MİRZƏYEV, HÜMBƏTOV VƏ TARVERDİYEV İŞLƏRİ QRUPU – AŞ NK QƏTNAMƏ

©aihmaz.org

Avropa Şurası Nazirlər Komitəsi

 

(Avropa Şurası Nazirlər Komitəsi tərəfindən, 1348-ci (4-6 iyun 2019) iclasda 6 iyun 2019-cu il tarixdə qəbul edilib)

 

Mirzəyev, Hümbətov və Tarverdiyev işləri qrupuna daxil olan qərarların icrası ilə bağlı

 

Application Case Judgment of Final on Indicator for the classification
MIRZAYEV GROUP
50187/06 MİRZƏYEV 03/12/2009 03/03/2010 Kompleks problem

 

19276/08 ANDREYEVA 18/12/2012 18/12/2012
51920/09+ BAXŞIYEV VƏ DİGƏRLƏRİ 03/05/2012 03/05/2012
7867/09+ GASIMOVA VƏ DİGƏRLƏRİ 03/05/2012 03/05/2012
38798/07 GULMAMMADOVA 22/04/2010 22/07/2010
18005/08 GURBANOVA 18/12/2012 18/12/2012
50766/07+ HAJIYEVA VƏ DİGƏRLƏRİ 08/07/2010 08/10/2010
50757/07 HASANOV 22/04/2010 22/07/2010
50711/07+ ISGANDAROV VƏ DİGƏRLƏRİ 08/07/2010 08/10/2010
18696/08 ISMAYILOVA 09/12/2010 09/03/2011
17276/07 JAFAROV 11/02/2010 11/05/2010
41177/08 SOLTANOV 13/01/2011 13/01/2011
25315/08 YUSIFOVA 18/12/2012 18/12/2012
3172/08+ ZAHID MAMMADOV VƏ DİGƏRLƏRİ 06/12/2011 06/12/2011
56547/10 ZULFALI HUSEYNOV 26/06/2012 26/09/2012
16806/11+ ISRAFILOVA VƏ DİGƏRLƏRİ 10/10/2013 10/10/2013
58265/09+ VALIYEV VƏ DİGƏRLƏRİ 05/12/2013 05/12/2013
57745/11+ ARIF ISLAMZADE VƏ 21 DİGƏRLƏRİ 12/10/2017 12/10/2017
HUMBATOV GROUP
13652/06 HUMBATOV 03/12/2009 03/03/2010 Kompleks problem
3365/08 FABER FIRM VƏ JAFAROV 25/11/2010 25/02/2011
35507/07 SAFAROVA 14/10/2010 14/01/2011
31732/08 RAMIKHANOV VƏ DİGƏRLƏRİ 03/05/2018 03/05/2018
TARVERDIYEV GROUP
33343/03 TARVERDIYEV 26/07/2007 26/10/2007 Kompleks problem
39941/07 AKHUNDOV 03/02/2011 03/05/2011
31556/03 EFENDIYEVA 25/10/2007

11/12/2008

25/01/2008

11/03/2009

40051/09 DAMIROV 30/06/2016 30/06/2016

Fərdi tədbirlər:

Məmnuniyyətlə qeyd etmək olar ki, bir aparıcı və 13 təkrarlanan işdə daxili məhkəmə qərarları yerinə yetirilib və ədalətli əvəz ödənildi. Nəticə etibarı ilə bu durumda heç bir fərdi tədbir tələb olunmur. Fərdi tədbirlərin həllini tapdığı 13 təkrarlanan məhkəmə işinin qapadılması, Komitənin ümumi tədbirlərin icrasının izlənilməsini davam etdirməsinə heç bir şəkildə mane ola bilməz.

Yerdə qalan məhkəmə işlərində yerli səviyyədə gözlənilən tətbiqetmə müddətinin uzunluğunu nəzərə alaraq, səlahiyyətlilərin tətbiqi təmin etməsi üçün gərəkli addımları təcili atmaları lazımdır. İki məhkəmə işində ödənilməsi yubanan ədalətli əvəzin qalan məbləğinin ödənilməsinin təmin edilməsi barədə məlumatlar gözlənilir. Daxili səviyyədə icra prosesinin qeyri-mümkün olduğu və ya icraya başqa maneələrin olması durumlarında, səlahiyyətlilərə tövsiyə edilir ki, Avropa Məhkəməsinin gəldiyi nəticələrə uyğun olan həll yollarının tapılması üçün Katibliklə sıx əməkdaşlıq etsinlər.
Bu kontekstdə, Məhkəmənin bəzi durumlarla bağlı restitutio in integrum əldə edilməsinin bir neçə mümkün fərqli yolu vurğuladığı xatırladılır: örnək üçün, ərizəçinin mübahisə mövzusu olan bağ sahəsini istifadə etmək hüququnun geri verilməsi və ya ona bərabər bir bağ sahəsinin təmin edilməsi və ya əgər bunlar mümkün deyilsə, qərrın icra edilməməsi qarşılığında uyğun təzminatın verilməsi və ya bunların və digər tədbirlərin hər hansı uyğun kombinasiyası (məsələn: Humbətov işi, § 38); və ya ərizəçinin uyğun bir qurumda uyğun bir işə yenidən qoyulması və ya bunların imkansız olması durumlarında, qərarın icra edilməməsinin qarşılığı olaraq uyğun təzminatın ödənilməsi və ya bunların və ya digər tədbirlərin kombinasiyası (örnək üçün: Tarverdiyev işi, § 66).

Ümumi tədbirlər:

Mirzəyev işi qrupuna gəldikdə, maraqla qeyd etmək olar ki, hökumət tərəfindən aparılan davamlı səylər çox sayda məcburi köçkün üçün alternativ mənzillərin verilməsi ilə nəticələnib. Problem hələ tam aradan qaldırılmasa da, hökumətin Avropa Məhkəməsinin qərarları və qərardadları üzrə qalan işlərin icrasını 2020-ci ilin birinci yarısına qədər həll etmək niyyəti ümidverici görünür.

Daxili məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı ümumi suala gəldikdə, Prezidentin 3 aprel 2019-cu ildə məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı verdiyi fərmanı da qeyd etmək lazımdır[4]. Nəzərdə tutulan islahatların detallı təfərrüatları hələ məlum olmasa da, Katibliyə təqdim edilən məlumatlardan görünür ki, Fərmanda daxili məhkəmə qərarlarının icrası ilə bağlı məsələlər də nəzərdə tutulub (xüsusən 7.1, 7.2 və 7.3 bəndlər).

Nəticə etibarilə, yuxarıda göstərilən Prezident Fərmanının xüsusən də Humbatov və Tarverdiyev qrupları daxil olmaqla hazırkı işlərə mümkün təsiri, habelə daxili hüquq məsələlərinə dair ətraflı məlumat almaq faydalı olardı ( aşağıya bax).

Bundan əlavə, Avropa Birliyi və Avropa Şurası tərəfindən maliyyələşdirilən və Ədalət Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) tərəfindən həyata keçirilən “Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması” adlanan yeni əməkdaşlıq layihəsinə istinad edilir. 1 mart 2019-cu ildə başlayan Layihə məhkəmə qərarlarının icrasının yaxşılaşdırılmasını əhatə edir[5] . Bu layihənin hazırkı məhkəmə işlərində qaldırılan məsələlərə nə dərəcədə aid olması barədə Hökumət tərəfindən məlumatlar təqdim edilə bilər.

Komitə tərəfindən əvvəlki araşdırmada qaldırılmış daxili hüquq probleminə gəldikdə, mövcud məlumatlardan yerli məhkəmə qərarlarının icra edilməməsi ilə əlaqədar effektiv daxili müdafiə vasitələrinin mövcud olduğu görünmür[6]. Nəticə etibarı ilə, səlahiyyətlilər, uzun müddət icra etməməyə görə (həm maddə, həm də mənəvi zərərlərə görə) təzminat tələb etmək imkanı daxil olmala, Məhkəmənin presedent hüququna uyğun olarfaq, belə bir çözüm yolu yaratmağı, təqdim etməyi düşünməlidir. Bu məqsədlə Avropa Şurasının təcrübəsindən və digər üzv ölkələrin düzənləmələrindən istifadə edilə bilər.

Deputatlar,

1. Bu məhkəmə işlərinin üç əsas kateqoriyaya aid – a) ərizəçilərin əmlakını qanunsuz olaraq zəbt edən məcburi köçkünlərin (məcburi köçkünlərin) həmin mənzillərdən çıxarılmasını nəzərdə tutan qərarlar; b) ərizəçilərin torpaq sahəsindən istifadə hüququnun bərpası kimi digər mülkiyyət hüquqlarına dair qərarlar; və c) ərizəçilərin əvvəlki vəzifələrinə bərpa edilməsi barədə qərarlar, daxili məhkəmə qərarlarının icra edilməməsinə aid olduğunu xatırladaraq;

Fərdi tədbirlərlə bağlı

2. ədalətli əvəzin ödənildiyini və daxili məhkəmə qərarlarının icra olunduğunu nəzərə alaraq, bu məhkəmə işi qrupuna aid 13 təkrarlanan iş üzrə nəzarətin qapadılmasına qərar verildi və CM/ResDH(2019)140 Yekun Qətnamə qəbul edildi;

3. yerdə qalan işlərlə əlaqədar olaraq, hökuməti daxili məhkəmə qərarlarının daha tez icrası üçün lazım olan bütün addımları atmağa və görülən işlər barədə Komitəyə məlumat verməyə dəvət etdi;

4. Hökumətə daxili məhkəmə qərarının icrasının mümkünsüz olduğu durumlarla bağlı, restitutio in integrum əldə etmənin başqa yollarını tapmaq məqsədilə səlahiyyətlilərin Katibliklə sıx əlaqədə olmasını tövsiyyə etdi.

Ümumi tədbirlərlə bağlı

5. Daxili məhkəmə qərarlarının tam və effektiv şəkildə icrasının qanunun aliliyinin əsasını təşkil etdiyini qeyd edərək, hökuməti milli məhkəmə sistemindəki qüsurların aradan qaldırılması və oxşar pozuntuların təkrarlanmasının önlənməsi üçün səylərini gücləndirməyə çağırdı;

6. Mirzəyev işi qrupu kontekstində, son illərdə hökumət tərəfindən qanunsuz olaraq digər şəxslər tərəfindən mənzilləri zəbt olunanların alternativ mənzillərlə təmin edilməsi üçün görülən tədbirləri maraqla qeyd etdi və səlahiyyətliləri məcburi köçkünlərin köçürülməsini, müəyyən etdikləri müddətdə – 2020-ci illərin ortalarına qədər, təmin etmək üçün əllərindən gələni etməyə çağırdı;

7. Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı Prezidentin 2019-cu il tarixli Fərmanını maraqla qeyd etdi və hökuməti nəzərdə tutulan tədbirlər və hazırkı işlərə gözlənilən təsiri barədə Komitəyə ətraflı məlumat verməyə dəvət etdi;

8. Davam edən məhkəmə islahatları kontekstində, hökuməti Avropa Şurasının təcrübəsinə və digər təcrübələrə əsaslanaraq, AİHM qərarlarına uyğun olaraq, məhkəmə qərarlarının icra edilməməsindən şikayət etmək üçün daxili təsirli vasitələrİ tətbiq etməyə çağırdı;

9. 2019-cu ildən yerli məhkəmə qərarlarının icrasının yaxşılaşdırılmasını əhatə edən Ədalət Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) tərəfindən həyata keçirilən “Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması” əməkdaşlıq layihəsini diqqətə aldı və səlahiyyətliləri bu layihənin gedişi barədə Komitəni məlumatlandırmağa dəvət etdi;

10. Səlahiyyətlilərin, 30 İyun 2020 tarixinə qədər bu məhkəmə işi qrupu üzrə bütün ortaya çıxan problemlər haqqında yenilənmiş məlumatları təqdim etmələrini təklif etdi.