Avropa İnsan Haqları Məhkəməsi (AİHM) aprelin 22-də Azərbaycandan göndərilmiş 4 şikayət üzrə qərarlarını elan edəcək. Ərizəçilər jurnalist Əvəz Zeynallı, journalist Elçin Həsənov, ictimai-siyasi Bəxtiyar Hacıyev və ömürlük məhbus Hüseyn Abdulvahabovdur.
Əvəz Zeynallı Azərbaycana qarşı
Bu iş “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının parlament üzvündən rüşvət tələb etməsi ittihamı əsasındı saxlanılması və məhkum olunması ilə bağlıdır. İttahamları rədd edən jurnalist şikayətində iddia edir ki, onunla bağlı mühakimə zamanı azadlıq və toxunulmazlıq (Maddə 5), ədalətli məhkəmə araşdırması (Maddə 6), şəxsi həyata hörmət (Maddə 8) və ifadə azadlığı hüququna (Maddə 10) müdaxil edilib.
Elçin Həsənov Azərbaycana qarşı
Bu iş journalist olan ərizəçinin dinc aksiya zamanı çəkiliş apararkən polis əməkdaşları tərəfindən saxlanılması və döyülməsi iddiaları ilə bağlıdır.
Ərizəçi ifadə azadlığı, işgəncəyə məruz qalmamaq (Maddə 3) hüququna müdaxilə baş verdiyini mübahisələndirib.
Bəxtiyar Hacıyev Azərbaycana qarşı
Bu iş ərizəçinin Gəncə şəhərində polis idarəsində saxlanılması, saxlanılmasının qanunsuzluğunun araşdırılmaması ilə bağlıdır. Şikayətdə 3-cü maddənin pozuntusu qaldırılır.
B.Hacıyevi və E.Həsənovu AİHM qarşısında hüquqşunas İntiqam Əliyev təmsil edib. Hər iki işdə ərizəçilər fərdi şikayət hüququna (Maddə 34) müdaxilə məsələsini də qaldırıblar. Bu iddia 2014-cü ildə ərizəçilərin hüquqi təmsilçilərinin həbs edilməsi, həmin vaxt işin materiallarının İ.Əliyevin ofisindən götürülməsi ilə əlaqəlidir.
Hüseyn Abdulvahabov Azərbaycana qarşı
Bu işdə ərizəçi ömürlük məhbusdur, o, bir neçə nəfəri qaçırmaqda, öldürməkdə günahlandırılan cinayətkar qrup yaratmaqda təqsirli bilinib. Ərizəçi barəsindəki cinayət mühakiməsinin ədalətli olmadığını iddia edir.