№186/11 ƏFQAN İMANOV AZƏRBAYCANA QARŞI – 1 DEKABR 2015-Cİ İL

BEŞİNCİ BÖLMƏ
QƏRAR
Ərizə №186/11

ƏFQAN İMANOV AZƏRBAYCANA QARŞI

1 dekabr 2015-ci il tarixdə Avropa İnsan Hüquqları Məhkəməsi (Beşinci Bölmə) aşağıdakı tərkibdə:

Sədr – Faris Vehabović;
Hakimlər – Xanlar Hacıyev,
Carlo Ranzoni
və Bölmə Katibinin Müavini – Milan Blaško

8 dekabr 2010-cu il tarixdə daxil olmuş şikayəti, Azərbaycan Hökuməti tərəfindən təqdim edilmiş təqdimatlar və ərizəçinin buna cavab olaraq təqdim etdiyi izahatları nəzərə almaqla müşavirə edərək qərara alır:

FAKTLAR

1. Ərizəçi cənab Əfqan İmanov 1970-ci il tarixdə doğulmuşdur və Lerikdə yaşayır. O, Məhkəmə qarşısında Azərbaycanda fəaliyyət göstərən hüquqşünas cənab A.Nağıyev tərəfindən təmsil olundu.

2. Azərbaycan Hökuməti (Hökumət) isə Məhkəmə qarşısında öz nümayəndəsi cənab Ç.Əsgərov tərəfindən təmil olundu.

3. Tərəflərin təqdim etdikləri faktlar aşağıdakı kimi ümumiləşdirilir:

4. 19 noyabr 2018-ci il tarixdə ərizəçi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Lerik Rayon İncəsənət Məktəbinin direktoru vəzifəsindən azad edildi.

5. 8 may 2009-cu il tarixdə Səbail Rayon Məhkəməsi ərizəçinin işdən çıxarılmasının qanunsuz olduğu qənaətinə gəldi və onun əvvəlki vəzifəsinə bərpa edilərək 19 noyabr 2008-ci il tarixdən qərarın elan edildiyi günədək olan müddət üçün ödənilməmiş maaşın ödənilməsi barədə qərar verdi.

6. 1 oktyabr 2009-cu il tarixdə Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin 8 may 2009-cu il tarixli qərarını qüvvədə saxladı.

7. 15 fevral 2010-cu il tarixdə Ali Məhkəmə aşağı instansiya məhkəmələrinin qərarlarını qüvvədə saxlayan sonuncu qərarı verdi.

8. 14 iyun 2010-cu il tarixdə Ərizəçi barəsində Uşaq İncəsənət Məktəbinin fondunu mənimsəmə ilə bağlı cinayət işi başlandı. 20 dekabr 2010-cu il tarixdə Ərizəçi Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə mənimsəmə və israf etmə, 313-cü maddəsi ilə vəzifə saxtakarlığı ilə məsuliyyətə cəlb olundu.

9. Bu sırada 23 dekabr 2010-cu il tarixdə Mədəniyyət və Turizm Nazirliyi Ərizəçini əvvəlkiişinə bərpa edilməsi və öödənilməmiş maaşlarının ödənilməsi ilə bağlı göstəriş verdi. 24 dekabr 2010-cu Ərizəçi icra məmuruna məktub göndərərək əvvəlki işinə bərpa olunması ilə əlaqədar icra işinə xitam verilməsini xahiş etdi.

10. 27 dekabr 2010-cu il tarixdə Lerik Rayon Məhkəməsi 14 iyun 2010-cu il tarixdə başlanmış cinayət işi ilə əlaqədar olaraq prokurorun təqdimatı əsasında Ərizəçinin müvəqqəti tədbir kimi işlədiyi pozisiyadan azad edilməsi ilə bağlı qərar verdi.

ŞİKAYƏTLƏR

11. Ərizəçi Konvensiyanın 6 və 13-cü maddələri altında onun lehinə çıxarılmış məhkəmə qərarının icra edilməməsindən və Konvensiyaya əlavə edilmiş 1 saylı Protokolun 1-ci maddəsi altında qərarın icra edilməməsi nətiəsində mülkiyyətin müdafiəsi hüququnun pzoulmasından şikayət etdi.

HÜQUQ

12. Hökumət bildirdi ki, Ərizəçinin lehinə qəbul edilmiş məhkəmə qərarı 24 dekabr 2010-cu il tarixdə tam şəkildə icra edilib.

13. Hökumət bildirdi ki, ərizəçi özünün irəli sürülmüş pozuntunun qurbanı olduğunu iddia edə bilməz.

Bu səbəbdən, onlar Məhkəməni bu ərizəni qəbuledilməz elan etməyə dəvət etdilər.

14. Ərizəçi qərarın icrasının gecikdirilməsi ilə əlaqədar olaraq şikayəti israr etdi.

15. Məhkəmə müşahidə edir ki, Ali Məhkəmənin 15 fevral 2010-cu il tarixli yekun qərarı 24 dekabr 2010-cu il tarixdə tam şəkildə icra edilmişdir, hansı ki, tərəflərin heç biri bu faktı mübahisələndirmir.

16. Məhkəmə daha sonra xatırladır ki, qərarın icrasının gecikdirilməsinə bəzi konkret hallarda
haqq qazandırmaq olar (bax: Burdov Rusiyaya qarşı №59498/00, § 35, ECHR 2002-III, və Timofeyev Rusiyaya qarşı №58263/00, § 37, 23 oktyabr 2003). Hazırkı işdə məhkəmə qərarının icra edilmədiyi müddət bir ildən qısa olub, hansı ki, həddindən artıq deyil (bax: Grishchenko Rusiyaya qarşı (dec.), №75907/01, 8 iyul 2004 və Presnyakov Rusiyaya qarşı (dec.), №41145/02, 10 noyabr 2005).

1. İşin hallarını nəzərə alaraq Məhkəmə qərarın ağlasığan müddətdə icra olunduğu qənaətinə gəlir. Beləliklə, ərizə açıq-aşkar şəkildə əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü paraqraflarına əsasən, rədd edilməlidir.

Bu səbəbdən Məhkəmə yekdililə

Şikayəti qəbuledilməz olduğuna qərar verir.

İngilis dilində hazırlanmış və 17 dekabr 2015-ci ildə yazılı şəkildə elan olunmuşdur.

Milan Blaško                                         Faris Vehabović
Bölmə Katibinin Müavini                 Sədr