2019: AİHM-in Azərbaycanla bağlı qərarları – müəyyən edilən təzminatlar
2019-cu ildə AİHM-in Azərbaycanla bağlı qərarları ilə müəyyən edilən təzminatın ümumi məbləği 707 min 010 avro təşkil edib.
Təzminatların ümumi məbləği
AİHM qərarları ilə 2006-2019-ci illər ərzində Azərbaycana qarşı müəyyən edilən təzminatın ümumi məbləği 4 milyon 464 min 950 avro təşkil edib.
AİHM-in Azərbaycanla bağlı qərarlarında Ərizəçilərə ədalətli əvəzin (təzminat) ödənilməsindən başqa fərqli fərdi tədbirlərin görülməsi öhdəlikləri də nəzərdə tutulub. Bu tədbirlər daha çox mübahisələndirilən məhkəmə qərarlarının icra edilməsini, mülkiyyətinin ərizəçiyə geri verilməsini nəzərdə tutur. Qeyd edilənlərdən əlavə, AİHM iki işdə ədalətsiz məhkəmə qərarı nəticəsində azadlıqdan məhrum edilmiş şəxsin dərhal azadlığa buraxılmasına qərar verib. Fətullayev Azərbaycana qarşı, Məmmədov Azərbaycana qarşı işi bu qəbildəndir.