Hökumət məhkəmə qərarının icrasının yubanmasına görə təzminat ödəyəcək

©aihmaz.org

Bu gün, iyulun 16-da Avropa Məhkəməsi Azərbaycandan göndərilmiş daha iki şikayət üzrə yekun qərarını açıqlayıb. Söhbət Nizami Adıgözəlzadə və Tariyel Şirinlinin Azərbaycana qarşı şikayətləri üzrə elan edilən qərardaddan gedir.

N.Adıgözəlzadə və T.Şirinli daxili məhkəmələrin onların şikayətləri üzrə çıxardıqları qərarlarının icrasının yubanmasından şikayət etmişdilər. Onların məhkəmə işləri mülkiyyət hüququ mübahisəsi ilə bağlı idi.

Ərizəçilər AİHM qarşısında iddia edirdilər ki, onlara münasibətdə ədalətli məhkəmə araşdırması və mülkiyyət hüqquqlarının pozuntusuna yol verilib. AİHM qərardadında qeyd edir ki, kommunikasiya mərhələsində tərəflər dostca anlaşma barədə bəyannamə təqdim ediblər.

AİHM-in qərardadına görə, hökumət 3 ay ərzində məhkəmə qərarının icrasının yubanmasına görə N.Adıgözəlzadəyə 1000 avro və T.Şirinliyə isə 950 avro təzminat ödəməlidir.

Qərardadın mətni: Azərbaycanca
Qərardadın mətni: İngiliscə