Avropa İnsan Haqları Məhkəməsi (AİHM) gələn həftə, iyunun 24-də Azərbaycandan göndərilmiş şikayətlər üzrə 3 qərarını elan edəcək.
Elşən Əliyev Azərbaycana qarşı
Bu iş ərizəçinin ölkədən çıxışına yasaq qoyulması ilə bağlıdır. Ərizəçi iddia edir ki, onun şikayətlərinə baxılarkən hərəkət azadlığı və səmərəli hüquq müdfafiə vasitələrinə malik olmaq hüququnun pozuntusuna yol verilib.
Zülfüqar İbrahimov Azərbaycana qarşı
Bu ərizə yerli məhkəmələrin ərizəçinin həbsi ilə bağlı yetərli və uyğun əsaslar təqdim etməməsi, onun girov qarşılığında sərbəst buraxılması tələbini rədd etməsi ilə bağlıdır. Ərizəçi iddia edir ki, onun azadlıq və toxunulmazlıq hüququna müdaxilə baş verib.
Abbasov və başqaları Azərbaycana qarşı
Bu işdə ərizəçilər mülki iddialarla məhkəmə davası açıblar. Ancaq məhkəmə iddialara ərizəçilərin iştirakı olmadan baxıb, məhkəmə prosesinin vaxtı və yeri barədə onları bilgiləndirməyib.
Ərizəçilər onlara münasibətdə ədalətli məhkəmə araşdırması hüququnun pozuntusuna yol verildiyini iddia edirlər.