BEŞİNCİ BÖLMƏ
Ərizə No. 23036/19
Şahvələd NAMAZOV və digər 6 ərizəçi Azərbaycana qarşı
(əlavə olunmuş siyahıya baxın)
MƏHKƏMƏ İŞİNİN MÖVZUSU
Ərizələr əsasən yerli hakimiyyət orqanları tərəfindən ərizəçilərin Azərbaycandan başqa ölkəyə səyahət etmələrinə qadağa qoyulmasına aiddir. Ərizəçilərin bəziləri Konvensiyanın 10-cu və 18-ci maddələrinə əsaslanaraq da şikayət ediblər
TƏRƏFLƏRƏ SUALLAR
Ümumi suallar
1. Ərizəçilərin Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinin 2-ci bəndi ilə təminat altına alınan hüquqlarına cavabdeh dövlət tərəfindən hər hansı bir məhdudiyyət qoyulmuşdurmu? Əgər məhdudiyyət qoyulmuşdursa, bu məhdudiyyət qanuna uyğun idimi və Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinin 3-cü bəndi baxımından zəruri idimi?
2. Ərizəçilərin Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinə əsasən şikayətləri üçün Konvensiyanın 13-cü maddəsinin tələb etdiyi məzmunda effektiv bir daxili vasitə mövcuddurmu?
ƏRİZƏÇİLƏRƏ SPESİFİK SUALLAR – 23036/19, 27667/19, 36270/19 və 42877/19
1. Konvensiyanın 10-cu maddəsinin 1-ci bəndi çərçivəsində ərizəçilərin ifadə azadlığına müdaxilə olubmu? Əgər belədirsə, bu müdaxilə qanunla müəyyən edilmiş və Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndi baxımından zəruri idimi?
2. Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinə əsasən, hazırkı işlərdə Dövlət tərəfindən qoyulmuş məhdudiyyətlər, bu Konvensiyanın 18-ci maddəsinə zidd olaraq, həmin müddəada nəzərdə tutulanlar xaricində tətbiq edilmişdirmi?
ƏRİZƏÇİLƏRƏ SPESİFİK SUALLAR – 35877/19
Konvensiyanın 10-cu maddəsinin 1-ci bəndinin mənası daxilində ərizəçinin ifadə azadlığına müdaxilə olubmu? Əgər belədirsə, bu müdaxilə qanunla müəyyən edilmiş və Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndi baxımından zəruri idimi?
SİYAHI
No. | Ərizə
no. |
Daxil olub | Ərizəçinin doğum tarixi və iqamət etdiyi yer
|
Təmsilçi
|
1 | 23036/19 | 13/03/2019 | Şahvələd
Abutalib oglu NAMAZOV 1969, Bakı |
Zibeydə SADIGOVA |
2 | 27667/19 | 07/05/2019 | Pərviz Kamran oglu HƏŞİMLI
1981, Bakı |
Zibeydə SADIGOVA |
3 | 35877/19 | 07/06/2019 | Mustafa Mustafa oglu HACILI
1972, Bakı |
Nemət KƏRIMLI |
4 | 36270/19 | 30/04/2019 | Ayaz Habib oglu MƏHƏRRƏMOV
1982, Bakı |
Tural HACIBƏYLİ |
5 | 42877/19 | 24/06/2019 | Anar Şahin oglu MƏMMƏDOV
1979, Bakı |
Zibeydə SADIGOVA |
6 | 57397/19 | 30/10/2019 | Vidadi Ali oglu INSANOV
1970, Bakı |
Agaveys ŞAHVERDI |
7 | 59000/19 | 02/11/2019 | Elşən Zulfigar oglu ƏLIYEV
1973, Bakı |