İCRADAKI İŞLƏR: QAFQAZ MƏMMƏDOV İŞİ QRUPU (2)

Sərbəst toplaşmaq və birləşmək azadlığı

Qafqaz Məmmədov işi Qrupu – İŞİN TƏSVİRİ

Bu məhkəmə işi Qrupu, 2010-2014-cü illərdə siyasi müxalifət tərəfindən planlaşdırılıb, təşkil edilən, ictimai asayiş baxımından heç bir təhlükə doğurmayan icazəsiz dinc etiraz aksiyasının dağıdılması və ərizəçilərin sərbəst toplaşmaq azadlığına çoxsaylı müdaxilələrin edilməsi, qısa müddətə həbs edilmələri və nümayişdə iştirak etmələrinə görə inzibati qaydada həbs olunmaları (3-15 gün) ilə bağlıdır.

Məhkəmə ictimai toplantıları düzənləyən qanunvericiliyin dəqiq olmaması və toplantıların dağıdılmasına imkan verməsi, ictimai toplantıların qeyri-qanuni şəkildə qadağan edilməsi ilə bağlı ciddi əndişələrini vurğuladı. Xüsusilə, qeyd etdi ki, Azərbaycan Konstitusiyası yalnız planlaşdırılan hər hansı bir toplantı ilə bağlı yalnız xəbər vermək prosedurunu ehtiva edir, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanun müvafiq yerli icra hakimiyyəti orqanlarına toplaşmağı yasaqlamaq, qarşısını almaq üçün geniş səlahiyyətlər verir.

Bundan əlavə, Qanun, müvafiq yerli icra hakimiyyəti orqanlarına kütləvi yığıncağın keçiriləcəyi məkanı, marşrutu və / və ya onun vaxtını məhdudlaşdırmaq və ya dəyişdirmək, toplaşmaq üçün müəyyən ərazilər təyin etmək səlahiyyəti verir.

Məhkəmə hesab etdi ki, ərizəçilərin sərbəst toplaşmaq azadlığına dözümlü və vicdanla yanaşmalı olan əlaqəli qurumların həyata keçirdiyi müdaxilə tədbirlərini (aksiyaların dağıdılması, həbslər və inzibati həbs cəzaları) əsaslandrıan səbəblər uyğun və tələb olunduğu ölçüdə olmayıb, sanksiyalar qeyri-mütənasib olub. Məhkəmə belə tədbirlərin ərizəçilərin gözünü qorxutmamaqla yanaşı, digər müxalifət tərəfdarlarını və geniş ictimaiyyəti nümayişlərə qatılmaqdan, açıq siyasi müzakirələrdə daha geniş iştirakdan çəkindirməməli olmasına qərar verdi (Konvensiyanın 11-ci maddəsinin pozuntusu).

Bundan əlavə, Məhkəmə ərizəçilərin inzibati qaydada həbs edilməsinə səbəb olan təqibin aşağıdakı səbəblərə görə, ədalətsiz olmasına (Konvensiyanın 6.1 və 6.3-cü maddələrinin pozuntusu) qərar verdi:

– Öz müdafiəsini hazırlamaq üçün ərizəçilərin lazımi vaxt və imkanlarının olmaması məhkəmədən əvvəlki prosedurların vaxtı çox qısa idi; ərizəçilər xarici ləmdən təcrid edilmişdilər, onların vəkilə çatımı təmin edilməmişdi; İnzibati Xətalar Məcəlləsində dövlət ittihamçısının məcburi iştirakı tələb olunmadığından, birinci instansiya məhkəmələrinin hakimləri ərizəçilərə qarşı irəli sürülmüş ittihamları həm təqdim etdilər, həm də araşdırdılar. Nəticədə, ərizəçilərə məhkəmə çəkişməsi zamanı yetərli müdafiəni təmin etmək imkanı verilmədi.

– daxili məhkəmələrin qərarlarının yetərli əsaslandırılmaması, polis tərəfindən tərtib olunan inzibati xəta haqqında protokollara əsaslanması və ərizəçilərin irəlu sürdüyü əsas dəlillərin nəzərə alınmaması;

– ərizəçilərin məhkəmə prosesi öncəsi və ya birinci instansiya məhkəməsindəki dinləmələr zamanı vəkillərin köməyindən məhrum olmaları, ərizəçilərin dövlətin ayırdığı vəkillər tərəfindən formal olaraq təmsil olunması.

Yekunda Məhkəmə ərizəçilərin saxlanılmasının və inzibati qaydada həbs edilməsinin qanuni əsaslardan məhrum, özbaşına olduğunu və sadəcə, ərizəçilərin dinc nümayişlərə qatılması ilə əsaslandırıldığını təsbit etdi. Yerli məhkəmələr həmçinin, ərizəçilərin azadlıqdan məhrum edilməsinin qanuna uyğunluğunu araşdırarkən, polisin ərizəçiləri saxlamaq üçün qanunvericiliyi doğru tətbiq edib-etməməsini, nümayişlərə polisin müdaxiləsinin qanuniliyini incələyərkən özbaşına hərəkət edib (Konvensiyanın 5-ci maddəsinin 1-ci hissəsinin pozuntusu).

Məhkəmə həmçinin, Hacılı və digərləri, Həsənov və digərləri və Məcidli və digərlərinin işlərində ərizəçilərin nümayəndəsinin (Cənab İ.Əliyev) ofisində axtarış aparılıb, bu işlərə aid bütün sənədlərin götürülməsi səbəbindən, fərdi müraciət hüququnun pozuntusunu müəyyən etdi (Konvensiyanın 34-cü maddəsinin pozuntusu).

İcranın durumu:

Bu məhkəmə işi Qrupu Komitə tərəfindən 1288-ci iclasında (iyun 2017) (DH) detallı izləmə üçün təqdim edildi. Həmin vaxt Komitə işin icrası ilə bağlı heç bir məlumatın təqdim edilmədiyini narahatlıqla qeyd etdi, rəsmi qurumları görülən və ya nəzərdə tutulan fərdi və ümumi tədbirlər barədə hərtərəfli fəaliyyət planı / fəaliyyət hesabatını təqdim etməyə çağırdı. Komitə 2017-ci ilin dekabr ayında bu qrupa daxil olan işlərin icrası məsələsinə yenidən qayıtdı və sərbəst toplaşmaq azadlığının əhəmiyyətini xatırlatdı. Eyni məzmunlu yeni işlərin Məhkəməyə axınının davam etdiyini xatırladan Məhkəmə bilgi çatışmazlığından dərin narahatlığını ifadə edib, səlahiyyətliləri bilgiləri, hərtərəfli fəaliyyət planı / hesabatı təqdim etməyə çağırdı.

Hazırkı qeydlər hazırlanarkən belə, Hökumətdən fəaliyyət planı və hesabatı gözlənilirdi.

 

NAZİRLƏR KOMİTƏSİ

Qətnamə

CM/Del/Dec(2017)1288/H46-1
7 iyun 2017

1288ci toplantı, 6-7 iyun 2017 (DH)

H46-1 Qafqaz Məmmədov qrupu Azərbaycana qarşı (Ərizə No. 60259/11)

Avropa Məhkəməsinin qərarlarının icrasına nəzarət

Deputatlar,

1. Bu məhkəmə işi Qrupu ilə bağlı Komitəyə heç bir məlumatın təqdim edilmədiyini narahatlıqla qeyd edir;

2. Səlahiyyətliləri, bu məhkəmə işi Qrupu ilə bağlı görülən və ya nəzərdə tutulan fərdi və ümumi tədbirləri əhatə edən hərtərəfli fəaliyyət planı / fəaliyyət hesabatını təxirə salınmadan təqdim etməyə çağırır;

3. bu iclasda 9 oxşar məhkəmə qərarının Qafqaz Məmmədov işi qrupunun eynisi kimi təsnifləndirildiyini xatırladır (bax: CM/Del/Dec (2017) 1288 / B1-əlavə2);

4. Bu məhkəmə işi Qrupuna 1302-ci iclasında (Dekabr 2017) (DH) yenidən baxılmasına qərar verdi.

 

Nazirlər Komitəsinin sonuncu yoxlaması:

Qeydlər/Problemlər:

Ərizə

İş Qərarın tarixi Qəti olduğu tarix Təsnifatın göstəricisi
60259/11 QAFQAZ MƏMMƏDOV 15/10/2015 14/03/2016 Kompleks problemlər
67360/11+ HÜSEYNLI VƏ DİGƏRLƏRİ 11/02/2016 11/05/2016
69234/11+ IBRAHIMOV VƏ DİGƏRLƏRİ 11/02/2016 11/05/2016
69456/11 ƏHƏD MƏMMƏDLİ 16/06/2016 16/06/2016
5231/13+ HACIBƏYLI VƏ DİGƏRLƏRİ 30/06/2016 30/06/2016
34262/14+ HÜSEYNOV VƏ DİGƏRLƏRİ 24/11/2016 24/11/2016
5417/13+ ABBASLI 16/02/2017 16/02/2017
43137/13+ BABƏK HƏSƏNOV 16/02/2017 16/02/2017
74609/10+ BAYRAM BAYRAMOV VƏ DİGƏRLƏRİ 16/02/2017 16/02/2017
72230/11+ BAYRAMLI 16/02/2017 16/02/2017
42989/13+ CƏMİL HACIYEV 16/02/2017 16/02/2017
24508/11+ MƏHƏMMƏD MACIDLI 16/02/2017 16/02/2017
19150/13+ BAYRAMOV 06/04/2017 06/04/2017
65910/14+ XƏLİLOVA VƏ ƏYYUBZADƏ 06/04/2017 06/04/2017
20589/13+ MEHTIYEV VƏ DİGƏRLƏRİ 06/04/2017 06/04/2017
44699/13 HACILI VƏ DİGƏRLƏRİ 29/06/2017 29/06/2017
69397/11+ ABBAS VƏ DİGƏRLƏRİ 13/07/2017 13/07/2017
78162/13+ ƏLISOY VƏ DİGƏRLƏRİ 13/07/2017 13/07/2017
60262/11+ BABAYEV AND HASANOV 20/07/2017 20/07/2017
12854/13+ MIRZƏYEV VƏ DİGƏRLƏRİ 20/07/2017 20/07/2017
69180/11 TURAL HACIBƏYLİ 28/09/2017

28/09/2017

 

1318 CM-DH Toplantı 5-7 iyun 2018 – Qeydlər

Fərdi tədbirlər

Xatırladılır ki, 3 ilə 15 gün arasında dəyişən müddətlərdə inzibati həbs cəzası verilmiş ərizəçilərin artıq həbsdə deyillər. Məhkəmə, həbsdə keçirdikləri müddətin səbəb olduğu mənəvi zərərin ədalətli əvəzinin ödənilməsinə qərar verib. Bunlara görə, hazırda fərdi tədbirlər müzakirə mövzusu deyil.

Ümumi tədbirlər

Başlanğıcda qeyd etmək lazımdır ki, bu Qrup işi, yığıncaqlar, ictimai tədbirlər haqqında yerli qanunvericiliyin Avropa Konvensiyanın 11-ci maddəsinin tələblərinə uyğun gəlməməsindən doğan mürəkkəb problemləri qaldırır.

Bu məhkəmə işlərində həmçinin, polislər, yerli qurumlar və əlaqəli məhkəmələr tərəfindən qanunların özbaşına tətbiq edildiyi, vəziyyətin soyuq təsiri ilə durumu yoluna qoyacaq tədbirlərin önəmli olması vurğulanmaqdadır.

Hazırkı məhkəmə işi Qrupunun ortaya çıxardığı ümumi problemlər müxtəlif zəruri islahatların həyata keçirilməsini təmin etməklə, təcili tədbirlərin həyata keçirilməsini tələb edir. Komitə tərəfindən dəfələrlə edilmiş çağırışlara rəğmən, səlahiyyətli orqanların bununla bağlı fəaliyyət planı / hesabat təqdim etməyə davam etməməsi önəmli bir narahatlıq, əndişə mənbəyidir.

Qətnamə:

Deputatlar,

1. Avrupa Konvensiyasının 11-ci maddəsi ilə təminat altına alınan toplaşmaq, birləşmək azadlığının demokratik bir toplumda təməl bir hüquq olduğunu xatırladaraq,

2. Hazırkı məhkəmə işi Qrupunun ortaya çıxardığı köklü problemlərin həll edilməsi üçün qanunvericiliklə bağlı və digər tədbirlər haqqında davamlı bilgi axınının təmin edilməməsi ilə bağlı dərin narahatlıqlarını yenidən ifadə edir.

3. Səlahiyyətliləri görülən və ya nəzərdə tutulan tədbirlər barədə hərtərəfli fəaliyyət planı və ya fəaliyyət hesabatının gecikmədən təqdim edilməsini təmin etməyə çağırır;

 

Son yenilənmə: 30 aprel 2020-ci il (yeniləmə davam edəcək)