Avropa Insan Haqları Məhkəməsi (AİHM) gələn həftə, mayın 7-də Azərbaycanla bağlı növbəti qərarını lean edəcək. Söhbət araşdırmaçı jurnalist Khadija Ismayilın 2014-cü ildə göndərdiyi şikayəti üzrə qərardan gedir (№3, Ərizə №35283/14).
AİHM-in işlə bağlı məlumatında qeyd edilir ki, bu iş Azadlıq Radiosunun Azərbaycan xidmətində çalışan, Azərbaycanda yüksək səviyyəli korrupsiya faktları ilə bağlı araşdırmaları ilə tanınan jurnalistin sayca üçüncü işidir. İş X.İsmayılovanın jurnalistika fəaliyyətinə iddia edilən hədə-qorxu kampaniyası ilə bağlıdır.
X.İsmayılovaya qarşı peşə fəaliyyəti kontekstində kampaniyalar 2012-ci ildən xüsusilə vüsət almışdı. Hazırkı iş hökumətyönlü qəzetlərdə jurnalist barəsində aparılan təhqiramiz kampaniyaların yerli məhkəmələrdə ədalətli araşdırılmaması ilə əlaqəlidir.
2012-ci ilin noyabr ayında hökumətyönlü “Səs” qəzetində müxalif birlik olan İctimai Palatada təmsil olunan siyasətçiləri, eləcə də jurnalistləri hədəfə alan məqalə yayınlanmışdı. Həmin məqalədə Xədicə İsmayılova xüsusi nişan alınmış, onun barəsində “İctimai Palatanın Pornstar Cicciolinası!” kimi ifadələrə yer verilmişdi. Ərizəçi həmin məqalədə təhqirə məruz qaldığını, şərəf və ləyaqətinin aşağılandığını, şəxsi və ailə həyatına hörmət etmək, ifadə azadlığına ziyan dəydiyi əsası ilə sözügedən qəzeti məhkəməyə vermişdi. Ancaq Səbail Rayon Məhkəməsi X.İsmayılın şikayətlərini təmin etməyib. Ardınca yuxarı məhkəmələr həmin qərarı dəyişməyib.
Jurnalist AİHM-Ə şikayətində şəxsi həyata hörmət, ədalətli məhkəmə araşdırması və ifadə azadlığı hüququna müdaxilə olunduğunu iddia edir.