MADDƏ 8/№4158/05) QILLAN VƏ QUINTON BİRLƏŞMİŞ KRALLIĞA QARŞI – 12 YANVAR 2010-CU İL

Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (www.coe.int/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.

© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (www.coe.int/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.

© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (www.coe.int/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.

 

DÖRDÜNCÜ BÖLMƏ

 

 

 

QILLAN VƏ QUINTON BİRLƏŞMİŞ KRALLIĞA QARŞI İŞİ

(CASE OF GILLAN AND QUINTON v. THE UNITED KINGDOM)

(Ərizə №4158/05)

 

 

QƏRAR
[çıxarışlar]

 

 

 

STRASBURQ

12 yanvar 2010-cu il

YEKUN

28/06/2010

 

Bu Qərar Konvensiyanın 44§2 maddəsinə əsasən yekun qərardır, lakin redaktə məqsədilə təhlil edilə bilər.

Qillan və Quinton Birləşmiş Krallığa qarşı məhkəmə işinə
Aşağıdakı tərkibdən:
Lech Garlicki, Sədr,
Nicolas Bratza,
Giovanni Bonello,
Ljiljana Mijović,
Päivi Hirvelä,
Ledi Bianku,
Nebojša Vučinić,
və Lawrence Early, Bölmə Katibi
ibarət Palatada baxan Avropa İnsan Hüquqları Məhkəməsi (Dördüncü Bölmə),
12 may və 8 dekabr 2009-cu il tarixdə qapalı müşavirə keçirərək,
sonuncu tarixdə qəbul edilən aşağıdakı qərarı çıxarmışdır:

PROSES

1. İş İnsan hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən iki Britaniya vətəndaşı cənab Kevin Gillan (Kevin Gillan) və xanım Peni Quinton (Pennie Quinton) (“ərizəçilər”) tərəfindən 26 yanvar 2005-ci ildə Məhkəməyə təqdim edilmiş Böyük Britaniya və Şimali İrlandiyaya qarşı şikayət (4158/05 saylı) əsasında açılmışdır. Tamamlanmış ərizə 30 aprel 2007-ci ildə təqdim edilmişdir.
2. Ərizəçilərə hüquqi yardım göstərilmişdir və onları Londonda vəkillik fəaliyyəti ilə məşğul olan xanım Korina Ferquson (Corinna Ferguson) təmsil etmişdir. Böyük Britaniya hökumətini (“Hökumət”) Xarici İşlər Nazirliyinin nümayəndəsi cənab Con Qreinger (John Grainger) təmsil etmişdir.
3. Ərizəçilər polis tərəfindən onlara qarşı istifadə edilən saxlamaq və axtarış keçirmək səlahiyyətinin onların Konvensiyanın 5, 8, 10 və 11-ci maddələrində nəzərdə tutulmuş hüquqlarının pozulmasına səbəb olduğunu iddia edirdi.
4. 30 may 2008-ci ildə Palatanın Sədri ərizələri Hökumətə kommunikasiya etmək barədə qərar qəbul etmişdir. Eyni zamanda ərizəyə mahiyyəti üzrə baxılmasının onun qəbuledilənliyinə baxılması ilə eyni vaxtda həyata keçirilməsinə dair də qərar qəbul edilmişdir (maddə 29, § 3).
5. Açıq dinləmə 12 may 2009-cu il tarixində Strasburq şəhərində yerləşən İnsan Hüquqları Binasında həyata keçirilmişdir (Qayda 59, § 3).

Aşağıdakı şəxslər Məhkəmədə iştirak etmişdir:
(a) Hökumət tərəfindən
Cənab J. GRAİNGER, Nümayəndə,
Cənab J. EADİE QC,
Cənab J. MİLFORD, Vəkil,
Cənab M. KUMİCKİ,
Cənab A. MİTHAM,
Xanım J. GLADSTONE, Məsləhətçilər;

(b) Ərizəçilər tərəfindən
Cənab B. EMMERSON QC,
Cənab A. BAİLİN, Vəkil,
Xanım C. FERGUSON, Məsləhətçi.

Məhkəmədə cənab Emerson və cənab Edinin çıxışları və hakimlərin verdiyi suallara cavabları dinlənilmişdir.

FAKTLAR
I. İŞİN HALLARI

6. Ərizəçilər, müvafiq olaraq, 1977 və 1971-ci illərdə anadan olmuşlar və hal-hazırda London şəhərində yaşayırlar.

A. Axtarışlar

7. 9-12 sentyabr 2003-cü il tarixlərində İst Londonda yerləşən Doklanddakı Eksel Mərkəzində Müdafiə sistemləri və avadanlıqları üzrə Beynəlxalq Sərgi (“silah sərgisi”) keçirilmişdir; sərgi etiraz və nümayişlərə səbəb olmuşdur.
8. 9 sentyabr 2003-cü ildə təxminən səhər saat 10.30-da birinci ərizəçi silah sərgisinin yanında belində çanta velosiped sürürdü və nümayişə qoşulmaq niyyətində idi. İki polis əməkdaşı onu saxlayıb axtarış həyata keçirmiş və ona bunun 2000-ci il tarixli Terrorizm haqqında Qanunun 44-cü maddəsinə (bax: aşağıda 28-34-cü bəndlər, “2000-ci il Qanunu”) əsasən terrorizmdə istifadə edilə biləcək əşyaların axtarışı üçün həyata keçirildiyini bildirmişdir. Bu barədə ona bildiriş də təqdim edilmişdir. Birinci ərizəçinin onun hansı səbəbdən saxlanıldığı sualına cavab olaraq, polis ətrafda çox sayda etiraz aksiyasında iştirak edən şəxslərin olmasını və onların narahatçılıq yarada biləcəyindən narahat olduğunu bildirilmişdir. Şübhəli heç nə tapılmamış (baxmayaraq ki, mitinq haqqında məlumatı əks etdirən kompüterdə çap edilmiş vərəqlər polis əməkdaşları tərəfindən götürülmüşdü) və birinci ərizəçiyə yoluna davam etməyə icazə verilmişdi. O, təxminən 20 dəqiqə saxlanılmışdı.
9. 9 sentyabr 2003-cü ildə təxminən saat 13.15-də fotoqraf gödəkcəsi geyinmiş və əlində kiçik çanta və fotoaparat tutan ikinci ərizəçi silah sərgisinə yaxın yerdə saxlanılmışdır. Görünür o, kolların arasından çıxmışdı. İkinci ərizəçi jurnalist idi və bu əraziyə etirazları çəkmək üçün gəlmişdi. Jurnalist kimliyini bildirmək üçün vəsiqəsini göstərməsinə baxmayaraq, Metropolitan ərazisinin polisi onun üzərində axtarış keçirmişdir. Ona çəkiliş aparmağı dayandırmaq barədə göstəriş verilmişdir. Polis əməkdaşı 2000-ci il Qanununun 44 və 45-ci maddələri ilə bu səlahiyyətə malik olduğunu bildirmişdir. Şübhəli heç nə aşkar edilməmiş və ikinci ərizəçiyə yolunu davam etməyə icazə verilmişdir. Onun axtarışı barədə protokolda saxlama müddətinin beş dəqiqə olduğu qeyd edilirdi, lakin o bunun daha çox, təqribən otuz dəqiqə olduğunu fikirləşirdi. Onun dediyinə görə, o qədər qorxmuşdu və özünü narahat hiss edirdi ki, mitinqə qayıtmaq iqtidarında deyildi, baxmayaraq ki, mitinqi çəkmək və ya görüntüləri satmaq niyyəti ilə ora getmişdi.

B. Məhkəmə qaydasında baxış

1. Ali Məhkəmə

10. Ərizəçilər saxlama və axtarış keçirmə səlahiyyətlərinin qanuniliyi məsələsini məhkəmə qaydasında qaldırmışlar. Ali Məhkəmədəki dinləmədən öncə Dövlət Katibi ərizəçilərə işə Ali Məhkəmədə qapalı iclasda baxmaq imkanı yaradan prosedur təklif edib. Bunun üstünlüyü xüsusi vəkil tərəfindən təqdimatların verilməsi və icazəni vermək üçün Dövlət Katibinin qərarının əsasını təşkil edən müvafiq məxfi materialların Ali Məhkəmə tərəfindən araşdırılmasında idi (2000-ci il Qanununun 46-cı maddəsi, bax: aşağıda 30-31-ci bəndlər). Lakin ərizəçilər bu proseduru zəruri və münasib hesab etməyib, çünki onlar Birləşmiş Krallığa qarşı ümumi terror təhlükəsinin olub-olmadığının qiymətləndirilməsini mübahisələndirmək niyyətində deyildilər. Əksinə, onlar, birincisi, sözügedən icazənin (icazələr mütəmadi olaraq bütün London ərazisini əhatə edən icazələrin verilməsi proqramının bir hissəsi idi) və təsdiqin səlahiyyətləri aşma və qeyri-qanuni olduğunu iddia edirdi, çünki Parlamentin 2000-ci il Qanununun 44-cü maddəsində yalnız konkret ərazidə real terror təhlükəsi olduqda və polisin sadəcə saxlamaq və yoxlamaq səlahiyyətlərinin kifayət etmədiyi hallarda icazəni vermək və təsdiq etmək niyyətinin olmasına dair açıq-aşkar sübutlar mövcud idi. İkincisi, ərizəçilər 44-cü maddə ilə nəzərdə tutulan saxlamaq və axtarış aparmaq icazəsinin silahlar sərgisində polis əməkdaşları tərəfindən verilməsinin qanunun məqsədinə zidd və əsassız olmasını iddia edirdi və polis əməkdaşlarına verilmiş göstəriş ya mövcud deyildi, ya da polisin öz səlahiyyətlərindən sui-istifadə etməyə gətirib çıxarmışdı. Üçüncüsü, ərizəçilər 44-cü maddə ilə verilən icazənin və həmin maddə ilə həyata keçirilən səlahiyyətin Konvensiyanın 5, 7, 8, 9, 10 və 11-ci maddə ilə təmin edilən hüquqlara qeyri-mütənasib müdaxilə olduğunu iddia edirdi.
11. 31 oktyabr 2003-cü ildə Rayon Məhkəməsi (Divisional Court) iddianı rədd etmişdir ([2003] EWHC 2545). Lord Hakim Brooke məhkəmənin qərarını çıxaranda bəyan etmişdir ki, Parlament 44-cü maddə ilə verilən səlahiyyətin əhəmiyyətli miqyasda ümumi terror fəaliyyətinin qarşısını almaq üçün bütün polis ərazisini əhatə etməsini planlaşdırmışdır və bu səlahiyyət və sonra Dövlət Katibi tərəfindən təsdiq etmə səlahiyyətlərin aşması (ultra vires) deyildir.
Lord Hakim Brooke ərizəçilərin ikinci arqumentinə dair aşağıdakıları qeyd etmişdir:
“44-cü maddə ilə polisə verilən səlahiyyət elə bir səlahiyyətdir ki, Britaniya xalqının əksəriyyəti onun bu ölkədə, xüsusən də sülh vaxtı lazımsız olduğuna inanır. İnsanlar üçün polisin onları saxlamağa ağlabatan səbəbi olana qədər bu ölkəyə gəlib getmək həmişə sərbəst olub. Lakin Parlament beynəlxalq terrorizmin və dissident İrlandiya terrorizminin hazırkı təhlükəsi ilə əlaqədar olaraq dair qənaətə gəlmişdir ki, biz insanlar polis tərəfindən istənilən zaman saxlanılıb üzərimizdə terrorizm ilə əlaqəli əşyaların axtarılmasından narazılıq etməməliyik.
Aydındır ki, polis bu səlahiyyətlərindən sui-istifadə etsə və özlərinə dost bilmədiyi şəxslərə qarşı bunu qeyri-mütənasib şəkildə istifadə etsə, bundan terroristlər qazanacaq. Silah sərgisinə qarşı dinc şəkildə mitinq keçirmək hüququ əsassız səbəb olmayınca polis tərəfindən saxlanılmadan London küçələrində velosiped sürmək və ya piyada gəzmək hüququ kimi vacib bir hüquqdur. Əgər polis əsas olmadan saxlamaq və axtarış aparmaq səlahiyyətindən istifadə etmək istəyirsə, o bunu elə şəkildə etməlidir ki, bu, səlahiyyətlərdən özbaşına sui-istifadə etməyə görə qanuni şikayətlərə gətirib çıxarmasın.
Lakin biz polisin 9 sentyabr tarixindəki davranışının cənab Gillan və xanım Quinton-a şikayət etmək hüququ verməsindən razı deyilik. Bizi inandırmağa kifayət qədər sübut var idi ki, bu səlahiyyətlərdən simvolik hədəfləri təmsil edən hallarda adi qaydada istifadə edilmir, lakin silah sərgisi polisi o dərəcədə narahat edən bir tədbir idi ki, onları 44-cü maddə ilə nəzərdə tutulan səlahiyyətlərin tətbiq olunmasının zərurili olduğuna inandırmışdı… . Lakin bu təhlükəli durum idi və yaxşı olardı ki, gələcəkdə oxşar halların baş verməməsi üçün Metropolitan ərazisinin polisi öz təlimlərini və məlumatlandırma sessiyalarını və 44-cü maddənin saxlama/axtarış aparma halları zamanı istifadə etdikləri standart ifadələri bir daha nəzarətdən keçirsin …”
Yekun olaraq Məhkəmə, Londonda terrorist hücumu riskini nəzərə alaraq, səlahiyyətin qanunən əsaslı olduğunu və qeyri-mütənasib olmadığını müəyyən etdi.

2. Apelyasiya Məhkəməsi

12. Apelyasiya Məhkəməsi öz qərarını 29 iyul 2004-cü ildə çıxarıb ([2004] EWCA Civ 1067). Qanunvericiliyin düzgün şərhi məsələsinə dair həmin məhkəmə qeyd etmişdir:
“Aydındır ki, Parlament, qəribə olsa da, təsadüfi saxlamaya və axtarışın aparılmasına icazə verib, lakin müvafiq maddənin mətnini təhlili zamanı göstərdiyimiz kimi, bu səlahiyyətdən istifadə müəyyən təminatlarla məhdudlaşır. Bu səlahiyyət baş zabit tərəfindən verilən və Dövlət Katibi tərəfindən təsdiq edilən icazə əsasında konkret vaxt ərzində konkret bir məqsəd üçün istifadə edilməlidir. Bundan başqa, belə icazənin müddəti yenilənmədiyi (uzadılmadığı) halda o, qüvvədən düşmüş hesab olunur.
44(3)-cü maddədə icazə vermə səlahiyyəti ilə bağlı “məqsədəuyğun” sözündən istifadə edilməsi bizi təəccübləndirmir. Qanuna əsasən, səlahiyyətdən necə istifadə edilməsi baş zabitə (rəisə) həvalə edilib. Rayon(regional) Məhkəməsi ilə razılaşaraq biz bu sözə onun adi “əlverişli” mənasını verə bilərik. Əgər baş polis zabiti terror aktının qarşısının alınması üçün bu səlahiyyətdən istifadəni münasib hesab edərsə, bu cür səlahiyyətin həyata keçirilməsi qanunvericiliyə tamamilə uyğundur.
44 və 45-ci maddələrin bu cür şərhi Avropa İnsan Haqları Konvensiyasının maddələri ilə ziddiyyət yarada bilməz. Bu maddələr pozulsaydı, bu həmin səlahiyyətin mövcud olmasına görə yox, onun necə tətbiq edilməsinə görə baş verə bilərdi. Avropa İnsan Hüquqları Konvensiyasının hər hansı mümkün olan pozuntusu maddənin nəzərdə tutduğu səlahiyyətin hansı hallarda tətbiq edildiyindən asılı olacaq.”
13. Apelyasiya Məhkəməsi azadlıqdan məhrum edilmənin hər bir halda 5-ci maddənin 1(b) bəndi ilə əsaslı olduğunu qeyd edərək 5-ci maddənin 1-ci bəndinin tətbiq edilib-edilmədiyini araşdırmağı zəruri hesab etmədi. Lakin həmin Məhkəmə müəyyən edib ki, bu məsələyə baxılsaydı, əldə olunan ən yaxşı nəticə ondan ibarət olardı ki, burada azadlıqdan məhrum etmək halı olmayıb, belə ki, adi saxlamaq və axtarış aparmaq fəaliyyətində hüquqi pozuntunun məhdudluğu və əsas məqsədin şəxsi azadlıqdan məhrum etmək deyil, bu və ya digər formada yoxlama aparmaq olduğu nəzərə alınmalıdır. Məhkəmə eyni zamanda 10-cu və 11-ci maddələrin tətbiq edilib-edilmədiyini də araşdırmayıb. Bu səlahiyyətdən ərizəçilərin mitinqdə iştirakına nəzarət etmək və ya bundan çəkindirmək üçün istifadə edildiyinə dair ərizəçilərin sübutunun narahatçılıq yaratmasına baxmayaraq, həmin məsələlər yoxlanılmamışdır, çünki onların arqumentlərinin mahiyyəti qanunvericiliyin Konvensiyaya uyğunluğuna yönəlmişdir və məhdud vaxt çərçivəsində terrorizm ilə əlaqədar əşyaların axtarışı məqsədilə düzgün istifadə edildikdə, saxlama və axtarış aparma səlahiyyəti fikir ifadə etmək və ya toplaşmaq azadlığı hüququnu pozmazdı.
14. Metropolitan ərazisinin Polis İdarəsinin dindirilən Komissarı saxlama və axtarış tədbirlərinin ərizəçilərin 8-ci maddə ilə təmin edilən hüquqlarına müdaxiləyə bərabər olmasını etiraf etmiş və Apelyasiya Məhkəməsi 44-cü maddənin “ictimaiyyət üzvlərinin şəxsi həyatına müdaxilə etmək üçün çox geniş səlahiyyət” olduğunu bildirərək bu yanaşmanın düzgün olduğunu qəbul etmişdir. Müdaxilənin aşağıdakı səbəblərdən qanuna uyğun olması hesab edilmişdir:
“Burada tənqid edilən ‘qanun’ icazə yox, qanunun özüdür. Bu qanun hər hansı digər qanun kimi ictimaiyyətə açıq sənəddir. Müddəalar hər hansı bir müvafiq mənada özbaşına deyil. Polis əməkdaşlarının hər hansı konkret işdə vətəndaşı saxlaması üçün həmin şəxsdə şübhəli əşyaların olması ilə bağlı əsaslı şübhələrə malik olması məcburi olmasa da, onlara bu səlahiyyətlərdən istifadə etməyə yalnız konkret məqsədlər üçün və terror aktının qarşısını almaq kimi ciddi zərurət (maddə 45(1)(b)) mövcud olduqda icazə verilə bilər. Bu şəkildə nəzarət edilən sistemin, onu Konvensiyanın hüquq praktikasında müstəqil mənada başa düşülən “qanun” statusundan məhrum edə biləcək hər hansı baxımdan özbaşına olduğunu söyləmək olmaz. Əlavə olaraq icazələrin və onların təsdiqinin dərc edilməsinin saxlama və axtarış səlahiyyətinin səmərəliyinə xələl gətirə bilməsi səbəbindən dərc edilməməsi və 45(5)-ci maddə ilə saxlanılan şəxsin yazılı bildiriş almaq hüququnun olmasını nəzərə alaraq, bu kontekstdə dərc edilməmə baş verən hadisənin qanunla nəzərdə tutulan prosedur olmaması demək deyil .”
Bundan başqa, Birləşmiş Krallığa qarşı terrorist təhlükəsinin təbiətini nəzərə alaraq, səlahiyyətin istifadəsinə icazə verilməsi və təsdiqi, ümumi prinsipə uyğun olaraq, qeyri-mütənasib adlandırıla bilməz: saxlanılmaqla və ya üzərində axtarış aparmaqla çox sayda şəxslərin üzərinə qoyulan müdaxilə və məhdudiyyətin ziyanı – qarşısı alınan terror aktından əldə edilən xeyir ilə müqayisə edilə bilməz. Silah sərgisinin təbiətini, onun hava limanına yaxınlığını və əvvəllər terror aktı yeri olduğunu (Şimali İrlandiya ilə əlaqədar problemlər) və etiraz aksiyasının keçirildiyini nəzərə alaraq, polisin 44-cü maddədə olan səlahiyyətlərin tətbiq edilə biləcəyinə dair qərar qəbul etməyə ixtiyarı var idi. Buna baxmayaraq, 44-cü maddədəki səlahiyyətin polis tərəfindən silah sərgisi yaxınlığında istifadəsinə dair sübutun qeyri-adekvatlığı bu səlahiyyətin ərizəçilərə qarşı tətbiqinin qanununa uyğun və mütənasib olmasına dair hər hansı qərara gəlməyi mümkünsüz edib.

3. Lordlar Palatası

15. 8 mart 2006-cı ildə Lordlar Palatası ərizəçilərin ərizələrini yekdilliklə rədd edib ([2006] UKHL 12). Digər Lordların da razılaşdığı kimi Lord Bingham aşağıdakı müşahidələrlə başlayıb:
“1. Bizim ölkədə qədim və qorunan bir adət var ki, hər kəs ölkənin küçələrində öz işi ilə məşğul olmaq üçün sərbəst hərəkət edə bilər və əmin ola bilər ki, cinayət əməlini törətməkdə şübhəli bilinənə qədər polis tərəfindən saxlanılmayacaq və axtarışa məruz qalmayacaq. Bu adət o qədər diqqətlə qorunmuşdur ki, artıq demək olar ki, konstitusional prinsipə çevrilmişdir. Amma o mütləq qayda deyil. Buna indi də, əvvəllər də qanuna əsaslanan istisnalar olmuşdur. Bu şikayətlər 2000-ci ilin Terrorizm haqqında Qanununun 44-47-ci maddələrində olan istisnalarla əlaqəlidir. Ərizəçilər bu maddələrin tətbiqini və son olaraq maddələrin özlərini mübahisələndirir. Adi qaydadan istənilən yayınma ehtiyatlı yoxlama tələb edir, buna görə onların mübahisələndirilməsi ümumi maraq kəsb edən məsələlərə toxunur.”
16. Lordlar Palatasının qarşısında duran birinci məsələ qanunun düzgün konstruksiyası ilə əlaqədar idi. Ərizəçilər iddia etdilər ki, 44-cü maddənin 3-cü bəndi bütün hallarda terrorizmin qarşısını almaqdan ötrü bu səlahiyyətlərin zəruri və məqsədəuyğun olduğunu hesab etmək üçün qərar qəbul edən şəxsin əlində yalnız əsaslı səbəblər olduqda səlahiyyətlərin tətbiqinə icazə verən müddəa kimi şərh edilməlidir. Lord Bingham bu şərhi rədd etmişdi, çünki bu maddədə “məqsədəuyğun” sözü “zəruri” sözündən kifayət qədər fərqli məna daşıyır. O, daha sonra qeyd etdi:
“14. … Arqumentin rədd edilməsinin digər səbəbləri də var idi. Doğrudur ki, artıq qəbul etdiyimiz kimi, 45(1)(b)-ci maddə ağlabatan şübhə şərti olmadıqda polis əməkdaşının saxlamaq və yoxlama aparmaq səlahiyyətini icra etdiyi zaman tətbiq etdiyi adı qaydadan fərqlənir. Ona görə də “məqsədəuyğun” sözünə şərhin mümkün olan çərçivəsi hüdudlarında kontekstin tələb etdiyi mənadan geniş mənada şərh verə bilməz. Lakin qanunun kontekstinin araşdırılması göstərir ki, bu səlahiyyətə icazə verilməsi və onun həyata keçirilməsi çox yaxından tənzimlənir və Parlamentin əslində dediyini deyil, başqa mənanı nəzərdə tutduğunu əsas gətirərək müdaxilə etməyə imkan yaratmır. Həqiqətən Parlamentin bu səlahiyyətə önəm verdiyi açıqdır, lakin o, düşünüb ki, terrorizmin yaratdığı ağır risklərdən ictimaiyyəti qorumaq üçün müvafiq tədbirdir, bir şərtlə ki, bu tədbir qanuni məhdudiyyətlərə məruz qalsın. Qanunvericilikdə belə məhdudiyyətlərin bir neçəsi nəzərdə tutulub. Birincisi, 44(1) və ya (2)-ci maddə ilə nəzərdə tutulan icazə yalnız onu verən şəxsin bunu “terrorizm aktının qarşısını almaq üçün” məqsədəuyğun hesab etdikdə (təbii ki, onun belə hesab etməsi ağlabatan olduqda ) verilə bilər. İcazə məhz həmin əsas məqsədə yönəlməlidir. İkincisi, icazə yalnız çox yüksək rütbəli polis zabiti tərəfindən verilə bilər. Üçüncüsü, icazənin əhatə dairəsi polisin iş ərazisindən kənara çıxa bilməz və çıxmamalıdır. Dördüncüsü, icazə ən çox 28 gün müddətinə verilə bilər və çox uzun müddəti əhatə etməsinə ehtiyac yoxdur. Beşincisi, icazə barəsində dərhal Dövlət Katibinə məruzə edilməlidir. Altıncısı, Dövlət Katibi tərəfindən təsdiqlənməzsə, icazənin müddəti 48 saatdan sonra bitir. Yeddincisi, Dövlət Katibi icazə müddətini azalda və ya göstərilən müddətdən etibarən ləğv edə bilər. Səkkizinci, yenilənmiş icazə eyni prosedur qaydasında təsdiq edilməlidir. Doqquzuncu, 44(1) və ya (2) maddəsi ilə sıravi polis əməkdaşına verilən səlahiyyət yalnız terrorizmlə əlaqədar olaraq istifadə edilə bilən əşyaların axtarışı üçün tətbiq edilə bilər. Onuncusu, Parlament 126-cı maddədə Qanunun işləməsinə dair onun qarşısında ən azı ildə bir dəfə hesabat verməyi tələb edən müddəa daxil etmişdir və bu hesabatı təfərrüatlı şəkildə, vicdanla və peşəkarlıqla Kraliyyət Vəkili Berriudan olan Lord Karlayl (Carlile of Berrew) hazırlamışdır. Nəhayət, aydındır ki, icazə vermək, yaxud təsdiq etmək və ya axtarış aparmaq üçün verilən səlahiyyətdən sui-istifadə icazəni verən əməkdaş, Baş Katib və ya sıravi polis əməkdaşına qarşı islahedici hüquqi tədbir görülməsi ilə nəticələnə bilər.
15. Qanunilik prinsipi bu kontekstdə tətbiq edilmir, çünki hətta bu maddələrin əsas insan hüquqlarını pozduğu qəbul edilsəydi belə, ki bu özü də mübahisəlidir, onlar bunu ümumi sözlərlə deyil, təfərrüatlı, konkret və birmənalı müddəalarla edir. Ərizəçilərə Daxili İşlər Nazirliyinin məktubu ilə də yardım göstərilməmişdir. Bu, ərizəçilərin şikayətinə və Lord Carlile-in bu səlahiyyətlərdən az istifadə edildiyinə dair çağırışına verilmiş təmkinli rəsmi cavab ola bilər. Lakin bu, hətta mübahisəli də olsa, 44(3)-cü maddənin izahına heç də təsir edə bilməz. Bu yarımbəndin mənası ondan ibarətdir ki, səlahiyyətlərin tətbiqinə icazə yalnız və yalnız o halda verilə bilər ki, onu verən şəxs bu bəndlərin yönəldiyi ictimai məqsədə – terror aktlarının qarşısını almaq məqsədinə nail olmağı hədəfləyən bu saxlama və axtarış aparma səlahiyyətlərinin mühüm praktiki əhəmiyyət daşıyacağını və fayda verəcəyini hesab etmiş olsun.”
17. Lord Bingham icazələrin “dövrü proqram” şəklində verilməsinin səlahiyyəti aşma (ultra vires) olmasına dair ərizəçilərin iddiasını aşağıdakı şəkildə rədd etdi:
“18. Apelyasiya işində şikayətçilərin ikinci və əsas arqumenti 2001-ci ilin fevral ayından 2003-cü ilin sentyabr ayına qədər Metropolitan Polis Ərazisində tətbiq edilən icazələrin ard-arda verilməsinə yönəlmişdir. Onların fikrincə, konkret təhlükənin qarşısını almaq üçün müstəsna səlahiyyəti icra etməyə icazə vermək bir şey, London ərazisində davamlı qadağalara icazə vermək tamamilə başqa bir şeydir. Qeyd etdiyimiz kimi, bu maraq kəsb etməyən arqument deyildir. Təsəvvür etmək mümkündür ki, aydan-aya yenilənən icazə, 44 və 46-cı maddələrin açıq-aydın tələb etdiyi kimi məlumatlı bir prosedur deyil, bürokratik mexanizmin məhsuluna çevrilə bilər. Lakin hazırkı şikayətlə bağlı bütün icazələr və təsdiqlər qanunda nəzərdə tutulan vaxt və ərazi məhdudiyyətlərinə uyğun idi. 46(7)-ci maddə ilə yenilənməyə açıq şəkildə icazə verilirdi. İcazələr və təsdiqlər qanunun məzmununa uyğun idi. Komissarın köməkçisinin və Catherine Byrne-nin sübutu gündəlik bürokratik fəaliyyəti dəstəkləmir və hətta ona ziddiyyət təşkil edir. Ola bilər ki, 2001-ci ilin sentyabr hadisələrindən öncə qanunu çıxararkən Parlament icazələrin davamlı ardıcıllığını nəzərə almamışdır. Lakin burada məqsəd açıq-aydın ondan ibarət idi ki, 44-cü maddədə nəzərdə tutulmuş səlahiyyətlərin tətbiqi terror təhlükəsinin qarşısını almağa kömək edə biləcəyi təqdirdə bu cür təhlükə hiss edildiyi zaman həmin səlahiyyətlərin tətbiqi mümkün olmalıdır və 2003-cü ilin sentyabrınadək formalaşmış icazələrin yenilənməsi qaydası (bəllidir ki, o vaxtdan bəri bu qayda dəyişib) özlüyündə Parlamentin davamlı olaraq ölkə miqyasında bu cür müstəsna saxlama və axtarış aparma səlahiyyətlərinin verilməsindən qəti şəkildə imtina etməsinin məhsulu idi. 2000-ci il tarixli Qanunun 2002-2003-cü illərdə tətbiqi haqqında məruzə edərkən Lord Carlile … bu qənaətə gəldi ki, 44 və 45-ci maddələr zəruriliyini saxlayır və davamlı və ciddi terrorizm təhlükəsinə mütənasib olaraq qalır, o, demək olar ki, hər bir rayonunda həssas vəziyyətdə olan mülkləri və yaşayış zonaları olan Londonu özünəməxsus və xüsusi hal hesab edib.”
18. Hər iki ərizəçinin dayandırma və axtarış aparma proseduru nəticəsində azadlıqdan məhrum edilib-edilmədiyi məsələsinə gəlincə, Lord Bingham buna çox oxşar olan faktlar barədə Avropa İnsan Hüquqları Məhkəməsinin hər hansı qərarının olmamasına dair şərhini bildirdi və razılaşdı ki, azadlıqdan məhrumetməyə dəlalət edən müəyyən əlamətlər vardı, məsələn, tədbir məcburi xarakter daşıyırdı. Lakin prosedur adətən qısamüddətli olduğuna və saxlanılan şəxs həbs edilmədiyinə, qandallanmadığına, qapalı yerə salınmadığına və ya hər hansı başqa yerə aparılmadığına görə həmin şəxs “qapalı yerə salınma və ya həbsdə saxlanılma mənasında tutulmuş şəxs hesab olunmamalıdır, onu hüquqi prosedura başlamadan və ya məsələ aydınlaşdırılana qədər saxlanılmış şəxs hesab etmək daha düzgün olar”. Buna görə də 5-ci maddə bu hala tətbiq edilmədi.
19. 8-ci maddənin tətbiqinin mümkünlüyü məsələsinə gəlincə, Lord Binqam bildirdi ki:
“28. … şəxsin üzərində aparılmış adi səthi axtarışın onun şəxsi həyatına hörmətsizliyin göstəricisi olduğuna şübhəm var. Doğrudur, “şəxsi həyat” şəxsiyyətin sərbəstliyi ilə bağlı geniş hüquqları əhatə edən anlayış kimi şərh olunub. Amma Konvensiyaya dair hüquq praktikasından aydın görünür ki, Konvensiya müddəalarının işə düşməsi üçün müdaxilələrin ciddiliyi müəyyən səviyyəyə çatmalıdır (nəticə etibarı ilə Konvensiya insan hüquqlarına və əsas azadlıqlara aiddir) və mən belə düşünməyə meylliyəm ki, şəxsin üzərində aparılmış adi səthi axtarışın və onun çantalarının açılmasının (hansına ki, məsələn, aeroportlarda sərnişinlər sözsüz tabe olurlar) həmin səviyyəyə çatdığını, çətin ki, söyləmək olar.”

20. Lord Bingham, nəzərə almamışdır ki, Qanuna və A Məcəlləsinə uyğun olaraq lazımi qaydada istifadə olunan və 44 – 45-ci maddələrdə nəzərdə tutulmuş saxlamaq və axtarış aparmaq səlahiyyətindən şəxsin Konvensiyanın 10 və ya 11-ci maddələrində nəzərdə tutulmuş hüquqlarını pozmaqla istifadə oluna bilər.
21. 5, 8, 10 və ya 11-ci maddələrin tətbiq edilə bilməsi ilə bağlı şübhələri olmasına baxmayaraq, Lord Bingham saxlanma və axtarış aparma səlahiyyətlərinin Konvensiyadakı ”qanunilik” tələbinə uyğun olub-olmaması məsələsinə aşağıdakı kimi yanaşmışdır:
“34. Konvensiyadakı qanunilik tələbində qanunun aliliyinin çox mühüm cəhətlərinə diqqət yetirilir. Əhaliyə təsir göstərdiyindən, hökumət məmurları tərəfindən səlahiyyətin həyata keçirilməsi aydın və ictimaiyyət üçün əlçatan olan hüquq normaları ilə tənzimlənməlidir. Əhali, səlahiyyətin verildiyi məqsəddən başqa hər hansı şəxsi əhval-ruhiyyə, şıltaqlıq, kin, qərəzlilik və ya məqsəddən çıxış edən polis əməkdaşları tərəfindən pozuntu hallarına qarşı həssas (zəif) olmamalıdır. Bu, indiki kontekstdə, qanuniliyə tam əks olan özbaşınalıqdır. Bu, pozuntuya yol verməmək üçün Konvensiyada nəzərdə tutulmuş istənilən hüquqa müdaxilə və ya ondan geri çəkilməsi bu testdən keçirilməlidir.
35. Müşahidə olunan saxlama və axtarış aparma rejimi, mənim fikrimcə, həmin testə uyğundur (yəni həmin testdən keçir. 2000-ci il Qanunu əhaliyə məlumat verir ki, lazımi qaydada verildiyi və təsdiq olunduğu halda bu səlahiyyətlər mövcuddur. O, kifayət qədər dəqiqliklə həmin səlahiyyətləri müəyyənləşdirir və onlara məhdudiyyət qoyur. Qanun və Məcəllə icazənin özünü və ya təfərrüatlarını istənilən formada, hətta geriyə qüvvə ilə belə, ictimaiyyətə açıqlamağı tələb etmir, lakin mən onlara “qanun” və ya qanunu qüvvəyə mindirmək üçün tətbiq edilən prosedur kimi yanaşıldığına şübhə edirəm. Hər bir halda, səlahiyyətin verilməsi və təsdiqinin əvvəlcədən açıqlanmasının tələb edilməsi ictimaiyyəti qorumağın dəyərli mənbəyini sual işarəsi altına qoya bilər. Potensial cinayətkarlar bu barədə əvvəlcədən xəbərdar olduqları halda, bu kimi tədbirin təsiri xeyli zəifləyəcəkdir. Saxlanılan və üzərində axtarış aparılan hər bir kəsə polis əməkdaşı tərəfindən onun bilməli olduğu hər bir məlumat verilməlidir. Polis əməkdaşı səlahiyyətini həyata keçirərkən özbaşına hərəkət edə bilməz və o, bunu etdiyi halda ona qarşı mülki iddia irəli sürülə bilər. Düzdür ki, hər hansı bir şəxsi saxlamazdan və onun üzərində axtarış aparmazdan əvvəl şübhənin mövcud olması mütləq deyildir. Əlbəttə ki, bu, açıq-aşkar terrorçu olmayan şübhəli şəxsləri saxlamaq və onların üzərində axtarış aparmaq üçün və bununla da səmərəsiz və vaxt itkisinə səbəb olan hərəkətlər etməyə əsas vermir. Bu, polis əməkdaşının, öz şübhələri ilə bağlı əsaslı dəlillər göstərə bilməyəcəyindən ehtiyat edərək potensial terrorçu kimi şübhələndiyi şəxsi saxlamaqdan və onun üzərində axtarış aparmaqdan çəkinməsi hallarının qarşısını almaq üçün nəzərdə tutulmuşdur. Lakin, bununla polis əməkdaşlarının öz səlahiyyətlərini ayrı-seçkiliyə yol verməklə (faktlarla bağlı mümkünsüz mübahisə) həyata keçirmələri təklif edilmir və mən, ayrı-seçkilik mövzusu ilə bağlı heç nə deməməyə üstünlük verirəm”.

23. İton-ander-Heyvuddan olan Lord Broun da (Lord Brown of Eaton-under-Heywood), digər məsələlərlə yanaşı (inter alia), müşahidə etmişdir:
“74. Səlahiyyətin [44-cü maddə] (çox vaxtı hər hansı qanunsuz hərəkətlə bağlı əsaslı şübhə olmadan həyata keçirilməsi tələb olunan təsadüfi axtarış aparma səlahiyyəti kimi təsvir olunur) xüsusi (Lord Bingham tərəfindən izah olunduğu kimi, nə unikal, nə də xüsusi yeni hal deyildir) təbiətini nəzərə aldıqda, geniş tərkibdə məhdudiyyətlərin və təhlükəsizlik tədbirlərinin olması təəccüblü deyildir. Həyata keçirildiyi yerdə səlahiyyətin əhaliyə təsir göstərdiyi üsula ən çox birbaşa aid olanlar çox güman ki, bunlardır. Bu səlahiyyətdən yalnız uniformada olan polis əməkdaşı istifadə edə bilər (44(1) və (2)-ci maddə) və o, yalnız terrorçuluqla bağlı əşyaların axtarışı üçün tətbiq edilə bilər (45(1)(a)-ci maddə). Üzərində axtarış aparılan şəxsdən ictimai yerdə, baş geyimi, ayaqqabı, üst geyimi, jaket (gödəkcə) və əlcəklər istisna olmaqla, digər hər hansı bir geyimin çıxarılması tələb edilə bilməz. (45(3)-cü maddə). Axtarış şəxsin və ya avtonəqliyyat vasitəsinin saxlanıldığı yerdə və ya ona yaxın olan digər bir yerdə aparıla bilər (45(4)-cü maddə) və şəxs və ya avtonəqliyyat vasitəsi yalnız belə axtarış aparılmasına imkan vermək üçün tələb olunan əsaslı müddətə saxlanıla bilər (45(4)-cü maddə). Çox adamın belə saxlanma və axtarış aparma prosedurundan xoşlanmayacağına və rahatsız ola biləcəyinə baxmayaraq və bunun polis səlahiyyətlərinin hüdudlarına dair bizim ənənəvi düşüncəmizdən tam kənara çıxacağına baxmayaraq, bunun, bizim əsas vətəndaş azadlıqlarımıza çox əhəmiyyətli bir müdaxilə olduğunu demək olmaz. Buna baxmayaraq, respondentlərin bəzilərinin, bu prosedurun ən azı şəxsin 8-ci maddədəki şəxsi həyata hörmətlə yanaşmaq hüququnu risk altına almaq üçün kifayət qədər müdaxilə etmə xarakterli ola biləcəyini söylədikləri müəyyən hallarda haqlı olduqlarını və bu səlahiyyətdən açıq-aşkar sui-istifadə edilə biləcəyini – belə ki, polis zabitində şübhə ilə bağlı əsasların olmasının tələb edilmədiyi səlahiyyətin həyata keçirilməsinin qaçılmaz nəticəsini – nəzərə aldıqda – müzakirə üçün açıq olan məqam, bu planın, “qanunvericiliyə uyğun olma” ilə bağlı Konvensiyanın tələbinə tam da uyğun olmamasıdır.
75. Bu tələbin təmin edilməsi üçün … yalnız Konvensiyadakı şəxsi həyatın toxunulmazlığı hüququna müdaxilənin daxili qanunvericilikdə müəyyən əsasa malik olması yetərli deyil (burada 2000-ci il Qanununda aydın şəkildə olduğu kimi); həmin qanunun yalnız əhali üçün əlçatan olması da yetərli deyil (burada aydın olduğu kimi – məsələn “Malone Birləşmiş Krallığa qarşı”(Malone v. United Kingdom) (1985) 7 EHRR 14 işindəki mövqedən fərqli olaraq); yalnız təsirə məruz qalanlara öz davranışlarını müvafiq olaraq tənzimləməyə imkan yaratmaq üçün qanunda hər şey nəzərə almaq da yetərli deyil (əlbəttə, qanunvericilik baxımından, əhali tərəfindən qəbul edilməli tələb sürücülərin və piyadaların bu təsadüfi axtarış formasından keçməli və ona tabe olmalı olduqlarıdır); eyni zamanda səlahiyyətdən sui-istifadə və ya onun özbaşınalıqla həyata keçirilməsi riskinə yol verməmək üçün kifayət qədər müdafiə tədbirləri olmalıdır.
76. Mən şikayətçilərin gətirdikləri arqumentlərdən başa düşdüyüm kimi, o, başlıca olaraq yönəldiyi bu yekun tələblə bağlıdır: cənab Singhə görə bu səlahiyyətdən özbaşına tərzdə istifadə etmək olduqca asandır və belə sui-istifadə hallarından qorumaq isə olduqca çətindir. Əlbəttə, o, qəbul edir ki, səlahiyyətdən hər hansı bir halda faktiki olaraq sui-istifadə edilərsə, müvafiq polis zabiti vurulan ziyana görə mülki iddia qarşısında məsuliyyət daşıyacaqdır (və sözsüz ki, onun barəsində polis intizam tənbehi seçiləcəkdir). Lakin, o, qeyd edir ki, səlahiyyətin qanuni şəkildə həyata keçirilməsi üçün heç bir ayrıca dəlil tələb olunmadığından adətən ondan sui-istifadə halını müəyyənləşdirmək mümkün olmur. Məsələn, fərz edin ki, polis zabiti bu səlahiyyətdən özünün irqi ayrı-seçkiliklə bağlı səbəblərindən istifadə edir, bunu necə müəyyən etmək olar? Sadəcə, belə sui-istifadə hallarına qarşı effektiv müdafiə tədbirləri yoxdur, ondan qanunauyğun istifadə olunub-olmadığını söyləmək üçün kifayət qədər meyar yoxdur. Əlbəttə, A Məcəlləsinin (nəşr olunmuş məcəllə 1984-cü il Polis və Cinayət Sübutlarına dair Qanunun 66-cı maddəsinə əsasən buraxılmışdır) 2.25-ci bəndində nəzərdə tutulmuşdur ki: “Zabitlər bu səlahiyyətləri həyata keçirərkən azlıq təşkil edən etnik qrupların üzvlərinə qarşı ayrı-seçkiliyə yol verilməməsinə xüsusi diqqət yetirməlidirlər”. Lakin, şikayətçilərin dediyi kimi, sadəcə bu cür geniş təsadüfi hallar üçün verilən səlahiyyətin həyata keçirilməsi ilə bağlı təlimatın yerinə yetirilməsinə heç bir nəzarət üsulu yoxdur. Bir-bir hamını saxlamaqla və üzərində yoxlama aparmaqla (hava limanlarında və digər xüsusi binalara daxil olarkən olduğu kimi) və ya sıralama əsasında, məsələn, hər on adamdan birini saxlamaqla və üzərində axtarış aparmaqla olmadığı halda, bunun heç bir yolu yoxdur (müraciət edənlər üçün məsləhət). Yalnız bu yolların birində və ya digərində, şikayətçilərin dəlilləri, onları, belə səlahiyyətin qanunilik prinsipinə uyğun həyata keçirilə biləcəyini müəyyənləşdirmək uğrunda mübarizə aparmağa vadar edir: əks halda “qanunun keyfiyyəti ilə bağlı” Konvensiyanın tələbini təmin etmək üçün müdafiə tədbirləri zəruri olmayacaq…
77. Mən bu arqumenti rədd edirəm. İlk növbədə mənə elə gəlir ki, təklif olunan heç bir yolla 44-cü maddədəki səlahiyyəti effektiv şəkildə həyata keçirmək mümkün deyildir. Təsəvvür edin ki, iyul ayında London Metrosunda baş verən partlayışdan sonra polis metro stansiyasına daxil olan hər bir kəsi və ya on (yaxud yüz) adamdan birini saxlamağa və üzərində axtarış aparmağa cəhd etmişdir. Belə bir tapşırıq nəinki mümkün olmayacaq, mənim fikrimcə, bu, real məqsədə və bu səlahiyyətin dəyərli olmasına da mane olacaq. Bu, Lord Binghamın fikrinə görə 35-ci maddədə göstərildiyi kimi, polis zabitinin öz şübhələri ilə bağlı əsaslı dəlillər göstərə bilməyəcəyindən ehtiyat edərək potensial terrorçu kimi şübhələndiyi şəxsi saxlamaqdan və onun üzərində axtarış aparmaqdan çəkinməsi hallarının qarşısını almaq əvəzinə mənasız bir şey və vaxt itkisi olacaqdır. “Ümid edilə bilər ki, ilk növbədə, potensial terrorçular təsadüfən axtarışa məruz qalma riskini bilərək hərəkətlərindən (öz əməllərini həyata keçirmək üçün lazım olan alətlərini daşımaqdan) çəkinəcək və daha sonra bu səlahiyyəti həyata keçirməklə polis zabitləri təsadüfən (hətta nadir hallarda) belə materialları aşkar edəcək və beləliklə də terror hücumunun qarşısını alacaq və ya onu dəf edəcəklər. Terror əməli törətmək niyyətində ola bilmə ilə bağlı şübhə etdikləri şəxslər əvəzinə onlara daha az riskli görünənləri yoxlayan polis zabitləri tərəfindən bu məqsədlərin heç birinə xidmət olunmayacaqdır.
78. 1989-cu il Terrorçuluqla Mübarizə (Müvəqqəti Müddəalar) Qanunu və 1996-cı il Şimali İrlandiya (Fövqəladə Hallar üzrə Müddəalar) Qanununun 2001-ci ildə apardığı təhlili zamanı cənab John Rowe QC Birləşmiş Krallığa daxil olanların və ya onu tərk edənlərin terrorçuluq fəaliyyətinə cəlb olunub-olunmadığını müəyyənləşdirmək məqsədilə saxlamaq və axtarış aparmaq səlahiyyəti ilə bağlı aşağıdakıları qeyd etmişdir:

“İntuitiv” saxlama

37. Bu saxlanma hallarının nə dərəcədə dəyərli olduğunu ifadə etmək mümkün deyildir …
38. Mən izah etməliyəm ki, “intuitiv saxlama” altında nəyi nəzərdə tuturam. Bu saxlama “məlumatsız” və ya “təsadüfi” saxlamadır – mən buna “intuitiv” – saxlanılan şəxs və ya avtonəqliyyat vasitəsi barədə əvvəlcədən heç nə bilmədən saxlama deməyə üstünlük verirəm.
39. Düşünmürəm ki, təlim keçmiş Xüsusi Bölmə zabiti tərəfindən saxlama “məlumatsız” və ya “təsadüfi” saxlamadır. Zabit terrorçuluğun və terror qruplarının xüsusiyyətləri və halları barədə təcrübəyə malikdir və təlim keçmişdir və buna görə də o, əhalinin bilmədiklərini bilə bilər və ya o, sadəcə polis zabitinin intuisiyasına malik ola bilər. Çox vaxtı belə saxlamanın səbəbi əhaliyə izah edilə bilməz”.
79. Sonralar cənab Rowe öz təhlilində 1989-cu il Qanununun 13A və 13B maddələrində ilk olaraq nəzərdə tutulan daha çox ümumi saxlama və axtarış aparma səlahiyyətləri barədə qeyd etmişdir ki, “bu səlahiyyətlərdən az və düzgün məqsədlər üçün istifadə edilib”. Mən razılaşıram ki, 44-cü maddədəki səlahiyyətdən (indiki kimi) az istifadə olunmalıdır, cənab Rowe-dan sonra terrorçuluqla bağlı qanunvericiliyin müstəqil şəkildə təhlilini aparan Lord Carlile (Berrew QC) 2000-ci il Qanununa dair bir sıra illik hesabatlarına tövsiyə daxil edilərək (son olaraq onun 2005-ci il hesabatında 106-cı bəndə baxın), səlahiyyətlərdən əhaliyə və qaydalara riayət olunmasına nəzarətə böyük risk olmadan istifadənin ən azı 50 faizə qədər azaldılması təklif olunmuşdur. “Lakin, mənim fikrimcə, onların hamısını vacib edən nəyin hədəf seçilməsidir, belə ki, polis zabitlərinin hər hansı təhlükə yaratmayan hesab etdikləri şəxsləri saxlamaq və onlar üzərində axtarış aparmaq üçün müəyyən ölçü olduğu halda belə, onların intuisiyası bütün dünya üçün qaydasız şəkildə həqiqi mənada istifadə olunandan fərqli bir şeyi diktə edir. Qısaca olaraq, qanunvericiliyin məhz insanları limanlarda saxlamağa və onların üzərində axtarış aparmağa imkan verən məqam kimi dəyəri odur ki, o, polis zabitlərinə, cənab Rowe-un intuitiv saxlama kimi xarakterizə etdiyi hərəkəti etməyə səlahiyyət verir.
80. Əlbəttə ki, Breyntridən Lord Nyutonun (Lord Newton of Braintree) sədrlik etdiyi Məxfi Məsləhət İcmal Komitəsi tərəfindən 2001-ci il Terrorçuluğa qarşı, cinayətkarlıq və təhlükəsizlik haqqında Qanuna dair 2003-cü ilin dekabr ayında açıqlanan hesabatında qeyd olunduğu kimi:
“Təcrübəli terrorçular durğun hədəfdən yayınmaq üçün öz profillərini və üsullarını dəyişirlər. Məsələn, məlumata görə Əl-Qaidə müsəlman dinini qəbul edənlərə xüsusi dəyər verir, belə ki, onlar belə hesab edirlər ki, hakimiyyət orqanları bu insanları daha az yoxlayır”.
Lakin mənə belə gəlir ki, nə qədər ki, 44-cü maddədəki səlahiyyətdən istifadənin yönəldiyi başlıca terror riskinin əl-Qaedədən irəli gəldiyi hesab edilir, saxlanılanların və axtarış aparılanların sayında Asiyadan gələnlər qeyri-proporsional şəkildə çoxluq təşkil edəcəkdir (xüsusən də, əgər onlar bel çantası daşıyırlarsa və terrorçuluqla bağlı əşyaları daşımağa imkan verən paltarlar geyinirlərsə)
81. Belə bir nəticə Konvensiya yurisprudensiyasına ziddirmi və ya həqiqətən ayrı-seçkiliklə mübarizəyə dair daxili qanunvericiliyə uyğun deyildirmi? Mənim fikrimcə deyildir, yalnız bu şərtlə ki, səlahiyyəti həyata keçirən polis zabitləri A Məcəlləsinin 2.25-ci bəndinə lazımi diqqət yetirsin:
‘2000-ci il Terrorçuluq haqqında Qanunun 44-cü maddəsinə əsasən saxlanılmalı olan şəxslərin seçimi Böyük Britaniyada aktiv olan müxtəlif terrorçu qrupların doğurduğu təhlükənin obyektiv dəyərləndirilməsini əks etdirməlidir. Səlahiyyətlər terrorçuluqla əlaqəli olmayan səbəblərdən saxlama və axtarış aparma üçün istifadə edilməməlidir. Bu səlahiyyətləri həyata keçirərkən, zabitlər, azlıq təşkil edən etnik qrupların üzvlərinə qarşı ayrı-seçkiliyə yol verməməyə çalışmalıdırlar. Lakin, hər hansı bir xüsusi terror təhlükəsi ilə əlaqədar saxlanılmalı olan şəxslərin seçilməsində şəxsin etnik mənşəyinin polis zabitləri tərəfindən nəzərə alınması lazım gələn hallar ola bilər (məsələn, bəzi beynəlxalq terrorçu qrupların ayrıca etnik qrupa mənsub olan şəxslərlə bağlılığı vardır)”.
Etnik mənşə, müvafiq olaraq, səlahiyyətin həssas şəkildə həyata keçirilməsi və seçimin irqi ayrı-seçkilik əsasında deyil, terror təhlükəsi ilə bağlı səbəblərdən aparılması şərtilə, kiminsə saxlanılması və üzərində axtarış aparılmasına qərar verərkən nəzərə alına bilər.”

C. Qraflıq Məhkəməsində proseslər

24. Ərizəçilər, həmçinin, polisin terrorçuluqla bağlı əşyaların axtarışı əvəzinə nümayişlərdə iştirak edən şəxsləri yoxlamaq və ya onları çəkindirmək məqsədilə, Konvensiyanın 8, 10 və 11-ci maddələrini pozmaqla və hər bir şikayətçiyə qarşı qanunsuz olaraq saxlamaq və axtarış aparmaq səlahiyyətlərindən istifadə etməsi ilə 1998-ci il İnsan Hüquqları haqqında Qanuna əsasən dəymiş ziyana görə 8 sentyabr 2004-cü il tarixdə Qraflıq Məhkəməsində iddia qaldırmışlar. İddialar onların Lordlar Palatasına apelyasiya şikayətinin nəticəsini gözləyən mərhələdə saxlanılmış və nəhayət 2007-ci ilin fevral ayında yekun olaraq dinlənilmişdir. Qraflıq Məhkəməsi şikayətçilərin iddialarını rədd etmiş və müəyyən etmişdir ki, bu səlahiyyətdən, onların hər birinə qarşı düzgün və qanuni şəkildə istifadə olunmuşdur. Şikayətçilər bu qərardan apelyasiya şikayəti vermək istəyində olmamışlar.

II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK VƏ TƏCRÜBƏ

C. 2000-ci il Terrorçuluq haqqında Qanun
28. 2000-ci il Qanunu, digər məsələlərlə yanaşı (inter alia), Lord Lloydun sorğusunu nəzərə almaqla, terrorçuluqla bağlı qanunvericiliyi təkmilləşdirmək, müasirləşdirmək və möhkəmləndirmək məqsədini daşımışdır.
1-ci maddədə “terrorçuluğun” anlayışı aşağıdakı kimi verilir:
“(1) Bu Qanunda “terrorçuluq” müəyyən hərəkətlərə əl atma və ya belə hərəkətlərə əl atılacağı ilə hədələmə kimi anlaşılır, hansı ki, bu hərəkətlər –
(a) 2-ci yarımbənddəki hərəkətlərə aid edilir (2),
(b) onlara əl atma və ya əl atılacağı ilə hədələmə hökumətə təsir göstərmək yaxud əhalini və ya əhalinin müəyyən bir hissəsini qorxutmaq məqsədini daşıyır, və
(c) onlara əl atma və ya əl atılacağı ilə hədələmə siyasi, dini və ya ideoloji motivlərlə edilir.
(2) Hərəkətlər aşağıdakı hallarda bu yarımbəndə aid edilir –
(a) insana qarşı ciddi zorakılıq tətbiq olunur,
(b) əmlaka ciddi ziyan vurulur,
(c) hərəkəti törədən insandan başqa insanın həyatı təhlükə altına alınır,
(d) əhali və ya əhalinin müəyyən hissəsinin sağlamlığı və ya təhlükəsizliyi üçün ciddi risk yaradır, və ya
(e) elektron sistemə ciddi şəkildə müdaxilə etmək yaxud onu ciddi şəkildə pozmaq məqsədini daşıyır.
(3) 2-ci yarımbəndə aid edilən, odlu silahlardan və ya partlayıcı maddələrdən istifadə olunan hərəkətlərə əl atma və ya əl atılacağı ilə hədələmə, 1b yarımbəndindəki şərtlər olub-olmasa da, terrorçuluq hesab edilir.
(4) Bu maddədə –
(a) ‘hərəkət’ Birləşmiş Krallığın hüdudlarından kənardakı hərəkəti də əhatə edir,
(b) hər hansı bir şəxs yaxud əmlak dedikdə, harada yerləşməsindən asılı olmayaraq, istənilən şəxs yaxud əmlak nəzərdə tutulur,
(c) əhali dedikdə Birləşmiş Krallıqdan başqa ölkənin əhalisi də nəzərdə tutulur, və
(d) ‘hökumət’ dedikdə Birləşmiş Krallığın, yaxud Birləşmiş Krallığın bir hissəsinin və ya Birləşmiş Krallıqdan başqa bir ölkənin hökuməti anlaşılır.
(5) Bu Qanunda terrorçuluq məqsədləri üçün əl atılan hərəkət dedikdə hər hansı bir qadağan olunmuş təşkilatın xeyrinə edilən hərəkət də nəzərdə tutulur”.

29. 2000-ci il Qanununun 41-43-cü maddələrində, “Şübhəli terrorçular” yarım-başlığı altında, polis zabiti tərəfindən qərar olmadan şəxslərin həbsi, binalarda axtarışın aparılması və şəxslərin axtarışı nəzərdə tutulur. Hər bir halda həbs edilən və ya axtarılan şəxsin terrorçu olduğuna dair əsaslandırılmış şübhə olmalıdır.
30. 44-47-ci maddələrdə, “Saxlamaq və axtarmaq səlahiyyəti” yarım-başlığı altında, əsaslandırılmış şübhənin olması tələbi yoxdur. Bu bəndlərdə üç mərhələli prosedur nəzərdə tutulur.
44-cü maddəyə əsasən, birinci mərhələ icazə vermə mərhələsidir:
“44(1) Bu yarımbəndə əsasən icazə vermə, uniformada olan hər hansı polis əməkdaşına, icazədə qeyd olunan ərazidə və ya yerdə avtonəqliyyat vasitəsini saxlamaq və aşağıdakı axtarışları aparmaq səlahiyyətini verir –
(a) avtonəqliyyat vasitəsində;
(b) avtonəqliyyat vasitəsinin sürücüsünün üzərində;
(c) avtonəqliyyat vasitəsindəki sərnişinlərin üzərində;
(d) Avtonəqliyyat vasitəsinin içərisində və ya üstündə aparılan yaxud sürücü və ya sərnişin tərəfindən saxlanılan hər hansı bir predmetdə.
(2) Bu yarımbəndə əsasən icazə vermə, uniformada olan hər hansı polis əməkdaşına, icazədə qeyd olunan ərazidə və ya yerdə piyadanı saxlamaq və aşağıdakı axtarışları aparmaq səlahiyyətini verir –
(a) piyadanın üzərində;
(b) onun daşıdığı hər hansı bir əşyada.
(3) 1 və ya 2-ci yarımbəndlərə əsasən icazə yalnız o halda verilə bilər ki, onu verən şəxs terrorçuluq əməllərinin qarşısını almaq üçün bunu məqsədəuyğun hesab etsin.
(4) Aşağıdakı hallarda bu icazə verilə bilər –
(a) qeyd olunan ərazi və ya yer, “b” və “c” bəndlərində göstəriləndən başqa, bütövlükdə və qismən Şimali İrlandiyadan kənar polis ərazisi olduqda, ən azı ərazi polis rəisinin yardımçısı rütbəsində olan polis zabiti tərəfindən;
(b) qeyd olunan ərazi və ya yer, bütövlükdə və ya hissəvi şəkildə paytaxt polis rayonu olduqda, ən azı paytaxt polisinin komandiri rütbəsində olan həmin rayonun polis zabiti tərəfindən;
(c) qeyd olunan ərazi və ya yer, bütövlükdə və ya hissəvi şəkildə London Sitiyə aid olduqda, ən azı London Siti polis qüvvələrinin komandiri rütbəsində olan Sitinin polis zabiti tərəfindən;
(d) qeyd olunan ərazi və ya yer, bütövlükdə və qismən Şimali İrlandiyaya aid olduqda, ən azı ərazi polis rəisinin köməkçisi rütbəsində olan, [Şimali İrlandiyanın Polis Xidmətinin əməkdaşı] tərəfindən.
(5) “Əgər icazə şifahi şəkildə verilirsə, onu verən şəxs praktiki baxımdan mümkün olan qısa zamanda onu yazılı şəkildə təsdiq etməlidir”.
46(1)-(2)-ci maddəyə əsasən verilən icazə verildiyi vaxtdan qüvvəyə minir və başa çatdığı bildirildiyi vaxt sona çatır, lakin, bu müddət 28 gündən artıq ola bilməz. 44-cü maddədə nəzərdə tutulan icazələrin mövcudluğu və məzmununa dair məlumat ictimaiyyətə açıq deyildir.
31. İkinci mərhələ 46(3)-(7)-ci maddə ilə tənzimlənən təsdiqetmə mərhələsidir. İcazəni verən şəxs praktiki baxımdan mümkün olan qısa zaman ərzində Dövlət Katibinə məlumat verməlidir. Əgər Dövlət Katibi icazənin verildiyi vaxtdan 48 saat ərzində onu təsdiq etmirsə, o, öz qüvvəsini itirir (48 saat ərzində edilən hərəkətləri qüvvədən salmadan). Dövlət Katibi icazəni təsdiq edərkən onun qüvvədə olma müddətini irəliyə, yaxud geriyə çəkə bilər. O, müəyyən vaxtdan sonra icazəni ləğv edə bilər. Icazənin müddəti lazımi qaydada uzadıldığı halda, eyni təsdiqetmə prosedurları tətbiq olunur. Dövlət Katibi icazənin coğrafi əhatə dairəsini dəyişdirə bilməz, lakin, o, əhatə olunmuş ərazinin həddən artıq geniş olması qənaətinə gələrsə, təsdiqlə bağlı qərarını geri götürə bilər.

32. Üçüncü mərhələdə, 45-ci maddəyə əsasən, polis əməkdaşı tərəfindən saxlama və axtarış aparma səlahiyyətinin həyata keçirilməsi nəzərdə tutulur:
“(1) 44(1) və ya (2)-ci maddəyə əsasən icazə ilə verilən səlahiyyət –
(a) yalnız terrorçuluqla bağlı istifadə oluna bilən növdə əşyaların axtarışı məqsədilə həyata keçirilə bilər, və
(b) polis əməkdaşı bu növdə əşyaların mövcudluğuna şübhə etmə üçün əsaslara malik olub-olmasa da, həyata keçirilə bilər.
(2) Polis əməkdaşı, 44(1) və ya (2)-ci maddəyə əsasən, axtarış zamanı aşkar etdiyi və əsaslı olaraq onun terrorçuluqla bağlı istifadə edilməli olduğunu şübhə etdikdə əşyanı müsadirə edə və saxlaya bilər; və
(3) İcazə əsasında verilmiş səlahiyyəti həyata keçirən polis əməkdaşı, şəxsdən, baş geyimi, ayaqqabı, üst geyimi, jaket (gödəkcə) və ya əlcəklər istisna olmaqla, hər hansı geyimi çıxarmağı tələb edə bilməz.
(4) Polis əməkdaşı, 44(1) və ya (2)-ci maddəyə əsasən, axtarış aparmağı təklif etdikdə, o, şəxsin və ya avtonəqliyyat vasitəsinin saxlanıldığı yerdə və ya ona yaxın bir yerdə axtarışın aparılmasına imkan vermək üçün əsaslandırılmış şəkildə tələb olunan müddətə şəxsi və ya avtonəqliyyat vasitəsini saxlaya bilər.
(5) O halda ki –
(a) avtonəqliyyat vasitəsi və ya piyada 44(1) və ya (2)-ci maddəyə əsasən saxlanılır, və
(b) avtonəqliyyat vasitəsinin sürücüsü və ya piyada, 44(1) və ya (2)-ci maddəyə əsasən avtonəqliyyat vasitəsinin və ya şəxsin özünün saxlanılmasına dair yazılı məlumat üçün müraciət edir,
yazılı məlumat verilməlidir.
(6) 5-ci yarımbəndə əsasən müraciət, avtonəqliyyat vasitəsi və ya piyada saxlanıldığı tarixdən başlayaraq, 12 ay ərzində edilməlidir.
33. Bu səlahiyyətlər qanunvericiliklə polis əməkdaşına verilən səlahiyyətlərə əlavə olmalıdır (2000-ci il Qanunu, 114-cü maddə). 47-ci maddədə, polis əməkdaşı tərəfindən tələb olunduğu halda dayanmamaq yaxud 44(1) və ya (2)-ci maddə əsasında icazə ilə verilən səlahiyyətin həyata keçirilməsində qəsdən polis əməkdaşına maneçilik törətmək azadlıqdan məhrum etmə və ya cərimə yaxud hər ikisi ilə cəzalandırılmalı olan əməl hesab edilir.
34. 2000-ci il Qanununun 44 – 47-ci maddələri 19 fevral 2001-ci il tarixdə qüvvəyə minmişdir. Hazırkı işdə daxili proseslər zamanı məlumat verilmişdir ki, hər biri bütövlükdə Paytaxt Polis rayonunu əhatə etməklə və hər biri maksimum icazə verilən müddət (28 gün) üçün olmaqla, 44-cü maddədəki icazələr ardıcıl olaraq həmin vaxtdan bəri verilmiş və təsdiq olunmuşdur.
D. Təcrübə Məcəlləsi
35. Təcrübə Məcəlləsi saxlama və axtarışla bağlı bütün qanuni səlahiyyətlərin həyata keçirilməsində polis zabitlərini istiqamətləndirmək üçün 1 aprel 2003-cü il tarixdə Dövlət Katibi tərəfindən təsdiq olunmuşdur. Polis zabitlərinin həmin sənəddən istifadəsini təmin etmək üçün onun bütün polis məntəqələrində yazılı şəkildə mövcud olması tələb olunurdu; sənədin özü əhali üçün açıq sənəd idi.
36. Məcəllədə, digər məsələlərlə yanaşı (inter alia), tələb olunurdu ki, belə səlahiyyətlər “ədalətli şəkildə, məsuliyyətlə, üzərində axtarış aparılan şəxsə hörmətlə yanaşaraq” həyata keçirilməlidir. Məcəllə tələb edirdi ki, 2000-ci il Qanununun 44-cü maddəsindəki bu səlahiyyətdən “terrorçuluqla əlaqəli olmayan səbəblərə görə saxlamaq və ya axtarış aparmaq üçün istifadə edilməməlidir” və ondan “yalnız terrorçuluq məqsədlərilə istifadə oluna bilən predmetlərin axtarışı üçün” istifadə edilməlidir. Məcəllədə 1.2 və 1.3-cü maddələrində nəzərdə tutulur:
“1.2 Saxlanılan və ya üzərində axtarış aparılan şəxsin azadlığını məhdudlaşdırma qısa olmalı və axtarış məqsədləri üçün saxlanılan şəxs həmin yerdə və ya ona yaxın olan bir yerdə saxlanmalıdır.
1.3 Əgər bu əsas prinsiplərə riayət olunmasa, saxlamaq və axtarış aparmaq səlahiyyətlərindən istifadə sual altına düşə bilər. Səlahiyyətlərdən lazımi qaydada istifadə etməmə onun effektivliyini azaldır. Saxlama və axtarış aparma cinayətlərin aşkar olunmasında və qarşısının alınmasında mühüm rol oynaya bilər və səlahiyyətlərdən ədalətli şəkildə istifadə onları daha effektiv edə bilər”.
Məcəllənin 3.5-ci maddəsində qeyd olunur:
“2000-ci il Terrorçuluq haqqında Qanunun 45(3)-cü maddəsi istisna olmaqla (bu bənd 44(1) və ya 44(2)-ci maddələr əsasında axtarış aparan polis əməkdaşına şəxsdən ictimai yerdə baş geyimini və ayaqqabısını çıxarmağı tələb etmək səlahiyyətini verir), şəxsdən, ictimai yerdə, üst geyimi, jaket (gödəkcə) və ya əlcəklər istisna olmaqla, digər hər hansı bir geyimini çıxarmağı tələb etmək səlahiyyəti yoxdur… Şəxsin çıxarılmayan geyimində ictimai yerdə axtarış aparma üst geyimin üstdən yoxlanması ilə məhdudlaşmalıdır. Lakin, bu, axtarılan əşyanı tapmaq və axtarışın predmeti ola biləcək şübhəli əşyanı çıxarmaq və yoxlamaq üçün əsaslandırılmış şəkildə zəruri olduğu halda, polis əməkdaşının əllərini onun üst geyiminin ciblərinə salmasına və yaxalıqlarının, corablarının və ayaqqabılarının içərisini yoxlamasına mane olmur. Eyni səbəblərdən, baş geyiminin çıxarılması ilə bağlı məhdudiyyətlərə riayət etməklə, şəxsin saçında da ictimai yerdə axtarış aparıla bilər…”
3.8-ci bəndlə axtarışdan əvvəl müəyyən addımların atılması tələb olunmuşdur:
“3.8 Saxlanılan şəxsin üzərində və ya avtonəqliyyat vasitəsində hər hansı axtarış aparmazdan əvvəl, zabit, üzərində axtarış aparılmalı və ya avtonəqliyyat vasitəsinə görə cavabdeh olan şəxsə aşağıdakı informasiyanı vermək üçün məntiqli şəkildə müəyyən tədbirlər görməlidir:
(a) onların axtarış aparma məqsədilə saxlanıldıqları barədə;
(b) zabitin adı (terrorçuluq əməlinin araşdırılması ilə bağlı sorğular olduğu hal yaxud zabitin öz adını deməsi onu təhlükə altında qoyacağını ehtimal etdiyi hal istisna olmaqla, bu halda qərar və ya digər eyniləşdirmə nömrəsi verilməlidir) və polisin aid olduğu polis məntəqəsinin adı;
(c) həyata keçirilməkdə olan qanuni axtarış səlahiyyəti barədə; və
(d) aşağıdakılara dair izah;
(i) axtarış aparmaq səlahiyyətinin olduğu əşya və ya əşyalar baxımından axtarışın məqsədi;…
(iii) əsaslı şübhənin olması tələb edilməyən səlahiyyətlər olduğu halda …, səlahiyyətin və hər hansı zəruri icazənin və onun verildiyi faktın mahiyyəti barədə”.
Axtarış aparan zabitlərin 3.9-cu bəndlə uniformada olması tələb edilir. Məcəllənin 3.10 – 3.11-ci bəndlərdə bunun davamı olaraq nəzərdə tutulur:
“3.10 Axtarış aparılmazdan əvvəl, zabit, şəxsə (yaxud axtarış aparılmalı olan avtonəqliyyat vasitəsinin sahibinə və ya ona görə cavabdeh olan şəxsə) axtarış protokolunun surətini, o cümlədən protokolun bütövlükdə həmin vaxt tərtib olunması praktiki baxımdan mümkün olmadıqda, 12 ay ərzində müraciət edildiyi təqdirdə bu protokolun surətini almaq hüququ barədə məlumat verməlidir. Həmin vaxt protokol tərtib olunmadıqda, şəxsə onu necə əldə edə bilməsinə dair də bildirilməlidir… Şəxsə, həmçinin, polisin saxlamaq və axtarış aparmaq səlahiyyətləri və bu hallarda fərdlərin hüquqları barədə də məlumat verilməlidir.
3.11 Əgər üzərində axtarış aparılmalı olan yaxud axtarış aparılmalı avtonəqliyyat vasitəsinə görə cavabdeh olan şəxs deyilənləri başa düşmürsə və ya şəxsin ingilis dilində başa düşmək imkanları ilə bağlı hər hansı şübhə vardırsa, zabit, şəxsin hüquqları barədə məlumat vermək və Məcəllənin hər hansı müvafiq müddəalarını onun diqqətinə çatdırmaq üçün məntiqli addımlar atmalıdır. Əgər şəxsin eşitmə qabiliyyəti məhduddursa və ya o, ingilis dilində başa düşmürsə və onu kimsə müşayiət edirsə, bu halda zabit həmin şəxsin tərcümə edə biləcəyini və ya tələb olunan məlumatı verməkdə zabitə kömək edə biləcəyini müəyyənləşdirməlidir”.
Həmin vaxt və ya praktiki baxımdan mümkün olan kimi protokol tərtib etmə tələb olunurdu (4.1-ci bənd):
“4.1 Bu Məcəllənin tətbiq olunduğu hər hansı bir səlahiyyəti həyata keçirərkən axtarış aparmış zabit, bütövlükdə bunu praktiki baxımdan qeyri-mümkün edən müstəsna hallar yoxdursa (məsələn, ictimai asayişin pozulduğu hallarda yaxud polisin təcili olaraq başqa yerə getməsi tələb olunduqda), həmin vaxt protokol tərtib etməlidir. Əgər protokol həmin vaxt tərtib olunmursa, zabit, daha sonra mümkün olan kimi bunu etməlidir. Protokolu tamamlamaq üçün zəruri informasiyanı əldə etmək praktiki baxımdan mümkün olmayan hallar ola bilər, lakin bu halda zabit bunu etmək üçün hər bir məntiqli səyi göstərməlidir”.

E. Berryudan (QC) olan Lord Karlaylın (‘Lord Carlile of Berriew QC’) saxlama və axtarış keçirmək səlahiyyətləri barədə 44-cü maddənin tətbiqinə dair hesabatları

37. 2000-ci il Qanununun 126-cı maddəsi Dövlət Katibinin Qanunun tətbiqinə dair Parlamentə təqdim edilməsi üçün ən azı hər 12 aydan bir hesabat hazırlamasını tələb edir və Berryudan (QC) olan Lord Karlayl eyni zamanda illik hesabatı hazırlamaq üçün Müstəqil İcmalçı olaraq təyin olunub.

43. Yekunda Lord Carlile 2000-ci il Qanununun dair hesabatında aşağıdakı şərhləri edir:
“140. 44-cü maddənin sui-istifadəsi və ya əsassız istifadəsinə dair misallar kifayət qədərdir. Məndə, saxlanılan şəxsin məlum hər hansı terrorizm profilindən açıq-aşkar uzaq olduğu, real olaraq onun terrorist olmasına ən kiçik bir ehtimalın mövcud olmadığı və saxlamanın əsaslandırılması üçün hər hansı bir imkanın olmadığı işlərə dair sübutlar vardır. Bir halda həyata keçirilən saxlamaların əsasında (hansı ki, şübhəsiz, qanunsuz idi və heç bir halda prosedurlardan kamil istifadə hesab oluna bilməzdi) yalnız rəqəmlər dururdu. Yüksək rütbəli polislər nəzərdə saxlamalıdırlar ki, 44-cü maddəyə əsasən şübhə olmadan saxlama, saxlanmış şəxsin hərəkət azadlığına müdaxilədir. Mən hər hansı bir şəxsin 44-cü maddəyə dair statistikalarda irqi tarazlığın yaradılması naminə saxlanmasının tamamilə səhv olduğuna inanıram. Bunun baş verməsinə dair çoxlu qeyri-rəsmi sübutlar vardır. Mən, polisin qərəzli olmaları barədə iddialardan azad olmalarına dair narahatlıqlarını başa düşürəm, lakin onların qiymətli resurslardan açıq-aşkar əsaslandırılmamış axtarışlar üçün istifadələri düzgün deyildir. Bu eyni zamanda statistik rəqəmləri tarazlaşdırmaq üçün saxlanılmış şəxsin mülki azadlıqlarına edilmiş müdaxilədir. 44-cü maddəyə əsasən saxlamanın kriteriyası irqi mülahizələrdən asılı olmadan, obyektiv olaraq əsaslandırılmalıdır: əgər obyektiv əsas etnik natarazlıq yaradılması naminə baş verirsə, bu halda polis əməliyyatlarının proporsional nəticəsi olaraq qiymətləndirilməlidir.
141. Terrorizmlə əlaqədar olaraq saxlama və axtarış aparmağa dair faydalı praktiki məlumat kitabçası 2008-ci il ərzində Milli Polis fəaliyyətinin Yaxşılaşdırma Agentliyi tərəfindən Yüksək Rütbəli Polis Zabitləri Assosiasiyasının (Association of Chief Police Officers) adından hazırlanmışdır. Kitabça aşağıdakıların da daxil olduğu əhəmiyyətli tələbləri vurğulayır:
● Bu səlahiyyətlər müstəsnadır;
● 44-cü maddədəki səlahiyyətlərin coğrafi hüdudları açıq-aydın müəyyənləşdirilməlidir;
● Hüquqi test terror aktının törədilməsinin qarşısının alınması məqsədləri baxımından məqsədəuyğun olmalıdır;
● İcmalara təsir qiymətləndirmələri səlahiyyət vermə prosesinin vacib hissələrindəndir;
● Daxili İşlər Naziri 44-cü maddədəki səlahiyyətlərə dair ətraflı əsaslandırma ilə təmin olunmalıdır;
● Yüksək rütbəli polislər Daxili İşlər Nazirliyinin səlahiyyətləri təsdiq edib-etməməyi nəzərdən keçirmək üçün ciddi yoxlama aparacağına hazır olmalıdırlar;
● Səlahiyyətlərin tətbiq olunduğu ərazilərdə ictimaiyyət buna dair vərəqələrlə təmin olunmalıdır;
● Polislər protokolları düzgün aparmalıdırlar.

146. Mənim yanaşmam son dörd ildə ifadə edildiyi kimi qalmış, eyni zamanda gücləndirilmişdir: Mən hansı səbəbdən bəzi polis tərəfindən mühafizə olunan sahələr və bəzi ərazilərə münasibətdə 44-cü maddədəki səlahiyyətlərə ehtiyacın olması, lakin olduqca bənzər risk profilinə malik yerlərə münasibətdə ehtiyacın olmaması anlyışını başa düşməkdə çətinlik çəkirəm. Digər saxlama və axtarış keçirmə səlahiyyətlərinin ehtiyacları qarşılamaq iqtidarında olduğu hallarda bu maddənin tətbiq edilməsinə və ya istifadəsinə icazə verilməsinə ehtiyac yoxdur. Onun ilkin məqsədi terroristlərin əhəmiyyətli obyektlərə giriş əldə etmələri ehtimalının artdığı gərgin anlarda əməliyyatların aparılması baxımından çətin yerlərdə istifadə olunmaqdır. Məsələn, mənim London Hitrou (‘Heathrow’) hava limanında keçirilən geniş nümayişdə onun diqqətlə istifadə edilməsini tənqid etmirəm: terrorçular, daxil olmaq, foto şəkilini çəkmək və ya başqa cür kəşfiyyat aparmaq, yaxud Hitrou kimi potensial hədəf barəsində digər məlumatları əldə etmək üçün bu cür nümayişdə iştirak etmək imkanından səmərəli istifadə bilərlər. Mən onun xüsusi dövlət əhəmiyyətinə malik vacib yerlər və ya infrastrukturun yaxınlığında və ya ərazisində istifadəsini də tənqid etmirəm.
147. Mən indi Metropolitan ərazisi polisinin hələ də 44-cü maddədəki səlahiyyətlərinin bütövlükdə mühafizə etdiyi ərazilərdə yox, yalnız şəhərin bəzi rayonları, yaxud rayon əraziləri ilə məhdudlaşdırmamasına dair məyusluq hissi keçirirəm. Böyük Londonun (Greater London) tamamilə əhatə edilməsinə dair əsas tapa bilmirəm, çünki bu maddənin məqsədi Londonu xüsusi axtarış qüvvələrinin öhdəliyinə vermək deyildi. Bununla belə, bu maddənin başqa üsulla tətbiq olunacağı pilot layihəsi başlamaq üzrədir. Mən həmin layihəni yaxından təftiş edəcəyəm. Səlahiyyətdən istifadənin narahatedici sayı (bizim 2009-cu ildə daxil olduğumuzu nəzərə alaraq, hər ay üçün 8,000-10,000 saxlama halları) pis xəbərlərin əlamətidir və mən bir ildən sonra daha yaxşı nəticələr olacağına ümid edirəm. Rəqəmlər və onların kiçik təhlili 44-cü maddənin bəzi hallarda terrorizmlə bağlı olmayan polis fəaliyyətinə yardım etmək üçün alət kimi istifadə olunduğunu göstərir və bu da yolverilməzdir.
148. Mən onun diqqətlə, daha az istifadə oluna biləcəyinə əminəm. 44-cü maddədən istifadə etmənin qanunla müəyyən edilmiş digər saxlama və axtarış keçirmə səlahiyyətləri ilə müqayisədə terrorizmin qarşısını almaq potensialına malik olmasına dair çox az sübut vardır, yaxud ümumiyyətlə yoxdur. Bu maddə üzrə axtarışların ardından digər cinayətə dair həbslərin baş verdiyi hallarda, minlərlə axtarışdan heç biri terrorizm cinayətinə dair təqsirli bilinmə ilə nəticələnməmişdir. Onun faydalı olub-olmaması terrorizmə dair polis fəaliyyəti üzrə böyük təcrübəyə malik olan Metropolitan ərazisi polisinin yüksək rütbəli heyəti tərəfindən ictimai və gizli qaydada mübahisələndirilmişdir.
149. 44-cü maddənin Londondan başqa ərazilərdə daha az istifadə edilməsi, həmin ərazilərin daha az təhlükəsiz, yaxud terrorizmə daha çox meylli olması kimi qəbul edilməməlidir. Eyni nəticəyə nail olmağın müxtəlif yolları vardır. Bu maddənin geniş istifadəsinin ictimai münasibətlərə təsiri şübhəsiz ki, mənfidir. Ağlabatan və təsdiq edilən şübhəyə dair axtarış öz-özlüyündə böyük bir imtahan olmasa belə, ictimaiyyət üçün daha başadüşülən və təsəllivericidir.
150. Mən 44-cü maddənin ləğv edilməsinin tərəfdarı olmadığımı vurğulayıram: Yuxarıda qeyd olunan fikirlərə əsasən, mənim fikrimcə 44 və 45-ci maddələr davam edən və ciddi terrorizm təhlükəsi baxımından mütənasib və vacibdir.”

F. İrqlər və 44-cü maddədəki saxlama və axtarış keçirmə səlahiyyətindən istifadəyə dair Ədliyyə Nazirliyinin statistik göstəriciləri

44. 1991-ci il Kriminal Ədliyyə Qanununun (“Criminal Justice Act 1991”) 95-ci maddəsinə əsasən Dövlət Katibi irqi əsaslarla ayrı seçkiliyə yol verməmək üçün kriminal ədliyyə sisteminə dair məlumatları dərc etmək öhdəliyi daşıyır. 2007-ci ilin oktyabr ayında həmin öhdəliyə uyğun olaraq dərc olunmuş “İrq və kriminal ədliyyə sisteminə dair statistika – 2006” (“Statistics on Race and the Criminal Justice System – 2006”) adlı hesabatda Ədliyyə Nazirliyi qeyd edirdi:
“Terrorizm Qanununun 44(1) və 44(2)-ci maddələrinə əsasən 2004/5-ci ildə keçirilmiş 33,177 axtarışla müqayisədə, 34%-lik çoxalma ilə 2005/6-cı ildə 2000-ci il ümumilikdə 44,543 axtarış keçirilmişdir (Cədvəl 4.6.). Asiyalı əhaliyə dair axtarışlar 3,697-dən 6,805-ə çatmış (84%-dək çoxalma), qaradərili əhaliyə dair axtarışlar 2,744-dən 4,155-ə çatmışdır (51%-dək çoxalma). Digər etnik qruplara məxsus əhali üzə axtarışlar 2004/5-ci ildən 2005/6-cı ilə 1,428-dən 1,937-yə çatmış (36%-dək çoxalma), ağdərili əhali üzrə axtarışlar isə 2004/5-ci ildən 2005/6-cı ilə 24,782-dən 30,837-yə çatmışdır (24%-dək çoxalma). 2004/5-ci ildəki müvafiq olaraq 40% və 20% ilə müqayisədə, axtarışların yarıdan çoxu Metropolitan Polisi ərazisində və 15%-i London şəhərində keçirilmişdir. 2004/5-ci ilin göstəriciləri ilə müqayisədə çoxalmalar qismən 7 iyul 2005-ci il tarixdə Londondakı partlayışlarla izah oluna bilər. Polisin çoxalan küçə əməliyyatları ilə bağlı Polis və Cinayət Sübutlarına dair Qanunun 1-ci maddəsinə əsasən saxlama və axtarış keçirmə fəaliyyəti, 2000-ci ilin Terrorizm Qanununun 44-ci maddəsinə əsasən saxlama və axtarış keçirmə səlahiyyətinin istifadəsində çoxalmalara gətirib çıxardı.
2005/6-cı ildə 44(1)-ci maddəyə əsasən sürücü və sərnişinlər üzrə 25,479 axtarış keçirilmişdir (Cədvəl 4.7). 2005/6-cı illərdə axtarılanların 75%-i ağdərili, 11%-i asiyalı, 8%-i isə qaradərili idi. 2004/5-ci il ilə müqayisədə bu müddəaya əsasən axtarış keçirilən ağdərili əhalinin miqdarında yüngül artma, qaradərili əhalinin miqdarında isə yüngül azalma var idi. Terrorizmlə əlaqədar sürücü və sərnişinlər üzrə 46 həbs edilmə halı, hansı ki, əvvəlki il 38 idi, 44(1)-ci maddəyə müvafiq olaraq keçirilən axtarışların nəticəsi idi. Bu müddəanın istifadəsinin ardınca terrorizmlə bağlı olmayan qanunvericiliyinə əsasən icra edilən həbslər 2004/5 və 2005/6-cı illərdə 246-da dəyişməz olaraq qalmışdır. 44(1)-ci maddəyə əsasən həbslərin əksəriyyəti Londonda icra edilmişdi. Bu da rahatlıqla Londonda səlahiyyətlərdən artmaqda olan istifadəni əks etdirməkdədir.
44(2)-ci maddəyə əsasən 2004/5 və 2005/6-cı illər arasında saxlanan və axtarış keçirilən piyadaların sayı 2005/6-cı ildə qeyd alınan 19,064 saxlama və axtarış keçirmə halından iki dəfə artıq olmuşdur. Bu çoxalma Londonda səlahiyyətlərdən artmaqda olan istifadə hallarını hesabına yazılmışdır. 2004/5 və 2005/6-cı illər arasında Londonətrafı ərazilərdə səlahiyyətlərdən istifadə 19% azalmışdır. 2005/6-cı ildə 44(2)-ci maddəyə əsasən saxlanılan şəxslərin 61%-ini ağdərili əhali təşkil etmiş, bu rəqəm 2004/5-ci ildə 74% və 2003/4-cü ildə 72% olmuşdur. 2005/6-cı ildə qaradərili və asiyalı əhalinin nisbəti müvafiq olaraq 11% və 21%-ə enmişdir. 2005/6-cı ildə 59 həbs 44(2)-ci maddəyə əsasən keçirilmiş axtarışlardan irəli gəlmiş, müqayisə üzrə bu rəqəm əvvəlki il 24, 2003/4-cü ildə isə 5 olmuşdur. Terrorizmlə bağlı olmayan qanunvericiliyə əsasən 2004/5-ci ildəki 153 həbs faktı, 2005/6-cı ildə çoxalaraq 212 olmuşdur.”

46. 2009-cu ilin aprel ayında dərc olunmuş “İrq və kriminal ədliyyə sisteminə dair statistika – 2007/8” adlanan ən sonuncu hesabat 44-cü maddədəki səlahiyyətlərin istifadəsində mühüm çoxalmanı qeyd etmişdir:
“2006/7-ci ilin 37,197 rəqəmi ilə müqayisədə 2000-ci il Terrorizm Qanununun 44(1) və 44(2)-ci maddələrinə əsasən əhalinin 2007/8-ci ildə ümumilikdə 117,278 axtarış halı qeydə alınmış və 215%-lik çoxalmanı əks etdirməkdədir (Cədvəl 4.6). 2007/8-ci ildə polisin mühafizə etdiyi ərazilərin 1/5-dən biraz azında (19%) bu səlahiyyətlərin istifadəsi qeydə alınmamışdır. Axtarışlar bütün etnik qruplarda çoxalsa da, ən çox qaradərili əhalidə (322%), daha sonra asiyalı qrupda (277%), digər kateqoriyaya aid əhalidə (262%), sonda isə ağdərili əhalidə (185%) artmışdır.
Terrorizm Qanununa əsasən saxlamalar və keçirilən axtarışlarda yüksək artım böyük ölçüdə Metropolitan ərazisi polisinin bu səlahiyyətdən istifadəsində çoxalmaları əks etdirir. 20006/7-ci ildəki 68% ilə müqayisədə, 2007/8-ci ildə Metropolitan ərazisi polisi 2000-ci il Terrorizm Qanununun 44(1) və 44(2)-ci maddəsinə əsasən keçirilən axtarışların 87%-dən məsuliyyət daşıyırdı. Metropolitan ərazisi polisi əvvəlki illə müqayisədə bu səlahiyyətdən 76,496 və daha artıq halda çox istifadə etmiş, bu da 303%-lik çoxalmanı ifadə etmişdir. Bu çoxalma Metropolitan ərazisi polisinin 2007-ci ildəki Heymarket partlayışlarından sonra Londonda terrorla əlaqəli şəbəkələr təhlükəsinə qarşı effektiv cavab hərəkətləri ilə bağlıdır.
4.7 və 4.8-ci Cədvəllər 2000-ci il Terrorizm Qanununun 44(1) və 44(2)-ci maddələrinə əsasən saxlanılmış və axtarış keçirilmiş şəxslərin sayı 2007/8-ci ildə 1,000 nəfəri keçdiyi, seçilmiş, polis tərəfindən mühafizə olunan əraziləri göstərir.
2007/8-ci ildə 44(1)-ci maddəyə əsasən 65,217 sürücü və sərnişin üzrə axtarış keçirilmişdir. Bu müddət ərzində axtarış keçirilənlərin 64%- ağdərili (əvvəlki ilə nisbətən 8%-lik azalma), 13%-i qaradərili (3%-lik çoxalma) və 16%-i asiyalı (4%-lik çoxalma) əhalidən idi. Sürücü və sərnişinlərin terrorçuluqla əlaqədar olaraq 34 həbs faktı 44(1)-ci maddəyə əsasən keçirilmiş axtarışların nəticəsində meydana çıxmış, bu rəqəm müqayisədə əvvəlki il üzrə 14 olmuşdur. Bunların doqquzunda qaradərili , onunda isə asiyalı şəxslər iştirak etmişdir. 44(1)-ci maddəyə əsasən saxlama və axtarış keçirmə səlahiyyətinin istifadəsinin ardınca terrorçuluqla bağlı olmayan qanunvericiliyə əsasən icra edilmiş həbslərin sayı 2006/7-ci ildə 246-dan 665-ə qalxmışdır.
44(2)-ci maddəyə əsasən piyadaların saxlanması və axtarış keçirilməsi hallarının sayı 2006/7 və 2007/8-ci illər arasında 280%-lik çoxalma ilə 13,712-dən 52,061-ə artmışdır (Cədvəl 4.8). Öncə də qeyd edildiyi kimi, bu boyük çoxalma Metropolitan ərazisi polisinin Heymarket partlayışlarına qarşı effektiv cavab hərəkətləri ilə bağlı ola bilər. 44(2)-ci maddəyə əsasən axtarış keçirilmiş ağdərili piyadaların sayı ötən ildən bəri 66%-dən ümumilikdə 61%-ə enmişdir. Asiyalı əhali terrorçuluqla əlaqədar olaraq ən çox axtarış keçirilən (19%) və sonrasında həbs edilən (29%) Qaradərili və Azlıq təşkil edən Etnik qrup (BME) olaraq qalmaqdadır. ”

HÜQUQİ MƏSƏLƏLƏR

49. Ərizəçilər 2000-ci il Qanununun 44-47-ci maddələrinə əsasən saxlanmalarının və onlar üzərində axtarış keçirilməsinin onların Konvensiyanın 5, 8, 10 və 11-ci maddələri üzrə hüquqlarının pozulmasına səbəb olmasından şikayət edirdilər.
5-ci maddə nəzərdə tutur:
“1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa, azadlıqdan məhrum edilə bilməz:
(a) səlahiyyətli məhkəmə tərəfindən məhkum olunduqdan sonra şəxsin qanuni həbsə alınması;
(b) məhkəmənin qanuni çıxardığı qərarı icra etməməyə görə və ya qanunla nəzərdə tutulmuş hər hansı öhdəliyin icra olunmasını təmin etmək məqsədilə şəxsin qanuni tutulması və ya həbsə alınması;
(c) hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud törətdikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması;
(d) yetkinlik yaşına çatmamış şəxsin tərbiyə nəzarəti üçün qanuni qərar əsasında həbsə alınması və ya onun səlahiyyətli orqana verilməsi üçün qanuni həbsə alınması;
(e) yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün şəxslərin, habelə ruhi xəstələrin, alkoqolizmə və narkomaniyaya mübtəla olanların və ya səfillərin qanuni həbsə alınması;
(f) şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısını almaq məqsədi ilə və ya barəsində deportasiya, yaxud ekstradisiya tədbirləri tətbiq olunan şəxsin qanuni tutulması və ya həbsə alınması.
2. Tutulmuş hər bir kəsə ona aydın olan dildə onun tutulmasının səbəbləri və ona qarşı irəli sürülən istənilən ittiham barədə dərhal məlumat verilir
3. Bu maddənin I bəndinin «c» yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş digər vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Azad edilmək məhkəməyə gəlmə təminatlarının təqdim edilməsi ilə şərtləndirilə bilər.
4. Tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir.
5. Bu maddənin müddəalarının pozulması ilə tutulmağa və ya həbsə alınmağa məruz qalan hər kəsin iddia ilə təmin olunan kompensasiya hüququ var.
8-ci maddə nəzərdə tutur:
“1. . Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.”
10-cu maddə nəzərdə tutur:
“1. Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radio yayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur.
2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın, yaxud mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər.”
11-ci maddə nəzərdə tutur:
“1. Hər kəsin dinc toplaşmaq azadlığı və öz maraqlarını müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və onlara qoşulmaq hüququ da daxil olmaqla, başqaları ilə birləşmək azadlığı hüququ vardır.
2. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, iğtişaşın və cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz. Bu maddə silahlı qüvvələr, polis və ya inzibati dövlət orqanları üzvlərinin belə hüquqlarının həyata keçirilməsinə qanuni məhdudiyyətlər qoyulmasına mane olmur.”

I. QƏBULEDİLƏNLİK

50. Hökumət öz təqdimatında ərizəçilərin ölkədaxili hüquqi vasitələri tamamilə tükəndirmədiklərini qeyd edib. Birincisi, onlar terrorist hücumları təhlükəsinə dair bütün sübutların fonunda 2000-ci il Qanununun 44-cü maddəsinə əsasən səlahiyyətvermə əmrinin verilməsi və təsdiqlənməsinə görə polisə və Dövlət Katibinə bəraət verilib-verilmədiyini müəyyən etməkdə köməklik göstərmək üçün Ali Məhkəmənin xüsusi vəkilin iştirakı ilə qapalı baxış keçirmək təklifini qəbul etməmişlər (bax yuxarıda 10-cu bənd). İkincisi, ərizəçilər onların saxlama və axtarış keçirmə səlahiyyətlərinin onlara qarşı silahlar yarmarkasının yaxınlığında aşkar qanunsuz və uyğunsuz məqsədlər naminə tətbiq edilməsi faktlarını rədd edən Qraflıq Məhkəməsinin qərarına qarşı apelyasiya şikayəti verməmişlər (bax yuxarıda 24-cü bənd). Beləliklə, ərizəçilər sözügedən səlahiyyətvermə əmri və ya polis tərəfindən onlara qarşı görülən saxlama və axtarış keçirmə tədbirlərinin faktlara istinad edilərək əsaslandırılmadığını Məhkəmədə sübut etmək üçün şikayət etmələrinə baxmayaraq, ölkədaxili hüquqi vasitələri tükəndirməyə müvəffəq ola bilməmişlər.
51. Ərizəçilər öz təqdimatlarında bildirmişlər ki, onların Məhkəmənin icraatında olan şikayətləri qanunla müəyyən edilmiş şərtlərin Konvensiya ilə uyğun olması ilə əlaqədardır; onları fikri bu idi ki, səlahiyyətlər daxili qanunvericiliyə əsasən istifadə edilmələrinə baxmayaraq, Konvensiya ilə nəzərdə tutulan hüququ pozmuşdur. Onlar bu bu məsələ ilə bağlı daxili məhkəmələrdə iş qaldırmış və Lordlar Palatasına qədər (daxil olmaqla) gedib çıxmışlar. Onların milli məhkəmələrdə 44-cü maddəyə əsasən səlahiyyət verməyə səbəb olan kəşfiyyat məlumatını mübahisələndirməmələri doğru idi və bu səbəbdən həmin kəşfiyyat materialı onların bu ərizələrinə də daxil edilməyib. Qraflıq Məhkəməsinin icraatı Lordlar Palatasının qərarınadək dayandırılmışdı. Həmin qərar verildikdən sonra bərpa olunan Qraflıq Məhkəməsi icraatı 44-cü maddənin daxili qanunvericiliyə müvafiq olaraq tətbiq edilib-edilmədiyini müəyyən etməklə məhdudlaşdırılmışdı. Bununla da, Qraflıq Məhkəməsinin qərarından apelyasiya şikayəti verilsəydi belə, o, ərizəçilərin Konvensiyaya əsasən şikayətləri ilə bağlı səmərəli vasitə hesab oluna bilməzdi.
52. Məhkəmə bu iş üzrə ərizəçilərin şikayətlərinin saxlama və axtarış keçirmə səlahiyyətlərinin Konvensiyanın yuxarıda qeyd olunan müddəaları ilə ümumi uyğunluğu üzərində mərkəzləşdiyini qeyd edir. Onlar nə özlərinə tətbiq edilmiş 44-cü maddəyə əsasən səlahiyyət vermənin Metropolitan ərazisi polis Komissarı və Dövlət Katibinə məlum olan kəşfiyyat məlumatları ilə əsaslandırıldığını, nə də ki, konstebllərin (aşağı rütbəli polis) onları “terrorizmlə əlaqədar olaraq istifadə edilə bilən növdən olan əşyaların axtarışı məqsədi ilə” saxlamasını mübahisələndirmək niyyətində deyillər. Beləliklə də, ərizəçilər 2000-ci il Qanununa əsasən özlərinə qarşı görülmüş saxlama və axtarış keçirmə tədbirlərini mübahisələndirmədiklərindən, Hökumət tərəfindən müəyyən edilmiş hüquqi vasitələr Məhkəməyə verilmiş şikayətlər baxımından nə aktual, nə də ki, səmərəli deyildir. Məhkəmə bununla da Hökumətin ilkin etirazını rədd edir.
53. Məhkəmə əlavə olaraq, ərizənin Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndi ilə nəzərdə tutulan məna çərçivəsində açıq-aşkar əsassız olmadığını qeyd edir. Daha sonra Məhkəmə qeyd edir ki, ərizə heç bir digər əsaslara görə qəbuledilməz deyil. Bununla da ərizə qəbuledilən elan olunmalıdır.

II. İŞİN MAHİYYƏTİ

A. Konvensiyanın 5-ci maddəsinin iddia edilən pozuntusu

1. Tərəflərin təqdimatları

54. Ərizəçilər polis zabitlərinin onları saxladığı və axtarış keçirdikləri anda 5-ci maddənin 1-ci bəndinin mənası baxımından azadlıqdan məhrum edilməyə məruz qaldıqlarını iddia edirdilər. Polis zabiti müvafiq olaraq 44-cü maddənin proseduruna itaət etdirmək üçün səlahiyyətə və tabe olmaqdan boyun qaçıran şəxsi saxlamaq üçün ağlabatan gücdən istifadə etməklə bağlı aşkar səlahiyyətlərə malik idi. Ərizəçilər imtina etdikləri təqdirdə cinayət məsuliyyətinə cəlb olunacaqlarından, polis zabitinin əmrinə tabe olub-olmamaları baxımından seçimə malik deyildilər. Onların azadlıqları tamamilə məhdudlaşdırılmışdı: onları geriyə dönə və uzaqlaşa bilməzdilər. Bundan əlavə, şəxsin hərəkətini tamamilə məhdudlaşdıran bu səlahiyyət axtarış keçirmə səlahiyyətinə itaəti təmin etmək məqsədi üçün tətbiq edilirdi, sadəcə onunla üst-üstə düşməmişdi. Prosedurların bəzən nisbətən qısa olduğuna baxmayaraq, axtarış keçirmə səlahiyyətinin genişliyini və şəxsdən axtarışın keçirilməsi üçün tələb olunan vacib ağlabatan müddət ərzində polis zabitinin yanında qalmasının tələb oluna biləcəyini nəzərə alaraq, bu hər zaman belə olmurdu.
Əriəçilər bildirirlər ki, 5-ci Maddənin tətbiq olunsaydı, icra orqanlarının belə geniş diskresion səlahiyyətləri səbəbindən sözügedən tədbirlər “qanuni” və ya “qanunla nəzərdə tutulan prosedurlara müvafiq” hesab edilməyəcəkdi.
55. Hökumət bildirmişdir ki, Məhkəmə heç vaxt saxlama və axtarış keçirmə səlahiyyətinin tətbiq edilməsinin Konvensiyanın 5-ci Maddəsi çərçivəsində azadlığın məhdudlaşdırılmasını təşkil etdiyini heç vaxt müəyyən etməmişdir. Bundan başqa, bir sıra işlərdə Konvensiya qurumları hazırkı iş üzrə azadlığın məhdudlaşdırılması hallarından daha da müdaxiləedici olan halların olduğu digər işlərin 5-ci Maddənin təsiri altına düşməsini müəyyən etməkdən imtina etmişlər (Hökumət digərləri ilə yanaşı (inter alia) 22 fevral 1994-cü il tarixli Raymondo İtaliyaya qarşı (Raimondo v. Italy), A Seriyası, 281-A; 15 dekabr 2005-ci il tarixli Triyonis Litvaya qarşı (Trijonis v. Lithuania) 2333/02; 16 dekabr 1997-ci il tarixli Raninen Finlandiyaya qarşı (Raninen v. Finland); Mühakimə və Qərarların Hesabatları (Reports of Judgments and Decisions) 1997-VIII; 13 dekabr 2005-ci il tarixli Qartukayev Rusiyaya qarşı (Gartukayev v. Russia) 71933/01 və eyni zamanda Kipr Türkiyəyə qarşı (Cyprus v. Turkey) 8007/77, Qərarlar və Hesabatlar (QH) 13, s.85, § 235; X. Almaniyaya qarşı (X. v. Germany) 8334/78; 7 may 1981-ci il tarixli Komissiya qərarı, Qərarlar və Hesabatlar (QH) 24, s. 131; Jena İsveçrəyə qarşı (Guenat v. Switzerland) 2472/94, 10 aprel 1995-ci il tarixli Komissiya qərarı, QH 81-B, s.13-ə istinad etmişdir). Hökumət iddia edirdi ki, saxlama və axtarış keçirmə səlahiyyətinə bu fonda baxıldığında bu cür səlahiyyətin polis tərəfindən adi qaydada tətbiqi adəti üzrə 5-ci maddə təsiri altına düşməyəcəkdir və ərizəçilərin işində də düşmür. Hər bir ərizəçinin işi üzrə xüsusi hallarda 5-ci maddənin tətbiq oluna bilməsinin əksini iddia edən bir sıra spesifik xüsusiyyətlər var idi. Birincisi, axtarışların müddəti (birinci ərizəçiyə münasibətdə 20 və ikinci ərizəçiyə münasibətdə 5 və ya 30 dəqiqə) hər hansı ağırlaşdırıcı halların yoxluğunda azadlığın məhdudlaşdırılmasını müəyyən etmək üçün yetərli deyildi. İkincisi, polisin öz səlahiyyətlərini tətbiq etməsinin səbəbi ərizəçilərin azadlıqlarının məhdudlaşdırılması yox, müəyyən edilmiş əşyalar üzrə məhdud axtarış keçirmək olmuşdur. Üçüncüsü, ərizəçilər həbs olunmamış və ya hər hansı başqa şəkildə güc tətbiqinə məruz qalmamışlar. Dördüncüsü, məhdudlaşdırılmış ərazidə təcridxana yoxdur. Beşincisi, ərizəçilər nəzarət altına yerləşdirilməmiş və xüsusi məkana getmələrinə dair tələblə qarşılaşmamış, onlar yerlərindəcə axtarışa məruz qalmışlar.
Hökumət daha sonra bildirmişdir ki, əgər onların iddialarının əksinə olaarq 5-ci maddə tətbiq edilsəydi, hər bir ərizəçinin saxlanması və axtarış keçirilməsi 5-ci maddənin 1-ci bəndinin (b) yarımbəndinə əsasən qanuni və əsaslandırılmış olardı.

2. Məhkəmənin qiymətləndirməsi

56. Məhkəmə xatırladır ki, 5-ci maddənin 1-ci bəndinin hərəkət azadlığının sadə məhdudlaşdırılma halları ilə əlaqədar deyildir; bu cür məhdudiyyətlər Birləşmiş Krallıq tərəfindən ratifikasiya edilməmiş 4 saylı Protokolun 2-ci maddəsi ilə tənzimlənir. 5-ci maddənin anlayışı çərçivəsində şəxsin “azadlıqdan məhrum edilməsi” halının müəyyən edilməsi üçün başlanğıc nöqtəsi kimi onun konkret vəziyyəti və bəhs edilən tədbirin növü, müddəti, təsirləri və tətbiq etmə tərzi kimi geniş ölçüdə kriteriyalar nəzərə alınır. Azadlıqdan məhrum etmə və ya azadlığın məhdudlaşdırılması arasındakı fərq yalnız bu iki tədbirin dərəcəsi və ya intensivliyindədir, amma heç bir vəchlə təbiətində və ya mahiyyətində deyil. Sərhəd xəttində olan bəzi işlərdə bu kateqoriyalardan birinə və ya digərinə daxiletmə prosesinin bəzən çətin bir tapşırıq olmasına və sırf nöqteyi-nəzərdən asılı olmasına baxmayaraq, Məhkəmə 5-ci maddənin tətbiq edilib-edilməməsinin asılı olduğu seçimini imtina edə bilməz (bax: 6 noyabr 1980-ci il tarixli Gutsardi İtaliyaya qarşı (Guzzardi v. Italy) §§92-93, A Seriyası 39; 25 may 1985-ci il tarixli Eşinqdeyn Birləşmiş Krallığa qarşı (Ashingdane v. The United Kingdom) § 41, A seriyası 93; H.L. Birləşmiş Krallığa qarşı (H.L. v. the United Kingdom) 45508/99, § 89, ECHR 2004 IX).
57. Məhkəmə hər bir ərizəçinin saxlandığı və axtarış keçirildiyi müddətin hər iki halda 30 dəqiqəni keçmədiyinə baxmayaraq, bu müddət ərzində ərizəçilərin tamamilə azadlıqdan məhrum edildiklərini müşahidə etmişdir. Onlara olduqları yerdə dayanmaq və axtarışa itaət etmək tələb edilmiş və imtina etdikləri təqdirdə onlara həbs, polis məntəqəsində saxlama və cinayət məsuliyyəti ilə üzləşməli olacaqları bildirilmişdir. Məcburiyyətin bu elementi 5-ci maddənin 1-ci bəndinin anlayışı çərçivəsində azadlıqdan məhrum etmənin göstəricisidir (bax məsələn, 24 iyun 2008-ci il tarixli Foka Türkiyəyə qarşı (Foka v. Turkey), 28940/95, §§ 74-79). Lakin, bu halda yekun olaraq Məhkəmədən bu məsələni aşağıdakı fikirlərinin fonunda Konvensiyanın 8-ci maddəsi ilə əlaqədar həll etməsi tələb olunmur.

B. Konvensiyanın 8-ci Maddəsinin iddia edilən pozuntusu

1. Ərizəçilərin 8-ci maddə ilə tanınan hüquqlarına müdaxilə ediılib-edilməməsi

58. Məhkəmə əvvəlcə saxlama və axtarış keçirmə tədbirlərinin ərizəçilərin şəxsi həyatlarına hörmət hüququna müdaxilə edib-etmədiyini təhlil edəcəkdir.

a. Tərəflərin təqdimatları

59. Ərizəçilər Apellyasiya Məhkəməsinin 44-cü maddəni “ictimaiyyət üzvlərininin şəxsi həyatına müdaxilə etmək üçün həddindən artıq geniş səlahiyyət” kimi təsvir etdiyini və Metropoltan ərazisi polis Komissarının ölkədaxili məhkəmədə bu səlahiyyətlərin tətbiqinin fərdlərin 8-ci maddədə tanınan hüquqlarına müdaxiləyə gətirib çıxarması fikri ilə razılaşmasını qeyd edirlər (bax yuxarıda 14-cü bənd). Onlar bildiriblər ki, Lord Bingham səhv olaraq belə nəticəyə gəlib ki, 8-ci maddənin tətbiq edilməməsi, “şəxsin üzərində adi axtarış aparılması və sərnişinlərin hava limanlarında şikayət etmədən riayət etdiyi kimi çantaların açılmasının tələb olunan ciddiyyət səviyyəsinə” catması çətin ki, mümkün olardı. Onlar əsaslandırırdılar ki, bir şəxsin hava limanında axtarışa məruz qalmasına razılıq verməsinin səbəbi hava limanı rəsmilərinin məcburedici səlahiyyətlərə malik olması və hava yolu ilə səyahət etmənin axtarış keçirilməsinə razılıq verilməsi şərtinə bağlı olması idi. Bu cür insan bununla da hava yolu ilə səyahət etməyi seçməyə və ya ictimai yerlərdə yoxlanmasını istəmədiyi şəxsi əşyaları evdə qoya bilər. Bununla belə, 44-cü maddə keyfiyyətcə fərqli idi. İstənilən ictimai yerdə qanuni biznes fəaliyyəti ilə məşğul olan vətəndaşlar öncədən hər hansı bir bildiriş və ya hər hansı təqsirli hərəkətə dair şübhə olmadan bütün şəxsi əşyalarını ətraflı məcburi yoxlamaya təqdim etməyə məcbur edilə bilərdilər. Onlar məsələn, girişində axtarış keçirilən ictimai binaya girməkdə tərəddüd etdikdə geriyə dönə və çıxıb gedə bilərdilər, lakin bu halda onların bunu etməsi mümkün deyildi. Onların 44-cü maddə üzrə səlahiyyətlərin aktiv şəkildə qüvvədə olduğu əraziyə gəldiklərinə dair öncədən hər hansı bir məlumatı yox idi. Məhkəmənin presedent hüququ, məsələn, 44647/98 saylı Pek Birləşmiş Krallığa qarşı (Peck v. the United Kingdom) §§ 57-63, ECHR 2003-I işi, müəyyən edir ki, bir fərdin sadəcə şəxsi əşyalarının küçə kimi ictimai ərazidə çıxarılması onun birbaşa olaraq şəxsi həyatının toxunulmazlığı hüququndan məhrum edilməsi anlamına gəlmir. Bundan başqa, 8-ci maddənin ortasından keçən əsas xətt şəxsi muxtariyyətdir. Bu konsepsiya polisin ictimai yerdə məcburi axtarışa riayət etdirmək səlahiyyətləri tərəfindən əhəmiyyətli dərəcədə sarsılmış, xüsusilə də öncədən bildirişin olmaması hər kəsin ehtimal etməli olduğuna gətirib çıxarmışdır ki, ictimai yerlərə gedərkən onlar axtarışa məruz qala bilərlər.
60. Hökumət ərizəçilər üzərində axtarışların keçirilməsinin onların şəxsi həyatına hörmət hüquqlarına müdaxilə ilə nəticələnmədiyini iddia edirdi. Heç də şəxsin muxtariyyətinə və ya fiziki təhlükəsizliyinə qəsd edə biləcək bütün hərəkətlər bu cür müdaxilə ilə nəticələnmir (bax: Kostelyo Roberts Birləşmiş Krallığa qarşı (Costello-Roberts v. the United Kingdom), § 36, 25 mart 1993-cü il, A Seryası, 247-C). Şəxsi həyatın toxunulmazlığı hüququna şəxsin muxtariyyəti və ya fiziki təhlükəsizliyinə qəsd edən müəyyən tədbir ilə müdaxilə edilib-edilməməsi tədbirinin ciddiliyindən və sözügedən şəxsin ictimai həyat, yaxud digər şəxslərin maraqları ilə bağlı olan sferada etdiyi hərəkətlərin dərəcəsindən asılıdır. Hökumət bəzi hallarda xüsusilə bezdirici axtarışların 8-ci maddənin pozulması ilə nəticələnə biləcəyini qəbul etsə də, onlar 2000-ci il Qanununun 45-ci maddəsinə əsasən müvafiq, normal axtarışın bu cür nəticələnməyəcəyini və ərizəçilərin işlərində də pozuntu hallarının olmadığını iddia edirdilər. Ərizəçilər evlərində və ya hətta polis məntəqəsində yox, olduqları yerdə axtarışa məruz qalmışlar. Məcəlləyə (bax yuxarıda 36-cı bənd) əsasən, heç bir ərizəçidən hər hansı bir geyimin çıxarılması tələb olunmadığından, sərnişinlərin hava limanında təqdim etdikləri kimi, yalnız üst geyimləri və çantalar yoxlanılmışdır. Ərizəçilərə adları, ünvanları və doğulduqları yer xaricində heç bir şəxsi məlumat soruşulmamışdır. Hər iki halda, müdaxilə az müddətə baş vermişdir. Bununla yanaşı, ərizəçilər ictimai nümayişlərdə könüllü iştirak etmələri vasitəsilə özlərinin ictimai sferayla əlaqələrini qurmuşlar. Digər şərtlərdə daha bezdirici axtarışların keçirilə bilməsi faktı indiki ərizəçilərə 8-ci Maddədəki hüquqlarının pozulduğuna dair şikayət etmək hüququ verməmişdir: Məhkəmə qanunvericiliyin necə tətbiq edildiyini mücərrəd şəkildə (in abstracto) yoxlamamışdır.

b. Məhkəmənin qiymətləndirməsi

61. Məhkəmənin əvvəlki işlərdə də qeyd etdiyi kimi, “şəxsi həyatı”n mahiyyəti tam izahı mümkün olmayan geniş bir anlayışdır. O, şəxsin fiziki və psixoloji bütövlüyünü əhatə edir. Şəxsi muxtariyyət anlayışı onun təminatlarını təfsir edən əhəmiyyətli bir prinsipdir (bax: Preti Birləşmiş Krallığa qarşı (Pretty v. the United Kingdom), 2346/02, § 61, ECHR 2002-III). Bu Maddə eyni zamanda kimlik və şəxsi inkişaf hüququnu, eyni zamanda digər insanlarla və xarici aləmlə münasibətlər qurmaq hüququnu müdafiə edir. Buna peşəkar və biznes təbiətinə malik fəaliyyətlər də aid ola bilər. Beləliklə də şəxsin, “şəxsi həyat” anlayışının əhatə dairəsinə aid oluna biləcək, digərləri ilə, hətta ictimai kontekstdə belə qarşılıqlı əlaqə zonası vardır. Bir şəxsin özəl həyatının onun şəxsi evindən kənarda keçirilən tədbirlərin təsiri altına düşüb-düşmədiyinə müəyyən etmək üçün bir sıra elementlər var. Bununla əlaqədar olaraq, şəxsin şəxsi həyata (privacy) dair ağlabatan gözləntiləri mütləq qaneedici olmasa da, əhəmiyyətli faktordur (bax: P.G və J.H Birləşmiş Krallığa qarşı (P.G. and J.H. v. the United Kingdom) 44787/98, §§ 56-57, ECHR 2001-IX və Pek (Peck), bax yuxarıda §§ 57-63-cü bölmələr). Məhkəmə Fokanın işində (bax: yuxarıda § 85-ci bənd), hansı ki, ərizəçi sərhəd mühafizəçiləri tərəfindən çantasının yoxlanılmasına zorla məcbur edilmişdi, qeyd edirdi: “Səlahiyyətli şəxslər tərəfindən aparılan hər hansı bir axtarış onun şəxsi həyatına müdaxilə hesab olunur”.
62. Hazırkı işin faktlarına qayıtdıqda, Məhkəmə 2000-ci il Qanununun 44-47-ci maddələrin, forma geyinmiş polis zabitinin səlahiyyətli olduğu coğrafi ərazi üzrə hər hansı bir şəxsi saxlamasına və şəxsi və onun gəzdirdiyi hər hansı bir əşyanı fiziki olaraq axtarmasına icazə verdiyini qeyd edir. Polis zabiti şəxsdən papağını, ayaqqabısını, üst geyimini və əlcəklərini çıxarmasını tələb edə bilər. Müvafiq Təcrübə Məcəlləsinin 3.5-ci maddəsi sonradan polis zabitinin öz əlini axtarış keçirilən şəxsin ciblərinə sala, onun yaxasının, corablarının və ayaqqabılarının ətrafını və içini yoxlaya və şəxsin saçlarında axtarış aparmaq hüququna malik olduğunu izah edir (bax yuxarıda 36-cı bənd). Axtarış ictimai qaydada həyata keçirilir və ona itaət etməkdən boyun qaçırmaq həbs və ya cərimə, yaxud hər ikisi ilə cəzalandırılır (bax yuxarıda 33-cü bənd). Lordlar Palatasının 8-ci Maddənin tətbiq oluna bilməsinə dair şübhəli olmasına baxmayaraq, müdaxilə kifayət qədər ciddi hesab edilmədiyindən, Metropolitan ərazisi polis Komissarı daxili məhkəmələrdə 44-cü maddəyə əsasən səlahiyyətlərin tətbiqinin şəxsin 8-ci maddə üzrə hüquqlarının pozulması ilə nəticələndiyini etiraf etmiş və apelyasiya Məhkəməsi bunu “ictimaiyyət üzvlərinin şəxsi həyatına müdaxilə edən çox geniş səlahiyyət” olaraq izah etmişdir (bax yuxarıda 14 və 19-cu bəndlər).
63. Hökumət, məsələn, ünvan kitabçası, gündəlik və ya yazışmaların diqqətlə baxışdan keçirilməsi kimi, bəzi hallarda xüsusi bir müdaxiləedici axtarışın şəxsin 8-ci maddə ilə tanınan hüquqlarının pozulması ilə nəticələnə biləcəyini, lakin bu cür əşyaların tapılması ilə bağlı olmayan səthi axtarışın pozulma ilə nəticələnməyəcəyini iddia edir. Məhkəmə bu fikri qəbul etmək iqtidarında deyildir. Hər hansı bir xüsusi halda axtarışlarda yazışmaların və ya gündəliklərin, yaxud digər şəxsi sənədlərin tapılması və oxunması, yaxud digər intim əşyaların ortaya çıxmasından asılı olmayaraq, Məhkəmə fərddən özünün şəxsinin, geyiminin və şəxsi əşyalarının ətraflı axtarışının aparılmasına məcburi icazə verməsini tələb edən, qanunvericiliyin nəzərdə tutduğu məcburedici səlahiyyətlərdən istifadənin şəxsi həyata hörmət hüququnun aşkar pozuntusu ilə nəticələndiyi qənaətinə gəlir. Axtarışın ictimai yerdə aparılması 8-ci Maddənin tətbiq edilməyəcəyi mənasını daşımır. Həqiqətən də, Məhkəmənin gəldiyi fikrə əsasən, axtarışın ictimai xarakteri bəzi hallarda alçaltma və utandırma elementlərinin nəticəsində pozuntunun dərinləşməsinə səbəb ola bilər. Çantalar, pul kisələri, dəftərlər və gündəliklər kimi əşyalar bundan əlavə, sahibinin yoldaşlarına və ya geniş ictimaiyyətə açıqlanmasından rahatsızlıq duyacağı şəxsi məlumatlar daşıya bilərlər.
64. Məhkəməni eyni zamanda sərnişinlərin hava limanlarında tabe olduğu və ya inzibati binanın girişində aparılan axtarış ilə aparılan analogiya da inandırmamışdır. Məhkəmə bu cür şəraitlərdə, şəxsin və onun çantaları üzərində axtarış keçirilməsinin şəxsin 8-ci Maddədə ilə nəzərdə tutulmuş hüquqlarının pozulmasına gətirib çıxardığını müəyyən etməli deyil, baxmayaraq ki, biri aşkar surətdə təhlükəsizliklə əsaslandırılmışdır, çünki ərizəçilər tərəfindən göstərilən əsaslarla hadisələr müqayisə oluna bilməz. Hava nəqliyyatı sərnişininin səyahət etməyi seçdiyinə görə bu cür axtarışa razılıq verdiyi nəzərdə tutulur. O, özünün və çantalarının təyyarə qalxmazdan öncə axtarışa məruz qalacağını bilir və şəxsi əşyalarından imtina edə və axtarışa məruz qalmadan uzaqlaşa bildiyinə görə onun seçim hüququ vardır. 44-cü maddəyə əsasən axtarış keçirmə səlahiyyətləri keyfiyyətcə fərqlənirlər. Fərd bildiriş və axtarışa razılıq verib-verməmə seçimi olmadan hər an, hər hansı bir yerdə saxlanıla bilər.
65. Ərizəçilərin hər biri 2000-ci il Qanununun 44-cü maddəsinə əsasən polis zabiti tərəfindən saxlanılmış və axtarışa tabe olmağa məcbur edilmişlər. Yuxarıda qeyd olunan səbəblərdən Məhkəmə hesab edir ki, bu axtarışlar onların 8-ci maddə ilə tanınan şəxsi həyatlarına hörmət hüququnun pozulmasına gətirib çıxarmışdır. Bu cür müdaxilə “yalnız qanunauyğun” baş verdiyi, 2-ci bölmədə istinad edilən qanuni məqsədlərdən birini və ya daha çoxunu daşıdıqda və məqsəd , yaxud məqsədlərə çatmaq üçün “demokratik cəmiyyətdə zəruri” olduğu halda 8-ci maddənin 2-ci bəndi ilə əsaslandırılır (bax: məsələn, Liberti və digərləri Birləşmiş Krallığa qarşı (Liberty and Others v. the United Kingdom) 58243/00, § 58, ECHR 2008-…).

2. Müdaxilənin “qanunauyğun”olub-olması barədə

a. Tərəflərin təqdimatları

i. Ərizəçilər

66. Ərizəçilər Konvensiyada nəzərdə tutulan hüquqi müəyyənlik tələbinin məqsədinin dövlət hakimiyyətinin qanunsuz müdaxilələrinə qarşı müdafiə təmin etməkdən ibarət olduğunu qeyd edirdilər. Daha sonra bildirilir ki, “qanun” çatımlı, öncədən görülə bilən və hüququn aliliyinə uyğun olmalıdır və səlahiyyətlərin tətbiq oluna biləcəyi halların adekvat göstəricilərini izah etməlidir ki, ictimaiyyət üzvləri öz davranışlarını idarə edə və hərəkətlərinin nəticələrini öncədən görə bilsinlər. İcra orqanı hədsiz diskresion səlahiyyətə malik olmamalı, bundan əlavə, icra orqanına tanınan diskresion səlahiyyətin tətbiq sahəsi dəqiqliklə, nəzərdən keçirilən məsələyə və səlahiyyətlərin tətbiq oluna biləcəyi şərtlərə uyğun olaraq müəyyən olunmalıdır. Əlavə olaraq, pozuntulara qarşı hüquqi müdafiə vasitələri də olmalıdır.
67. Ərizəçilər işlərində çatımlığa dair tələbin təmin olunmadığını iddia edirdilər. 2000-ci il Qanununun 44-47-ci maddələrinin ictimaiyyətə adekvat qaydada çatımlı olduğu halda, səlahiyyətvermə və təsdiqləmə ictimaiyyətə açıq deyildi. Bununla belə, ictimaiyyətin bir üzvü 44-cü bölmə ilə tanınan saxlama və axtarış keçirmə səlahiyyətlərinin polisə verildiyini bilsə də, nə vaxt və harada verildiyini bilmirdi. O, müəyyən bir yerə getdikdə saxlanıla və üzərində axtarış aparıla biləcəyini, saxlanıldığı və axtarışın keçirildiyi halda polis zabitinin həmin proseduru tətbiq etmə səlahiyyətinə malik olub-olmadığını bilmirdi. Bu səlahiyyətin konsteblə verilməsinin ictimaiyyətin bir üzvünü məlum olmadığı halda, konsteblin saxlama və axtarış keçirməyə dair mülahizəsi geniş və qeyri-müəyyən idi, hər hansı bir şübhəyə əsaslanmırdı və yalnız terrorizmlə əlaqədar olaraq istifadə edilə biləcək növdən olan əşyaların axtarılması məqsədilə tətbiq oluna biləcəyi şərti ilə məhdudlaşdırılmışdı.
68. Onlar iddia edirdilər ki, 2000-ci il Qanunu və A Məcəlləsinin (bax yuxarıda 28-36-cı bəndlər) 44-cü maddə ilə tanınan səlahiyyətlərin mövcudluğu və tətbiq sahəsi barədə ictimaiyyəti məlumatlandırdığına baxmayaraq, səlahiyyətin düzgün qaydada verildiyi hallarda, onlar səlahiyyətə dair hər hansı bir məlumat və ya faktın heç bir halda, hətta geriyə şamil olunmaqla, ictimailəşdirilməsini tələb etmirdi. Ərizəçilərin fikrincə 44-cü maddə ilə tanınan səlahiyyətin effektivliyi, onun mövcudluğuna dair öncədən bildirişlə zəifləyə bilməzdi. Öncədən bildiriş bu tədbirin çəkindirici effektini təmin edərdi. Bundan əlavə, digər saxlama və axtarış aparma səlahiyyətlərinin mövcudluğu və tətbiq sahəsi, məsələn, limanlar və sərhədlər kimi, effektivliyi zəiflədilmədən ictimailəşdirilmişdi. Daxili baxışlar zamanı Hökumət işlə əlaqədar keçmiş tarixlərdə verilən, bütün Metropolitan polis ərazisini əhatə edən səlahiyyətlərin dərc edilməsinə razılıq vermişdi. Səlahiyyətlərin hüdudları artıq məlum olduğundan, 44-cü maddəyə əsasən səlahiyyətdən istifadənin məqsədinin “tamamilə korlanması” həqiqət deyildi.
69. Ərizəçilər daha sonra saxlama və axtarış keçirmə səlahiyyətlərindən sui-istifadəyə dair kifayət qədər müdafiə vasitələrinin olmadığını iddia edirdilər. Hökumət 2000-ci il Qanununun tətbiqi ilə bağlı Müstəqil İcmalçı təyin edir (bax yuxarıda 37-43-cü bəndlər). Bununla belə, 44-cü bölmə üztə tanınan səlahiyyətlərin ölkə boyunca “geniş” yayılması ilə bağlı, məsələn, Lord Carlile qərara gəlmişdir ki, səbəblər və tədbirlər barəsində məlumatların verilməsi ictimaiyyətin maraqlarına uyğun olmaya bilər.
70. Səlahiyyətin mövcud olması və Qraflıq Məhkəməsində səlahiyyətdən düzgün və qanunauyğun istifadə olunub-olmaması ilə bağlı iş qaldırmaq üçün əvvəlcədən məhkəmədən icazə almağa ehtiyac yox idi və bu sui-istifadə və ya qanunsuz istifadə hallarına qarşı tamamilə qeyri-adekvat müdafiə vasitəsi idi. Qraflıq Məhkəməsinin hər hansı bir fərdin işi üzrə səlahiyyətlərin tətbiqinin hadisə sonrası (ex post facto) yoxlaması səlahiyyətlə bağlı olan hüquqi müəyyənliyin mövcud olmaması halını yoluna qoymurdu. Ərizəçilərin öz işləri bu məsələni nümayiş etdirirdi: Lordlar Palatası onların Konvensiyaya əsasən şikayətlərini rədd etdikdən sonra, Qraflıq Məhkəməsi yalnız zabitlərin həqiqətən də terrorizmlə əlaqədar əşyalar axtardıqlarına və müsbət cavab verilməsinin virtual olaraq mümkün olmadığı suala cavabı, ərizəçilərin terrorçu olmaqda aşkar şübhəli olmadığını müəyyən etmək səlahiyyəti vardı. “Ağlabatan şübhə” tələbinin, yaxud vətəndaşlar üzərində axtarış aparmaq üçün hər hansı digər obyektiv əsasın ortadan götürülməsi vətəndaşları səlahiyyətlərin qanunsuz və özbaşına istifadəsi baxımından çox həssas bir vəziyyətə düşürürdü; burada məhdudiyyəti yalnız polis zabitinin sözügedən hadisə üzrə hansı növ ittihamedici əşyanı axtardığını səmimiliklə açıqlaması təşkil edirdi. Praktiki və effektiv müdafiə vasitələrinin olmaması “terrorizmlə əlaqədar istifadə edilə bilən əşyalar” anlayışının hüdudlarında aşkar formada mürəkkəbləşdirilmişdir. Beləliklə, səlahiyyətlərin terrorizmlə mübarizə aparmaq əvəzinə nümayişləri idarə etmək və ya ictimai asayişi qorumaq naminə sui-istifadə edilməsinə dair real təhlükə var idi. Bunun açıq-aşkar Birləşmiş Krallıqda, xüsusilə də indiki, səlahiyyətlərin bütün Metropolitan polis ərazisini bürüdüyü vaxtda, mülki azadlıqlar üçün geniş tətbiq edilən altı ildən bəri hər ay yenilənməkdə davam edən nəticələri var idi; səlahiyyət vermənin terrorizmin qarşısının alınması üçün vacib və ya məqsədəuyğun olması ilə bağlı deyil, yalnız “əlverişli” olması ilə bağlı tələb mövcud idi.
ii. Hökumət
71. Hökumət bildirmişdir ki, Konvensiyaya müvafiq olaraq qanunilik tələbi hazırkı işdə qanunvericilik müddəalarının kombinasiyası ilə təmin edilmişdir: 44-cü maddə üzrə axtarış keçiriləndən sonra fərdlərə məlumatın verilməsi; axtarış keçirmə səlahiyyətinin necə tətbiq ediləcəyinə dair Məcəllənin dəqiq təlimatları; və fərdi işlər üzrə polisin həmin səlahiyyətlərdən istifadə etməsini mübahisələndirmək üçün məhkəmə icraatının mövcudluğu. 2000-ci il Qanununun 44-45-ci maddələri öz təsir dairələri baxımından aydın idilər. Məhkəmə və ya Komissiyanın bəzi hallarda milli təhlükəsizlik kontekstində kifayət qədər öncədən görülə bilən hesab etdiyi milli qanunvericiliyin müddəalarından əhəmiyyətli dərəcədə yaxşı müddəalar vətəndaşlara saxlama və axtarış keçirməyə razılıq vermələrinə dair bildiriş verdilər və pozuntu hallarına qarşı hüquqi müdafiə vasitələri ilə təmin etdilər (məsələn, 9 may 19994-cü il tarixli, Brind Birləşmiş Krallığa qarşı (Brind v. the United Kingdom) 18714/91; 20 iyun 2002-ci il tarixli əl-Nəşif Bolqarıstana qarşı (Al-Nashif v. Bulgaria) 50963/99, §§ 117-129; 2 aprel 1993-cü il tarixli Esbester Birləşmiş Krallığa qarşı (Esbester v. the United Kingdom) 18601/91 işlərindəki kimi).
72. Bu baxımdan 2000-ci il Qanununun 44-46-cı maddələrinin qanunvericilik çərçivəsi axtarış keçirmə səlahiyyətlərinin istifadə ediləcəyi məqsədləri, səlahiyyətlərin kim tərəfindən veriləcəyini, səlahiyyətlərin hansı şərtlər daxilində və hansı müddətə veriləcəyini və hansı şərtlər daxilində axtarış keçirmə səlahiyyətlərinin öz-özlüyündə tətbiq edilə biləcəyini diqqətlə müəyyən etmiş və məhdudlaşdırmışdır. Dövlət sənədi hesab olunan Məcəllə, əlavə olaraq saxlama və axtarış keçirmə səlahiyyətinin tətbiqinə dair ətraflı təlimatlar hazırlayır. O, axtarışı həyata keçirən zabitin saxlanılan fərdə axtarışın dəqiq məqsədini, tətbiq edilən qanuni səlahiyyətin xarakterini və axtarış keçirmə üçün verilmiş səlahiyyət və onun xarakteri barədə izah verməsini tələb edir. Səlahiyyət 2000-ci il Qanununun 44-cü maddəsində nəzərdə tutulan səlahiyyətləri aşma hallarında məhkəmə baxışında mübahisələndirilə bilərdi. Əgər axtarışın məqsədəuyğun olmayan məqsədlər üçün, yaxud 2000-ci il Qanununun və ya Məcəllənin müddəalarının əksinə istifadə edildiyi iddia edilsə idi, o, məhkəmə baxışı icraatında və ya Qraflıq Məhkəməsində ziyanın ödənilməsi tələbi ilə mübahisələndirilə bilərdi. Fərdlərin hüquqlarına qanunsuz müdaxilədən növbəti müdafiə vasitəsi 2000-ci il Qanunu ilə nəzərdə tutlan səlahiyyətlərin tətbiqini izləmək üçün Müstəqil İcmalçı kimi təyin edilən Lord Carlile-in nəzarəti ilə təmin edilirdi.
73. Hökumət ərizəçilərin səlahiyyətlərin öncədən dərc edilməli olmasına dair fikirlərini rədd edib. Birincisi və mühüm olaraq, bu səlahiyyətlərin verilməsi məqsədlərini tamamilə zədələyə bilərdi. Səlahiyyətlərin təfərrüatlarının dərc edilməsi nəticəsində terrorçular həmin tədbirlərin keçirilməyəcəyi yerləri müəyyən edərək onları rahat hədəf kimi seçə bilərdilər. Bu, polisin terroristlərin fəaliyyət göstərmələrindən şübhələndikləri yerlərdə terroristlərə öncədən xəbərdarlıq etmədən saxlama və axtarış keçirmə səlahiyyətlərindən istifadə etmə qabiliyyətini zəiflədəcəkdir. Bu eyni zamanda terroristlərə Dövlətin onların şəbəkələrinə daxil olmaq və ya fəaliyyətlərini izləmək sahəsində nə dərəcədə effektiv olduğunu qiymətləndirməkdə kömək edə bilərdi.
74. Hökumət səlahiyyətdən sui-istifadəyə qarşı adekvat müdafiə vasitələrinin mövcud olması fikrində qalırdı. Müstəqil İcmalçının nəzarəti və milli məhkəmələrin ətraflı araşdırmalarının kombinasiyasında ilə 44-46-cı maddələrdəki səlahiyyətlərin qanunsuz olaraq istifadə edilə bilməsinə dair iddialar öz əksini tapmışdır. Məsələn, ərizəçilərin işində Qraflıq Məhkəməsi polislərin 45-ci maddə üzrə səlahiyyətlərini qanuni məqsədlər üçün, yəni terrorçu əşyalarının axtarışı üzrə istifadə etmələrini yoxlamağa nail olmuşdur. Zabitlər qanunsuz hərəkətlər etməkdə müstəqil deyildilər. Ərizəçilərin məhkəmədə onları çarpaz dindirmə hüququ var idi və məhkəmə, onlar sübutlarına dair öz fikrini formalaşdırmaqda müstəqil idi. Bir halda Qraflıq Məhkəməsinin zabitlərin sübutlarını qəbul etməsi faktı onun nəzarətinin qeyri-adekvat olmasını göstərmir.
75. Hökumətin fikrincə ərizəçilərin şikayətlərinin əslində 2000-ci il Qanununun 44-46-cı maddələri ilə tələb olunan hər hansı “ağlabatan şübhə”nin mövcud olmamasına edilən əlavə hücumlar idi. Lakin zabitlərin ağlabatan şübhəyə əsaslanaraq hərəkət etməli olmadıqlarına dair yaxşı səbəblər var idi: Lord Binghamın Lordlar Palatasında qeyd etdiyi kimi (bax yuxardıa 21-ci bənd), bunun məqsədi konsteblin şübhələri üçün ağlabatan səbəb göstərə bilməmək qorxusundan potensial terrorist olaraq şübhələndiyi şəxsi saxlamaq və üzərində axtarış keçirməkdən çəkinmədiyinə əmin olmaq idi. Görünən fakt o idi ki, kəşfiyyat nadir hallarda terror hadisəsinin nə vaxt və harada baş verə biləcəyinə dair tam məlumat verirdi və bununla da, vacib qərarlar natamam məlumatlar əsasında qəbul edilməli idi.

b. Məhkəmənin qiymətləndirməsi

76. Məhkəmə tanınmış presedent hüququnun “qanuna uyğun olaraq” ifadəsinin mübahisələndirlmiş tədbirin həm daxili qanunvericiliyə əsaslanmasını, həm də Konvensiyanın preambulasında xüsusi olaraq qeyd olunan və 8-ci maddənin məqsəd və obyektinə aid olan hüququn aliliyi prinsipinə uyğun olmasını tələb etdiyini xatırladır. Bununla da qanunvericilik adekvat olaraq çatımlı və öncədən görülə bilən olmalı, yəni, lazım gəldikdə məqsədəuyğun məsləhətlə olsa da, fərdin öz davranışlarını idarə edə bilməsi üçün kifayət qədər dəqiqliklə hazırlanmalıdır (S. və Marper Birləşmiş Krallığa qarşı (S. and Marper v. the United Kingdom [GC],) 30562/04 və 30566/04, §§ 95 və 96, ECHR 2008-…).
77. Daxili qanunvericiliyin bu tələblərə cavab verə bilməsi üçün, o, Konvensiya tərəfindən qorunan hüquqlara dövlət orqanlarının qanunsuz müdaxilələrindən qorunmaq üçün hüquqi müdafiə tədbirlərinə imkan yaratmalıdır. Fundamental hüquqlara təsir edən məsələlərdə icra orqanına verilmiş qanuni diskresion səlahiyyətdən məhdudiyyətsiz səlahiyyət kimi ifadə olunması Konvensiyada vurğulanmış demokratik cəmiyyətin əsas prinsiplərindən biri olan hüququn aliliyi prinsipinin əleyhinə olardı. Nəticədə qanunvericilik səlahiyyətli orqanlara verilmiş bu cür diskresion səlahiyyətinin tətbiq sahəsini və tətbiq etmə qaydasını kifayət qədər izah etməlidir (Rotaru Ruminıyaya qarşı [GC] (Rotaru v. Romania) 28341/95, § 55, ECHR 2000-V; Həsən və Çavuş Bolqarıstana qarşı [GC] (Hasan and Chaush v. Bulgaria) 30985/96, § 4, ECHR 2000-XI; Maestri İtaliyaya qarşı [GC] (Maestri v. Italy) 39748/98, § 30, ECHR 2004 I; eyni zamanda bax: digər nümunələr arasında, 15 mart 1983-cü il tarixli Silver və Digərləri Birləşmiş Krallığa qarşı (Silver and Others v. the United Kingdom) §§ 88-90, A Seriyası, 61; 25 fevral 1993-cü il tarixli Funke Fransaya qarşı (Funke v. France) §§ 56-57, A Seriyası 256-A; 20 iyun 2002-ci il tarixli əl-Nəşif Bolqarıstana qarşı (Al-Nashif v. Bulgaria) 50963/99, § 119; 1 fevral 2007-ci il tarixli Ramazanova və Digərləri Azərbaycana qarşı (Ramazanova and Others v. Azerbaijan) 44363/02, § 62; Qlas Nadejda EOOD və Anatoli Yelenkov Bolqarıstana qarşı (Glas Nadezhda EOOD and Anatoliy Elenkov v. Bulgaria) 14134/02, § 46, ECHR 2007 XI (çıxarışlar); 12 iyun 2008-ci il tarixli Vlasov Rusiyaya qarşı (Vlasov v. Russia) 78146/01, § 125; 17 iyun 2008-ci il tarixli Melteks Ltd və Movsesyan Ermənistana qarşı (Meltex Ltd and Movsesyan v. Armenia) 32283/04, § 81). Daxili qanunvericilikdən tələb olunan dəqiqlik – hansı ki, heç də bütün hallarda mümkün olmur – böyük ölçüdə sözügedən sənədin tərkibindən, onun əhatə etməsi məqsədilə hazırlandığı sahə və eyni zamanda onun ünvanlandığı şəxslərin sayından və statusundan asılıdır (bax məsələn, Haşman və Harrup Birləşmiş Krallığa qarşı [GC] (Hashman and Harrup v. the United Kingdom), 25594/94, § 31, ECHR 1999 VIII; S. və Marper (S. and Marper) § 96 yuxarıda qeyd olunmuşdur).
78. Hazırkı iş üzrə sözügedən səlahiyyətin daxili qanunvericiliyə, yəni 2000-ci il Qanununun 44-47-ci maddəsinə əsaslandığı mübahisələndirilmir (bax yuxarıda 28-34-cı bəndlər). Əlavə olaraq, dövlət sənədi olan Təcrübə Məcəlləsi polis məmuru tərəfindən axtarışın keçirilməsi qaydasının təfərrüatlarını müəyyən etmişdir (bax yuxarıda 35-36-cı bəndlər).
79. Ərizəçilər eyni zamanda bu müddəaların polisə həm saxlama və axtarış keçirməyə səlahiyyət vermə baxımından, həm də onların təcrübədə tətbiqi baxımından həddindən artıq geniş diskresion səlahiyyətlər verdiyindən şikayət edirlər. Lordlar Palatası bu diskresion səlahiyyətlərin effektiv nəzarətə tabe tutulduğunu nəzərdə tutmuş, Lord Bingham isə səlahiyyətə müdaxilə edilməsinə dair on bir məhdudiyyəti müəyyən etmişdir (bax yuxarıda 16-cı bənd). Məhkəmənin fikrincə fərdə qanunsuz müdaxiləyə qarşı adekvat müdafiə təşkil etmək üçün daxili qanunvericilikdə nəzərdə tutulan müdafiə vasitələri icra orqanlarına verilmiş geniş səlahiyyətləri üzərində həqiqətən nəzarət qurulduğunu nümayiş etdirməmişdir.
80. Məhkəmə başlanğıcdan qeyd edir ki, Qanunun 44(4)-cü maddəsində istinad olunan Yüksək rütbəli polis zabiti forma geyinmiş hər hansı bir konsteblə özü tərəfindən müəyyən edilən və yurisdiksiyasında olan hər hansı bir ərazidə “terror aktlarının qarşısının alınması məqsədilə məqsədəuyğun” hesab etdiyi halda piyadanı saxlamaq və axtarış keçirmək səlahiyyətini vermək hüququna malikdir. Bununla belə, “məqsədəuyğun” sözü “üstün vəziyyətdə”, yaxud “faydalı” sözlərindən başqa mənanı vermir. Səlahiyyət vermə mərhələsində saxlama və axtarış keçirmə səlahiyyətinin “zəruri” hesab olunmasına dair bir tələb yoxdur və beləliklə də, tədbirlərin proporsionallığının qiymətləndirilməsinə dair tələb də yoxdur. Səlahiyyət vermə 48 saat ərzində Dövlət Katibi tərəfindən təsdiq olunmalıdır. Dövlət Katibi səlahiyyət vermənin coğrafi dairəsini dəyişdirə bilməz və baxmayaraq ki, o təsdiq etməkdən imtina edə və ya etibarlılıq müddətini daha yaxın bir tarixlə əvəz edə bilər, görünür ki, təcrübədə belə bir hala rast gəlinməmişdir. Səlahiyyətlərin tətbiq edilməsinin və təsdiq edilməsinin məhkəmə baxışına tabe tutulmasına baxmayaraq, qanuni səlahiyyətlərin genişliyi o qədərdir ki, ərizəçilər hər hansı bir səlahiyyət verməni və təsdiq etməni səlahiyyətləri aşan (ultra vires) və ya vəzifələrin sui-istifadəsi kimi nümayiş etdirmək üçün dəhşətli maneələrlə üzləşirlər.
81. Səlahiyyət vermə 28 günlük müddətlə məhdudlaşdırılmalı olsa da, yenidən artırıla bilər. Bu, polisin mühafizə etdiyi ərazilərin hüdudlarından kənara çıxa bilməz və coğrafi olaraq həmin ərazi ilə məhdudlaşdırıla bilər. Bununla belə, Birləşmiş Krallıqda polis tərəfindən mühafizə edilən bir çox ərazilər geniş regionları və əhalinin sıx yerləşdiyi hissələri əhatə edir. Ərizəçilərin saxlanıldığı və axtarış keçirildiyi Metropolitan polisi ərazisi bütün Böyük Londonu əhatə edir. İcra orqanları tərəfindən səlahiyyət vermənin həqiqi yoxlaması qismində Parlament tərəfindən nəzərdə tutulan müvəqqəti və coğrafi məhdudiyyətlərin uğursuzluğu Metropoiltan polis ərazisinə verilmiş səlahiyyətlərin ilk verildiyi andan etibarən “yenilənməkdə olan proqram” vasitəsilə daimi yenilənməsi faktı ilə nümayiş etdirilir (bax yuxarıda 34-cü bənd).
82. Əlavə bir müdafiə vasitəsi Müstəqil İcmalçı tərəfindən nəzərdə tutulmuşdur (bax yuxarıda 37-ci bənd). Bununla belə, onun səlahiyyətləri qanuni müddəaların ümumi tətbiqinə dair hesabatı ilə məhdudlaşdırılmışdır və 2006-cı ilin may ayından bu günədək bütün hesabatlarda o açıq formada “44-cü maddədən daha az istifadə edilə bilər və ondan daha az istifadə ediləcəyini gözləyirəm” fikrini ifadə etməsinə baxmayaraq, onun səlahiyyətləri ləğv etmək və ya dəyişdirmək hüququ yoxdur (bax yuxarıda 38-43-cü bəndlər).
83. Hələ də narahatlıq doğuran məsələlərdən biri də fərdi polis zabitinə verilmiş diskresion səlahiyyətlərin geniş olmasıdır. Zabit Məcəllənin müddəalarına uyğun olaraq axtarış keçirmək öhdəliyi daşıyır. Bununla belə, Məcəllə zabitin saxlama və axtarış keçirmə qərarına hər hansı bir məhdudiyyət tətbiq etməkdənsə, əsasən saxlama və axtarış keçirmənin hansı şəkildə icra edildiyini tənzimləyir. Lordlar Palatasının izah etdiyi kimi, həmin qərar müstəsna olaraq sözügedən zabitin “intuisiyası” və ya “peşəkar intuisiyası”ndan asılıdır (bax yuxarıda 23-cü bənd). Onun hər hansı ağlabatan şübhənin mövcudluğunu nümayiş etdirməsinin zəruri olması ilə bərabər, ondan hətta subyektiv olaraq saxlanılan və axtarış keçirilən şəxsin barəsində hər hansı bir şübhə duyması da tələb olunmur. Yeganə şərt odur ki, axtarış terrorizmlə əlaqədar olaraq istifadə oluna bilən əşyaların – hansı ki, küçədəki insanların ortaq olaraq istifadə etdikləri əşyaları da əhatə edə bilən çox geniş bir kateqoriyadır – axtarılması məqsədilə keçirilə bilər. Sözügedən şəxsin bu cür əşyalara dair axtarış keçirilməsi məqsədilə saxlanmasını nəzərə alaraq, polis zabiti bu cür əşyaların mövcudluğundan şübhə duymaq üçün əsaslara malik olmaq məcburiyyətində belə deyildir. Lordlar Palatasında Lord Brown tərəfindən qeyd edildiyi kimi, 44-cü maddə ilə nəzərdə tutulan saxlama və axtarış keçirmə səlahiyyəti “bizim polis səlahiyyətinin hüdudları barədə ənənəvi təsəvvürlərimizdən radikal olaraq uzaqlaşmaqdadır” (bax yuxarıda 23-cü bənd).
84. Bu baxımdan Məhkəmə Qanunun 44-cü maddəsinə əsasən polis əməkdaşları tərəfindən saxlama və axtarış keçirmə səlahiyyətlərinin icrasına dair vəziyyəti əks etdirən statistik rəqəmlər və digər göstəricilərdən heyrətə düşmüşdür. Ədliyyə Nazirliyi 2004/5 ci ildə ümumilikdə 33,177 axtarış, 2005/6-cı ildə 44,545, 2006/7-cı ildə 37,000 və 2007/8-ci ildə 117,278 axtarış qeydə almışdır (bax yuxarıda 44-46-cı bənd). Qanunun tətbiqinə dair özünün 2007-ci il hesabatında Lord Carlile digər cinayətlər üzrə həyata keçirilən həbslərin sayının 44-cü maddəyə əsasən həyata keçirilmiş həbslərin sayından az olduğu halda, çoxminlik axtarışlardan heç birinin nə vaxtsa terrorizm cinayəti ilə bağlı olmadığını qeyd edirdi; özünün 2008-ci il hesabatında Lord Carlile 44-cü maddənin zəruri olmayan istifadəsinə dair nümunələrin çoxaldığını, saxlanılan şəxsin məlum hər hansı terrorizm profilindən açıq-aşkar uzaq olduğu, real olaraq onun terrorist olmasına ən kiçik bir ehtimalın mövcud olmadığı və saxlamanın əsaslandırılması üçün hər hansı bir imkanın olmadığı işlərə dair sübutların olduğunu qeyd edirdi
85. Məhkəmənin fikrincə bu cür geniş diskresion səlahiyyətin polis zabitinə verilməsində aşkar qanunsuzluq təhlükəsi vardır. Lord Lord Hope, Lord Lord Scott və Lord Lord Brownun qərarlarında qeyd olunduğu kimi, hazırkı işlərin qaradərili və ya asiyalı ərizəçilərlə bağlılığı olmadığından, bu kimi şəxslərə səlahiyyətlərin ayrı-seçkiliklə tətbiq edilməsi təhlükəsi həqiqi müzakirə mövzusudur. Mövcud statistik göstəricilər nümayiş etdirir ki, qaradərili və asiyalı şəxslər səlahiyyətlərdən təsiri altına qeyri-proporsional şəkildə düşürlər, baxmayaraq ki, Müstəqil İcmalçının özünün ən son hesabatında da qeyd etdiyi ki, sadəcə statistik rəqəmlərdə daha böyük irqi tarazlıq yaratmaq məqsədilə ağdərili insanların saxlanılması və üzərilərində axtarış keçirilməsi təcrübəsi də mövcuddur (bax yuxarıda 43-44-cü bəndlər). Bundan əlavə geniş çərçivəli səlahiyyətin Konvensiyanın 10 və ya 11-ci maddələri pozularaq nümayişçilər və etirazçılara qarşı sui-istifadə olunması təhlükəsi də vardır.
86. Hökumət qanun pozuntularına qarşı müdafiə vasitələrinin fərdlərin məhkəmə baxışı və ya vurulmuş zərərin ödənilməsi yolu ilə saxlama və axtarışı mübahisələndirmək hüququ ilə nəzərdə tutulduğunu iddia edirdi. Lakin hər iki vasitəyə tətbiq edilən məhdudiyyətlər hazırkı iş vasitəsilə aşkar nümayiş etdirilmişdir. Xüsusilə də, zabitin ağlabatan şübhəni nümayiş etdirməyə dair hər hansı öhdəliyinin olmadığı halda, həmin səlahiyyətin zərurət olmadan tətbiq olunduğunu, əgər tamamilə imkansız deyildirsə, sübut etmənin çətin olacağı böyük ehtimaldır.
87. Yekunda Məhkəmə səlahiyyət vermə və təsdiq etmə, eyni zamanda 2000-ci il Qanununun 44 və 45-ci maddələrinə əsasən saxlama və axtarış keçirmə səlahiyyətlərinin nə kifayət qədər məhdudlaşdırlmadığı, nə də ki pozuntuya qarşı adekvat hüquqi müdafiə vasitələri olmadığı qərarına gəlmişdir. Beləliklə, onlar “qanunauyğun” hesab olunmur və beləliklə də, Konvensiyanın 8-ci maddəsinin pozuntusu aşkar edilir.

C. Konvensiyanın 10-cu və 11-ci maddələrinin iddia edilən pozuntusu

88. Ərizəçilər daha sonra Konvensiyanın 10-cu maddəsinə əsasən onların ifadə azadlığı hüquqlarının və 11-ci maddəyə əsasən toplaşma azadlıqlarının pozulduğunu iddia etdilər. İddia edilmişdir ki, etirazlarla eyni anda reportajın və ya video çəkilişinin aparılmasının, hətta müvəqqəti olsa belə gecikdirilməsinə səbəb olan saxlama və axtarış keçirmə 10-cü maddə ilə tanınan hüquqların pozulması ilə nəticələnib. Daha sonra qeyd edilmişdi ki, qeyri-adekvat təminatlar nəzərdə tutan qanunvericilik özü-özlüyündə həmin hüquqların dinc etiraz formasında istifadəsi üzərində qorxuducu və soyuducu təsirlərə malik ola bilərdi və birinci ərizəçinin işi üzrə irəli sürülən mövqe də məhz bundan ibarət idi.
89. Hökumət nə saxlama və axtarış keçirmə səlahiyyətlərinin mövcud olmasının, nə də həmin səlahiyyətlərin ərizəçilərin işi üzrə xüsusi hallarda tətbiqinin onların 10 və 11-ci Maddələr ilə tanınan hüquqlarını pozmadığını iddia etmişdir.
90. 8-ci maddənin pozulduğuna dair yuxarıda gəldiyi nəticəyə əsaslanaraq, Məhkəmə ərizəçilərin Konvensiyaya əsasən etdikləri digər şikayətləri araşdırmağı zəruri hesab etmir.

III. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ

91. Konvensiyanın 41-ci maddəsi nəzərdə tutur:
“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”

A. Zərər

92. Ərizəçilər polis hərəkətləri nəticəsində təhqir edildiklərini və qorxudulduqlarını qeyd edərək Məhkəmə tərəfindən onlardan hər birinə vurulmuş mənəvi ziyana görə 500 funt sterlinq (GBP) məbləğində kompensasiya təyin edilməsinin məqsədəuyğun olacağını bildiriblər.
93. Hökumət saxlama və axtarış keçirmənin qısamüddətli olmasını nəzərə alaraq, hər hansı bir pul kompensasiyasının verilməli olmadığını qeyd etmişdir.
94. Məhkəmə pozuntu hallarının aşkar edilməsinin bu işin şərtləri daxilində kifayət qədər ədalətli kompensasiya hesab olunmasına dair Hökumətlə razılaşır.

B. Xərclər və məsrəflər

95. Ərizəçilər eyni zamanda Məhkəmə xərcləri və məsrəfləri üçün əlavə dəyər vergisi (ƏDV) də daxil olmaqla cəmi 40,652.06 funt sterlinq tələb ediblər. Məbləğə Liberty-nin 8,178.92 funt sterlinq (əsas vəkillər üçün saatda 210 funt sterling və stajçı hüquqşünas üçün 111 funt sterlinq) həcmində ödənişləri və üç vəkilin cəmi 32,473.14 funt sterlinq (ƏDV daxil olmaqla ) həcmində ödənişləri daxil idi.
96. Hökumət, xüsusilə də məsələlərin yerli məhkəmələr tərəfindən təfərrüatlı şəkildə araşdırılmasından sonra, ərizəçilərin nümayəndələri tərəfindən tutulan saat üzrə tariflərin və hesablanmış saatların həddindən çox olduğunu qeyd etmişdir.
97. Məhkəmənin presedent hüququna əsasən, ərizəçi çəkdiyi xərclər və məsrəflərin geri ödənilməsini o halda tələb edə bilər ki, xərclər həqiqətən və əhəmiyyətli olduğu üçün mövcud olmuşdur və ağlabatan həcmdədir. Hazırkı işdə ona məlum olan informasiyanı və Birləşmiş Krallığa qarşı bənzər işlər də (bax məsələn, S. və Marper, yuxarıda qeyd olunmuşdur) üzrə verilən kompensasiyaları nəzərə alaraq, Məhkəmə baxışı zamanı yaranmış xərcləri ödəmək üçün, Məhkəmə, hüquqi yardım şəklində verilən 1,150 avronu çıxmaqla, cəmi 35,000 avro məbləğində kompensasiya verilməsini ağlabatan hesab edir.

C. İcranın gecikdirilməsinə görə faiz

67. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankının yuxarı kredit faiz dərəcəsinə əsaslanmalı və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.

 

BU SƏBƏBLƏRƏ GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ

1. Ərizəni qəbuledilən elan edir;

2. Konvensiyanın 8-ci maddəsinin pozulduğunu müəyyən edir;

3. Konvensiyanın 5, 10 və 11-ci maddələrinə dair şikayətlərə baxılmasına ehtiyacın olmaması barədə qərara gəlir;

4. Pozuntunun aşkar edilməsinin ərizəçilərin məruz qaldığı hər hansı mənəvi ziyana görə kifayət qədər ədalətli kompensasiya təşkil etməsinə dair qərara gəlir;

5. Qərara gəlir ki,

(a) cavabdeh Dövlət Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə müvafiq olaraq qərarın yekun qüvvəyə mindiyi tarixdən etibarən üç ay ərzində ərizəçilərə 33,850 (otuz üç min səkkiz yüz əlli) avro ödəməlidir. Bu məbləğ ödəniş tarixində tətbiq edilən məzənnə üzrə funt sterlinqə konvertasiya edilməli və ərizəçilərdən tutula biləcək hər hansı vergi məbləği onun üzərinə əlavə olunmalıdır.

(b) yuxarıda qeyd edilən üç aylıq müddət bitdikdən sonra öhdəlik icra edilənə qədər sözügedən ödənilməli məbləğin üzərinə Avropa Mərkəzi Bankındakı yuxarı kredit faizinə bərabər olan faiz məbləği və onun üzrərinə daha üç faiz əlavə edilməlidir;
;

6. Ərizəçinin ədalətli kompensasiyaya ilə bağlı yerdə qalan tələbini rədd edir.

İngilis dilində tərtib olunub və Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2 və 3-cü bəndlərinə müvafiq olaraq, qərar barədə məlumat yazılı şəkildə 12 yanvar 2010-cu ildə açıqlanıb.

Lawrence Early                                            Lech Garlicki
Katib                                                                Sədr

 

©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (www.coe.int/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından (http://hudoc.echr.coe.int) və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@echr.coe.int.

© Council of Europe/European Court of Human Rights, 2012
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (www.coe.int/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights (http://hudoc.echr.coe.int) or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@echr.coe.int.

© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012

Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (www.coe.int/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (http://hudoc.echr.coe.int), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@echr.coe.int