Bu Təlimat praktik hüquqşünasları Avropa İnsan Hüquqları Məhkəməsi (bundan sonra “Məhkəmə”, “Avropa Məhkəməsi” və ya “Strasburq Məhkəməsi” adlandırılacaq) tərəfindən qəbul edilmiş fundamental qərarlar barəsində məlumatlandırmaq üçün Strasburq Məhkəməsi tərəfindən dərc olunan Konvensiyaya dair təlimatlar silsiləsinin tərkib hissəsidir. Konkret olaraq bu Təlimatda Avropa İnsan Hüquqları Konvensiyasının (bundan sonra “Konvensiya” və ya “Avropa Konvensiyası” adlandırılacaq) 8-ci maddəsinə dair 30 aprel 2017-ci ilədək mövcud olan presedent hüququnun təhlili və qısa icmalı verilir. Oxucular bu sahəyə aid əsas prinsipləri və müvafiq presedentləri burada tapa biləcəklər.
İstinad edilən presedentlər aparıcı, mühüm və (və ya) ən son qərar və qərardadlar arasından seçilib.