Avropa Məhkəməsi Azərbaycandan 21 şikayət üzrə qərarını elan edəcək

©aihmaz.org

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) gələn həftə, sentyabrın 24-də Azərbaycandan göndərilmiş 21 şikayət üzrə qərarlarını elan edəcək. Həmin işlər əsasən, QHT-lərin qeydiyyatı, dini təriqət üzvlərinin sərbəstliyi, jurnalist fəaliyyəti ilə bağlıdır.

AİHM-in elan edəcəyi qərarlardan biri Tural Əsədov və Rasim Nəsirovun (Qaraca) şikayəti üzrədir. 2017-ci ildə göndərilmiş həmin şikayətlərdə ifadə və hərəkət azadlığı hüququnun pozuntusu iddia edilir.

Bədəlov və Əliyev Azərbaycan qarşı işi peşə fəaliyyətini yerinə yetirən jurnalistlərin zorakılığa məruz qalması ilə əlaqəlidir. 2011-ci ildə göndəriulmiş həmin şikayətin faktlarına görə, Elmin Bədəlov və Anar Əliyev həmin vaxt reportaj hazırlayarkən fiziki hücumla üzləşiblər. Onlar öz şikayətlərində yaşamaq, ifadə azadlığı və səmərəli hüquq müdafiə vasitələri hüquqularına müdaxilə edildiyini iddia edirlər.

Firidun Məmmədov və Süleyman Məmmədov Azərbaycana qarşı, Həsənova və Lazımzadə Azərbaycana qarşı, Ələsgər Hüseynov və Aytəkin Abuzarova Azərbaycana qarşı, Zahir Cabbarov və Ələsgər Huseynov Azərbaycana qarşı, Mübariz Tağıyev və Səyyad Məmmədov Azərbaycana qarşı işləri birləşmək hüququ ilə bağlıdır. Dövlət ərizəçilərin təsis etdikləri rəsmi qeydiyyata almaqdan imtina edib.

“Yahova Şahidləri Dini İcması” Azərbaycan qarşı işində şəxsi həyatın toxunulmazlığı, dini etiqad azadlığı, ayrı-seçkiliyin qolverilməzliyi hüququnun pozuntusu mübahisələndirilib.

Samir Ağayev və digər 6 ərizəçi Azərbaycan qarşı işi də dini təriqət üzvlərinin iddia olunan pozuntulara məruz qalması ilə əlaqəlidir. Səid Nursi təriqətinin üzvü olan ərizəçilər AİHM qarşısında azadlıq və toxunulmazlıq, ədaləli məhkəmə araşdırması və dini etiqad azadlığı hüquqlarına müdaxilə edilməsinin pozuntusunu qaldırıblar.

Vəliyev və digər 3 ərizə Azərbycana qarşı işində də ərizəçilər “Yahova Şahidləri Dini İcması”nın üzvləridir. Onlar şəxsi həyatın toxunulmazlığı, dini etiqad azadlığı, ayrı-seçkiliyin yolverilməzliyi hüququnun pozuntusunu mübahisələndiriblər.