücləndirilməsi yolu ilə aşkarlanan pozuntuların əsas səbəblərinin sürətlə aradan qaldırılmasına yönəlik çağırışlarını təkrarladı;
9. Hakimiyyət orqanlarını, məhkəmə zallarında qalmaqda davam edən metal qəfəslərin götürülməsi mövzusundakı irəliləyişlər barəsində bilgi təqdim etməyə dəvət etdi;
10. Katibliyə, 1 noyabr 2021-ci il tarixinə qədər hazırkı məhkəmə işlərinin icrası ilə bağlı tələb olunan fərdi və ümumi tədbirlərdə nəzərəçarpacaq irəliləyiş əldə olunmayacağı təqdirdə, NK-nin dekabr (DH) toplantısında qəbul edilməsi üçün aralıq qətnamənin layihəsini hazırlamağı tapşırdı.