AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİ – MƏHKƏMƏNİN REQLAMENTİ
Qayda 74. Qərarın məzmunu
Qayda 75. Ədalətli kompensasiyanın ödənilməsi məsələsinin həlli
Qayda 76. Qərarın çıxarıldığı dil
Qayda 77. Qərarın imzalanması, elan edilməsi və onun barəsində məlumat verilməsi
Qayda 78. Qərarların və digər sənədlərin dərc olunması
Qayda 79. Qərarın şərhi üçün sorğu
Qayda 80. Qərara yenidən baxılmasına dair müraciət Qayda
Qayda 81. Qərar və qərardadlardakı səhvlərin düzəldilməsi
Qayda 74 (Qərarın məzmunu)
1. Konvensiyanın 28, 42-ci və 44-cü maddələrində göstərilən qərarlarda aşağıdakılar qeyd edil- məlidir:
a) Sədrin adı, müvafiq Palatanın və ya Komitənin tərkibinə daxil olan digər hakimlərin adları, habelə Katib və ya Katibin müavininin adı;
b) qərarın çıxarıldığı və elan edildiyi tarix;
c) tərəflər haqqında məlumatlar;
d) tərəflərin nümayəndələrinin, vəkillərinin və ya məsləhətçilərinin adları;
e) işə baxılma qaydası;
f) iş üzrə faktlar;
g) tərəflərin arqumentlərinin qısa xülasəsi;
h) hüquqi məsələlərlə bağlı əsaslar;
i) qərarın nəticə hissəsinin müddəaları;
j) məhkəmə xərcləri ilə bağlı qərar (əgər varsa);
k) çoxluğu təşkil edən hakimlərin sayı;
l) zəruri hallarda hansı dildəki mətnin autentik (üstün qüvvəyə malik) olduğunun göstərilməsi.
2. İşə Palatada və ya Böyük Palatada baxılmasında iştirak etmiş hər hansı hakim qərarla üst-üstə düşən və ya ondan fərqlənən xüsusi rəyini qərara əlavə etmək, yaxud sadəcə fərqli rəyinin oldu- ğunu bildirmək hüququna malikdir.
Qayda 75 (Ədalətli kompensasiyanın ödənilməsi məsələsinin həlli)
1. Palata və ya Komitə Konvensiyanın və ya onun Protokollarının müddəalarının pozulduğunu müəyyən etdiyi hallarda elə həmin qərarda Konvensiyanın 41-ci maddəsinin tətbiqi məsələsini həll edir, bu şərtlə ki, 60-cı Qayda ilə nəzərdə tutulmuş konkret tələb irəli sürülmüş olsun və hə- min məsələ həll edilmək üçün hazır olsun; həmin məsələ həll edilmək üçün hazır deyilsə, Palata və ya Komitə ona baxmağı tamamilə və ya qismən təxirə salır və əlavə icraat təyin edir.
2. Konvensiyanın 41-ci maddəsinin tətbiqi məsələsinə dair qərar çıxarılması məqsədilə Palata və ya Komitə imkan daxilində işə mahiyyəti üzrə baxılmasında iştirak etmiş hakimlərdən təşkil edi- lir. Palatanı və ya Komitəni ilkin tərkibdə təşkil etmək mümkün deyilsə, Bölmənin Sədri Palata- nın və ya Komitənin tərkibini püşkatma yolu ilə tamamlayır və ya yenidən təşkil edir.
3. Palata və ya Komitə Konvensiyanın 41-ci maddəsinə uyğun olaraq ədalətli kompensasiya tə- yin edərkən, müəyyən edilən müddətdə ödəniş yerinə yetirilmədiyi halda təyin edilmiş məbləğlə- rin üzərinə faizlərin hesablanaraq ödənilməsini nəzərdə tuta bilər.
4. Zərər çəkmiş tərəflə Konvensiyanın iştirakçısı olan cavabdeh dövlət arasında razılaşma əldə edilməsi barədə məlumat aldıqda, Məhkəmə həmin razılaşmanın ədalətli xarakter daşıdığına əmin olmalıdır və əgər razılaşmanı ədalətli hesab edərsə, 43-cü Qaydanın 3-cü bəndinə uyğun olaraq, işi baxılmalı olan işlərin siyahısından çıxarır.
Qayda 76 (Qərarın çıxarıldığı dil)
1. Məhkəmənin qərarın hər iki rəsmi dildə çıxarılmasını qərara almayıbsa, bütün qərarlar ya ingi- lis, ya da fransız dilində çıxarılır.
2. Bu qərarların 78-ci Qayda ilə nəzərdə tutulan qaydada Məhkəmənin rəsmi nəşrlərində dərc edilməsi Məhkəmənin hər iki rəsmi dilində həyata keçirilir.
Qayda 77 (Qərarın imzalanması, elan edilməsi və onun barəsində məlumat verilməsi)
1. Qərarlar Palatanın və ya Komitənin Sədri və Katib tərəfindən imzalanır.
2. Palatanın qəbul etdiyi qərarı açıq dinləmədə Palatanın Sədri və ya onun səlahiyyət verdiyi di- gər hakim elan edə bilər. Tərəflərin rəsmi nümayəndələrinə və tərəfləri təmsil edən digər şəxslə- rə dinləmələrin tarixi barədə qabaqcadan məlumat verilir. Digər hallarda, bu Qaydanın 3-cü bən- dində nəzərdə tutulan qaydada qərar barədə məlumat verilməsi qərarın elan edilməsi sayılır.
3. Qərar Nazirlər Komitəsinə göndərilir. Katib qərarın surətlərini tərəflərə, Avropa Şurasının Baş Katibinə, hər hansı üçüncü tərəfə, o cümlədən İnsan Hüquqları üzrə Komissara və bilavasitə marağı olan digər şəxslərə göndərir. Qərarın lazımi qaydada imzalanmış və möhürlənmiş əsli Məh- kəmənin arxivində saxlanılır.
Qayda 78 (Qərarların və digər sənədlərin dərc olunması)
Konvensiyanın 44-cü maddəsinin 3-cü bəndinə uyğun olaraq Məhkəmənin yekun qərarları dərc olunmalıdır və bunun müvafiq formada həyata keçirilməsinə görə məsuliyyət Katibin üzərinə dü- şür. Bundan başqa, Katib seçilmiş qərar və qərardadların, habelə nəşr olunması Məhkəmənin Sədri tərəfindən məqsədəuyğun hesab edilən digər sənədlərin rəsmi toplularının nəşr olunmasına görə cavabdehlik daşıyır.
Qayda 79 (Qərarın şərhi üçün sorğu)
1. Qərar elan edildikdən sonra bir il ərzində tərəflərin hər biri onun şərh edilməsi barədə sorğu ilə Məhkəməyə müraciət edə bilər.
2. Sorğu Katibliyə verilir. Orada dəqiq göstərilməlidir ki, qərarın nəticə hissəsinin hansı müddəa- sını və ya müddəalarını şərh etmək lazımdır.
3. Palata sorğunu təmin etmək üçün əsasların olmadığını əsas gətirməklə, ilkin tərkibdə öz təşəb- büsü ilə sorğunu rədd edə bilər. Palatanı ilkin tərkibdə təşkil etmək mümkün deyilsə, Palatanın Sədri Palatanın tərkibini püşkatma yolu ilə tamamlayır və ya yenidən təşkil edir.
4. Palata sorğunu rədd etmədikdə, Katib o biri tərəfə və ya tərəflərə bu barədə məlumat verir və onlara təklif edir ki, Palatanın Sədrinin müəyyən etdiyi müddət ərzində yazılı qeydlərini təqdim etsinlər. Palata dinləmə keçirmək haqqında qərar qəbul etdikdə, Palatanın Sədri həm də dinləmə- nin tarixini təyin edir. Palata bu məsələni qərar çıxarmaqla həll edir.
Qayda 80 (Qərara yenidən baxılması üçün müraciət)
1. Öz xarakterinə görə həlledici əhəmiyyət daşıya bilən və qərar çıxarılan zaman Məhkəməyə məlum olmayan yeni açılmış hallar olarsa və bu hallar, əsaslandırılmaq şərtilə, iş üzrə tərəfə mə- lum ola bilməzdisə, həmin tərəf, yeni hal ona məlum olandan sonra altı ay ərzində, qərara yeni- dən baxılması haqqında xahişlə Məhkəməyə müraciət etməyə haqlıdır.
2. Xahişdə göstərilməlidir ki, hansı qərara yenidən baxılmasından söhbət gedir və 1-ci bənddə qeyd edilən şərtlərə əməl olunduğunu təsdiq edən məlumatlar əks olunmalıdır. Xahişə bütün təs- diqedici sənədlərin toplusu əlavə edilməlidir. Xahiş və təsdiqedici sənədlər Katibliyə verilir.
3. Palata xahişi təmin etmək üçün əsasların olmadığını əsas gətirməklə, ilkin tərkibdə öz təşəbbü- sü ilə xahişi rədd edə bilər. Palatanı ilkin tərkibdə təşkil etmək mümkün deyilsə, Palatanın Sədri Palatanın tərkibini püşkatma yolu ilə tamamlayır və ya yenidən təşkil edir.
4. Palata xahişi rədd etmədikdə, Katib o biri tərəfə və ya tərəflərə bu barədə məlumat verir və on- lara təklif edir ki, Palatanın Sədrinin müəyyən etdiyi müddət ərzində yazılı qeydlərini təqdim et- sinlər. Palata dinləmə keçirmək haqqında qərar qəbul etdikdə, Palatanın Sədri həm də dinləmə- nin tarixini təyin edir. Palata bu məsələni qərar çıxarmaqla həll edir.
Qayda 81 (Qərar və qərardadlardakı səhvlərin düzəldilməsi)
Qərarlara yenidən baxılması haqqında və baxılmalı olan işlərin siyahısında şikayətlərin bərpa edilməsi haqqında müddəalara xələl gətirməməklə, Məhkəmə öz təşəbbüsü ilə və ya tərəfin mü- raciətinə əsasən, qərar və ya qərardad elan edildikdən sonra bir il ərzində qrammatik səhvləri, ri- yazi səhvləri və ya digər açıq-aşkar səhvləri düzəldə bilər.