Otgon Moldovaya qarşı, Maddə 8
Otgon işi[1], sırf ərizəçiyə səhhətinə dəyən ziyana görə verilən kompensasiya məbləğinin aşağı olması ilə bağlıdır. Ərizəçi krandan içdiyi sudan dizenteriya xəstəiyinə tutulmuş və iki həftə xəstəxanada yatmışdı. Birinci instansiya məhkəməsi Dövlət Su İdarəsini təqsirli hesab etmiş və ərizəçiyə səhhətinə dəyən ziyana görə 648 Avro təzminat ödənilməsinə qərarı vermişdi. Apelyasiya məhkəməsi isə məbləği azaldaraq 310 Avroya endirmişdi. Avropa Məhkəməsi bildirmişdir ki, ərizəçi 2 həftə xəstəxanada yatmış, deməli, ciddi mental və fiziki ziyana mərzu qalmışdır. Yuxarı məhkəmələrin məbləğı aşağı salarkən qərarlarını əsaslandırmadığını hesab edən Məhkəmə əlavə etmişdir ki, kompensasiyanın məbləği Avropa Məhkəməsinin Moldovaya qarşı 8-ci maddə pozuntusu tapdığı işlərdə verdiyi minimum kompensasiya məbləğindən xeyli aşağıdır. Bəs bu məbləğ nə qədərdir? Avropa Məhkəməsinin elə bu işdə müəyyən etdiyi kompensasiya məbləğinə baxmaq yəqin ki, bizə məbləğlə bağlı bir fikir verər. Bu kompensasiya məbləği 4000 Avrodur.
Ümumiyyətlə, səhhətə dəyən ziyanla bağlı ölkə daxilində verilən kompensasiyanın miqdarı ilə bağlı aşağıdakılar nəzərə alınır:
- Səhhətə dəyən ziyanın əhatəsi, fiziki və mental əziyyət
- Xəstəxanada qalma müddəti
- 8-ci maddənin pozulduğu elan edilən işlərdə AM-nin özünün verdiyi minimum kompensasiya məbləği (işlərdəki fərqliliklər nəzərə alımaqla).
©legallibrary.org