“Avropa Məhkəməsi gündəliyi – qərarların şərhi” proqramında hüquqşünas Emin Abbasov Avropa Məhkəməsinin Aleksandr Lapşin Azərbaycana qarşı qərarının şərhini təqdim edir. AİHM bu işdə ərizəçinin yaşamaq hüququnun həm prosessual, həm də maddi aspektdən pozulması qərarına gəlib. Azərbaycan hökuməti qərardan şikayət edib.