№26372/17 RƏVAN SƏBZƏLİYEV AZƏRBAYCANA QARŞI – 8 iyun 2020-ci il

 

BEŞİNCİ BÖLMƏ

 

Ərizə №26372/17

Rəvan Hakim oğlu SƏBZƏLİYEV Azərbaycana qarşı

 

Daxil olub – 17 mart 2017-ci il

Kommunikasiya edilir: 8 iyun 2020

Məhkəmə işinin MÖVZUSU

Əriəçi Səid Nursinin dini məzmunlu əsərlərini yetkinlik yaşına çatmayanlara öyrətdiyinə, tədris etdiyinə görə Cinayət Məcəlləsinin 168.2-ci maddəsi (Vətəndaşların dini ayinləri yerinə yetirmək bəhanəsi ilə hüquqlarının pozulması) ilə on ay on üç günlük həbs cəzasına məhkum edilib.

Ərizəçi şikayət edir ki, barəsində verilmiş bu hökm onun dini etiqad azadlığı hüququna qanunsuz müdaxilə məzmununda olub.

Tərəflərə suallar

Ərizəçinin Konvensiyanın 9-cu maddəsinin 1-ci bəndinə əsasən din azadlığı hüququna müdaxilə baş veribmi?
Əgər belədirsə, bu müdaxilə qanunda nəzərdə tutulan və Konvensiyanın 9-cu maddəsinin 2-ci bəndində uyğun idimi?