Azərbaycandan AİHM-ə göndərilən şikayətlərə və qəbul edilən qərarlara dair statistik bilgilər: 2006
2006-cı ildə Azərbaycandan AİHM-ə göndərilən şikayətlərin sayında nəzərəçarpan artım müşahidə olunur.
Həmin il AİHM-ə göndərilən şikayətlərin sayı 445 -dən çox olub. Həmin şikayətlərin 57-si qəbul edilməz sayılıb və ya başqa əsasla baxılacaq işlərin siyahısından xaric edilib. 2006-cı ildə şikayətlərin 13-ü ilə bağlı hökumətlə kommunikasiya edilməsinə başlanılıb.
2006-cı ilin sonunda AİHM-də ümumilikdə, Azərbaycandan gözləyən 1480 şikayət baxılmasını gözləyirdi. Həmin tarixə qədər AİHM ümumilikdə, 422 şikayəti qəbul edilməz sayıb, onların siyahıdan çıxarılmasına qərar vermişdi. Hökumətlə 36 şikayətin kommunikasiyasına başlanılmışdı.
AİHM Azərbaycanla bağlı mahiyyəti üzrə ilk qərarını da 2006-cı ildə elan etdi. Qərar 1992-1993-cü illərdə Azərbaycan Daxili Qoşunlarının komandanı olmüş Fəhmin Hacıyevin şikayəti üzrə elan edildi. Fəhmin Hacıyev 1994-cü ildə həbs edilmişdi. Özünü günahsız hesab etsə də məhkəmə onu 1992-ci ilin fevralında Qarabağda – Xocalı şəhərinin işğalı zamanı vəzifə səlahiyyətlərini aşmaqda və bir neçə hərbi cinayətlərdə suçlu bilmişdi. Sabiq DQ komandanı 15 il azadlıqdan məhrum edilmişdi. O, 2013-cü ilin yanvarında Avropa Məhkəməsinə şikayət etmiş, ədalətsiz mühakimə olunduğunu iddia etmişdi. Şikayət göndəriləndən sonra – 2004-cü ildə həm Fəhmin Hacıyevin cəzası 5 il yüngülləşdirilmiş, həm də cəzasının başa çatmasına bir neçə həftə qalmış əfv edilmişdi. AİHM 2006-cı ilin noyabrında Fəhmin Hacıyevin ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu tanıdı. Məhkəmə dövlətin üzərinə vəzifə qoydu ki, F.Hacıyevə mənəvi ziyana görə üç min, məhkəmə xərclərinə və digər məsrəflərə görə iki min beş yüz avro ödəsin.