Azərbaycandan AİHM-ə göndərilən şikayətlərə və qəbul edilən qərarlara dair statistik bilgilər: 2017

©aihmaz.org

Azərbaycandan AİHM-ə göndərilən şikayətlərə və qəbul edilən qərarlara dair statistik bilgilər: 2017

2017-ci ildə Azərbaycandan AİHM-ə göndərilən şikayətlərin sayı 679-dan çox olub.

İl ərzində əvvəlki illərin göstəriciləri ilə müqayisədə mahiyyəti üzrə xeyli çox qərar qəbul edilib – 26 qərar.

Həmin qərarlarda yaşamaq, işgəncəyə məruz qalmamaq, azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, birləşmək, seçki, mülkiyyət hüquqlarının, habelə, Konvensiyanın 18-ci maddəsinin (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) hüququnun pozuntusu pozuntusu təsbit edilmişdi.

2017-ci ildə baxılmasını gözləyən şikayətlərin sayında da ciddi artım nəzərə çarpırdı. Azərbaycandan göndərilən belə şikayətlərin sayı həmin ilin sonunda 2027-yə çatmışdı. AŞ ölkələri arasında Azərbaycan bu kateqoriyada 7-ci pillədə idi.