Təzminatın ödənilməsinin möhlət müddəti bitibsə, nə etməli?
Bəzən elə durumlar olur ki, bank rekvizitləri göndərilir, lakin hesaba heç bir məbləğ köçürülmür və yaxud ödəniş məbləğinin yalnız bir hissəsi köçürülür.
Belə durumlarda Ərizəçi dərhal Qərarların İcrası Departamentinə fax (+33 (0)3 88 41 27 93), poçt (Conseil de l’Europe, Service de l’Exécution des Arrêts, F-67075 STRASBOURG CEDEX), e-mail(dgI_execution_just_satisfaction@coe.int) vasitəsilə müraciət etməli və iş nömrəsini, əlaqə məlumatlarında istənilən dəyişiklikləri (ünvanda, ad, bank rekvizitləri) göndərməli və müvafiq sənədi əlavə etməlidir (məsələn; bank rekvizitlərinin göndərilməsini sübut edən sənədin surəti)
Qeyd: Şikayətlər AİHM-in internet saytında qətnamə / qərarın ödəmələr siyahısında dərc edilməsindən sonra iki ay müddət ərzində göndərilməlidir. Bu iki ay müddəti keçdikdən sonra, ərizəçi ədalətli əvəz məbləği və gecikmə faizın ödənişini qəbul etmiş hesab olunacaq. Hər hansı bir suala və ya problemə qısa müddətdə aydınlıq gətirilməsi üçün şikayətlər aidiyyatlı dövlət orqanların diqqətinə çatdırılır.