AIHM – REQLAMENT: QAYDA 71-73

AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİ – MƏHKƏMƏNİN REQLAMENTİ

Qayda 71. Prosessual müddəaların tətbiqinin mümkünlüyü
Qayda 72. Palatanın öz yurisdiksiyasını Böyük Palataya güzəştə getməsi
Qayda 73. İşi böyük Palataya göndərmə haqqında tərəfin müraciəti

Qayda 71 (Prosessual müddəaların tətbiqinin mümkünlüyü)

1. Palatalarda icraat qaydasının müəyyən edən bütün müddəalar Böyük Palatadakı icraata muta- tis mutandis (müvafiq qaydada) tətbiq edilə bilər.

2. Dinləmələrin keçirilməsi ilə əlaqədar 54-cü Qaydanın 3-cü bəndinə və 59-cu Qaydanın 3-cü bəndinə uyğun olaraq Palataya verilən səlahiyyətlər Böyük Palatadakı icraat zamanı Böyük Pala- tanın Sədri tərəfindən də həyata keçirilə bilər.

Qayda 72 (Palatanın öz yurisdiksiyasını Böyük Palataya güzəştə getməsi)

1. Konvensiyanın 30-cu maddəsinə uyğun olaraq, Palatada baxılmaqda olan işdə Konvensiyanın və ya onun Protokollarının şərhinə aid ciddi məsələ qaldırılarsa, yaxud məsələnin həlli Məhkə- mənin bundan əvvəl çıxardığı qərara zidd olarsa, Palata qərar çıxaranadək istənilən vaxt öz yu- risdiksiyasını Böyük Palataya güzəştə gedə bilər, bu şərtlə ki, iş üzrə tərəflərdən biri bu Qayda- nın 2-ci bəndi ilə nəzərdə tutulan qaydada bunun əleyhinə olmasın. Yurisdiksiyanın güzəşti haq- qında qərarı əsaslandırmaq tələb olunmur.

2. Katib Palatanın öz yurisdiksiyasını güzəştə getmək niyyəti haqqında tərəflərə məlumat verir. Məlumat verilən tarixdən başlayaraq, Katibliyə lazımi qaydada əsaslandırılmış etiraz təqdim et- mək üçün tərəflərə bir ay vaxt verilir. Bu şərtlərə əməl edilmədikdə, Palata etirazı etibarsız hesab edir.

Qayda 73 (İşin Böyük Palataya göndərilməsi haqqında tərəfin vəsatəti)

1. Konvensiyanın 43-cü maddəsinə uyğun olaraq, iş üzrə istənilən tərəf müstəsna hallarda, Pala- tanın qərar çıxardığı tarixdən başlayaraq üç ay ərzində, Katibliyə işin Böyük Palataya göndəril- məsi haqqında yazılı vəsatət təqdim edə bilər. Vəsatətdə tərəf Konvensiyanın və ya onun Proto- kollarının müddəalarının şərhinə və ya tətbiqinə toxunan mühüm məsələni, yaxud onun fikrincə, işə Böyük Palatada baxılmasına əsas verən ümumi xarakterli başqa mühüm məsələni göstərməli- dir.

2. 24-cü Qaydanın 5-ci bəndinə uyğun olaraq təşkil edilmiş Böyük Palatanın beş üzvündən ibarət kollegiya vəsatəti yalnız işin mövcud materialları əsasında öyrənir. O, vəsatəti yalnız o halda qə- bul edir ki, işin həqiqətən bu cür məsələyə və ya məsələlərə toxunduğunu hesab etsin. Vəsatətin rədd edilməsini əsaslandırmaq tələb olunmur.

3. Kollegiya vəsatəti qəbul etdikdə, Böyük Palata qərar çıxarmaqla işi həll edir.