Azərbaycandan AİHM-ə göndərilən şikayətlərə və qəbul edilən qərarlara dair statistik bilgilər: 2016

©aihmaz.org

Azərbaycandan AİHM-ə göndərilən şikayətlərə və qəbul edilən qərarlara dair statistik bilgilər: 2016

2016-cı ildə Azərbaycandan göndərilən, baxılmasını gözləyən şikayətlərin sayı bir qədər də artıb – 1662 şikayət.

Bu kateqoriyada Azərbaycan AŞ ölkələri arasında 9-cu idi. Həmin şikayətlərin 333-ü 2016-cı ildə göndərilmişdi.

İl ərzində AİHM Azərbaycanla bağlı 16 qərar vermişdi.

Həmin qərarlarda işgəncəyə məruz qalmamaq, azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, birləşmək, seçki, mülkiyyət hüquqlarının, habelə, Konvensiyanın 18-ci maddəsinin (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) hüququnun pozuntusu pozuntusu təsbit edilmişdi.