AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİ – MƏHKƏMƏNİN REQLAMENTİ
Qayda 91-99
Qayda 91
Konvensiyanın 46-cı maddəsinin 3-cü bəndi əsasında qərarın şərhi üçün verilmiş sorğu Katibə təqdim edilir. Sorğunu verən həmin sorğuda göstərilən qərarın icrasına mane olan, şərhinə ehti- yac duyulan məsələnin xarakterini və mənbəyini tam və dəqiq şəkildə göstərməli və sorğuya aşa- ğıdakı sənədləri əlavə etməlidir:
a) qərarın icrası ilə bağlı Nazirlər Komitəsindəki icraat barədə informasiya (əgər belə icraat var- sa);
b) Konvensiyanın 46-cı maddəsinin 3-cü bəndində qeyd edilən qərarın surəti;
c) Məhkəmə tərəfindən tələb oluna bilən izahatları Məhkəməyə vermək üçün Nazirlər Komitəsi tərəfindən təyin olunan şəxsin və ya şəxslərin adları və ünvanları.
Qayda 92
1. Sorğuya orada göstərilən qərarı çıxarmış Böyük Palata, Palata və ya Komitə tərəfindən baxılır.
2. Böyük Palatanı, Palatanı və ya Komitəni ilkin tərkibdə təşkil etmək mümkün deyilsə, Məhkə- mənin Sədri onların tərkibini püşkatma yolu ilə tamamlayır və ya yenidən təşkil edir
Qayda 93
Nazirlər Komitəsi tərəfindən Məhkəməyə təqdim edilmiş şərh məsələsinə dair Məhkəmənin qə- rarı qətidir. Qərara hakimlərin ayrıca rəyi əlavə olunmur. Qərarın surətləri Nazirlər Komitəsinə və müvafiq tərəflərə, habelə üçüncü tərəfə, o cümlədən İnsan Hüquqları üzrə Komissara göndəri- lir.
Qayda 94
Konvensiyanın iştirakçısı olan dövlətin Konvensiyanın 46-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş öhdəliyini yerinə yetirib-yetirmədiyi barədə məsələ Məhkəməyə təqdim edilərkən Məh- kəmə Konvensiyanın 31-ci maddəsinin (a) bəndinin və 46-cı maddəsinin 4-cü və 5-ci bəndlərinin müddəalarından əlavə aşağıdakı müddəaları da tətbiq edir. Məhkəmə həmçinin məqsədəuyğun hesab etdiyi dərəcədə bu Reqlamentin digər müddəalarını da tətbiq edir.
Qayda 95
Konvensiyanın 46-cı maddəsinin 4-cü bəndi əsasında təqdim edilmiş hər hansı müraciət Katibə verilir. Müraciətə aşağıdakılar əlavə edilməlidir:
a) müvafiq qərar;
b) həmin qərarın icrası ilə bağlı Nazirlər Komitəsindəki icraat barədə informasiya (əgər belə icra- at varsa), o cümlədən müvafiq tərəflərin yazılı şəkildə ifadə edilmiş rəyləri və icraatın gedişində təqdim edilmiş qeydlər (əgər varsa);
c) Konvensiyanın iştirakçısı olan cavabdeh dövlətə və ya dövlətlərə təqdim edilmiş rəsmi bildiri- şin və Konvensiyanın 46-cı maddəsinin 4-cü bəndində qeyd edilən qərarın surətləri;
d) Məhkəmə tərəfindən tələb oluna bilən izahatları Məhkəməyə vermək üçün Nazirlər Komitəsi tərəfindən təyin olunan şəxsin və ya şəxslərin adları və ünvanları;
e) məsələyə aydınlıq gətirilməsinə kömək edə biləcək bütün sənədlərin surətləri.
Qayda 96
Məhkəməyə təqdim edilmiş məsələyə baxılması üçün 24-cü Qaydanın 2 (g) bəndinə uyğun ola- raq Böyük Palata təşkil edilir.
Qayda 97
Böyük Palatanın Sədri Nazirlər Komitəsinə və müvafiq tərəflərə məlumat verir ki, onlar təqdim etdikləri məsələyə dair yazılı qeydlərini verə bilərlər.
Qayda 98
1. Böyük Palatanın Sədri yazılı qeydlərin və ya digər sənədlərin təqdim edilməsi üçün müddət tə- yin edir.
2. Böyük Palata baxılmağa verilmiş məsələyə dair dinləmə keçirilməsini qərara ala bilər.
Qayda 99
Böyük Palata məsələni qərar çıxarmaqla həll edir. Qərarın surətləri Nazirlər Komitəsinə və mü- vafiq tərəflərə, habelə üçüncü tərəfə, o cümlədən İnsan Hüquqları üzrə Komissara göndərilir.