MAHMUDOV VƏ AĞAZADƏ İŞİ QRUPU – AŞ NK QƏTNAMƏ (2016)145

 

Avropa Şurası
Nazirlər Komitəsi

Aralıq qətnamə CM/ResDH(2016)145

Avropa İnsan Hüquqları Məhkəməsinin Mahmudov və Ağazadə Azərbaycana qarşı və Fətullayev Azərbaycana qarşı işləri üzrə qərarlarının icrası ilə bağlı

 

(Nazirlər Komitəsi tərəfindən 1259-cu iclasda 8 iyun 2016-cı il tarixdə qəbul edilib)

Ərizə İş Qərar Qəti olduğu tarix
35877/04 MAHMUDOV VƏ AĞAZADƏ 18/12/2008 18/03/2009
40984/07 FATULLAYEV 22/04/2010 04/10/2010

Nazirlər Komitəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 46-cı maddəsinin 2-ci bəndinin şərtlərinə əsasən, Avropa İnsan Haqları Məhkəməsinin yekun qərarlarının icrasına nəzarət olunmasını təmin edir (bundan sonra “Konvensiya”);

Hazırkı məhkəmə işlərinin ortaya çıxardığı problemlərin, özəlliklə, ifadə azadlığının məhdudlaşdırılması üçün cinayət qanunvericiliyinin özbaşına tətbiq edilməsi, Avropa İnsan Haqları Məhkəməsinin presedent hüququ göz önünə alındığında defamasiya haqqında qanunvericiliyin uyğun olmaması, bu problemlərin müvafiq olaraq 2009 və 2010-cu illərdən Nazirlər Komitəsində müzakirəyə çıxarıldığını yada salaraq;

Bu məhkəmə işləri ilə bağlı daha əvvəl qəbul etdiyi qətnamələri və aralıq qətnamələrini və xüsusilə, səlahiyyətli qurumlara ifadə azadlığı hüququnu qoruma altına almaq və Azərbaycanda qanunun aliliyinin təmin olunması üçün zəruri tədbirlərin qəbul edilməsində sürətli və nəzərəçarpan irəliləyişlər əldə edilməsi üçün konkret tədbirlərin görülməsi barədə çağırışlarını xatırladaraq;

Son zamanlar aparılan maarifləndirmə tədbirləri və səlahiyyətli rəsmilərin məhkəmələrin böhtana görə cinayət məsuliyyətinin tətbiq edilməməsi praktikası barədə, habelə, heyətlərin əlavə suallarına verilən cavabları maraqla qeyd edərək;

Mahmudov və Ağazadə işində ərizəçilərin təmsilçisninin həbsdən şərti olaraq, azadlğa buraxılmasını qeyd edərək;

Bununla yanaşı, bu məlumatların müəyyən edilmiş problemlər qarşısında Komitə tərəfindən dilə gətirilən narahatlıqları aradan qaldırmaq məzmunda olmadığını, islahat zərurətini aradan qaldırmadığını vurğulayaraq;

Ən yüksək səlahiyyətli orqanları Avropa İnsan Hüquqları Konvensiyasının ifadə azadlığı və qanunun aliliyinə hörmətlə bağlı tələblərinə tam əməl etməyə çağırır;

Məhkəmələrin müstəqilliyini icra hakimiyyəti və prokurorluq qarşısında gücləndirmək, prokurorların hərəkətlərinin qanuniliyinin təmin olunması və defamasiya ilə bağlı qanunvericiliyə zəruri dəyişikliklərlə bağlı əvvəlki çağırışları təkrarlayır;

Bu kontekstdə, Azərbaycan üçün Fəaliyyət Planı da daxil olmaq üzrə, Avropa Şurasının bütün əlaqəli qurumları və institutları ilə dialoqu gecikdirmədən gücləndirməyin zəruriliyi mövzusunda israrlı olduğunu bildirir.

© tərcümə – Media Hüququ Qrupu