MADDƏ 3/№23380/09 BOUYİD BELÇİKAYA QARŞI – 28 SENTYABR 2015-Cİ İL

© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (www.coe.int/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.

© Council of Europe/European Court of Human Rights, 2016. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (www.coe.int/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.

© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (www.coe.int/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.

 

 

BÖYÜK PALATA

 

 

 

BOUYİD BELÇİKAYA QARŞI

(23380/09 saylı ərizə)

QƏRAR

 

 

STRASBURQ

28 sentyabr 2015

 

Bu qərar qətidir, lakin onun mətninə redaktə xarakterli dəyişikliklər edilə bilər.

 

Bouyid Belçikaya qarşı işində,

Avropa İnsan Hüquqları Məhkəməsi Böyuk Palata qismində:
Dean Spielmannın sədrliyi ilə,
Hakimlər:
Guido Raimondi,
Isabelle Berro,
Alvina Gyulumyan,
Ledi Bianku,
Nona Tsotsoria,
Nebojşa Vuçiniç,
Vincent A. De Gaetano,
Paulo Pinto de Albuquerque,
Erik Möse,
Helen Keller,
Paul Lemmens,
Paul Mahoney,
Krzysztof Vojtiçek,
Faris Vehaboviç,
Egidijus Küris,
Iulia Antoanella Motoc
və Məhkəmə katibinin müavini Cohan Kallevaertdən ibarət tərkibdə

8 oktyabr 2014-cü il tarixdə qapalı müşavirə keçirərək
Yuxarıda qeyd edilən tarixdə aşağıdakı qərarı qəbul edib:

PROSEDUR

1. İş insan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən iki Belçika vətəndaşı, cənab Said Bouyid (“birinci ərizəçi”) və cənab Mohamed Bouyid (“ikinci ərizəçi”), tərəfindən 28 aprel 2009-cu il tarixdə Məhkəməyə təqdim edilmiş Belçika Krallığına qarşı ərizə (№ 23380/09) əsasında başlanıb.

2. Ərizəçilər Brüsseldə vəkillik fəaliyyətilə məşğul olan cənab Kristof Marçand və cənab Zuhaier Çihaoui tərəfindən təmsil olunublar. Belçika hökuməti (“Hökumət”) onun nümayəndəsi, Federal Ədliyyə Departamentinin Baş Məsləhətçisi cənab Mark Tisebaert tərəfindən təmsil olunub.

3. Xüsusi olaraq, polis idarəsində olarkən polis əməkdaşları tərəfindən onlara sillə vurulduğunu iddia edən ərizəçilər insan ləyaqətini alçaldan hərəkətə məruz qaldıqlarından şikayət ediblər və 3-cü maddə ilə qorunan hüquqlarının pozulduğunu bildiriblər.

4. Ərizə, baxılması üçün Məhkəmənin Beşinci Seksiyasına həvalə edilib (Məhkəmə Reqlamentinin 52-ci qaydasının 1-ci hissəsi). 21 noyabr 2013-cü il tarixdə həmin Seksiya üzrə palata Konvensiyanın 3-cü maddəsi üzrə ərizəni qəbuledilən, yerdə qalan maddələri üzrə isə qəbuledilməyən hesab edib və yekdil olaraq 3-cü maddə üzrə pozuntunun baş vermədiyi haqda qərar qəbul edib. Palata, sədr Mark Villiger, hakimlər Ann Pover-Forde, Ganna Yudkivska, Andre Potocki, Paul Lemmens, Helena Jaderblom, Ales Pejçal və həmçinin Seksiya katibinin müavini Stefen Fillipsdən ibarət tərkibdə fəaliyyət göstərib. 24 yanvar 2014-cü il tarixdə ərizəçilər şikayətə Böyük Palata tərəfindən baxılmasını xahiş ediblər. Böyuk Palata bu xahişi 24 mart 2014-cü il tarixdə qəbul edib.

5. Böyük Palatanın tərkibi Konvensiyanın 26-cı maddəsinin 4 və 5-ci bəndlərinə və Məhkəmə Reqlamentinin 24-cü qaydasına müvafiq olaraq müəyyən edilib.

6. Ərizəçilər və cavabdeh Hökumət yazılı ifadələrini təqdim edib (59-cu qaydanın 1-ci bəndi).

7. REDRESS adlı qeyri-hökumət təşkilatına və Ghent Universitetinin İnsan Hüquqları Mərkəzinə yazılı prosedurda iştirak etmək üçün icazə verilib (Konvensiyanın 36-cı maddəsinin 2-ci bəndi və Məhkəmə Reqlamentinin 44-cü qaydasının 3-cü bəndi).

8. İş üzrə açıq məhkəmə iclası 8 oktyabr 2014-cü il tarixdə Strasburqda İnsan Hüquqları Sarayında keçirilib (59-cu qaydanın 3-cü bəndi).

Məhkəmə iclasında aşağıdakı şəxslər iştirak ediblər:

(a) cavabdeh Hökumət tərəfindən
xanım İ. NİEDLİSPAÇER, Səlahyyətli nümayəndə;
(b) ərizəçilər tərfindən
cənab C. MARÇAND,
cənab Z. ÇİHAOUİ, Vəkil.

Məhkəmədə cənab Marçand, cənab Çihaoui və cənab Niedlispaçer çıxış ediblər və cənab Marçand və cənab Niedlispaçer hakimlər tərəfindən onlara ünvanlandırılan suallara cavab veriblər.

FAKTLAR

I. İŞİN HALLARI

9. Ərizəçilər müvafiq olaraq 1986 və 1979-cu illərdə doğulublar və Saint-Josse-ten-Noode (Brüsselin mərkəzi rayonu) ərazisində yaşayırlar.

10. Ərizəçilər qardaşdırlar və öz valideyinləri, bir qardaş və iki bacısı ilə birlikdə Saint-Josse-ten-Noodedə yerli polis idarəsinin yaxınlığında yaşayırlar. Onların hər ikisi şikayətlərində bildiriblər ki, polis əməkdaşları onların üzünə sillə vurublar. Onların şikayətinə görə qardaşlardan birinə qarşı bu əməl 8 dekabr 2003-cü il, digərinə qarşı isə 23 fevral 2004-cü il tarixdə törədilib. Hökumət bu iddianı rədd edib. Ərizəçilər bildiriblər ki, bu hadisə polis idarəsində onların ailəsi ilə müəyyən polis əməkdaşları arasında qarşıdurma baş verərkən törədilib.

A. 8 dekabr 2003-cü il və 23 fevral 2004-cü il tarixlərdə baş verən hadisələr

1. 8 dekabr 2003-cü il tarixdə baş verən hadisələr

11. Ərizəçilər birdiriblər ki, 8 dekabr 2003-cü il tarixdə saat təxminən 16:00 radələrində birinci ərizəçi öz dostu ilə birlikdə ailəsilə yaşadığı binanın qarşısında dayanıb və o, evin açarını içəridə unutduğu üçün qapının zəngini çalaraq valideyinlərinin qapını açmasını gözləyib. Elə bu vaxt mülki geyimli polis əməkdaşı A.Z. ona yaxınlaşaraq şəxsiyyət vəsiqəsini təqdim etməyi tələb edib. Lakin birinci ərizəçi tələbi yerinə yetirməkdən imtina edərək polis əməkdaşından ilk öncə polis vəsiqəsini təqdim etməyi tələb edib. Bu zaman polis əməkdaşı onun pencəyinin yaxasından yapışıb, bu arada pencəyi cırıb, və onu polis idarəsinə aparıb. Orada birinci ərizəçi bir otağa salınıb və A.Z. adlı polis əməkdaşı ilə təklikdə olarkən o, həbs edilməsinə etirazını bildirib. Buna cavab olaraq polis əməkdaşı onun üzünə sillə vurub.

12. Ərizəçilər həmin gün saat 18:20-də ümumi təyinat üzrə ixtisaslaşmış həkim tərəfindən tərtib olunmuş arayışı təqdim ediblər. Arayışda bildirilir ki, birinci ərizəçi “şok vəziyyətində” olub və aşağıdakı xəsarətlər qeydə olınıb: “sol yanağında eritema (yoxa çıxmaq üzrədir)” və “xarici qulaq kanalında eritema”.

13. Hökumət bildirib ki, birinci ərizəçi şəxsiyyət vəsiqəsini təqdim etməkdən imtina etdiyi üçün A.Z. adlı polis əməkdaşı şəxsiyyətini müəyyən etmək üçün onu polis idarəsinə aparmaq məcburiyyətində qalıb. Bu zaman birinci ərizəçi ədalətsizliyə məruz qaldığını və şəxsiyyətinin qeyri-qanuni şəkildə yoxlanmasını iddia edərək qarşıdurma yaradıb və onu sakitləşməyə çağıran polis əməkdaşını təhqir edib. Şəxsiyyəti müəyyənləşdirildikdən və polis əməkdaşı A.Z. onu polisə müqavimət göstərmə, təhqiramiz hərəkət və şifahi şəkildə hədə-qorxu gəlmə hərəkətlərinə görə məsuliyyətə cəlb olunacağı barədə məlumatlandırdıqdan sonra onun polis idarəsini tərk etməsinə icazə verilib. Bir neçə dəqiqə sonra o, valideyinləri ilə birlikdə polis idarəsinə qayıdıb və A.Z.ni onu vurmaqda günahlandırıb, lakin polis əməkdaşı sona qədər bu ittihamı inkar edib.

14. Axşam saat 18:00 radələrində A.Z. birinci ərizəçiyə qarşı cinayət xarakterli şikayət ərizəsi təqdim edib və onu polisə müqavimət, təhqirazmiz hərəkət və şifahi şəkildə hədə-qorxu gəlməkdə ittiham edib. Bu məsələ ilə bağlı materiallar göstərir ki, A.Z. öz rəhbərliyini və həmçinin “rəis K-nı” baş verən hadisələrlə bağlı saat 16:30-da məlumatlandırıb.

2. 23 fevral 2004-cü il hadisələri

15. Ərizəçilər bildiriblər ki, 23 fevral 2004-cü il tarixdə, saat 9:44-10:20 aralığında (ikinci ərizəçinin sorğu protokolunda göstərilən vaxta istinadən) ikinci ərizəçi Saint-Josse-ten-Noode polis idarəsində olub və polis əməkdaşı P.P. onu anasının və özünün üçüncü şəxslərlə etdikləri mübahisə barədə dindirib (mübahisə ilə bağlı üçüncü şəxslər şikayət ediblər). Bu zaman polis əməkdaşı P.P. ərizəçidən onun masasına söykənməməyi xahiş edib və daha sonra onun üzünə sillə vurub. Bu hadisədən sonra polis əməkdaşı onu həbs edəcəyi ilə hədələyərək ifadəsini imzalamağa məcbur edib.

16. Ərizəçilər həmin gün ümumi ixtisaslı həkim tərəfindən verilmiş tibbi arayışı təqdim ediblər və arayışda ikinci ərizəçinin “sol yanağında göyərti” aşkar olunduğu qeyd edilib. Göyərtinin meydana gəlmə vaxtı məntiqlə 11:20-dən, yəni arayış P Komitəsinə təqdim edilməzdən öncəyə, aid olmalı idi, amma arayışda bu haqda dəqiq məlumat qeyd edilməyib (aşağıda 25-ci paraqrafa bax).

17. Hökumət bildirib ki, ikinci ərizəçi dindirmə vaxtı həddindən artıq təkəbbürlü davranıb: stulda yöndəmsiz oturub, P.P.-nin masasına söykənib, səbəbsiz yerə gülüb və suallara çox qısa cavab verib. O həmçinin tez-tez ifadəsini dəyişərək bildirib ki, polisə buna görə maaş ödəyirlər. O həmçinin polis əməkdaşlarına hədə qorxu gəlib və çıxarkən bağıraraq onların hələ onun haqqında eşidəcəklərini bildirib. Hökumət bildirib ki, münaqişə yaratmaq niyyətində olan ikinci ərizəçinin bütün bu hərəkətlərinə baxmayaraq P.P. ona qarşı sakit və səbirli davranıb.

B. Hadisələrin məzmunu

18. Ərizəçilər bildiriblər ki, Saint-Josse-ten-Noode polis qüvvələri onların ailəsini incidib. Onlar qeyd ediblər ki, bu, 1999-cu ildə başlayıb, belə ki, həmin ildə polis əməkdaşlarından biri onların qardaşı N-in bilərəkdən onun avtomobilini cızmasından şübhələnib və bu da hadisələrin başlanmasına səbəb olub. Nəticədə N. həmin polis əməkdaşına hədə-qorxu gəlmək və soyğunçuluq əməllərində itiham edilib və 21 aprel 2000-ci il tarixdə Brüssel Gənclər Məhkəməsi N. Barəsində bəraət hökmü çıxarıb. Ərizəçilər hesab ediblər ki, onların qardaşına qarşı qaldırılan iş Saint-Josse-ten-Noode polisi tərəfindən quraşdırımış, qisas məqsədi daşıyan tamamilə saxta iş olub.

19. Ərizəçilər əlavə ediblər ki, 24 iyun 1999-cu il tarixdə, o zaman 13 yaşında olan birinci ərizəçi küçə davasına qoşulduqdan sonra o, polis idarəsinə aparılıb və orada başqa bir polis əməkdaşı tərəfindən “döyülüb”. Bu hadisədən sonra onun qulaq pərdəsində dəlik əmələ gəlib. Onun anası və bacılarından biri onu polis idarəsində gözləyərkən polis onları itələyib.

20. 25 noyabr 1999-cu il tarixdə onların bacılarından biri Saint-Josse-ten-Noode polis qüvvələrinin polis əməkdaşlarından biri tərəfindən təhqir olunub və 11 mart 2000-ci ildə polis onların qardaşı N-in üzərində axtarış aparıb və bu zaman onu itələyib və təhqir edib.

21. Onlar daha sonra bildiriblər ki, 2000-ci ildə “Saint-Josse-ten-Noode polis qüvvələri tərəfindən N-ə qarşı əvvə başlanmış iş yenidən açılaraq istintaq üçün hakimə təqdim edilib”, amma proses davam etdirilməyib. Həmin il ikinci ərizəçi “ifadə vermək üçün çağırılıb” və baxmayaraq ki, Saint-Josse-ten-Noode polis idarəsi 23 iyul 2002-ci ildə onun adının polis tərəfindən “tələb olunan” şəxslər siyahısından çıxarıldığını elan edib, ikinci ərizəçi prokurorluğa çoxlu sayda müraciətlər etmək məcburiyyətində qalıb və prosesin başa çatması üçün 2005-ci ilin mart ayına qədər gözləməli olub ki, bu da onun üçün narahatlığa səbəb olub.

22. Müvafiq olaraq 6 aprel 2001 və 12 iyul 2001-ci il tarixlərdə ərizəçilərin qardaşı N. və ikinci ərizəçi Saint-Josse-ten-Noode polisi tərəfindən təhqir olunublar.

23. Ərizəçilər izah ediblər ki, onlar başlarına gələn bu hadisələrlərlə bağlı dəfələrlə ədliyyə və polis orqanlarına şikayət ediblər.

C. 8 dekabr 2003 və 23 fevral 2004-cü il tarixlərdə baş verən hadisələrlə bağlı şikayətlər, mülki tərəf kimi müraciət, məhkəmə araşdırması və prosesin davam etdirilməməsinə dair qərar

24. 9 dekabr 2003-cü ildə saat 9:42-də birinci ərizəçi polis xidmətinə dair qanunsuzluqları araşdıran komitəyə (“P Komitəsi” kimi tanınır) şikayət ünvanlandırıb və istintaq şöbəsinin üzvü tərəfindən dindirilib. Bir gün əvvəl verilmiş tibbi arayışın surəti əvvəlki protokola əlavə edilib.

25. İkinci ərizəçi 23 fevral 2004-cü ildə saat 11:20-də şikayəti davam etdirib. O, xüsusi olaraq qeyd edib ki, “Saint-Josse polisinin onun ailəsinə qarşı ümumi münasibəti tamamilə dözülməz vəziyyətdədir və artıq o həddə çatıb ki, onlar evdən köçmək haqqında düşünürlər”. Həmin gün verilmiş tibbi arayış əvvəlki protokola əlavə edilib.

26. 23 fevral 2004-cü il tarixdə ərizəçilərin anası da P Komitəsinin istintaq şöbəsi tərəfindən ikinci ərizəçinin şikayətilə bağlı dindirilib. O bildirib ki, onlar evə qayıdan kimi o, “Rəis K-ya” (yuxarıda 14-cü paraqrafa bax) zəng edərək ondan xahiş edib ki, P.P.-ni üzr istəməyə razı salsın. Rəis K. dərhal onların evinə gəlib və orada tibbi arayışı təqdim edən həkimlə də rastlaşıb. Ərizəçinin anası da P.P. polis əməkdaşının ona qarşı hörmətsiz davranışından şikayət edib.

27. 5 may 2004-cü il tarixdə P.P. polis əməkdaşı yerli polis qüvvələrinin qanunsuz hərəkətlərinə dair daxili şöbənin direktoru tərəfindən ikinci ərizəçinin və onun anasının şikayəti ilə bağlı dindirilib. P.P. xüsusi olaraq bildirib ki, ikinci ərizəçi dindirilmə zamanı ona qarşı xüsusilə hörmətsiz davranıb və o, bu gənci otaqdan çıxarmaq üçün onun qolundan yapışıb, amma onun üzünə sillə vurmayıb.

28. 17 iyun 2004-cü il tarixdə ərizəçilər qısnama, fundamental azadlıqlarına qanunsuz müdaxilə, hakimiyyət orqanlarının səlahiyyətlərindən sui istifadəsi, qanunsuz həbs və bilərəkdən zərər vurma iddiaları ilə mülki tərəf kimi ediblər. Onlar Saint Josse ten Noode polisi tərəfindən məruz qaldıqları bütün çətinliklər barədə məlumat veriblər və açıq şəkildə 8 dekabr 2003 və 23 fevral 2004-cü il tarixlərdə baş verən hadisələri araşdırmağı xahiş ediblər.

29. Polis əməkdaşları A.Z. və P.P. vəzifə səlahiyyətlərini aşaraq şəxslərə qarşı zorakılıq tətbiq etməkdə, xüsusilə qəsdən zərər vurma və təhqir etmə və Konstitusiya ilə qorunan hüquq və azadlıqları qanunsuz şəkildə pozan hərəkətlər etmə əməllərində ittiham olunublar.

30. 26 iyun 2004-cü il tarixdə Brüssel Birinci İnstansiya Məhkəməsinin istintaq aparan hakimi, P Komitəsinin istindaq şöbəsinə istintaq aparmağı tapşırıb və Komitədən ərizəçilərin mülki tərəf kimi təqdim etdikləri ərizə ilə bağlı qeydlər aparmaq, şikayətin detalları ilə bağlı məlumat əldə etmək üçün onlardan ifadə almaq, Bouyid ailəsinin hərəkətlərilə bağlı hesabat hazırlamaq, onlara qarşı açılmış işlərin və onların təqdim etdiyi şikayət ərizələrinin siyahısını hazırlamaq və bu istiqamətdə hansı addımarın atılmasını izah etməklə bağlı göstərişlər verib.

31. P Komitəsinin istintaq şöbəsi şikayətçilər ərizə verərkən bu ərizələrlə bağlı onların artıq dindirildiyi faktını nəzərə alaraq (bax, yuxarıda 24-25-ci paraqraflara) onları yenidən dindirməmək qərarına gəlib. 26 iyul 2004-cü il tarixdə adı çəkilən istintaq şöbəsi Saint-Josse-ten-Noode rayonunu əhatə edən polis idarələrilə bağlı qanunsuzluqların araşdırılmasını həyata keçirən daxili şöbənin sənədlərinə istinadən istintaqı həyata keçirən hakimə hesabat göndərib. Hesabatda ərizəçilərin ailəsi ilə yerli polis qüvvələri arasındakı münasibətin gedişatı əks olunub. Daha sonra hesabat ailəyə qarşı qaldırılan işlərin siyahısını əks etdirib və göstərilib ki, birinci ərizəçi prosesə 2003-cü ilin dekabr ayında polisə qarşı təhqir və hədə-qorxu gəlmə əməllərinə görə cəlb olunub və N. 1997-ci ilin oktyabr ayından 1999-cu ilin iyun ayına qədər yeddi prosesə cəlb olunub. Hesabatda həmçinin qeyd olunub ki, ərizəçilərin hazırki işlə bağlı şikayətlərinə əlavə olaraq onların ailə üzvləri tərəfindən məhkəmə qaydasında üç şikayət təqdim olunub (1999-cu ilin iyun ayında və 2001-ci ilin iyul ayında P Komitəsinə iki şikayət və 1999-cu ildə “Gənclər Bölməsinə” bir şikayət daxil edilib) və iki şikayət Saint-Josse-ten-Noode polisinin də daxil olduğu rayon üzrə polisin qanunsuz hərəkətlərinin araşdırılmasını həyata keçirən daxili şöbənin işilə bağlı olub. Sonda hesabatda birinci ərizəçiyə qarşı qaldırılan işə istinadən və inzibati araşdırmalara əsaslanaraq yerli polislə Bouyid ailəsi arasında olan münasibətin problemli olması qeyd olunub və Bouyid ailəsinin “ümumi davranışı” aşağıdakı kimi şərh olunub:
“Qısa olaraq, polis əməkdaşlarının sözlərinə əsasən, Bouyid ailəsi (xüsusilə qadınlar və ana) ailədəki uşaqların mübahisə mövzusu olan təhqiramiz davranışa görə hər hansı məsuliyyət daşımasını qəbul etmir. Beləliklə də onlar uşaqların hərəkətlərini müdafiə edirlər. Daha ümumi desək, ailə üzvlərinin polisə qarşı aqressiv və təxribatçı şəkildə davranıldığı deyilir.
Məlum olub ki, polis əməkdaşı [B]-nin cəlb olunduğu insidentdən sonra dialoqu həyata keçirən şəxs, Bouyid ailəsindən olan qadınların məsələyə münasibəti nəticəsində barışığa nail ola bilməyib.
1999 və 2000-ci illərdə vəziyyət o yerə çatıb ki, polis təlimçisinin ailə üçün mediator təyin edilməsi tələbi yaranıb.”

32. 3 avqust 2004-cü ildə istintaqı həyata keçirən hakim istintaqı dayandırmaq və iş materiallarını araşdırmaq üçün prokurorluq orqanlarına göndərmək qərarına gəlir.

33. 16 noyabr 2004-cü ildə polis əməkdaşı A.Z, P Komitəsinin istintaq departamenti tərəfindən 8 dekabr 2003-cü il hadisələrilə bağlı dindirilib. O, xüsusi olaraq bildirib ki, birinci ərizəçini Saint-Josse-ten-Noode polis idarəsinə apararkən onu tanımırmış.

34. 10 noyabr 2005-ci il tarixli müraciətdə Krovn Prokurorluğu iş üzrə istintaqın dayandırılmasına çağırıb və buna əsas kimi onu göstərib ki, “məhkəmə istintaqı ciddi və ya az ağır cinayətin olmasına dair faktları aşkar etməyib və bundan sonra tədbirlərin görülməsinə ehtiyac olduğunu göstərən hər hansı sübut təqdim etməyib.”

35. Ərizəçilərə bildirilib ki, işə yekun olaraq 2 mart 2006-cı il tarixdə Brüssel Birinci İnstansiya Məhkəməsinin cinayət şöbəsində (Saxlama Şöbəsi) baxılacaq. 1 mart 2006-cı il tarixdə onlar araşdırma aparan hakimə iyirmi əlavə araşdırma tədbiri nəzərdə tutan ərizə göndəriblər. Müraciətə baxılıb və cinayət şöbəsi qarşısındakı işə xitam verilib.

36. 7 mart 2006-cı il tarixdə araşdırma aparan hakim müraciətdə nəzərdə tutulan tədbirlərdən ikisi barədə qərar çıxarıb, digərlərini isə rədd edib və bunu onunla əsaslandırıb ki, nəzərdə tutulan faktlar ona təqdim olunmuş hadisələrdən əvvəlki tarixə aiddir və həqiqəti müəyyən etmək üçün bu tədbirlərə ehtiyac yoxdur. Beləliklə, ərizəçilər və onların digər ailə üzvləri Saint Josse ten Noode polis qüvvələrinə qarşı olan bütün şikayətlərini bir araya toplayaraq istintaqı həyata keçirən hakimə müraciət ediblər və “mülki tərəf statusu ilə bağlı vaxtın uzadılmasını” xahiş ediblər, lakin müraciət rədd olunub. Iki əlavə tədbir isə 25 aprel, 15 may və 24 may 2006-cı il tarixlərdə icra olunub.

37. 27 noyabr 2007-ci il tarixdə cinayət şöbəsi Kroun Prokurorluğunun müraciətinə əsaslanaraq prosesi dayandırıb.

38. Ərizəçilər bu qərardan apellyasiya şikayəti veriblər.

39. Kroun Prokurorluğunun Baş Prokuroru 3 dekabr 2007-ci il tarixli müraciətində dayandırma qərarının qüvvədə saxlanılmasını xahiş edib.

40. 5 fevral 2008-ci il tarixdə ərizəçilər və onların ailə üzvləri istintaqı həyata keçirən hakimin ona ünvanlandırılmadığını hesab etdiyi bütün faktlarla bağlı mülki tərəf olaraq şikayət irəli sürüblər (bax: aşağıda 43-44-cü paraqraflar).

41. 9 aprel 2008-ci il tarixdə Brüssel Apellyasiya Məhkəməsinin İttiham Şöbəsi 8 noyabr 2003 və 23 fevral 2004-cü il tarixli hadisələrlə bağlı işi 5 fevral 2008-ci il tarixli mülki tərəf qaydasında açılan yeni işlə birləşdirməkdən imtina edərək, dayandırma barəsində qərarı qüvvədə saxlayıb. Apellyasiya Məhkəməsinin bu qərarında deyilir:
“…
İşin halları aşağıdakı kimi ümumiləşdirilə bilər:
– 8 dekabr 2003-cü il tarixdə təqsirləndirilən şəxs [A.Z-nin] iş üzrə mülki tərəf olan Said Bouyidə qarşı qeyri-qanuni polis hərəkətlərinə yol verdiyi iddia olunur. İddiaya əsasən aşağıdakı hallar baş verib: polis əməkdaşı [A.Z.] Said Bouyidi evinin qarşısında dayandıraraq onun pencəyindən yapışıb və pencəyini cırıb; daha sonra Said Bouyid yaxınlıqdakı polis idarəsinə aparılıb və orada həmin polis əməkdaşı sağ əli ilə onun üzünə sillə vurub.
– 23 fevral 2004-cü il tarixdə təqsirləndirilən şəxs [P.P-nin] mülki tərəf olan Mohamed Bouyidə qarşı qeyri-qanuni polis hərəkətlərinə yol verdiyi iddia olunur. Mohamed Boyidin iddiasına əsasən, həmin hərəkətlər aşağıdakılardan ibarət olub: o, idarə etdiyi maşını evinin qarşısında saxlayaraq anasının avtomobildəki bazarlıq çantalarını götürməsini gözləyib və bu zaman onun arxasında dayanan avtomobil üçün tıxac yaradıb; o, həmin arxadakı avtomobilin sürücüsünün şikayətinə əsasən polis idarəsinə çağırılıb; dindirmə zamanı təqsirləndirilən şəxs [P.P.] Mohamed Bouyidin üzünə sillə vurub (bax: Həkim … tərəfindən tərtib edilmiş tibbi arayış), daha sonra ona hədə qorxu gələrək bildirib ki, əgər o, ifadəsini imzalamasa onu kameraya salacaq, amma əslində bu zaman təqsirləndirilən şəxs faktiki olaraq ifadəsini dəyişdirmək niyyətindəymiş.
– Məlum olur ki, Bouyid ailəsi 1999-cu ilin mart ayında, polis əməkdaşı [B.] Said Bouyidin bilərəkdən onun avtomobilini cızmasından şübhələndikdən sonra, Saint-Josse-ten-Noode polis qüvvələrinin bir sıra əməkdaşları ilə ciddi problemlər yaşayıb və bunun nəticəsində müəyyən dərəcədə gərginlik yaranıb və ailə polis tərəfindən təqibə məruz qalıb.
– Deyildiyinə görə Saint-Josse-ten-Noode polisi tərəfindən daimi təhrikedici hərəkətlərə yol verilib və nəticədə Bouyid ailəsinin həyatı dözülməz həddə çatıb.
Həm polis ərazisində qanunsuzluqların araşdırılması ilə məşğul olan [əlaqədar] daxili şöbə, həm də P Komitəsinin istintaq şöbəsi mülki tərəflərin şikayətilə bağlı faktları dərindən araşdırıblar.
Məhkəmə araşdırmasınınn gəldiyi nəticələrdən və xüsusilə də sözügedən tərəflərin ziddiyyətli ifadələrindən açıq-aydın görünür ki, Kroun Prokurorluğunun Baş Prokurorunun təqdim etdiyi sənəddə sadalanan ittihamlar üzrə təqsirləndirilən şəxslər tərəfindən törədildiyi iddia olunan əməllərin sözügedən müddət ərzində törədildiyini sübut edən hər hansı bir dəlil yoxdur.
İttihamları təqzib edən təqsirləndirilən şəxslərin ifadələri əsaslıdır; bununla bağlı P Komitəsinin mülki tərəf olan ailənin ümumi davranışı ilə bağlı hazırladığı detallı hesabata istnad etmək məqsədə uyğundur. Bu hesabat işin ümumi kontekstini anlamağa imkan verir.
Mülki şəxslərdən ibarət tərəf aşağıdakı məhkəməyə əvvəllər təqdim olunmayan hər hansı yeni, müvafiq və inandırıcı sübut təqdim etməyib və müdafiə tərəfin əleyhnə onların ittihamını sübüta yetirən və onların barəsində məhkəmə işini əsaslandıran hər hansı dəlillə çıxış etməyib.
Bundan əlavə, məhkəmə araşdırması zamanı iddia olunan cinayət əməllərinin təqsirləndirilən şəxslər tərəfindən törədildiyini təsdiq edən sübutlar aşkar edilməyib.
Eyni zamanda iş materiallarında 5 avqust 1992-ci il tarixli Polis Aktının 37-ci fəslində nəzərdə tutulan normanın tətbiq edilmədiyini göstərən hallar aşkar edilməyib.
Kroun Prokurorluğunun 10 noyabr 2005-ci il tarixli təqdimatında və Baş Kroun Prokurorluğunun təqdimatında, eləcə də Saxlama Şöbəsinin qərarında da qeyd edildiyi kimi bu işin faktları ağır və ya az ağır cinayət əməlini əks etdirmir.
…”
42. Ərizəçilər tərəfindən hüquqi məsələlərlə bağlı qaldırılan və Konvensiyanın 3, 6 və 13-cü maddələrinə əsaslanan apellyasiya şikayəti Kassasiya Məhkəməsi tərəfindən 29 oktyabr 2008-ci il tarixdə rədd edilib.

D. 8 dekabr 2003 və 23 fevral 2004-cü il tarixlərədək baş verən hadisələrlə bağlı mülki şəxslərdən ibarət tərəfin şikayəti

43. 5 fevral 2008-ci il tarixdə iki ərizəçi də daxil olmaqla, Bouyid ailəsinin altı üzvü Saint-Josse-ten-Noode polis əməkdaşlarına qarşı irəli sürdükləri bütün ittihamlarla bağlı, xüsusilə 8 dekabr 2003 və 23 fevral 2004-cü il tarixlərədək olan faktlarla bağlı Brüssel Birinci İnstansiya Məhkəməsinin istintaq həyata keçirən hakimi qarşısında mülki tərəf olaraq şikayət irəli sürüblər.

44. Mülki tərəf olaraq irəli sürülən şikayət əsasında altı polis əməkdaşı Brüssel Birinci İnstansiya Məhkəməsi qarşısına çıxarılıblar və işə mahiyyəti üzrə baxılıb. 30 may 2012-ci il tarixli hökmdə məhkəmə bildirib ki, müvafiq əməllərlə bağlı istintaqın müddəti ötürülüb. İş materiallarına əsasən bu qərarla bağlı apellyasiya şikayəti verilməyib.

II. BEYNƏLXALQ MƏTNLƏR, KONVENSİYALAR VƏ SƏNƏDLƏR

A. Ləyaqət konsepsiyası

45. Birləşmiş Millətlər Təşkilatının 26 iyun 1946-cı il tarixli Nizamnaməsinin Preambulası Birlşəmiş Millətlərə daxil olan millətlərin məramını əks etdirir və “fundamental insan hüquqlarına, insanların dəyərinə və ləyaqətinə, kişi və qadının və böyük və kiçik millətlərin bərabər hüquqlarına inamı bir daha təsdiq edir”. Ləyaqət konsepsiyası həmçinin 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində qeyd edilib. Bəyannamənin preambulasında qeyd edilib ki, “bəşər ailəsinin bütün üzvlərinə xas olan ləyaqətləri və onların bərabər və alınmaz hüquqlarını qəbul etməyin azadlığın, ədalətin və ümumi sülhün təməli olduğunu nəzərə alaraq..” və Bəyannamənin 1-ci maddəsi qeyd edir ki, “bütün insanlar öz ləyaqətləri və hüquqları etibarilə azad və bərabər doğulurlar.”

46. Bir çox beynəlxalq insan hüquqları sənədləri ləyaqət konsepsiyasını əks etdirir. Bu sənədlərə daxildir:
– Birləşmiş Millətlər Təşkilatının 20 noyabr 1963-cü il tarixli İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Olunması haqqında Konvensiyası “ciddi şəkildə bütün dünyada irqi ayrı-seçkiliyin bütün formalarının sürətlə ləğv edilməsinin və insan ləyaqətinin başa düşülməsinin və ona hörmət edilməsinin zəruriliyini təsdiq edir” və İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Olunması haqqında 21 dekabr 1965-ci il tarixli Beynəlxalq Konvensiyanın (Belçika tərəfindən ratifikasiya olunub) həmin Konvensiyaya aid olan preambulası;
– Mülki və Siyasi Hüquqlar haqqında və İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında 16 dekabr 1966-cı il tarixli Beynəlxalq Paktların (hər iki pakt Belçika tərəfindən ratifikasiya olunub) preambulaları qeyd edir ki, bəşər ailəsinin bütün üzvlərinə aid olan bərabər və alınmaz hüquqlar “insana xas olan ləyaqətdən doğur”. Bundan başqa, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 10-cu maddəsi qeyd edir ki, “Azadlıqdan məhrum edilən bütün şəxslər insani rəftar və insan şəxsiyyətinə xas olan ləyaqətə hörmət hüququna malikdirlər.” Həmçinin İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Paktın 13-cü maddəsində qeyd olunur ki, “Bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin təhsil hüququnu tanıyır … [və] razılaşır ki, təhsil insan şəxsiyyətinin tam inkişafına və ləyaqətinin dərk olunmasına yönəldilməli, insan hüquqlarına və əsas azadlıqlara hörməti möhkəmləndirməlidir…”;
– Qadınlara Qarşı Bütün Ayrı-Seçkiliyin Ləğv Olunmasına dair 18 dekabr 1979-cu il tarixli Konvensiyanın (Belçika tərəfindən ratifikasiya edilib) preambulası xüsusilə qeyd edir ki, qadınlara qarşı ayrı-seçkilik “hüquqların bərabərliyi və insan ləyaqətinə hörmət prinsipini pozur”;
– İşgəncə və digər qəddar, qeyri-insani və insan ləyaqətini alçaldan hərəkət və cəza haqqında 10 dekabr 1984-cü il tarixli Konvensiyanın preambulası (Belçika tərəfindən ratifikasiya olunub) bildirir ki, “bəşər ailəsinin bütün üzvlərinə aid bərabər və alınmaz hüquqlar … insana xas olan ləyaqətdən doğur”;
– Uşaq Hüquqları haqqında 20 noyabr 1989-cu il tarixli Konvensiyanın preambulası (Belçika tərəfindən ratifikasiya olunub) bildirir ki, “uşaq cəmiyyətdə individual həyat yaşamağa tam şəkildə hazırlanmalıdır və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində nəzərdə tutulmuş ideallarla, xüsusilə də sülh, ləyaqət, dözümlülük, azadlıq, bərabərlik və həmrəylik idealları ilə tərbiyə olunmalıdır” (bax, həmçinin 23-cü maddənin 10-cu bəndi, 28-ci maddənin 2-ci bəndi, 37-ci maddə, 39-cu maddə və 40-cı maddənin 1-ci bəndi);
– Bütün Şəxslərin Məcburi Yoxaçıxmadan Müdafiəsi haqqında Beynəlxalq Konvensiya (19-cü maddənin 2-ci bəndi və 24-cü maddənin 5-ci bəndinin “c” yarımbəndi) (Belçika tərəfindən ratifikasiya olunub);
– Əlilliyi Olan Şəxslərin Hüquqları haqqında Konvensiyanın (Belçika tərəfindən ratifikasiya olunub) preambulası qeyd edir ki, “hər hansı şəxsin əlilliyinə əsaslanan ayrı-seçkilik insana məxsus ləyaqətin və insan dəyərinin pozuntusudur” və əlilliyi olan şəxslərin “ləyaqətinə” hörmətin inkişaf etdirilməsi məqsədi (1-ci maddə) bu Konvensiyanın əsas prinsiplərindən biri hesab olunur (3-cü maddənin “a” bəndi) (bax, həmçinin 8-ci maddənin “a” bəndi, 16-cı maddənin 4-cü bəndi, 24-cü maddənin 1-ci bəndi və 25-ci maddə);
– Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Konvensiyanın Ölüm Hökmünün Ləğvinə dair 15 dekabr 1989-cu il tarixli İkinci Fakültətiv Protokolunun (Belçika tərəfindən ratifikasiya olunub) preambulası qeyd edir ki, “ölüm hökmünün ləğvi insan ləyaqətinin yaxşılaşdırılmasını və insan hüquqlarının proqressiv şəkildə inkişafını təmin edir”;
– Uşaq Hüquqları Haqqında Konvensiyanın Kommunikasiya Proseduruna dair 19 dekabr 2011-ci il tarixli İkinci Fakültətiv Protokolunun (Belçika tərəfindən ratifikasiya olunub) preambulası “uşağın statusunu hüquqların subyekti olan və ləyaqətə və inkişaf edən bacarıqlara sahib olan insan” kimi müəyyən edir;
– İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Konvensiyanın 10 dekabr 2008-ci il tarixli Fakültətiv Protokolu (Belçika tərəfindən ratifikasiya olunub) və Qadınlara Qarşı Ayrı-Seçkiliyin Bütün Formalarının Qadağan Olunması haqqında Konvensiyanın 6 oktyabr 1999-cu il tarixli Fakültətiv Protokolu (Belçika tərəfindən ratifikasiya olunub).

47. Aşağıdakılar da daxil olmaqla bir sıra regional insan hüquqları sənədləri də ləyaqət konsepsiyasına istinad edir:
– 22 noyabr 1969-cu il tarixli Amerika İnsan Hüquqları Konvensiyası (5-ci maddənin 2-ci bəndi, 6-cı maddənin 2-ci bəndi və 11-ci maddənin 1-ci bəndi);
– Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Helsinki Konfransının 1 avqust 1975-ci il tarixli Yekun Aktı qeyd edir ki, Dövlətlər “insana xas olan ləyaqətdən doğan və insanın azad və tam inkişafı üçün zəruri olan mülki, siyasi, iqtisadi, sosial, mədəni və digər hüquqların və azadlıqların səmərəli şəkildə istifadə olunmasına şərait yaradacaqlar” (VII Prinsip);
– İnsan və Xalqların Hüquqları haqqında 28 iyun 1981-ci il tarixli Afrika Xartiyasının 5-ci maddəsi bildirir ki, “Hər bir şəxs ləyaqətinə hörmət edilməsi və hüquqi statusunun tanınması hüququna malik olmalıdır”;
– Bioloji və Tibbi Məsələlərin Tətbiqində İnsan Hüquqlarının və Ləyaqətinin Müdafiəsi haqqında 4 aprel 1997-ci il tarixli Konvensiyanın (Belçika tərəfindən ratifikasiya olunub) preambulası inter alia “insana həm bir şəxs olaraq, həm də bəşər üzvü olaraq hörmət edilməsi ehtiyacını … onun ləyaqətinin qorunmasının zəruriliyini” təsdiq edir;
– Avropa Birliyinin Fundamental Hüquqlar haqqında 7 dekabr 2000-ci il tarixli Xartiyasının Preambulası qeyd edir ki, “Birlik, sahib olduğu əxlaqı və mənəvi mirası dərk edərək, insan ləyaqətinin, azadlığının, bərabərliyinin və həmrəyliyinin ayrılmaz və ümumdünya dəyərləri olduğunu qəbul etməklə yaradılıb” və həmçinin 1-ci maddə qeyd edir ki, “insan ləyaqəti pozulmazdır və hörmət və müdafiə olunmalıdır” (bax, həmçinin “Ədalətli iş şəraiti”nə dair 31-ci maddə);
– Avropa İnsan Hüquqları Konvensiyasının istənilən halda ölüm hökmünün ləğvinə dair 3 may 2002-ci il tarixli 13-cü Protokolunun (Belçika tərəfindən ratifikasiya olunub) preambulası qeyd edir ki, ölüm hökmünün ləğvi hər kəsin yaşamaq hüququnun müdafiəsi və “insanlara xas olan ləyaqətin” tanınması üçün zəruridir;
– Avropa Şurasının İnsan Alverinin Qadağan Olunmasına dair 16 may 2005-ci il tarixli Konvensiyasının (Belçika tərəfindən ratifikasiya olunub) preambulası vurğulayır ki, “insan alveri insan hüquqlarının və insan ləyaqəti və tamlığının pozuntusudur” (bax, həmçinin 6 və 16-cı maddələr).
B. İşgəncə, Qeyri-İnsani Rəftar və İnsan Ləyaqətini Alçaldan Rəftar və Cəzanın Qadağan Olunmasına dair Avropa Komitəsinin sənədləri
48. “İQK (İşgəncələrin qadağan olunmasına dair Komitə) Standardları” (CPT/Inf/E (2002) 1 – Rev. 2015), adlanan sənəddə İşgəncə, Qeyri-İnsani Rəftar və İnsan Ləyaqətini Alçaldan Rəftar və Cəzanın Qadağan Olunmasına dair Avropa Komitəsi (İQK) qeyd edir:
“… 97. Öz çəkindirici mandatını diqqətdə saxlayan İQK-nin müvafiq yerlərə baş çəkərkən əsas prioriteti azadlıqdan məhrum edilən azyaşlıların pis rəftara məruz qalıb qalmadıqlarını müəyyənləşdirməkdir. Təəssüflər olsun ki, hüquq mühafizə orqanları tərəfindən azyaşlılara qarşı bilərəkdən törədilən pis rəftar faktları bir sıra Avropa ölklərində müşahidə olunur və bu hal çox ciddi narahatlıq doğurur. İQK nümayəndə heyətləri saxlanılan azyaşlıların pis rəftara məruz qalması haqqında etibarlı məlumatlar almağa davam edir. Bu iddialar çox vaxt azyaşlıların saxlanması zamanı (hətta bəzən nəzarətdə saxlanılarkən), bir yerdən başqa yerə aparılarkən və ya hüquq mühafizə orqanında dindirilərkən onlara təpik vurma, sillə vurma, yumruqlama və ya polis dəyənəyilə vurma halları ilə müşahidə olunur. Bu təcrübələrə həmçinin azyaşlıların hüquq mühafizə orqanının əməkdaşları tərəfindən şifahi şəkildə təhqir olunması (bura irqçi xarakterli ifadələr də daxildir) da daxildir.

126. … İQK-nin baş çəkdiyi azyaşlılar üçün bir sıra təcridxanalarda özünü pis aparan azyaşlılara qarşı təcridxana administrasiyası tərəfinsən “pedoqoji və ya tərbiyə xarakterli sillə” vurulması və ya digər formada fiziki təzyiq göstərilməsi rast gəlinən hallardandır. Bununla bağlı İQK bildirir ki, fiziki xarakterli cəzalar pis rəftara səbəb olur və buna görə də bu hallar ciddi şəkildə qadağan olunmalıdır.
İQK özünün 30 avqust 1999-cu il tarixli doqquzuncu fəaliyyət hesabatında (CPT/Inf (99) 12) aşağıdakıları vurğulayır:
“… 24. IQK-nin baş çəkdiyi və azyaşlıların azadlıqdan məhrum edilərək saxlandıqları digər yerlərdə İQK-nin nümayəndə heyətinə bildirilib ki, bu yerlərdə özünü pis aparan azyaşlılara qarşı saxlama yerinin administrasiyası tərəfindən “pedoqoji və ya tərbiyəvi sillə vurulması” hallarına rast gəlinir. Komitə hesab edir ki, pis rəftarın qarşısının alınması üçün fiziki təzyiqin bütün formaları formal olaraq qadağan olunmalı və bu qadağa təcrübədə tətbiq olunmalıdır. Özünü yaxşı aparmayan saxlanılan şəxslərə yalnız intizam tədbirləri çərçivəsində nəzərdə tutulan prosedurlar tətbiq olunmalıdır. …”
49. İQK, Belçikaya 18-27 aprel 2005-ci il tarixli səfərilə bağlı Belçika Hökumətinə təqdim etdiyi hesabatında (CPT/Inf (2006) 15; 20 aprel 2006) digər məsələlərlə yanaşı həm də aşağıdakı halları qeyd edib:
“… 11. İQK bir sıra səfərlərində, eləcə də Belçikaya etdiyi ilk üç səfərində, aldığı məlumatlara əsaslanaraq belə nəticəyə gəlib ki, şəxs saxlanma yerində olarkən ona qarşı təcridxana administrasiyası tərəfindən törədilən pis rəftar danılmazdır. Müvafiq olaraq İQK tövsiyə edir ki, Belçika hakimiyyət orqanları bu məsələyə daha ciddi diqqət ayırmağa davam etməli və azadlıqdan məhrum edilmiş azyaşlılarla bağlı belə halların qarşısını almaq üçün xüsusilə cddi cəhd göstərməlidir.
İQK daha sonra tövsiyə edir ki, hüquq mühafizə orqanları əməkdaşlarına mütəmadi olaraq xatırladılmalıdır ki, azadlıqdan məhrum edilmiş şəxslərə qarşı hər hansı pis rəftar, eləcə də təhqir, qəbuledilməzdir və pis rəftarla bağlı irəli sürülən hər bir iddia müvafiq qaydada araşdırılmalı və bu cür hərəkətə yol vermiş hər kəs ciddi şəkildə cəzalandırılmalıdır.
12. Daha dəqiq qeyd etsək, şübhəli şəxsin həbs edilməsi zamanı hüquq mühafizə orqanları əməkdaşları tərəfindən pis rəftarın törədilməsi iddialarına dair İQK dəfələrlə qeyd edib ki, bu proses şübhəsiz ki, bu cür iddia irəli sürülən zaman çox çətin və təhlükəli bir məsələyə çevrilir, xüsusilə əgər sözügedən şəxs müqavimət göstərirsə və ya hüquq mühafizə orqanlarının əməkdaşlarının şəxsin təhlükəli təhdidə səbəb olan hərəkətlərə yol verdiynə inanması üçün ciddi əsası varsa bu çətinlik bir az da artır. Lakin həbs prosesində güc vasitələrinin tətbiqi nəzərdə tutulan ciddi zəruri prosedur həddində olmalıdır; bundan başqa, nəzarət altına alınmış şəxsə qarşı güc tətbiq edilməsi halı heç cür əsaslandırıla bilməz. …”
İQK özünün 28 sentyabr-7 oktyabr 2009-cu il tarixlərdə Belçikaya etdiyi səfərlə bağlı Belçika Hökumətinə təqdqim etdiyi hesabatda (CPT/Inf (2010) 24; 23 iyul 2010) xüsusilə aşağıdakı paraqrafı qeyd edir:
“… 13. İQK heyəti polis idarələrinə baş çəkərkən azadlıqdan məhrum edilən az sayda şəxslə görüşüb. Lakin buna baxmayaraq, saxlama yerlərinə baş çəkərkən heyət yaxın keçmişdə polis təcridxanasında olmuş çoxsaylı insanlarla görüşüb.
Heyətlə söhbət edən saxlanılan şəxslərin böyük əksəriyyəti polis idarələrində olarkən hər hansı bilərəkdən yol verilən pis rəftarla bağlı məlumat verməyiblər. Lakin heyətin görüşlərində həbs edilərkən (xüsusilə Brüsseldə, Çarleroi və Marcinelledə) həddən artıq güc tətbiq edilməsi (məsələn, şəxs kontrol altına alındıqdan sonra ona zərbələr endirilməsi və qollarını incidəcək dərəcədə sıx şəkildə qandallanması) barədə məhdud sayda iddialar səsləndirilib. İQK dəfələrlə etiraf edib ki, şübhəli şəxsin həbsi şübhəsiz ki, çətin və təhlükəli haldır, xüsusilə əgər sözügedən şəxs müqavimət göstərirsə və ya hüquq mühafizə orqanlarının əməkdaşlarının şəxsin təhlükəli təhdidə səbəb olan hərəkətlərə yol verdiynə inanması üçün ciddi əsası varsa bu çətinlik bir az da artır.
Lakin İQK tövsiyə edir ki, hüquq mühafizə orqanları əməkdaşlarına mütəmadi olaraq xatırladılmalıdır ki, həbs prosesində güc vasitələrinin tətbiqi nəzərdə tutulan ciddi zəruri prosedur həddində olmalıdır; bundan başqa, kontrol altına alınmış şəxsə qarşı güc tətbiq edilməsi halı heç cür əsaslandırıla bilməz. …”

C. Polis Etikası barədə Avropa Kodeksi

50. Nazirlər Komitəsi özünün Polis Etikası barədə Avropa Kodeksinə dair 19 sentyabr 2001-ci il tarixli tövsiyəsində (Rec(2001)10) bildirib ki, “ictimaiyyətin polisə olan inamı polisin ictimaiyyətə qarşı olan münasibəti və hərəkətilə, xüsusilə Avropa İnsan Hüquqları Konvensiyasında nəzərdə tutulmuş insan ləyaqətinə və fundamental hüquq və azadlıqlarına nə dərəcədə hörmət etməsilə yaxından əlaqədardır”. Komitə tövsiyə edib ki, üzv Dövlətlərin hökumətləri polislə bağlı yerli qanunvericilikdə, təcrübədə eləcə də məcəllələrdə Tövsiyədə qeyd olunan Polis etikası barədə Avropa Kodeksində nəzərdə tutulmuş tələbləri nəzərə alsın və onların səmərəli şəkildə həyata keçirilməsini və bu sənədin geniş şəkildə tətbiqini təmin etsin.
51. Kodeks xüsusi olaraq vurğulayır ki, polisin əsas məqsədlərindən biri şəxslərin xüsusilə Konvensiyada nəzərdə tutulan hüquq və azadlıqlarını qorumaq və bu hüquq və azadlıqlara hörmət etməkdir (1-ci paraqraf). Kodeksin “Polisin fəaliyyətinə/müdaxiləsinə dair bələdçi” hissəsində göstərilir ki, “polis hər hansı şəraitdə işgəncə və ya qeyri-insani rəftar və ya insan ləyaqətini alçaldan rəftar və ya cəza törədə, bu cür rəftar və ya cəzalara təhrik edə və ya dözümlülük göstərə bilməz” (36-cı paraqraf) və polis ancaq ciddi zərurət olduqda və yalnız legitim məqsədə nail olmaq üçün tələb olunan həddə güc tətbiq edə bilər” (37-ci paraqraf). Bundan başqa, “öz fəaliyyətlərində polislər hər kəsin fundamental hüquqlarını nəzərə almalıdırlar” (43-cü paraqraf) və “polis heyəti ictimaiyyətə hörmət nümayiş etdirməlidir və xüsusilə müəyyən həssas qrupa aid olan şəxslərə qarşı davranışlarında daha da diqqətli davranmalıdır” (44-cü paraqraf).

D. Azyaşlılar həssas qrup kimi

52. 20 noyabr 1989-cu il tarixli Uşaq Hüquqları haqqında Konvensiyanın (Belçika tərəfindən ratifikasiya edilib) preambulası (1-ci maddədə “yaşı 18-dən az olan hər bir şəxs “uşaq” olaraq müəyyən edilir, bir şərtlə ki, həmin uşaq barəsində tətbiq edilən qanuna görə o, yetkinlik yaşına daha əvvəl çatmış olmasın.”) yuxarıda qeyd olunan konvensiyalara istinad edərək vurğulayır ki, uşağa xüsusi qayğı göstrilməsi ehtiyacı İnsan Hüquqları haqqında Ümumdünya Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt (xüsusilə 23 və 24-cü maddələr), İqtisadi, Sosial və Mədəni Hüquqları haqqında Beynəlxalq Pakt (xüsusilə 10-cu maddə) və uşaqların rifahı ilə məşğul olan digər beynəlxalq təşkilatların və ixtisaslaşmış institutların müvafiq konvensiya və sənədlərində nəzərdə tutulub.
53. Bir sıra beynəlxalq və regional sənədlər uşaqların həssaslığının nəzərə alınması zərurətini tanıyır. Məsələn, Avropa Şurasının 25 oktyabr 2007-ci il tarixli Uşaqların Cinsi İstismar və Cinsi Zorakılıqdan Müdafiəsi haqqında Konvensyasının (Belçika tərəfindən ratifikasiya edilib) preambulası qeyd edir ki, “hər bir uşağın yetkinlik yaşına çatmaması baxımından statusunun tələb etdiyi kimi ailəsi, cəmiyyət və Dövlət tərəfindən bu cür müdafiə tədbirlərindən yararlanmaq hüququna malik olmalıdır”. Konvensiyada uşaq, “18 yaşına çatmamış hər hansı şəxs” kimi müəyyən edilir (3-cü maddənin “a” bəndi). Həmçinin Avropa Şurası Nazirlər Kabineti tərəfindən 5 noyabr 2008 və 18 noyabr 2009-cu illərdə qəbul edilmiş cəza və digər tədbirlərin subyekti olan cinayəti törətmiş azyaşlılarla bağlı Avropa Qaydalarına dair CM/Rec(2008)11 saylı Tövsiyəyə və uşaqların zorakılıqdan müdafiəsi haqqında milli strategiyalara dair CM/Rec(2009)10 saylı Tövsiyəyə də istinad edilə bilər. Sonuncu adı çəkilən sənəddə qeyd edilir ki, “uşaqların zəif və həssas qrup olması və onların böyüməsi və inkişafı üçün böyüklərdən asılı olması onlara qarşı zorakılığın qarşısının alınması və onların müdafiəsi üçün ailələrdən, cəmiyyətdən və eləcə də Dövlətdən daha çox yatırım tələb edir”; Daha əvvəl qeyd olunan sənəddə azadlıqdan məhrum edilmiş azyaşlıların xüsusilə həssas olduqları vurğulanır (Tövsiyəyə əlavə, 52.1-ci paraqraf). Bu yaxınlarda İQK saxlama zamanı azyaşlıların xüsusilə həssas olduğunu bəyan edib (İQK-nin 24-cü Ümumi Hesabatı, 2013-2014-cü illər və 2015-ci ilin yanvar ayı, cinayət qanunvericiliyi ilə azadlıqdan məhrum edilmiş azyaşlılar, 3, 98 və 99-cu paraqraflar).

QANUNVERİCİLİK

I. KONVENSİYANIN 6-cı MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU

54. Ərizəçilər iddia ediblər ki, Saint-Josse-ten-Noode polis idarəsində olarkən polis əməkdaşları onların üzünə sillə vurub. Onlar pis rəftarın qurbanı olduqlarını iddia ediblər. Onlar daha sonra iddia ediblər ki, onların şikayətilə bağlı istintaq səmərəsiz, yarımçıq, qərəzli və ağlabatan olmayan həddə uzun olub. Onlar Konvensiyanın 3-cü maddəsi, 6-cı maddəsinin 1-ci bəndi və 13-cü maddəsinə istinad ediblər. 3-cü maddə qeyd edir:
“Heç kim işgəncəyə, qeyri-insani və insan ləyaqətini alçaldan rəftara və cəzaya məruz qalmamalıdır.”
55. Palata Məhkəmənin işin hallarının qanuna uyğun qiymətləndirilməsi üzrə və bu şikayətlərin eyni əsasları əhatə etməsini müəyyən etmək üzrə peşəkar olduğunu nəzərə alaraq ərizəçilərin bu şikayəti üzrə sadəcə Konvensiyanın 3-cü maddəsi üzrə araşdırma aparmağın yetərli olduğunu müəyyən edib. Yuxarı Palata bu qərarla razılaşır. Buna görə də Yuxarı Palata işə eyni qaydada baxacaq.

A. Palatanın qərarı

56. Bu qərarda Palata Məhkəmənin Konvensiyanın 3-cü maddəsi üzrə presedentlərindən irəli gələn prinsiplərə istinad edib. Məhkəmə xüsusilə o prinsiplərə əsaslanıb ki, orda problemlə bağlı olan hadisələr bütövlüklə və ya böyük hissə etibarı ilə hakimiyyət orqanlarının açıq-aşkar məlumatlılığından xəbər verir və bu cür işlərdə açıq-aşkar məlumatlılıq onunla izah olunur ki, şəxs təcridxanada hakimiyyət orqanlarının nəzarəti altındadırsa, o zaman bu şəraitdə yaranan hər hansı xəsarət ilə bağlı hakimiyyət orqanının məsuliyyəti barədə ciddi prezumpsiya yaranır. Bu zaman Hökumət yetərli və inandırıcı sübutlar təqdim edərək qurbanın iddia etdiyi hadisələrə şübhə yaradan faktlar irəli sürməli idi. Palatanın istinad etdiyi digər prinsipə əsasən, şəxs azadlıqdan məhrum edilərkən və ya daha ümumi qaydada, hüquq mühafizə orqanlarının əməkdaşları ilə qarşılaşdıqda şəxsin öz davranışları nəticəsində zəruri olmadığı təqdirdə hər hansı güc tətbiq edilməsi insan ləyaqətini alçaldır və 3-cü maddə ilə nəzərdə tutulan hüququn pozuntusudur. Palatanın əsaslandığı digər prinsipə görə pis rəftar o zaman 3-cü maddənin altına düşür ki, o, minimum ağrı həddində olsun. Bundan başqa, zorakılığın bəzi növləri mənəvi əsaslarla və eləcə də geniş şəkildə daxili qanunvericiliklə pis hal hesab olunsa belə 3-cü maddənin təsiri dairəsinə düşməyə bilər. Palata daha sonra qeyd edib ki, Hökumət ərizəçilərə polis əməkdaşları tərəfindən sillə vurulması faktını mübahisələndirib və bildirib ki, təqdim olunmuş tibbi arayışlar xəsarətlərin məhz bu sillələr nəticəsində meydana gəldiyi barədə məlumat verməyib. Lakin bununla belə Palata ərizəçilərin iddialarının doğru olub olmaması ilə bağlı qərar verməyi əsassız hesab edib və bunu belə əsaslandırıb ki, əgər ərizəçilərin iddiaları təsdiq olunsaydı belə, işin hallarına əsasən bu şikayət Konvensiyanın 3-cü maddəsinin pozuntusunu əks etdirməyəcəkdi. Palata aşağıdakı yekun qərara gəlib (51-ci paraqraf):
“Hətta ehtimal etsək ki, sillə vurulub, hər iki halda bu, ərizəçilərin hörmətsiz və təhrikedici hərəkətlərindən qəzəblənən polis əməkdaşının düşüncəsiz hərəkətindən doğan sillə hesab edilir və bu halda polis əməkdaşının ərizçilərə nəyisə etiraf etdirmək məqsədi olmayıb. Bundan əlavə, belə görünür ki, ərizəçilərin ailə üzvləri ilə onların ərazisindəki polis əməkdaşları arasında gərginlik olub. Baxmayaraq ki, ərizəçilərdən biri hadisə baş verərkən 17 yaşında idi və əgər hadisələr ərizəçilərin izah etdiyi şəkildə baş veribsə belə, o zaman başa düşüləndir ki, onlar böyük ehtimalla bu zaman dərin kin hiss edirdilər və bu şərtlər altında Məhkəmə hesab edir ki bu, əsəbi gərginlik əsnasında baş vermiş, ciddi və uzun sürən təsiri olmayan bir hadisə olub. Belə şəraitdə, baxmayaraq ki, bu cür hərəkətlər yol verilməzdir, onlar yetərli dərəcədə alçaldıcı olmayıb və buna görə də Konvensiyanın 3-cü maddəsinin pozuntusu hesab oluna bilməz. Başqa sözlə, hər bir halda bu işdə istinad edilən hərəkətlər yuxarıda qeyd olunan qəddarlıq dərəcəsinə çatmayıb və odur ki, bu normanın istər mahiyyət üzrə, istərsə də prosedur qaydada pozuntusundan söhbət gedə bilməz.”

B. Tərəflərlə bağlı Yuxarı Palatanın araşdırmaları

1. Ərizəçilər

57. Ərizəçilər 3-cü maddənin mahiyyətilə bağlı şikayət edərək bildiriblər ki, Palata Yuxarı Palatanın müəyyən etdiyi prinsiplərdən uzaqlaşıb. Onlar bildiriblər ki, Palata bu işdə təsadüfilik və qəddarlıq prezumpsiyalarını tədbiq edərkən bir məsələni nəzərdən qaçırıb ki, azadlıqdan məhrum edilmiş və polis nəzarəti altında olan şəxslərə qarşı zorakılıq tətbiq olunub. Bu cür işlərdə zərbə nəticəsində əmələ gələn izlərlə polis arasındakı səbəbli əlaqə prezumpsiyası mövcuddur və belə hallarda iddia olunan zorakılıqla bağlı bu hərəkətə yol verdiyi bildirilən şəxslər tərəfindən ağlabatan izahlar irəli sürülə bilər. Əgər ağlabatan bir izah yoxdursa o zaman qurbanın azadlıqdan məhrum edilməsi məsələsində ikinci prezumpsiya diqqət mərkəzinə gəlir: fiziki gücün tətbiqi insan ləyaqətini alçaldır və baxmayaraq ki, bu hərəkəti törətdiyi iddia edilən şəxslər qurbanın davranışı nəticəsində zorakılığın ciddi zərurətdən doğduğunu iddia edərək bu prezumpsiyanı mübahisələndirə bilərlər, yenə də bu qəbildən olan hər hansı hərəkət 3-cü maddənin pozuntusu hesab edilir. Ərizəçilər bildiriblər ki, Məhkəmə qəddarlıq dərəcəsini yalnız davranışın “işgəncə” yoxsa “qeyri-insani və ya insan ləyaqətini alçaldan” rəftar olduğunu müəyyən etmək üçün “ikinci dərəcəli əsas” kimi araşdıra bilər.
58. Ərizəçilər qeyd ediblər ki, hadisədən qısa müddət sonra təqdim olunan tibbi arayışlar sübut edir ki, ərizəçilər polis idarəsini tərk edərkən onların üzündə xəsarət izi olub. Buna əsaslanaraq onlar bildiriblər ki, iş üzrə səbəbli əlaqə prezumpsiyası mövcuddur və yerli polis qismində iştirak edən Hökumət bu prezumpsiyanı rədd edən heç bir izah təqdim etməyib və ərizəçilərə sillə vurulmasını inkar etməyib. Bundan başqa, ərizəçilərə qarşı güc tətbiq edilməsi nə zəruri, nə də proporsional olub. Ərizəçilər bildiriblər ki, onlara sillə vuran polisin üzərində hər hansı xəsarət izinə rast gəlinməyib və bu da onu göstərir ki, onlar hər hansı aktiv müqavimət göstərməyiblər. Ona görə də ərizəçilərə sillə vurulduğunu hər zaman inkar edən polis və Belçika Dövləti sillənin zəruriliyini sübut edə bilməyib və həmçinin məsələyə Belçikada polis zorakılığı kontekstində baxılmasını nəzərə almayıb. Bundan başqa, əsəbi və hörmətsiz mühitin mövcudluğu və ərazi polisi ilə Bouyid ailəsi arasında yaşanan gərginliklə bağlı irəli sürülən iddia güc tətbiqinin zəruri sayılması üçün yetərli deyil. Birinci ərizəçi əlavə edib ki, onun şəxsiyyətinin müəyyən edilməsi üçün polis tərəfindən saxlanılması əsassız olub, bu yoxlama üçün göstərilən səbəb qeyri-müəyyən olub, qarşıdurma zamanı onun pencəyi cırılıb, o, onu vuran polisdən daha zəif bədən quruluşuna malikdir, hadisə baş verərkən o azyaşlı olub, sillə onu şoka salıb, dörd il öncə polisin ona vurduğu zərbə nəticəsində onun qulaq pərdəsinin deşilməsi faktı və polis orqanının səssiz və nəzarətçi mühiti bu hadisə zamanı onun qorxu və stres hissini daha da artırıb. Ikinci ərizəçi əlavə edib ki, o, əyləşmiş vəziyyətdə və hər hansı hədə vəd etmədiyi halda silləyə məruz qalıb.
59. Ərizəçilər bildiriblər ki, Belçikada polis zorakılığı aktual məsələdir: mediada çoxlu sayda bu cür hallar barədə məlumatlar yer alıb və Polis xidmətində qüsurlarla məşğul olan daimi Komitənin (“P Komitəsi”) 2012-ci il tarixli illik hesabatında polis zorakılığı ilə bağlı şikayətlərin sayının artması qeyd olunub (2010-cu ildə 468 şikayət, 2012-ci ildə 576 şikayət). Bundan başqa, İQK özünün 18-27 aprel 2005-ci il tarixlərdə Belçikaya səfərilə bağlı hesabatında qeyd edib ki, “saxlama yerində olan şəxsin hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən pis rəftara məruz qalması riski yolverilməzdir” (20 aprel 2006, CPT/Inf(2006)15, 11-ci paraqraf). Həmçinin, Birləşmiş Millətlər Təşkilatının İşgəncə, Qeyri-İnsani Rəftar və İnsan Ləyaqətini Alçaldan Rəftarın Qadağan Olunmasına dair Komitəsi Belçika ilə bağlı üçüncü dövri hesabatında hüquq mühafizə orqanları əməkdaşları tərəfindən qanunsuz güc tətbiqinin mövcudluğuna dair iddialarla bağlı narahatlığını qeyd edərək bu məsələ ilə bağlı “ətraflı, müstəqil və qərəzsiz” istintaqın aparılmasını tövsiyə edib (28 oktyabr – 22 noyabr 2013, CAT/C/BEL/CO/3, 13-cü paraqraf). Ərizəçilər həmçinin bildiriblər ki, Belçika İnsan Hüquqları Liqasının (OBSPOL) fransız dilli şöbəsi tərəfindən həyata keçirilən polis zorakılığı ilə bağlı müşahidə layihəsi çərçivəsində onların internet səhifəsində polis zorakılığı ilə bağlı hər həftə dörd şikayət əks olunub. Onlar həmçinin bildiriblər ki, onların müşahidələrindən belə təəsürat yaranır ki, polis əməkdaşları onlara qarşı şikayət edilən kimi dərhal sistematik şəkildə şikayət irəli sürürlər və hətta məhkəməyə təqdim olunmuş işlərdə ictimaiyyətin digər üzvlərilə müqayisədə bu işlər üzrə məhkəmə qərarları daha çox hallarda yubandırılıb. Bunun nəticəsində ictimaiyyətdə belə fikir yaranıb ki, bu qəbildən olan işlərdə cəzasızlıq mühiti var və buna görə də bir çox qurbanlar şikayət etməyə meyl göstərməyiblər.
60. 3-cü maddənin prosedur aspektinə gəlincə, ərizəçilər bildiriblər ki, onların işi üzrə aparılan araşdırma Məhkəmə presidentinin tələblərinə cavab verməyib.
61. Onlar ilk olaraq bildiriblər ki, istintaq prinsipial olaraq ailənin hərəkətlərinin işıqlandırılması üzərində qurulub və ərizəçilərin şikayət etdikəri polis idarəsinin polis əməkdaşları tərəfindən hazırlanan sənədlərə əsaslanıb. Ərizəçilərin ailə üzvlərinin adı çəkilən polis idarəsinin polis əməkdaşlarına qarşı irəli sürdükləri şikayətləri və bu şikayətlərə dair hər hansı addım atılmamasını detallı şəkildə əks etdirən xülasə hesabatda ərizəçilərin ailə üzvlərilə bağlı polis əməkdaşlarının hazırladıqları hesabatlarla bağlı məlumat əks olunmayıb, hansı ki, bir çox hallarda heç bir protokol tərtib olunmayıb və ya proses davam etdirilməyib və bu hal onu göstərir ki, istindaq polis əməkdaşlarını təmizə çıxarmaq məqsədi daşıyıb. Ərizəçilər daha sonra qeyd ediblər ki, istintaq polis müdaxiləsilə bağlı hallara aydınlıq gətirməyib.
62. İkincisi, ərizəçilər istintaqda ciddi qüsurlar olduğunu iddia ediblər: araşdırma aparan hakimin təlimatlarının əksinə olaraq ərizəçilər işin heç bir mərhələsində istintaqçılar tərəfindən dindirilməyiblər; polis idarəsinda işləyən polis əməkdaşının avtomobilinin cızılmasına dair 1999-cu ildə baş vermiş qarşıdurma ilə bağlı işin bütün materialları təqdim edilməyib; və araşdırma aparan hakimə Bouyid ailəsinin üzvlərinə qarşı açılmış bir sıra işlərlə bağlı həyata keçirilən hərəkətlərə dair məlumat verilməyib (xülasə hesabatda qeyd olunan işlərin bəziləri əslində mövcud olmayıb və ya bu işlərin bəzilərində ərizəçilər qurban olduqlarını iddia ediblər). Ərizəçilər bildiriblər ki, onlar bu qüsurları qeyd edərkən araşdırma aparan hakimə iyirmi əlavə istintaq tədbirilə bağlı müraciət ediblər, lakin bunlardan sadəcə ikisi qəbul olunub: işin materiallarına bu məsələyə dair e-mail və birinci ərizəçinin 8 dekabr 2003-cü il tarixdə təhqir etdiyi iddia edilən polis əməkdaşının dindirilməsi əlavə edilib (bundan başqa, bu sübutlar ərizəçilər üçün çatımlı olmayıb).
63. Üçüncüsü, cinayət əməlində təqsirli bilinən azyaşlı qurbanın dindirilməsinə dair qanunvericiliyin tələbləri yerinə yetirilməyib (ərizəçilər Cinayət Prosesual Məcəllənin 91 və 92-ci maddələrinə istinad ediblər və bu normaya əsasən azyaşlı şəxslər ədliyyə orqanları tərəfindən dindirilərkən onları yetkinlik yaşına çatmış şəxs müşaiyət edə bilər və bu dindirmə qeydə alına bilər).
64. Dördüncüsü, araşdırma həyata keçirən hakim özü öz vəsatətilə əlavə istintaq tədbirlərinin həyata keçirilməsini xahiş edə bilərdi: birinci ərizəçi saxlanıb dindirilərkən onun yanında olan dostunun dindirilməsi; polis idarəsinin girişində və çıxışındakı kameralardan görüntülərin işin materiallarına daxil edilməsi; ikinci tibbi rəyin tələb olunması; və üzbəüz üzləşdirmənin təşkil olunması.
65. Buna görə də ərizəçilər qeyd ediblər ki, adı çəkilən polis əməkdaşlarının qüsurlarının ört-basdır edilməsinə yönələn səmərəsiz istintaq yolu ilə istintaqı həyata keçirən hakimiyyət orqanları bu əməllərin aşkar edilməməsinə və həmin şəxslərin ittiham edilməsi üçün əsasların olmaması görüntüsü yaratmağa cəhd ediblər.

2. Hökumət

66. Hökumət bildirib ki, ərizəçilərin irəli sürdükləri, şəxsin polis təcridxanasında olarkən xəsarət alması halı baş verərsə, bu xəsarətlə polis arasında səbəbli əlaqənin mövcudluğu prezumpsiyasına dair analiz ilə və eləcə də bu prezumpsiyanın əsaslı izahlarla rədd edilməsi halı ilə razılaşır. Hökumət həmçinin qəbul edib ki, sözügedən şəxs təcrid edildiyi üçün məsələ xüsusilə ciddi xarakter daşıyır və bu halda Məhkəmə de facto hesab edib ki, şəxsin ləyaqəti alçaldılıb, baxmayaraq ki, şəxsin davranışlarına görə güc tətbiqinin ciddi şəkildə zəruri olduğunun sübut edilməsi ilə bu prezumpsiya rədd edilə bilər. Hökumət qeyd edib ki, onlar heç vaxt bu prezumpsiyanı pozmaq niyyətində olmayıblar, lakin müzakirə olunan iş üzrə ətraflı və tam istintaq nəticəsində polislərin müdafiəsinin legitimliyi sübuta yetirilib və odur ki, polis əməkdaşlarının müdafiə olunması bu prezumpsiyaya hər hansı şəkildə zidd olmayıb.
67. Hökumət bildirib ki, məhkəmə hakimiyyəti səbəbli əlaqə prezumpsiyası ilə eyni dərəcədə fundamental prinsip olan Dövlət agentinin təqsirsizliyi prezumpsiyası arasında seçim etməli olub: məhkəmə orqanları təqsirləndirilən şəxsi şikayətçiyə qarşı ləyaqəti alçaldan hərəkətə yol verməkdə təqsirli bilmək üçün heç bir əsaslı şübhənin olmaması prinsipini əsas götürüb.
68. Hökumət vurğulayıb ki, hazırkı işdə baxmayaraq ki, ərizçilər şikayət etdikləri hadisəylə əlaqələndirdikəri zədələri təsdiq edən tibbi arayışlar təqdim ediblər, bu zədələrin sillə nəticəsində əmələ gəldiyini və həmin sillənin hər iki ərizəçiyə polis əməkdaşları tərəfindən vuruduğunu bir tək ərizəçilər iddia edirlər. Bundan əlavə, onlar tərəfindən belə bir əməlin törədilməsini hər zaman qəti şəkildə rədd ediblər və istintaq zamanı əldə edilən sübutların heç biri onların bu bəyanatını təqzib etməyib. Hökumət həmçinin bildirib ki, Bouyid ailəsinin üzvləri hər dəfə polis tərəfindən dayandırılıb dindirildikdən sonra onların arasında qarşıdurma yaranıb və onlar bu qarşıdurmalardan şikayət ediblər. Nəticədə Bouyid ailəsinin üzvləri onların yaşadığı ərazidəki polis idarəsinin polis əməkdaşlarına qarşı bir neçə şikayət ünvanlayıblar. Hökumət yekun olaraq bildirib ki, Bouyid ailəsinin hərəkətlərini nəzərdən keçirdikdə görünür ki, heç bir xəsarətdən söhbət getmir və ərizəçilərin şikayəti polis əməkdaşlarının nüfuzdan salınması məqsədi daşıyıb. Dinləmə zamanı Hökumət belə bir fərziyyə irəli sürüb ki, ərizəçilər uzun illər mübahisə etdikləri və mürəkkəb münasibətdə olduqları yaşadıqları ərazinin polis idarəsinin əməkdaşlarına qarşı iş qaldıra bilmək üçün özləri özlərinə sillə vurublar. Hökumət bildirib ki onların arasındakı gərginlik o həddə olub ki, belə bir fərziyyə ağlabatandır.
69. Buna görədə bu işdə “iddia olunan faktlarla bağlı kifayət qədər ağlabatan şübhələr var”.
70. Hökumət qəbul edib ki, şəxs azadlıqdan məhrum edilərkən və ya hüquq mühafizə orqanlarının nümayəndələrinin nəzarətində olarkən şəxsin əməlləri nəticəsində zəruri olmadığı təqdirdə ona qarşı güc tətbiq edilməsi şəxsin ləyaqətini alçaldır və 3-cü Maddənin tələblərini pozur, lakin Hökumət bildirib ki, sonuncu bəyanat bu prinsipə zidd deyil.
71. Hökumət həmçinin qeyd edib ki, ərizəçilər səmərəli rəsmi istintaqa çatımlı olublar və bu istintaq prosesində hesabatlar, protokollar və dindirmə sənədlərindən ibarət məlumat bazası araşdırılıb. Onlar əlavə ediblər ki, bu istintaq ərizəçilər tərəfindən iddia edilən faktların baş vermədiyini aşkar edib və müvafiq olaraq bir və ya daha artıq təqsirli şəxsin mövcudluğunu müəyyən etmək mümkün olmayıb.
72. Sonda, Hökumət qeyd edib ki, iddia edilən faktlar sübuta yetirilmədiyinə görə bu işin polis zorakılığına qarşı mübarizə standartı olmasını qəbul edə bilməz.

B. Üçüncü tərəfin müşahidələri

1. Ghent Universitetinin İnsan Hüquqları Mərkəzi

73. Adı çəkilən üçüncü tərəf bildirib ki, Palata 3-cü maddənin müəyyən etdiyi qəddarlıq dərəcəsinə çatılmadığını qeyd edərkən ərizəçilərin iddia edilən hörmətsiz və təhrikedici davranışını, ərizəçilərin ailə üzvləri ilə yerli polis əməkdaşları arasında gərgin mühiti və sillənin hər hansı etiraf əldə etmək məqsədilə vurulmadığı faktını və eləcə də bu hərəkətlərin ciddi və uzun müddətli təsiri olmayan hərəkətlər olduğunu nəzərə alıb. Tərəf hesab edib ki, Məhkəmə presidentlərinin işığında bu dörd faktordan ilk üçü aidiyyatı olmayandır. Baxmayaraq ki, dördüncü faktor uyğun faktor kimi qeyd edilib, bildirilib ki, polis tərəfindən azadlıqdan məhrum edilmiş şəxsə qarşı törədilmiş hərəkətin müvafiq qəddarlıq dərəcəsinə çatıb çatmadığını müəyyən etmək üçün çox böyük əhəmiyyət kəsb edən bir meyar var ki, bu da polis əməkdaşlarının onların nəzarəti altında olan şəxsə münasibətdə səlahiyyət həddini aşmalarıdır. Belə işlərdə qəddarlıq dərəcəsi azaldılmalıdır. Üçüncü tərəf Salman Türkiyəyı qarşı ([GC], no. 21986/93, AİHM 2000 VII), Denis Vasilyev Rusiyaya qarşı (no. 32704/04, 17 dekabr 2009), və Valiulienė Litvaya qarşı (no. 33234/07, 26 mart 2013), işlərə istinad edərək bildirib ki, Məhkəmə bu işlərdə hesab edib ki, polis nəzarətində olan şəxslər həssas vəziyyətdə olurlar və 3-cü maddə Dövlətin üzərinə belə vəziyyətdə olan şəxslərin fiziki rifahını müdafiə etmək və 3-cü maddədə nəzərdə tutulan həddə çatılıb çatılmadığını müəyyən etmək üçün qurbanın qorxu və köməksizlik hissini nəzərə almaq vəzifəsi qoyur. Üçüncü tərəf bildirib ki, azyaşlıların azadlıqdan məhrum edilməsi zamanı onların xüsusilə həssas durumda olmaları nəzərə alınaraq bu hal daha geniş tətbiq edilir. Bu kontekstdə sadə sillənin ciddi psixoloji təsiri ola bilər ki, bu da 3-cü maddənin tələblərinə cavab vermir, xüsusilə bu sillə əməkdaşlıqdan imtinayla əlaqədar vurulduqda və ya cəza kimi tətbiq edildikdə daha ciddi zorakılıq hesab edilə bilər.
74. Üçüncü tərəf Məhkəməni, 2006 və 2010-cu illər üzrə İQK-nin Belçika ilə bağlı hesabatını nəzərə almağa çağırıb. Bu hesabatlarda İQK tövsiyə edib ki, Belçika rəsmiləri “polis əməkdaşlarına xatırlatmalıdır ki, həbs zamanı güc tətbiqi ciddi zərurilik həddində olmalıdır və həbs edilən şəxs nəzarət altına alındıqdan sonra ona güc tətbiq edilməsi hər bir halda yolverilməzdir” (İQK/Inf(2010)24 və İKQ/Inf(2006)15).
75. Üçüncü tərəf eyni zamanda qeyd edib ki, Davydov və Başqaları Ukraynaya qarşı işdə (nos. 17674/02 və 39081/02, § 268, 1 iyul 2010) Məhkəmə hesab edib ki, 3-cü maddə Dövlətlərdən hüquq mühafizə orqanlarını maarifləndirməyi tələb edib və bildirib ki, bu maarifləndirmə prosesində hüquq mühafizə orqanları işçiləri öz peşə fəaliyyətlərində yüksək səviyyəli peşəkarlıq əldə etməlidirlər ki, heç kim bu normanın əleyhinə olan hərəkətlərin subyekti olmasın.
76. Son olaraq, üçüncü tərəf vurğulayıb ki, Belçikada polis tərəfindən zorakılıq hallarına yol verilməsi rast gəlinən haldır. Ərizəçilər kimi üçüncü tərəf də P Komitəsi və OBSPOL tərəfindən statistikaya istinad edib. O həm də əlavə edib ki, son illərdə Belçika polis qüvvələri polis zorakılığına dair bir sıra işlərə cəlb olunub və Brüssel ərazisində yerləşən bəzi polis stansiyalarında əllə sillə vurma (belə üsuldan istifadə edərək iz qoymamağa çalışılır) halları davamlı şəkildə baş verir.

S2. DÜZƏLİŞ

77. Üçüncü tərəf bildirib ki, beynəlxalq insan hüquqları, hüquq mühafizə orqanları tərəfindən fiziki gücün tətbiqinə yalnız zəruri hallarda və legitim məqsədə proporsional həddə icazə verir. Üçüncü tərəf Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 10-cu maddəsinə, BMT İnsan Hüquqları Komitəsinin 20-ci Ümumi Şərhinə, BMT-nin Hüquq Mühafizə Orqanları Əməkdaşlarının Davranış Kodeksinə, Polis Etikası haqqında Avropa Kodeksinə (Nazirlər Komitəsi, Rec(2001)10) və Avropa Polis Qaydalarına (Məhkəmə və İQK öz işlərində bu sənədə istinad edib) və eləcə də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Demokratik İcra haqqında Bələdçi sənədinə istinad edib. Həmin sənədlərdən aşağıdakı mətnlərə istinad edilib: hər kəsin işgəncəyə, qəddar, insan ləyaqətini alçaldan və ya pis rəftara və cəzaya məruz qalmamaq haqqı var. Hər Növ Təcridxanada və Həbsdə olan Bütün Şəxslərin Müdafiəsi haqqında Prinsiplər üzrə BMT qurumu da şərh etdiyi kimi, bu terminlər geniş formada şərh olunaraq hər cür pis rəftara qarşı müdafiəni əhatə etməlidir; ilk olaraq qeyri-zorakılıq vasitələrindən istifadəyə cəhd edilməlidir; zorakılıq yalnız ciddi şəkildə zəruri olduqda tətbiq edilməlidir və sırf hüquqi və hüquq-mühafizə xarakteri daşımalıdır; təcrid edilmiş şəxslərlə münasibətdə hüquq mühafizə orqanları əməkdaşları zorakılıq tətbiq etməməlidirlər və bu haldan istisnaya yalnız təhlükəsizliyin qorunması və qurumun daxilində nizam-intizam yaratmaq zərurəti yarandıqda və ya şəxsi təhlükəsizlik təhdid edildikdə yol verilir; qanunsuz güc tətbiq edilməsinə heç bir istisna və ya xoş görü olmamalıdır; güc tətbiq edilməsi hər zaman hüquqi məqsədlərə proporsional olmalıdır; güc tətbiq etməmək naminə təmkinlilik nümayiş etdirilməlidir; yetirilən xəsarət minimum həddə olmalıdır; gücdən fərqli vasitələrə çatımlılıq olmalıdır; bütün hüquq mühafizə əməkdaşları gücdən fərqli olan müxtəlif vasitələrdən istifadə qaydaları ilə bağlı maarifləndirilməlidirlər; və bütün məsul şəxslər qeyri-zorakı vasitələrdən istifadə üzrə maarifləndirilməlidirlər.
78. Üçüncü tərəf qeyd edib ki, Məhkəmə müəyyən edib ki, Dövlət nümayəndəsinin azadlıqdan məhrum edilən şəxsin əməlləri ciddi şəkildə zəruriyyət yaratmadığı təqdirdə ona güc tətbiq etməsi şəxsin ləyaqətini alçaldır və bu hal 3-cü maddənin pozuntusudur. Bu prinsip eyni zamanda Amerika İnsan Hüquqları Məhkəməsinin prinsiplərində də yer alıb (17 sentyabr 1997-ci il tarixli Loayza Tamayo Peruya qarşı qərarın 57-ci maddəsinə istinad edilib). Bundan başqa, Məkəmə bildirib ki, bu cür ciddi zərurət olmadıqda 3-cü maddənin pozuntusunu müəyyən etmək üçün şəxsin məruz qaldığı qəddarlıq dərəcəsini araşdırmağa ehtiyac yoxdur (istinad edilib: Keenan Birləşmiş Krallığa qarşı iş no. 27229/95, 113-cü paraqraf, AİHM 2001 III); zəruriyyət olduğu aşkar edilərsə o zaman bütün mühüm faktorlar, həmçinin bu cür davranışın müddəti, onun fiziki və/və ya əqli təsiri, eləcə də bəzi hallarda qurbanın cinsi, yaşı və səhhəti, həmçinin xüsusi həssaslığı nəzərə alınır; və tutulan şəxslər tamamilə polis və ya məhkəmə heyətinin nəzarəti altında olduqları üçün onların durumu xüsusilə həssas olub. Üçüncü tərəf həmçinin əlavə edib ki, 2 iyun 2010-cu il tarixli qərarda (no. 543/2010) İspaniya Ali Məhkəməsi şəxsin həssaslığını nəzərə alaraq qərara gəlib ki, polis əməkdaşı tərəfindən tutulan şəxsə vurulan sillə, hətta bu sillə iz qoymayacaq dərəcədə olsa belə alçaldıcı və təhqiredici hərəkətdir. Bu yanaşma həmçinin Terrorizmlə Mübarizədə İnsan Hüquqlarının və Fundamental Azadlıqlarının Müdafiəsi və İnkişafı üzrə Xüsusi Məruzəçi, İQK və BMT İnsan Hüquqları Komitəsi tərəfindən də qeyd edilib.
79. Üçüncü tərəf bildirib ki, BMT-nin İşgəncə və digər Qəddar, Qeyri-İnsani və İnsan Ləyaqətini Alçaldan Davranışın və Cəzanın Qadağan Olunması üzrə Xüsusi Məruzəçisinin də qeyd etdiyi kimi, azadlıqdan məhrum edilən uşaqlar ikiqat həssas durumdadırlar. BMT-nin Azadlıqdan məhrum edilmiş Azyaşlıların Müdafiəsi haqqında qaydalarına və Uşaq Hüquqları üzrə BMT Komitəsinin işinə istinad edən üçücü tərəf əlavə edib ki, çox məhdud sayda məqsədlər istisna olmaqla uşaqlara qarşı güc tətbiq edilməsinin qadağan edilməsi qəti şəkildə müəyyən edilib. Bu, qeyri-fiziki və niyyətsiz zorakılıq da daxil olmaqla, eləcə də təkrarlıq həddi və qəddarlıq dərəcəsindən və ziyan vurmaq məqsədi daşıyıb daşımamasından asılı olmayaraq zorakılığın bütün növlərinə tətbiq olunur. Üçüncü tərəf İQK-nin doqquzuncu hesabatında da qeyd edildiyi kimi, “pedoqoji/tərbiyəvi məqsədlə güc tətbiq edilməsi”ni (xüsusilə pedoqoji sahələrdə sillə vurulmasını) pisləyib və bildirib ki, bu güc əməkdaşlıq etməkdən imtinaya görə və ya pis rəftara görə tətbiq olunur. İQK də vurğulayıb ki, polis idarələri azyaşlıların ən çox məqsədli şəkildə pis rəftara məruz qalma riski altında olduğu yerdir.
80. Son olaraq üçüncü tərəf vurğulayıb ki, milli hüquq sistemləri beynəlxalq və regional standardları əks etdirir. Ciddi zəruri məqsəd olduğu hallar istisna olmaqla güc tətbiqindən istifadənin qadağan olunması Birləşmiş Krallıq, İsveç, Avstraliya, Kanada və Birləşmiş Ştatlarda da nəzərsə tutulur.

C. Məhkəmənin qiymətləndirməsi

1. Şikayətin mahiyyətilə bağlı olan aspektlər

(a) Ümumi prinsiplər

81. Konvensiyanın 3-cü maddəsi demokratik cəmiyyətin ən fundamental dəyərlərindən birini qoruyur (bax, digər işlərlə yanaşı, Selmouni Fransaya qarşı [GC], no. 25803/94, 95ci paraqraf, AİHK 1999 V; Labita İtaliyaya qarşı [GC], no. 26772/95, 119-cu paraqraf, AİHK 2000 IV; Gäfgen Almaniyaya qarşı [GC], no. 22978/05, 87-ci paraqraf, AİHK 2010; El-Masri “keçmiş Yuqoslaviya ölkəsi olan Makedoniya”ya qarşı [GC], no. 39630/09, 195-ci paraqraf, AİHK 2012; və Mocanu və Başqaları Rumıniyaya qarşı [GC], nos. 10865/09, 45886/07 və 32431/08, 315-ci paraqraf, AİHK 2014 (çıxarışlar)). Həqiqətən də işgəncə və qeyri-insani və ya insan ləyaqətini alçaldan rəftar və ya cəzanın qadağan olunması sivilizasiyanın dəyəridir və insan ləyaqətinə hörmətlə sıx əlaqədardır.
Konvensiya ilə qorunan bir çox digər hüquq və azadlıqlardan fərqli olaraq 3-cü Maddə istisnanı qadağan edir və 15-ci maddənin 2-ci bəndinə müvafiq olaraq xalqın həyatına təhlükə yaradan fövqəladə hallarda belə bu maddədən istisnaya yol verilmir (ibid). Hətta ən çətin şəraitdə belə, məsələn, terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə zamanı, Konvensiya işgəncə və qeyri-insani və ya insan ləyaqətini alçaldan davranışı və ya cəzanı bu davranış və ya cəzaya məruz qalan şəxsin əməllərindən asılı olmayaraq, mütləq şəkildə qadağan edir (bax, digər qərarlarla yanaşı, Chahal Birləşmiş Krallığa qarşı, 15 noyabr 1996, 79-cu paraqraf, Hökm və Qərarlarla bağlı Hesabatlar 1996 V; və Labita, Gäfgen və El Masri, hər biri yuxarıda qeyd olunub; həmçinin bax Georgia Rusiyaya qarşı (I) [GC], no. 13255/07, 192-ci paraqraf, AİHK 2014 (əlavələr); və Svinarenko və Slyadnev Rusiyaya qarşı [GC], nos. 32541/08 və 43441/08, 113-cü paraqraf, AİHK 2014 (çıxarışlar)).
82. 3-cü maddəyə zidd pis rəftarın törədilməsi iddiaları müvafiq sübutlarla təsdiq olunmalıdır. Bu sübutları yoxlamaq üçün Məhkəmə “ağlabatan şübhələrdən kənar” sübut standardları qəbul edir, lakin həmçinin əlavə edir ki, bu cür sübut kifayət qədər ciddi, aydın və uyğun nəticələr və ya faktların oxşar və etiraz edilməyən prezumpsiyalarından doğa bilər (bax, digər qərarlarla yanaşı, Irlandiya Birləşmiş Krallığa qarşı, 18 yanvar 1978, 161-ci paraqraf xülasə, Seriya A no. 25; Labita, yuxarıda qeyd edilib, 121-ci paraqraf; JallohAlmaniyaya qarşı [GC], no. 54810/00, 67-ci paraqraf, AİHK 2006 IX; Ramirez Sançez Fransaya qarşı [GC], no. 59450/00, 117-ci paraqraf, AİHM 2006 IX; və Gäfgen, yuxarıda qeyd olunub, 92-ci paraqraf).
83. Bu son qeydlə bağlı Məhkəmə izah edib ki, sözügedən hadisələr və ya daha geniş baxdıqda, təcrid olunmuş şəxslər hakimiyyət orqanlarının nəzarətindədirsə və həmin orqanlar bundan açıq-aşkar xəbərdardırlarsa, bu saxlama müddətində şəxsin aldığı xəsarətlərlə bağlı ciddi faktiki prezumpsiyalar yaranacaq. Bu zaman sübutetmə yükü Hökumətin üzərinə düşür və Hökumət faktlardan ibarət sübutlar təqdim etməklə qurbanın hadisələrlə bağlı fikirlərini şübhə altına alan yetərli və inandırıcı izahatlar verməlidir. (bax Salman, yuxarıda qeyd olunub, 100-cü paraqraf; Rivas Fransaya qarşı, no. 59584/00, 38-ci paraqraf, 1 aprel 2004; və həmçinin, digər qərarlarla yanaşı, Turan Çakır Belçikaya qarşı, no. 44256/06, 54-cü paraqraf, 10 mart 2009; Mete və Başqaları Türkiyəyə qarşı, no. 294/08, 112-ci paraqraf, 4 oktaybr 2012; Gäfgen, yuxarıda qeyd olunub, 92-ci paraqraf; və El-Masri, yuxarıda qeyd olunub, 152-ci paraqraf). Bu cür izahatlar olmadıqda Məhkəmə Hökumətin xeyrinə olmayan nəticələrə gələ bilər (bax, başqa qərarlarla yanaşı, El-Masri, yuxarıda 152-ci paraqrafda qeyd olunub). Bu, onunla əsaslandırılır ki, həbsdə olan şəxslər həssas durumdadırlar və hakimiyyət orqanları onları müdafiə etmək vəzifəsi daşıyır (bax, digər qərarlarla yanaşı, Salman, yuxarıda qeyd olunur, 99-cu paraqraf).
84. Palata hazırki işdə bildirib ki, həmin prinsipə polis diarəsində şəxsiyyətin yoxlanması kontekstində (birinci ərizəçinin işindəki kimi) və ya bu qurumlarda sadəcə dindirilərkən (ikinci ərizəçinin işindəki kimi) əməl olunub. Böyük Palata razılaşır ki, yuxarıda 83-cü paraqrafda qeyd olunan prinsip şəxs polisin və ya hər hansı digər oxşar hakimiyyət orqanının nəzarəti altında olduğu bütün işlərə tətbiq olunur.
85. Məhkəmə həmçinin El-Masri qərarında (yuxarıda qeyd olunub, 155-ci paraqraf) bildirib ki, müəyyən bir işin hallarından asılı olaraq bu cür davranışın baş verməsi qaçınılmaz olduqda birinci instansiya məhkəməsi rolunda çıxış edərkən ehtiyatlılıq nümayiş etdirmək lazımdır (bax, McKerr Birləşmiş Krallığa qarşı (dec.), no. 28883/95, 4 aprel 2000), 3-cü maddənin pozuntusu iddia edilərkən, hətta müəyyən yerli proseslər və araşdırmalar aparılıbsa belə (bax, Cobzaru Rumıniyaya qarşı, no. 48254/99, 65-ci paraqraf, 26 iyul 2007), “xüsusi dəqiq araşdırma” tətbiq olunmalıdır (bax, mutatis mutandis, Ribitş Avstriyaya qarşı, 4 dekabr 1995, 32-ci paraqraf, Seriya A no. 336; və Georgiy Bykov Rusiyaya qarşı, no. 24271/03, 51-ci paraqraf, 14 oktyabr 2010). Başqa sözlə, bu cür hallarda Məhkəmə yerli məhkəmələrin qərarı ilə bağlı hərtərəfli dəqiq araşdırma aparmalıdır. Bu araşdırma zamanı Məhkəmə yerli proseslərin keyfiyyətini və qərarların qəbul edilməsində hər hansı mümkün qüsurları nəzərə ala bilər (bax, Denisenko və Bogdanchikov Rusiyaya qarşı, no. 3811/02, 83-cü paraqraf, 12 fevral 2009).
86. Pis rəftar 3-cü maddənin təsiri altına düşmək üçün minimum qəddarlıq səviyyəsinə çatmalıdır. Bu minimum həddin müəyyən edilməsində işin müxtəlif halları, davranışın müddəti, onun fiziki və əqli təsiri və bəzi hallarda qurbanın cinsi, yaşı və səhhəti araşdırılır (bax, digər qərarlarla yanaşı, Irlandiya Birləşmiş Krallığa qarşı, yuxarıda qeyd olunub, 162-ci paraqraf; Jalloh, yuxarıda qeyd olunub, 67-ci paraqraf; Gäfgen, yuxarıda qeyd olunub, 88-ci paraqraf; El-Masri, yuxarıda qeyd olunub, 196-cı paraqraf; və Svinarenko və Slyadnev, yuxarıda qeyd olunub, 114-cü paraqraf). Digər amillərə pis rəftara yol verilməsinin, onun arxasındakı niyyət və motivin məqsədi daxildir (müqayisə et, inter alia, Aksoy Türkiyəyə qarşı, 18 dekabr 1996, 64-cü paraqraf, Hesabatlar 1996 VI; Egmez Kiprə qarşı, no. 30873/96, 78-ci paraqraf, AİHK 2000 XII; və Krastanov Bolqarıstana qarşı, no. 50222/99, 53-cü paraqraf, 30 sentyabr 2004; həmçinin bax, digər qərarlarla yanaşı, Gäfgen, yuxarıda qeyd olunub, 88-ci paraqraf; və El-Masri, yuxarıda qeyd olunub, 196-cı paraqraf). Lakin qurbanın ləyaqətinin alçaldılması niyyətinin olmaması nəticə etibarı ilə 3-cü maddənin pozuntusunu istisna etmir (bax, digər qərarlarla yanaşı, V. Birləşmiş Krallığa qarşı [GC], no. 24888/94, 71-ci paraqraf, AİHK 1999 IX; və Svinarenko və Slyadnev, yuxarıda qeyd olunub, 114-cü paraqraf). Eyni zamanda pis rəftarın konteksti, məsələn gərginliyin və emosionallığın yüksəldiyi atmosfer, nəzərə alınmalıdır (müqayisə et, məsələn, Selmouni, yuxarıda qeyd olunub, 104-cü paraqraf; və Egmez, yuxarıda qeyd olunub, 78-ci paraqraf; həmçinin bax, digər qərarlarla yanaşı, Gäfgen, yuxarıda qeyd olunub, 88-ci paraqraf).
87. Bu cür minimum qəddarlıq dərəcəsinə çatan pis rəftar bədəndə xəsarət və ya şiddətli fiziki və ya əqli əzablarla müşahidə olunur. Lakin, edilən hərəkət şəxsin ləyaqətini alçaldırsa, ona hörmətsizlik nümayiş etdirir və ya onun insan olaraq dəyərini azaldırsa, onda qorxu, narahatlıq və ya dəyərsizlik hissləri yaradıraq şəxsin mənəvi və fiziki müqavimətini sındırırsa, o zaman hətta bu amillər mövcud olmadıqda belə bu davranış ləyaqəti alçaldan davranış hesab olunur və 3-cü maddənin təsiri altına düşür (bax, digər qərarlarla yanaşı, Vasyukov Rusiyaya qarşı, no. 2974/05, 59-cu maddə, 5 aprel 2011; Gäfgen, yuxarıda qeyd olunub, 89-cu maddə; Svinarenko və Slyadnev, yuxarıda qeyd olunub, 114-cü paraqraf; və Georgia Rusiyaya qarşı (I), yuxarıda qeyd olunub, 192-ci paraqraf). O da qeyd olunmalıdır ki, digər şəxsin gözündə deyil qurbanın gözündə onun ləyaqətinin alçaldılması da yetərli sayıla bilər (bax, digər qərarlarla yanaşı, Tyrer Birləşmiş Krallığa qarşı, 25 aprel 1978, 32-ci paraqraf, Seriya A no. 26; və M.S.S. Belçikaya və Yunanıstana qarşı [GC], no. 30696/09, 220-ci paraqraf, AİHK 2011).
88. Bundan başqa,işin hallarına baxdıqda görünür ki, Məhkəmə xüsusilə vurğulayır ki, azadlıqdan məhrum edilən və ya ümumilikdə hüquq mühafizə orqanları əməkdaşlarının nəzarətindəykən şəxsə qarşı onun hərəkətlərindən doğan ciddi zərurət olmadığı təqdirdə fiziki güc tətbiq edilməsi onun ləyaqətini alçaldır və 3-cü maddənin pozuntusuna səbəb olur (bax, digər qərarlarla yanaşı, Ribitsch, yuxarıda qeyd olunub, 38-ci paraqraf; Mete və Başqaları, yuxarıda qeyd olunub, 106-cı paraqraf; və El-Masri, yuxarıda qeyd olunub, 207-ci paraqraf).
89. “Ləyaqət” sözü bir çox beynəlxalq və regional sənədlərdə əks olunub (bax, yuxarıda 45-47-ci paraqraflar). Baxmayaraq ki, Konvensiya bu konsepti nəzərə almayıb – lakin ölüm cəzasının bütün hallarda qadağan olunmasına dair 13-cü Protokolun preambulasında qeyd olunub – Məhkəmə vurğulayıb ki, insan ləyaqətinə hörmət, insan azadlıqları ilə yanaşı (bax C.R. Birləşmiş Krallığa qarşı, 22 noyabr 1995, 42-ci paraqraf, Seriya A no. 335 C; və S.W. Birləşmiş Krallığa qarşı, 22 noyabr 1995, 44-cü paraqraf, Seriya A no. 335 B; həmçinin bax, digər qərarlarla yanaşı, Pretty Birləşmiş Krallığa qarşı, no. 2346/02, 65-ci paraqraf, AİHK 2002 III), Konvensiyanın mahiyyətinin əsasını təşkil edir (bax, Svinarenko və Slyadnev, yuxarıda qeyd olunub, 118-ci paraqraf).
90. Bununla yanaşı, Konvensiyanın 3-cü Maddəsi kontekstində “ləyaqəti alçaldan” davranış və ya cəza ilə “ləyaqətə” hörmət konseptləri arasında xüsusilə ciddi əlaqə mövcuddur. 1973-cü ildə İnsan Hüquqları üzrə Avropa Komissiyası qeyd etdi ki, Konvensiyanın 3-cü Maddəsi kontekstində “ləyaqəti alçaldan davranış” ifadəsi göstərir ki, bu normanın ümumi məqsədi xüsusilə insan ləyaqətinə ciddi müdaxilənin qarşısını almaqdır (bax, Şərqi Afrikalı Asiyalılar Birləşmiş Krallığa qarşı, nos. 4403/70, 4404/70, 4405/70, 4406/70, 4407/70, 4408/70, 4409/70, 4410/70, 4411/70, 4412/70, 4413/70, 4414/70, 4415/70, 4416/70, 4417/70, 4418/70, 4419/70, 4422/70, 4423/70, 4434/70, 4443/70, 4476/70, 4477/70, 4478/70, 4486/70, 4501/70, 4526/70, 4527/70, 4528/70, 4529/70 and 4530/70, Komissiyanın 14 dekabr 1973-cü il tarixli hesabatı, Qərarlar və Hesabatlar 78-A, 192-ci paraqraf). Məhkəmə öz növbəsində ilk dəfə bu konseptə Tyrer işində (yuxarıda qeyd olunub), “insan ləyaqətini alçaldan davranış” deyil, “insan ləyaqətini alçaldan cəza” şəklində istinad edib. Sözügedən cəzanın Konvensiyanın 3-cü Maddəsi altında insan ləyaqətini alçaldan cəza olduğunu bildirən Məhkəmə bu fakta istinad edib: “Baxmayaraq ki, ərizəçi hər hansı qəddar və ya uzun müddətli fiziki təsirlə müşahidə olunan ağrıdan əziyyət çəkməyib, onun cəzası, hansı ki hakimiyyət orqanları tərəfindən ona qarşı obyekt kimi davranılan hərəkətlə müşahidə olunub, qəti şəkildə 3-cü Maddənin əsas məqsədlərindən biri olan şəxsin ləyaqətinin və fiziki tamlığının müdafiəsinin pozuntusuna səbəb olub” (33-cü paraqraf). Bundan sonra da bir sıra Məhkəmə qərarları “ləyaqəti alçaldan davranış” və “ləyaqətə” hörmət anlayışları arasında yaxın əlaqənin olduğunu vurğulayıb (bax, məsələn, Kudła Polşaya qarşı [GC], no. 30210/96, 94-cü paraqraf, AİHK 2000 XI; Valašinas Litvaya qarşı, no. 44558/98, 102-ci paraqraf, AİHK 2001 VIII; Yankov Bolqarıstana qarşı, no. 39084/97, 114-cü maddə, AİHK 2003 XII (çıxarışlar); və Svinarenko və Slyadnev, yuxarıda qeyd olunub, 138-ci paraqraf).

(b) Araşdırılan halların hazırki işə tətbiqi

(i) Faktların müəyyən edilməsi

91. Hökumət etiraz etmədi ki, bu işdə yuxarıda qeyd edilən prinsip mövcuddur ki, həmin prinsipə görə polisin nəzarətində olduqdan sonra şəxsdə xəsarət izləri olduqda və şəxs bu izlərin pis rəftar nəticəsində yarandığını iddia etdikdə bu, sübuta ehtiyacı olan ehtimaldır (bax, yuxarıda 83-84-cü paraqraflar). Hökumət həmçinin qəbul edbi ki, işdə bu prinsip tətbiq olunub. Lakin, hökumət həmçinin bildirib ki, ərizəçilər tərəfindən təqdim edilən tibbi arayış nə xəsarətin sillə nəticəsində əmələ gəldiyini, nə də ərizəçilərə xəsarətin polis əməkdaşları tərəfindən yetirildiyini qeyd edilib və sözü gedən polis əməkdaşları da belə bir hərəkətə yol vermədiklərini hər zaman bildiriblər. Onlar əlavə ediblər ki, istintaq zamanı toplanan sübutların heç biri onların bu hərəkətə yol verdiyini təsdiq etməyib.
92. Məhkəmə hesab edir ki, adı çəkilən prezumpsiyadan yararlanmaq üçün Konvensiyanın 3-cü maddəsinin pozuntusunun qurbanı olduğuna iddia edən şəxslər polisin və ya oxşar hakimiyyət orqanının nəzarəti altında olduqdan sonra xəsarət aldıqlarını nümayiş etdirməlidirlər. Məhkəmənin araşdırdığı işlərin çoxu göstərir ki, bu şəxslər adətən bu məqsədlə zədələri və ya xəsarət izlərini təsvir edən tibbi arayışlar təqdim edirlər və Məhkəmə, bunu mahiyyət üzrə sübutlardan ibarət materiala daxil edir.
93. Məhkəmə daha sonra bildirir ki, hazırki iş üzrə tibbi arayışların doğruluğu təqzib olunmayıb və birinci ərizəçinin işi üzrə arayışda göstərilib ki, o, “şok vəziyyətdə” olub, “sol yanağında eritema (yoxa çıxmaqdadır)” və “sol eşitmə kanalında eritema” (bax, yuxarıda 12-ci paraqra) müşahidə edilib və ikinci ərizəçinin işində isə “sol yanağında göyərti” (bax, yuxarıda 16-cı paraqraf) izlərinə rast gəlinib. Bunların, üzdə olan sillə izlərinin nəticəsi olması mümkündür.
94. Məhkəmə həmçinin müşahidə edir ki, arayışlar hadisə baş verən gün, ərzəçilər Saint-Josse-ten-Noode polis idarəsini tərk etdikdən az vaxt sonra tərtib edilib və bu da həmin arayışların sübut qiymətini artırır. Birinci ərizəçilə bağlı tibbi arayış 8 dekabr 2013-cü il tarixdə, saat 18:20-də tərtib edilib və həmin ərizəçi saat 16:00-dan 16:30-dək polis idarəsində olub (bax, yuxarıda 12 və 14-cü paraqraflar). Ikinci ərizəçilə bağlı arayış, P Komitəsinə təqdim edilərkən (bax, yuxarıda 25-ci paraqraf) 23 fevral 2004-cü il tarixdə, saat 11:20-dən əvvəl tərtib olunub və ikinci ərizəçi saat 9:44-dən 10:20-dək polis idarəsində olub (bax, yuxarıda 15 və 16-cı paraqraflar).
95. Məhkəmə qeyd edir ki, ərizəçilərin Saint-Josse-ten-Noode polis idarəsinə gətirilərkən onların üzündə xəsarət izləri olmaması məsələsi mübahisə edilməyib.
96. Nəhayət, yerli proses boyunca adı çəkilən polis əməkdaşları ərizəçilərə sillə vurduqlarını daim inkar ediblər. Lakin, ərizəçilər də daimi olaraq bunun əksini iddia ediblər. Bundan başqa, istintaqda ciddi qüsurlar olduğu nəzərə alınarsa, (bax, aşağıda 124-134-cü paraqraflar) sadəcə istintaqın bunun əksini göstərən hər hansı sübut təqdim etməsı səbəbilə polis əməkdaşlarının ifadələrinin dəqiq olması qənaətinə gəlmək mümkünsüzdur. sadəcə ki, istintaqın bunun əksini göstərən hər hansı sübut təqdim etməsı səbəbilə polis əməkdaşlarının ifadələrinin dəqiq olması qənaətinə gəlmək mümkünsüzdur.
97. Hökumətin dinləmələr zamanı irəli sürdüyü, ərizəçilərin polis əməkdaşlarına qarşı iş qaldırmaq naminə özlərinə sillə vurmaları fərziyyəsinə gəlincə (bax, yuxarıda 68-ci paraqraf), Məhkəmə bildirir ki, bunu sübut edən heç bir dəlil yoxdur. Bundan başqa, tərəflərin təqdim etdikləri sübutlara istinad etsək, yerli məhkəmə proseslərində qeyd olunan fərziyyə irəli sürülməyib.
98. Məhkəmə baş verənlərin işığında hesab edir ki, ərizəçilər tərəfindən təqdim olunan ərizədə təsvir olunan göyərti izlərinin onların Saint Josse ten-Noode polis idarəsində olduğu vaxt baş verdiyi iddiası kifayət qədər əsaslıdır. Məhkəmə həmçinin qeyd edir ki, Hökumət, ərizəçilərin xəsarətlə bağlı izlərin polis əməkdaşları tərəfindən vurulan sillə nəticəsində əmələ gəldiyinə dair iddialarına şübhə yaradan hər hansı sübut təqdim etməyib. Buna görə də Məhkəmə bu faktı sübuta yetirilmiş hesab edir.
99. İndi ərizəçilərin bu davranışın Konvensiyanın 3-cü maddəsinin pozuntusu olmasına dair iddiaları əsaslandırıb əsaslandırmadıqlarını müəyyən etmək qalır.

(ii) Ərizəçilərə qarşı davranışın təsnifatlandırılması

100. Məhkəmə əvvəllər də qeyd edib ki (bax, yuxarıda 88-ci paraqraf), şəxs azadlıqdan məhrum edildikdə və ya daha ümumi şəkildə desək, hüquq mühafizə orqanları əməkdaşlarının nəzarətindəykən şəxsin hərəkətlərinin nəticəsindən yaranan zərurət olmadıqda ona qarşı tətbiq edilən güc, insan ləyaqətini alçaldan hərəkətdir və prinsip etibarı ilə Konvensiyanın 3-cü maddəsində nəzərdə tutulan hüququn pozuntusudur.
101. Məhkəmə vurğulayır ki, “prinsip etibarı ilə” sözləri, yuxarıda qeyd olunan qəddarlıq dərəcəsinə (bax, yuxarıda 86-87-ci paraqraflar) çatılmadığı iddiası əsas gətirilərək, bir sıra hallarda müvafiq hərəkətin pozuntu olmaması kimi başa düşülməməlidir. Insan ləyaqətinə hər hansı müdaxilə Konvensiyanın mahiyyətinə tamamilə ziddir (bax, yuxarıda 89-cu paraqraf). Bu səbəbdən də hüquq mühafizə orqanı əməkdaşlarının vis-à-vis şəxsin ləyaqətini alçaldan hər hansı hərəkəti Konvensiyanın 3-cü maddəsinin pozuntusu hesab olunur. Bu, xüsusilə şəxsin hərəkətləri ciddi şəkildə zərurət yaratmadığı təqdirdə ona qarşı fiziki güc tətbiq edildiyi hallara aiddir və bu zaman tətbiq edilən gücün şəxsə təsiri o qədər də əhəmiyyətli deyil.
102. Hazırki işdə Hökumət, ərizəçilərin şikayət etdikləri və fiziki güc sayılan sillələrin onların hərəkətləri nəticəsində yaranan ciddi zərurət nəticəsində vurulduğuna dair iddialar irəli sürməyib; O, sadəcə hər hansı sillənin vurulmasını inkar edib. Faktiki olaraq, iş materiallarından bəlli olur ki, sillələr hörmətsiz münasibətə cavab olaraq qeyri-iradi şəkildə baş vermiş hərəkət olub və təbii ki, bu, zəruriliyin təsdiq edilməsi üçün yetərli deyil. Məhkəmə nəticədə hesab edir ki, ərizəçilərin ləyaqəti alçaldılıb və buna görə də Konvensiyanın 3-cü maddəsinin pozuntusu baş verib.
103. Hər bir halda, Məhkəmə vurğulayır ki, hüquq mühafizə orqanının əməkdaşı tərəfindən tamamilə onun nəzarəti altında olan şəxsə sillə vurulması, həmin şəxsin ləyaqətinə ciddi hücum hesab olunur.
104. Sillə vurulan şəxsə bu sillənin əhəmiyyətli dərəcədə təsiri var. Üzə vurulan sillə şəxsin bədəninin elə hissəsinə təsir edir ki, bu hissə onun şəxsiyyətini, eləcə də sosial şəxsiyyətini ifadə edir və onun hisslərinin mərkəzinə – görməsinə, nitqinə və eşitməsinə – təsir edir ki, qeyd edilən bu hisslər digərləri ilə kommunikasiya yaratmaq üçün istifadə olunur. Həqiqətən də Məhkəmə, ictimai yerlərdə üzü bağlamaq niyyətilə geyinilən geyimlərin qadağan olunmasında dair işlərdə (bax, S.A.S. Fransaya qarşı [GC], ictimai yerlərdə üzü bağlamaq niyyətilə geyinilən geyimlərin qadağan olunmasıa dair; no. 43835/11, 122 və 141-ci paraqraflar, AİHK 2014 (çıxarışlar)) sosial münasibətlərdə üzün oynadığı rolla bağlı qeydlər edib. Məhkəmə həmçinin Konvensiyanın 3-cü maddəsinin anlayışına müvafiq olaraq, bədənin həmin hissəsinin səciyyəviliyinə istinad edib və bildirib ki, “xüsusilə yerinə görə” şəxsin həbsi zamanı onun başına zərbə endirilməsi və bunun nəticəsində onun alnında 2 sm ölçüdə şiş və göyərtinin olması 3-cü maddənin pozuntusunun baş verdiyini iddia etmək üçün kifayət qədər ciddidir (bax, Samüt Karabulut Türkiyəyə qarşı, no. 16999/04, 41 və 58-ci paraqraflar, 27 yanvar 2009).
105. Məhkəmə bir daha qeyd edir ki, qurbanın öz gözündə ləyaqətinin alçaldılması, Konvensiyanın 3-cü maddəsi kontekstində ləyaqəti alçaldan hərəkət hesab edilməsi üçün yetərlidir (bax, yuxarıda 87-ci paraqraf). Həqiqətən, Məhkəmə şübhə etmir ki, hətta qabaqacadan düşünülməmiş sillə, həmin sillənin vurulduğu şəxsə hər hansı ciddi və ya uzun müddətli təsir göstərib göstərməməsindən asılı olmayaraq, onun tərəfindən ləyaqəti-alçaldan hərəkət kimi qəbul edilər bilər.
106. Bu, hüquq mühafizə orqanları əməkdaşları tərəfindən onların nəzarətində olan şəxslərə sillə vurulması hallarında xüsusilə doğrudur, çünki qeyd edilən hallarda hüquq mühafizə orqanları əməkdaşları ilə ərizəçilər arasında nəzarət və tabeçilik münasibətləri mövcuddur. Qurbanların bu cür hərəkətin qeyri-qanuni olduğunu bilməsi faktı həmin hərəkətə yol verən hüquq mühafizə orqanları əməkdaşları tərəfindən əxlaq və peşə etikasının pozulması deməkdir və Palatanın da öz qərarında düzgün olaraq qeyd etdiyi kimi, qəbuledilməz olan bu hərəkət daha sonra bu hərəkətə məruz qalan şəxslərdə özbaşına davranış, ədalətsizlik və gücsüzlük kimi hisslər doğura bilər (bu cür hissi Konvensiyanın 3-cü maddəsi kontekstində nəzərdən keçirmək üçün bax, məsələn, Petyo Petkov Bolqarıstana qarşı, no. 32130/03, 42 və 47-ci paraqraflar, 7 yanvar 2010).
107. Bundan başqa, polis idarəsində saxlanılan şəxslər və ya ərizəçilərin də işində olduğu kimi, sadəcə şəxsiyyətin müəyyən edilməsi və ya dindirmə üçün polis idarəsinə aparılan şəxslər və ya daha geniş yanaşsaq, polis və ya oxşar hüquq mühafizə orqanlarının nəzarəti altında olan şəxslər həssas vəziyyətdədirlər. Hakimiyyət orqanları nəticə etibarı ilə bu şəxsləri qorumaq vəzifəsi daşıyırlar (bax, yuxarıda 83-84-cü paraqraflar). Öz əməkdaşlarından birinin qarşısındakı şəxsə sillə vuraraq onu alçaltmasına yol verən hakimiyyət orqanı bu vəzifəsinə etinasız yanaşır.
108. Sillənin polis əməkdaşı tərəfindən qurbanın hörmətsiz və ya təhrikedici hərəkətləri nəticəsində qeyri-iradi şəkildə vurulmasına dair irəli sürülən iddia bu işdə qəbuledilən deyil. Buna görə də Böyük Palata bu məsələdə Palatadan fərqli mövqedədir. Məhkəmənin əvvəllər də qeyd etdiyi kimi, Konvensiya hətta ən ağır vəziyyətlərdə belə, şəxsin hərəkətlərindən asılı olmayaraq, işgəncə, qeyri-insani və insan ləyaqətini alaçldan rəftarı və ya cəzanı mütləq şəkildə qadağan edir (bax, yuxarıda 81-ci paraqraf). Demokratik cəmiyyətlərdə pis rəftar heç vaxt hakimiyyət orqanlarının rastlaşdıqları problemin həlli yolu deyil. Polis, xüsusilə “hər hansı işgəncə və ya pis rəftar və ya insan ləyaqətini alçaldan rəftar və ya cəzanı heç bir halda törətməməli, buna yol verməməli və ya buna dözümlülük göstərməməlidir” (Polis Etikasına dair Avropa Kodeksi, 3-cı paraqraf; bax, yuxarıda 51-ci paraqraf). Bundan başqa, Konvensiyanın 3-cü maddəsi həm də Dövlətin üzərinə hüquq mühafizə orqanları əməkdaşlarını maarifləndirərək onları yüksək peşəkarlıq səviyyəsinə çatdırmaq yolu ilə heç kimin işgəncəyə və ya bu normaya zidd hər hansı hərəkətə məruz qalmamasını təmin etmək məsuliyyəti qoyur (bax Davydov və Başqaları, yuxarıda qeyd olunub, 268-ci paraqraf).
109. Son olaraq, Məhkəmə ikinci dərəcəli qeyd olaraq bildirir ki, birinci ərizəçi 22 avqust 1986-cı ildə doğulub və 8 dekabr 2003-cü ildə 17 yaşında olub. Odur ki, hadisə baş verən vaxt o, azyaşlı olub. Pis rəftarın böyüklərlə müqayisədə azyaşlılara, xüsusilə psixoloji baxımdan, daha böyük təsiri var (bax, məsələn, Rivas, yuxarıda qeyd olunub, 42-ci paraqraf; və Darraj Fransaya qarşı, no. 34588/07, 44-cü paraqraf, 4 noyabr 2010). Daha geniş baxsaq, Məhkəmə, çoxsaylı işlərdə Konvensiyanın 3-cü maddəsi kontekstində azyaşlıların həssaslığını vurğulayıb. Məsələn, Okkalı Türkiyəyə qarşı iş buna misal ola bilər (no. 52067/99, AİHK 2006 XII (çıxarışlar)); Yazgül Yılmaz Türkiyəyə qarşı (no. 36369/06, 1 fevral 2011); və Iurcu Moldova Respublikasına qarşı (no. 33759/10, 9 aprel 2013). Azyaşlıların həssaslığının nəzərə alınması məsələsi həmçinin beynəlxalq səviyyədə təsdiq olunur (bax, yuxarıda 52-53-cü paraqraflar).
110. Məhkəmə qeyd edir ki, hüquq mühafizə orqanları əməkdaşları öz vəzifələrinin icrası zamanı azyaşlılarla ünsiyyətdə olarkən onların gənc yaşının xüsusiyyətindən doğan həssaslığı nəzərə almalıdırlar (Polis Etikası haqqında Avropa Kodeksi, 44-cü paraqraf; bax, yuarıda 51-ci paraqraf). Polisin azyaşlılarla davranışı bəzən sadəcə olaraq bu şəxslərin azyaşlı olması səbəbindən Konvensiyanın 3-cü maddəsinin tələblərini poza bilər, lakin həmin davranış böyüklərə münasibətdə qəbuledilən sayla bilər. Buna görə də hüquq mühafizə orqanları əməkdaşları azyaşlılarla işləyərkən daha ehtiyatlı davranmalı və özlərinə daha çox nəzarət etməlidirlər.
111. Beləliklə, ərizəçilər Saint-Josse-ten-Noode polis idarəsinin nəzarətində olarkən polis əməkdaşları tərəfindən onlara vurulan sillə onların hərəkətlərindən doğan ciddi zərurət nəticəsində tətbiq edilən fiziki güc tələbinə cavab vermir və odur ki, bu davranış onların ləyaqətini alçaldıb.
112. Ərizəçilərin kiçik bədən xəsarətinə istinad etdiklərini və ciddi fiziki və ya əqli əziyyətə məruz qadlqlarnı nümayiş etdirmədiklərini nəzərə alaraq qeyd edilməlidir ki, sözügedən davranış qeyri-insani rəftar və ya, a fortiori, işgəncə hesab oluna bilməz. Buna görə də Məhkəmə hesab edir ki, hazırki işdə ləyaqəti alçaldan davranış baş verib.
113. Buna müvafiq olaraq, hər iki ərizəçiyə münasibətdə 3-cü maddənin mahiyyət üzrə pozuntusu baş verib.

2. Şikayətin prosedur aspekti

(a) Ümumi prinspiplər

114. Məhkəmə, inter alia, El Masri (yuxarıda qeyd olunub, 182-185-ci paraqraflar) və Mocanu və Başqaları (yuxarıda qeyd olunub, 316-326-cı paraqraflar) işlərində müəyyən edilən ümumi prinsiplərə istinad edir.
115. Bu prinsiplər göstərir ki, əgər təcrübədə şəxslər tərəfindən irəli sürülən pis rəftar iddialarının araşdırılması üçün hər hansı prosedur mövcud deyilsə, Dövlətin vəzifəli şəxsləri tərəfindən işgəncə və qeyri-insani və ya insan ləyaqətini alçaldan rəftara yol verilməsinin əsaslı şəkildə qadağan edilməsi səmərəli olmayacaq.
116. Beləliklə, Dövlətin Konvensiyanın 1-ci maddəsi ilə nəzərdə tutulan “onların yurisdiksiyasında olan hər kəs üçün Konvensiyada müəyyən olunmuş hüquq və azadlıqları təmin etmək” vəzifəsinə istinad edərək qeyd olunmalıdır ki, 3-cü maddənin tələbinə görə, şəxs, inter alia, polis əməkdaşlarının və ya digər oxşar hakimiyyət orqanlarının nəzarətində olarkən 3-cü maddənin pozuntusu hesab olunan davranışdan əziyyət çəkdiyinə dair inandırıcı əsasları olan iddia irəli sürərkən bu iddia ilə bağlı səmərəli rəsmi istintaq həyata keçirilməlidir.
117. Bu cür istintaqın əsas məqsədi Dövlətin vəzifəli şəxslərinin və ya qurumlarının cəlb olunduğu işlərdə işgəncə, qeyri-insani və insan ləyaqətini alçaldan rəftar və cəzanı qadağan edən yerli qanunların səmərəli şəkildə icrasını təmin etməkdir.
118. Ümumi qaydada desək, istintaqın səmərəli olması üçün bu istintaqı həyata keçirən qurumlar və ya şəxslər, istintaqın yönəldiyi qurumlar və şəxslərdən asılı olmamalıdırlar. Bu, sadəcə iyerarxiya və ya institusional əlaqənin olmaması deyil, həm də müstəqil təcrübənin olması deməkdir.
119. Formasından asılı olmayaraq, hakimiyyət orqanları öz sərəncamı ilə fəaliyyət göstərməlidir. Bundan əlavə, istintaqın cavabdeh olan şəxsləri müəyyən edib cəzalandırması imkanı olmalıdır ki, həmin istintaq səmərəli ola bilsin. Bu, həmçinin kifayət qədər geniş olmalıdır ki, istintaq aparan hakimiyyət orqanlarının təkcə Dövlətin birbaşa güc tətbiq edən vəzifəli şəxslərinin hərəkətini deyil, həm də ətrafdakı bütün vəziyyəti də nəzərə almasına imkan versin.
120. Baxmayaraq ki, bu, nail olunmalı olan nəticələrlə deyil, istifadə olunan vasitələrlə bağlı olan öhdəlikdir, xəsarətlərin səbəbini və ya məsuliyyət daşıyan şəxsləri müəyyən etməklə bağlı istintaqda baş verən qüsurlar tələb olunan səmərələlik standardlarına cavab verməyəcək.
121. Bu baxımdan, cəldlik və ağlabatan operativlik tələbi birbaşa deyil, üstü örtülü nəzərdə tutulur. Bəzi xüsusi hallarda istintaqın inkişafının qarşısını alan maneələr və ya çətinliklər ola bilər, lakin pis rəftara dair iddialarla bağlı hakimiyyət orqanları çox cəld tədbirlər görərək istintaq aparmalıdır və bu, ictimaiyyətin onların hüququn aliliyinə hörmət etməsinə və hər hansı qanunsuz hərəkətə dözümsüzlüyünə inamını təmin etmək üçün olduqca zəruridir.
122. Qurban, istintaq prosesində səmərəli şəkildə iştirak etməlidir.
123. Son olaraq, istintaq ətraflı şəkildə aparılmalıdır, yəni, hakimiyyət orqanları hər zaman nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi cəhdlər etməli və istintaqı başa çatdırmaq üçün tələsik və əsassız nəticəyə gəlməməlidir.

(b) Yuxarıda gəlinən nəticələrin hazırki işə tətbiqi

124. Məhkəmə hesab edir ki, ərizəçilərin Saint-Josse-ten-Noode polis idarəsində polis əməkdaşları tərəfindən 3-cü maddənin pozuntusu olan davranışa məruz qalmalarına dair yerli hakimiyyət orqanları qarşısında qaldırdıqları iddialar mübahisə olunan idi. Odur ki, 3-cü maddə hakimiyyət orqanlarından səmərəli istintaq aparmağı tələb edirdi.
125. Hökumət bildirib ki, yuxarıda qeyd olunan məhkəmə presidentlərinin işığında, istintaq kifayət qədər səmərəli aparılıb.
126. Məhkəmə Hökumətin fikrilə razılaşmır.
127. Qeyd edilir ki, ərizəçilər mülki tərəf kimi şikayət etdikdən sonra istintaq başlanıb və onların şikayət etdiyi iki polis əməkdaşı vəzifələrini yerinə yetirərkən şəxslərə qarşı güc tətbiq etməkdə, xüsusilə də niyyətli olaraq xəsarət yetirmək və ya təhqir etmək və Konstitusiyada nəzərdə tutulan hüquq və azadlıqları pozan özbaşına hərəkətlərə yol verməkdə ittiham olunublar. İstintaq aparan hakim tərəfindən qanunun tələblərinə uyğun istintaq aparılıb. Buna görə də istintaq hakimiyyət orqanının nəzarətində olub. Bundan başqa, ərizəçilərin bu prosesdə iştirak etmədiyini göstərən heç bir hal da müşahidə olunmayıb.
128. Lakin buna baxmayaraq, şəxsən heç bir xüsusi istintaq tədbiri aparmağı əmr etməyən istintaq aparan hakim, istintaq şöbəsi olan P Komitəsindən ərizəçilərn mülki tərəf kimi şikayətlərini nəzərə almağı, onların şikayətlərinin detallarını müəyyənləşdirmək üçün onlarla dindirmə aparmağı, Bouyid ailəsinin davranışı barədə hesabat tərtib etməyi, onlara qarşı qaldırılan işlərin siyahısını və onların verdikləri şikayətlərin siyahısını hazırlamağı və bununla bağlı hansı addımlar atıla biləcəyi barədə izahatlar təqdim etməyi xahiş edib. Hakim, sözügedən polis əməkdaşları ilə ərizəçilər arasında üzləşdirmə aparmayıb və ya ərizəçilər tərəfindən təqdim edilən tibbi arayışı tərtib edən tibb işçilərini, eləcə də 8 dekabr 2003-cü il tarixdə birinci ərizəçi polis əməkdaşı A.Z. tərəfindən saxlanılıb sorğu-sual edilərkən onun yanında olan şəxsi (bax, yuxarıda 11-ci paraqraf) və ya 23 fevral 2004-cü il tarixdə ikinci ərizəçi Saint-Josse-ten-Noode polis idarəsini tərk etdikdən dərhal sonra onunla ərizəçinin evində görüşən Rəis K-nı (bax, yuxarıda 26-cı paraqraf) dindirməyib və ya onların dindirilməsi barədə göstəriş verməyib. Lakin bu tədbirlər həyata keçirilsəydi faktları müəyyən etməyə komək edərdi.
129. Ona görə də istintaq əsasən P Komitəsi tərəfindən təyin edilən polis əməkdaşları tərəfindən sözügedən polis əməkdaşlarının dindirilməsindən və həmin toplanan sübutların ümumiləşdirilməsindən ibarət olub və bir daha qeyd olunmalıdır ki, bu polis əməkdaşları (ərizəçilərin yaşadığı ərazidəki polis idarələrinin qüsurlarının yoxlanması ilə məşğul olan daxili şöbənin əməkdaşları) əsasən Bouyid ailəsinin “ümumi davranışlarını” təsvir ediblər.
130. Bundan başqa, nə Kroun Prokurorluğunun təqdimatları nə də Brüssel Birinci İnstansiya Məhkəməsinin Saxlama Şöbəsinin işə xitam verilməsilə bağlı göstərişlərinə dair heç bir əsaslandırma təqdim edilməyib. Həmçinin, Brüssel Apellyasiya Məhkəməsinin İttiham Şöbəsi işə xitam verilməsilə bağlı qərarı qüvvədə saxlama haqqında qərar çıxararkən açıq-aşkar şəkildə əvvəl qeyd olunan Bouyid ailəsinin davranışına dair hesabatlara və ittiham olunan polis əməkdaşlarının bu iddiaları rədd etməsinə əsaslanıb və bu zaman ərizəçilərin onlara sözü gedən polis əməkdaşları tərəfindən sillə vurulması iddialarının etibarlılığını və ciddiliyini araşdırmayıb. Bu da qeyd olunmalıdır ki, İttiham Şöbəsi 9 aprel 2008-ci il tarixli qərarında ikinci ərizəçinin təqdim etdiyi tibbi arayışa çox qısa şəkildə istinad edib, lakin birinci ərizəçinin təqdim etdiyi tibbi arayışa isə ümumiyyətlə istinad edilməyib.
131. Bu amillər göstərir ki, baxmayaraq ki, ərizəçilərin iddiaları tibbi arayışlarla əsaslandırılıb və iş materiallarına əlavə edilib, istintaq orqanları bu iddialara lazım olan diqqəti göstərməyiblər və ya hüquq mühafizə orqanları əməkdaşları tərəfindən tamamilə onların nəzarətində olan şəxsə qarşı sillə vurulması ilə müşahidə olunan davranışın xarakterini nəzərə almayıblar.
132. Sonda, Məhkəmə qeyd edir ki, istintaq qeyri-adi qaydada uzun sürüb və hökumət bunu heç bir əsasla izah etməyib. Birinzi ərizəçinin işilə bağlı hadisə 8 dekabr 2003-cü il tarixdə və ikinci ərizəçinin işi üzrə bağlı hadisə isə 23 fevral 2004-cü ildə baş verib və ərizəçilər şikayətlərini P Komitəsinə 9 dekabr 2003 və 23 fevral 2004-cü illərdə, mülki tərəf qaydasında şikayətlərini 17 iyun 2004-cü ildə irəli sürməzdən öncə təqdim ediblər. Lakin işə xitam verilməsi qərarı 27 noyabr 2007-ci ildə çıxarılıb. Brüssel Apellyasiya Məhkəməsinin İttiham Şöbəsinin və Kassasiya Məhkəməsinin qərarları isə 8 aprel 2008 və 29 oktyabr 2008-ci illərdə çıxarılıb. Beləliklə, birinci ərizəçinin şikayət verməsilə Kassasiya Məhkəməsinin işə xitam verilməsi haqqında qərar çıxarması arasında beş il vaxt və ikinci ərizəçinin şikayətilə bağlı isə dörd il vaxt ötüb.
133. Əvvəllər də Məhkəmənin qeyd etdiyi kimi, baxmayaraq ki, müəyyən vəziyyətlərdə istintaqın inkişafının qarşısını alan maneələr və çətinliklər ola bilər, pis rəftara dair iddialarla bağlı hakimiyyət orqanları çox cəld tədbirlər görərək istintaq aparmalıdır və bu, ictimaiyyətin onların hüququn aliliyinə hörmət etməsinə və hər hansı qanunsuz hərəkətə dözümsüzlüyünə inamını təmin etmək üçün olduqca zəruridir (bax, digər qərarlarla yanaşı, McKerr Birləşmiş Krallığa qarşı, no. 28883/95, 114-cü paraqraf, AİHK 2001 III; və Mocanu və Başqaları, yuxarıda qeyd olunub, 323-cü paraqraf).
134. Baş verənlərin işığında, Məhkəmə hesab edir ki, ərizəçilər səmərəli istintaqdan yararlana bilməyiblər. Nəticədə Konvensiyanın 3-cü maddəsinin prosedur pozuntusu baş verib.

II. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ

135. Konvensiyanın 41-ci Maddəsi qeyd edir:
“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”

A. Ziyan

136. Palataya şikayətlərindəki kimi, ərizəçilər birlikdə Konvensiyanın 3-cü maddəsinin mahiyyət üzrə pozuntusuna görə dəyən mənəvi ziyana görə 5.000 avro və həmin maddənin prosedur pozuntusuna görə dəyən mənəvi ziyana görə isə 48.110 avro tələb ediblər. Onlar bu məbləği onunla əsaslandırıblar ki, 7 mart 2006-cı ildə başlayan, əlavə istintaq tədbirləri aparılmasından imtina edən və 14 noyabr 2012-ci il tarixədək davam edən istintaqda baş verən qüsurlar nəticəsində onlar böyük məyusluq yaşayıblar; Onlar hesab ediblər ki, 29 oktyabr 2008-ci il, Kassasiya Məhkəməsinin qərar çıxardığı tarixədək olan müddət üçün onların hər birinə gün üçün 15 avro (cəmi 952 avro) və ondan sonrakı müddət üçün isə hər gün üçün 5 avro (cəmi 1.455 avro) ödənilməsi müvafiq olar.
137. Hökumət bu tələblə bağlı Böyük Palata qarşısında heç bir şərh verməyib və Palataya təqdim etdiyi müşahidələrində bildirib ki, 5.000 avro tələbilə bağlı qərarı Məhkəmənin öhdəsinə buraxır. Hökumət həmçinin ərizəçinin 3-cü maddənin prosedur pozuntusu nəticəsində dəyən maddi ziyanla bağlı iddialarını qəbul etməməyə çağırıb və bu iddianı əsassız və qeyri-real hesab edib. Hökumət onu da əlavə edib ki, əgər Məhkəmə nəzərə alsa ki, ərizəçinin hüquqlarının pozulmasının təsdiq olunması ona dəyən ziyanın əvəzinin ədalətli ödənilməsi üçün yetərlidir, o zaman bu məsələ ilə bağlı nəzərdə tutlan kempensasiya məbləği ədalətli dərəcədə azaldılmalıdır.
138. Məhkəmə hesab edir ki, ərizəçilər Konvensiyanın 3-cü maddəsinin mahiyyət və prosedur pozuntusunun qurbanı olublar və bunun nəticəsində onlara mənəvi ziyan dəyməsi faktı danılmazdır. Məhkəmə, Konvensiyanın 41-ci maddəsinin tələblərinə müvafiq qaydada, bu başlıq altında ərizəçinin hər biri üçün 5.000 avro həcmində məbləğ ödənilməsini tələb edir.

B. Xərclər və məsrəflər

139. Palata qarşısında qeyd etdikləri kimi, ərizəçilər bir daha yerli məhkəmədəki xərclər və məsrəflər üçün 4,088.71 avro ödənməsini tələb ediblər. Onlar həm də Məhkəməyə şikayətlə bağlı proseslə əlaqədar çəkilən xərclər və məsrəflərlə bağlı 25,167.04 avro məbləği tələb ediblər ki, bunun da 7,051.42 avro məbləği cənab Marçandın, yerdə qalan 18,115.62 avro məbləği isə cənab Çihaouinin ödəniş payına düşür. Onlar izah ediblər ki, bu iki vəkilin birilə saatı 85 avro, digəri ilə isə saatı 125 avro məbləğində ödənişə razılaşıblar. Bundan başqa, cənab Marçand onlardan ərizənin hazırlanması üçün 35 saat, işin Böyük Palataya göndərilməsilə bağlı isə təxminən 13 saat və Böyük Palata qarşısında onların yazılı bəyanatının hazırlanması üçün isə təxminən doqquz saat üçün ödəniş alıb. Cənab Çihaoui isə onlardan Paltaya göndərilən şikayət ərizələri üçün 41 saat, işin Böyük Palataya göndərilməsilə bağlı 69 saat və Böyük Palata qarşısında onların yazılı bəyanatının hazırlanması üçün isə təxminən doqquz saat üçün ödəniş alıb.
140. Hökumət Böyük Palata qarşısında bu məsələ ilə bağlı şərh verməyib və Palata qarşısında araşdırmalar zamanı bildirib ki, onlar gündəlik ödəniş məbləğinin 85 avro məbləğində olmasını ağlabatan hesab edirlər. Digər tərəfdən Hökumət qeyd edib ki, 1 saat üçün 125 avro məbləği ödəməklə ikinci vəkilin işə cəlb olunması vacib deyildi və yekun olaraq xahiş edib ki, iddianın bu hissəsi rədd olunsun və ya heç olmasa, bir saat üçün 85 avro məbləği hesablansın.
141. Məhkəmənin presidentlərinə əsasən, ərizəçinin ödədiyi xərcləri və məsrəfləri geri almaq haqqı var, lakin bu yalnız o zaman baş verir ki, bu xərclərin və məsrəflərin həqiqətən və zərurətdən dolayı ödənildiyi və ağlabatan olduğu sübut edilsin (bax, məsələn, Jeunesse Niderlanda qarşı [GC], no. 12738/10, 135-ci paraqraf, 3 oktyabr 2014). Hazırki işdə Məhkəmə əlindəki sənədlərə və yuxarıdakı kriteriyalara istinad edərək hesab edir ki, ərizəçilərin yerli məhkəmələrdə və Məhkəmədə çəkdiyi xərclər və məsrəflər üçün 10.000 avro həcmində məbləğ ödənməsi ağlabatandır.

C. Qərarın icrasının gecikdirilməsinə görə faiz

142. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı kredit faizinin yuxarı həddinə əsaslanmalı və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.

BU ƏSASLARLA, MƏHKƏMƏ

1. On dörd səs lehinə, üç səs əleyhinə olmaqla, Konvensiyanın 3-cü maddəsinin mahiyyət üzrə pozulduğunu elan edir;

2. Yekdilliklə, Konvensiyanın 3-cü maddəsinin prosedur qaydasında pozulduğunu elan edir;

3. On beş səs lehinə, iki səs əleyhinə olmaqla elan edir ki:
(a) cavabdeh Dövlət üç ay müddətində aşağıdakı məbləğləri ödəməlidir:
(i) Mənəvi ziyan üçün hər bir ərizəçi üçün 5,000 (beş min) avro, üstəgəl nəzərdə tutulan hər hansı vergi məbləği;
(ii) Xərclər və məsrəflər üçün birlikdə hər iki ərizəçi üçün 10.000 (on min avro) avro, üstəgəl nəzərdə tutulan hər hansı vergi məbləği;
(b) Yuxarıda qeyd olunan üç ay müddət ərzində icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı kredit faizinin yuxarı həddinə əsaslanmalı və onun üzərinə daha üç faiz əlavə olunmalıdır;

4. Ərəzəçilərin əvəzin ədalətli ödənilməsinə dair iddialarının yerdə qalan hissəsini yekdilliklə rədd edir.

Qərar ingilis və fransız dillərində tərtib edilib və 28 sentyabr 2015-ci il tarixdə Strasburqda İnsan Hüquqları Sarayında açıq məhkəmə iclasında elan edilib.

Johan Kallevart                                                Dean Spielmann
Katibin müavini                                                Sədr

Konvensiyanın 45-ci maddəsinin 2-ci bəndinə və Məhkəmə Reqlamentinin 74-cü Qaydasının 2-ci bəndinə əsasən hakimlər De Gaetano, Lemmens və Mahoneyin birgə tərtib etdiyi qismən xüsusi rəyi əlavə edilir.

D.S.
J.C.

Xüsusi rəylər tərcümə olunmamışdır, lakin qərarın Məhkəmənin HUDOC məlumat bazasındakı ingiliscə və ya fransızca olmaqla, rəsmi versiyalarında onları oxumaq olar.

 

©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (www.coe.int/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından (http://hudoc.echr.coe.int) və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@echr.coe.int.

© Council of Europe/European Court of Human Rights, 2016
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (www.coe.int/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights (http://hudoc.echr.coe.int) or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@echr.coe.int.

© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (www.coe.int/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (http://hudoc.echr.coe.int), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@echr.coe.int