Azərbaycandan AİHM-ə göndərilən şikayətlərə və qəbul edilən qərarlara dair statistik bilgilər: 2007

©aihmaz.org

Azərbaycandan AİHM-ə göndərilən şikayətlərə və qəbul edilən qərarlara dair statistik bilgilər: 2007

2007-ci ildə də Azərbaycandan AİHM-ə göndərilən şikayətlərin sayında artım tempi davam edib. Həm də həmin il Azərbaycanla bağlı çıxarılan qərarların sayında artım müşahidə olunmağa başladı.

2007-ci ildə Azərbaycandan AİHM-ə göndərilən şikayətlərin sayı 708 olmuşdu. Həmin ilin sonunda baxılmasını gözləyən şikayətlərin ümumi sayı 979 idi. 2007-ci ildə AİHM Azərbaycanla bağlı 7 qərar qəbul etdi. AİHM həmin qərarlarında səmərəli hüquq müdafiə vasitələri, işgəncələrə məruz qalmamaq, ədalətli məhkəmə araşdırması, mülkiyyət və birləşmək hüququnun pozuntusunu tanımışdı.